Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Operativ Qərargah: Azərbaycanın dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət mayın 31-dək uzadılır

Hazırda dünya dövlətləri tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri davam edir. Həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərində giriş-çıxışa müvəqqəti olaraq məhdudiyyətin tətbiqi barədə qərar verərək beynəlxalq uçuşları təxirə salmışdır. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilib və virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 2020-ci il mayın 31-dək uzadılıb.

2020-04-29 00:00:00
3228 baxış

Digər xəbərlər

Azərbaycan qadınının ideal obrazı: Mehriban xanım Əliyeva ənənə və müasirliyin təcəssümü kimi

Mehriban xanım müdrikliyin, gözəlliyin, yüksək mənəvi keyfiyyətlərin və səmərəli ictimai fəaliyyətin vəhdətini öz şəxsiyyətində təcəssüm etdirir.  Bu müstəsna şəxsiyyət milli ənənələrlə müasir dövrün tələblərinin üzvi vəhdətini özündə əks etdirir. Onun timsalında müdriklik yalnız nəzəri anlayış deyil, uzaqgörən və məsuliyyətli qərarlar qəbul etmək bacarığı kimi özünü göstərir. Gözəllik isə zahiri görünüşlə məhdudlaşmayaraq insanın davranışında, əməllərində və mənəvi dəyərlərində əks olunur. Eyni zamanda, çoxşaxəli ictimai fəaliyyəti cəmiyyətdə qazandığı yüksək etimadın və nüfuzun əsas göstəricilərindən biri kimi çıxış edir. Bəs müasir siyasətçini səciyyələndirən bu keyfiyyətlərin əsasında hansı amillər dayanır? Bu məsələyə münasibətimi bildirmək istərdim. Fikrimcə, ilk növbədə onun adına diqqət yetirmək məqsədəuyğundur. Xalq arasında insanın adının onun xarakteri və həyat yolu ilə müəyyən mənada bağlı olduğu düşüncəsi mövcuddur. “Mehriban” adı qayğıkeşliyi, mərhəməti və insanlara səmimi münasibəti ifadə edir. Mehriban xanım da öz fəaliyyəti və davranışı ilə bu mənaları doğruldur. O, səmimiyyəti, yüksək mənəvi dəyərlərə sadiqliyi və insanlara dəstək göstərməyə daim hazır olması ilə seçilir. İnsanlara diqqət və qayğı ilə yanaşması, xeyirxahlığı, qarşılıqlı etimada əsaslanan münasibətlər qurmaq bacarığı onun şəxsiyyətini səciyyələndirən mühüm xüsusiyyətlərdəndir. Azərbaycan xalqının müdrik kəlamlarından biri olan “Ot kökü üstə bitər” atalar sözü insanın şəxsiyyətinin formalaşmasında ailə mühitinin və mənəvi irsin rolunu ifadə edir. Mehriban xanımın mənsub olduğu ailə Azərbaycan elminə, təhsilinə və mədəniyyətinə görkəmli simalar bəxş etmişdir. Ata tərəfdən babası görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayev, atası fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Arif Paşayevdir. Ana tərəfdən babası tanınmış jurnalist, “Bakı” qəzetinin təsisçisi və baş redaktoru Nəsir İmanquliyev, anası isə görkəmli şərqşünas, elmlər doktoru Aida İmanquliyevadır. Belə zəngin mənəvi və intellektual irs Mehriban xanımın dünyagörüşünün və şəxsiyyətinin formalaşmasına mühüm təsir göstərmişdir. Mehriban xanımın fəaliyyətində vətənpərvərlik xüsusi yer tutur. Azərbaycanın tarixinə, mədəniyyətinə və milli-mənəvi dəyərlərinə bağlılıq onun ictimai fəaliyyətinin əsas istiqamətlərindən biridir. Eyni zamanda, digər xalqlara və mədəniyyətlərə hörmətlə yanaşması, beynəlxalq prosesləri obyektiv qiymətləndirməsi onun dünyagörüşünün və siyasi mədəniyyətinin göstəricisidir. Azərbaycan xalqının yaddaşında müdrik, cəsarətli və ləyaqətli qadın obrazı əsrlər boyu Koroğlunun silahdaşı Nigarın və Qaçaq Nəbinin həyat yoldaşı Həcərin timsalında yaşadılmışdır. Bu obrazlar qadının ailədə və cəmiyyətdə tutduğu yüksək mövqenin mənəvi rəmzinə çevrilmişdir. Tarixin müxtəlif dövrlərində bu ənənədən müəyyən uzaqlaşmalar müşahidə olunsa da, Azərbaycan ictimai fikri və klassik ədəbiyyatı həmişə qadının fəallığını, iradəsini və mənəvi gücünü yüksək qiymətləndirmişdir. Təsadüfi deyil ki, Cəfər Cabbarlının, Səməd Vurğunun və İlyas Əfəndiyevin əsərlərində qadın müstəqil düşüncəyə, güclü iradəyə və yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət kimi təqdim olunur. Həmin əsərlərdə Şərq ənənəsində olduğu kimi qadın yalnız sevgi obyekti deyil, fəal, iradəli və müstəqil şəxsiyyət kimi təqdim olunur. Bu xüsusiyyətlər Mehriban xanımın şəxsiyyətində də aydın şəkildə öz əksini tapır. Ümumilikdə hesab edirəm ki, Mehriban xanımın şəxsiyyətinin və yüksək insani keyfiyyətlərinin formalaşmasında mənəvi dəyərləri ilə xalqımızın sosial-mədəni arxetipləri uğurlu vəhdət təşkil etmişdir. Xidməti fəaliyyətimlə əlaqədar müxtəlif ölkələrin dövlət və ictimai xadimləri ilə görüşürəm və onların hamısı yekdilliklə bildirirlər ki, mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın güclü rəhbərliyə malik olması ölkə üçün böyük üstünlükdür. Biz əminik ki, Prezident İlham Əliyev və onun etibarlı silahdaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkəmizin daha da qüdrətlənməsi, rifahının yüksəlməsi və beynəlxalq nüfuzunun möhkəmlənməsi naminə ardıcıl və məqsədyönlü siyasət həyata keçirirlər. Biz veteranlar Azərbaycan Respubliukasının Prezidentı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdikləri dövlət siyasətini dəstəkləyirik.   Polkovnik Cəlil Xəlilov, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr  Veteranları Təşkilatı” İctimai Birliyinin sədri

Hamısını oxu
Полковнику Джалилу Халилову

Hamısını oxu
Komadan ayılmayan baş leytenantımız şəhid oldu

Vətən Müharibəsində yaralanan əsgərlərdən biri şəhid olub. Qafqazinfo-nun verdiyi xəbərə görə, Suqovuşan uğrunda gedən döyüşlərdə ağır yaralanan baş leytenant Hikmət Səfərov uzun müddət komada qalıb.   Dekabrın 8-də isə komadan ayılmayaraq, şəhadətə qovuşub. Hikmət əslən Ağdam rayonunun Yusifcanlı kəndindən olub.  Şəhidlik zirvəsinə yüksələn zabitimiz İkinci Fəxri Xiyabanda dəfn edilib

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Mirzəxan Hüseynov: yaşı çatmasa da könüllü olaraq ordu sıralarına yazılmışdır

Böyük Vətən Müharibəsi zamanı xalqımızın qəhrəman oğulları böyük şücaət göstərib, vətənlərini müdafiə etmək üçün canlarını fəda ediblər. Onların göstərdiyi igidlik və vətənpərvərlik, Sovet İttifaqının alman işğalçılarına qarşı mübarizəsində çox önəmli rol oynayıb. Müharibə boyunca yüz minlərlə azərbaycanlı, rus, ukraynalı və digər xalqların nümayəndələri cəbhəyə gedərək, döyüşlərdə iştirak edib, bir çoxu həyatını itirib, bir çoxu isə döyüşlərdə şücaət göstərərək qəhrəmanlıqla yadda qalıb. Onların göstərdiyi qəhrəmanlıq, hər birimizin qürur duyduğu bir irsdir. Həmçinin, müharibə iştirakçılarının adları və döyüşlərdəki xidmətləri, həm o dövrkü, həm də bugünkü nəsil üçün əvəzsiz dəyərə malikdir. Müharibə iştirakçılarının bir çoxu geri döndükdən sonra cəmiyyətin inkişafı üçün müxtəlif sahələrdə xidmət etmişdir. Mirzəxan Hüseynov da belə bir şərəfli ömür sürmüşdür. Müharibənin acılarını və çətinliklərini yaşamış, amma öz xalqına, torpağına olan sevgisini heç vaxt itirməmiş və sonrakı dövrlərdə də bu sevgini öz əməlləri ilə göstərmişdir. Mirzəxan Həsən oğlu Hüseynov 1926-cı il mayın 20-də Kürdəmir rayonunun Çarlı kəndində anadan olmuşdur. İlk təhsilini Şamaxı şəhərində almışdır. Müharibə başlananda yaşı çatmasa da könüllü şəkildə hərbi  komisarlığına müraciət etmiş və xüsusi komissiya sağlamlığını və istəyini nəzərə alaraq doğum tarixini 1924-cü il olaraq qeyd etməklə onu ordu sıralarına yazmışdır. O, Tbilisi şəhərində 6 aylıq tankçılıq kursu keçmişdir. Kuban şəhərində gedən döyüşlərdə iştirak etmiş və sağ qolundan yaralanmışdır. Müalicə üçün Soçi şəhərində hərbi xəstəxanaya yatırılan Mirzəxan Hüseynov sağaldıqdan sonra yenidən ordu sıralarına qayıtmışdır. Bu dəfə onu 18-ci ordunun sıralarına yazmışlar. Mirzəxan Hüseynovun da içərisində olduğu 18 nəfər Gilinski şəhərinə transfer edilib desant kursuna yollanmışdır. Təlimlər tamamlandıqdan sonra 1943-cü ilin fevralın 4-ü Novorossiski şəhərində yerləşən Semes buxtasına desant göndərilmişdir. Elə ilk gündən bölgədə açıq döyüşlər başlamışdır. Gecə döyüşləri zamanı almanlara qalib gələn dəstə onların pulemyot atış nöqtələrini ələ keçirmişdir. Atışmalar zamanı 6 yerindən yaralanan Mirzəxan Hüseynov yenidən Soçi şəhərinə xəstəxanaya göndərilmişdir. 6 aylıq müalicə dönəmi sonrası 1943-cü ilin dekabrında ordudan tərxis olunmuşdur. Tərxis olunduqdan sonra Şamaxı şəhərinə qayıtmışdır. Müharibə dövründə göstərdiyi rəşadətə görə I və II dərəcəli Vətən müharibəsi ordeni ilə təltif olunmuşdur. Müharibədən sonra müəllimliyə başlamışdır. Şamaxı rayonu Xınıslı kəndinin ibtidai məktəbinin direktoru vəzifəsində çalışmağa başlayır. Ardınca Sis kəndində eyni vəzifədə işləmişdir. Bundan sonra onu Şamaxı partiya təşkilatının qərarı ilə Bakıda yeni açılmış hüquq məktəbinə təhsilə göndərmişlər. Mirzəxan Hüseynov təhsilini başa vurduqdan sonra Naxçıvan Muxtar Respublikasının Culfa rayonu 1 saylı Xalq Məhkəməsinə xalq hakimi təyin edilmişdir. 1949-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə qəbul olmuş və 4 il sonra təhsilini başa vurmuşdur. Təhsilini bitirdikdən sonra Saatlı rayonuna təyinat almış və Mərzəli kənd məktəbində direktorluğa başlamışdır. Bunun ardınca isə Krasnoselski məktəbində eyni vəzifədə çalışmağa başlamışdır. Növbəti təyinatını Nərimankənd məktəbinə alan Mirzəxan Hüseynov buradakı uğurlu fəaliyyəti nəticəsində bu orta məktəb iki dəfə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin iştirakçısı olmuşdur. Pedaqoji fəaliyyətiylə yanaşı partiya sıralarında da aktiv rol oynayan Mirzəxan Hüseynov 1965-ci ildən başlayaraq hər il yerli xalq deputatları sovetinə üzv seçilmişdir. 1971-ci ildə pedaqoji fəaliyyətinə görə ona Respublikanın “Qabaqcıl maarif xadimi” nişanı verilmişdir. 1973-cü ildə “Sosializm yarışının qalibi”, 1974-cü ildə “Əmək veteranı”, 1985-ci ildə “Maarif əlaçısı”, yenə eyni ildə SSRİ Mədəniyyət Nazirliyinin medalı və nişanlarıyla təltif edilir. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur. 1998-ci ildə keçirilən Respublika Müəllimlərinin Qurultayında nümayəndə kimi iştirak etmişdir. Uzun müddət Saatlı rayon Veteranlar Təşkilatının sədri olmuşdur. Mirzəxan Hüseynov kimi qəhrəmanların müharibədən sonrakı illərdə göstərdikləri xidmətlər, yalnız döyüş meydanında qazandıkları zəfərlərlə deyil, eyni zamanda vətənə olan sədaqət və fədakarlıqları ilə də yaddaşlarda əbədi olaraq qalacaq. Bu qəhrəmanların ömür yolu unudulmaz, çünki onların göstərdiyi fədakarlığı və Vətənə olan sonsuz sevgi, zamanla silinməyən iz buraxmış. Hər bir qəhrəmanımız, adını tarixə yazdıraraq gələcək nəsillərə örnəyə çevrilmişdir.

Hamısını oxu