Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Birinci vitse-prezident Mehriban Əliyeva Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində edilən paylaşımda deyilir: “Bütün Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!”

2020-05-28 00:00:00
3370 baxış

Digər xəbərlər

II Dünya müharibəsi veteranı əlil arabası ilə təmin edilib

Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun tapşırığı ilə Ağdaş rayon sakini II Dünya müharibəsi veteranı İslam Həsənov Həsənbala oğlu əlil arabası ilə təmin edilib. Təşkilatın hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Ağdaş rayon Veteranlar Təşkilatının sədri Elton Hacıyev, rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı, İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qalib Həsənov,  rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev,“Ağdaş” qəzetinin redaktoru Tofiq İsayevin iştirakı ilə əlil arabası II Dünya müharibəsi veteranına təhvil verilib. 6 ildir ki, yataq xəstəsi olan qocaman veteran İslam Həsənov və ailə üzvləri ona göstərilən diqqət və qayğıya görə Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynova minnətdarlığını bildirib.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Binəqədi rayon veteranları ilə görüşüb

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Bakının Binəqədi rayonu ərazisində yaşayan bir qrup veteranla görüşüb. Binəqədi rayon icra başçısının müavini Sevinc Süleymanovanın da iştirak etdiyi görüşdə, veteranlara olan dövlət qayğısından bəhs edilib, Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsindən danışılıb.   Dövlətin şəhid ailəlrinə, qaziləri daim diqqət mərkəzində saxladığını bildirən polkovnik Cəlil Xəlilov, veteranların da öz növbəsində dövlət siyasətini, milli maraqları, ölkə başçısının çağırışlarını qətiyyətlə dəstəklədiklərini qeyd edib. Sədr müavini bildirib ki, veteranlar bundan sonra da Ali Baş Komandanın ətrafında sıx birləşməkdə, ona dəstək verməkdə davam edəcək.   Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova da öz çıxşında dövlətin veteranlara, şəhid ailələrinə, müharibə əlillərinə daim diqqət və qayğı göstərdiyini, bu kateqoriyadan olan vətəndaşlara xüsusi həssaslıqla yanaşdığını bildirib. Binəqədi Rayon İcra Hakimiyyəti olaraq rayon ərazisindəki veteranları, şəhid ailələrini daim diqqət mərkəzində saxladıqlarını vurğulayan Sevinc Süleymanova şəhid ailələrinə, veteranlara qayğı göstərməyin hər bir vətəndaşın ilk növbədə mənəvi borcu olduğunu qeyd edib.   Görüş əsnasında çıxış edən veteranlar ölkə başçısının böyük qələbədəki rolundan danışıb, Azərbaycan ordusunun Ali Baş Komandanın rəhbərliyi altıdna qazandığı tarixi zəfərin əsrlər sonra da qürur və rəğbət hissi ilə xatırlanacağını bildiriblər.   Tədbirin sonunda əmək veteranı Teyyub Həsənov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Binəqədi rayon təşkilatının sədri seçilib.   Görüşdə  Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Təşkilati və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri polkovnik Nadir İsmayılov, təşkilatın mətbuat katibi Seymur Əliyev, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, onun  müavini - dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov və digər şəxslər də iştirak edib.

Hamısını oxu
Hikmət Hacıyevin səsləndirdiyi fikirlər təşkilatımız üçün əlavə məsuliyyət deməkdir

“Dövlətimizin veteranlarımıza verdiyi dəstək qarşıya qoyduğumuz bütün vəzifələrin öhdəsindən gəlməyə imkan verir.  Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib. Prezidentin köməkçisi Hikmət Hacıyevin də iştirak etdiyi iclasda Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-polkovnik Tofiq Ağahüseynov səhhəti ilə əlaqədar olaraq vəzifədən azad edilib. Yekdilliklə qəbul edilən qərara əsasən, İkinci Dünya müharibəsi veteranı, Prezident təqaüdçüsü Fatma Səttarovaya Respublika Veteranlar Təşkilatının sədri vəzifəsinə seçilib.  Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov son yeniliklərə toxunub, eləcə də qarşıdakı məqsədlərdən danışıb: “Dünən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirildi və iclasda görülən işlərlə yanaşı, qarşıda duran vəzifələrdən, görülməsi gərəkən işlərdən də ətraflı bəhs edildi. Sonda Rəyasət Heyəti üzvlərinin yekdil qərarına əsasən İkinci Dünya Müharibəsi iştirakçısı Fatma Səttarova təşkilatın yeni sədri seçildi.   Rəyasət Heyətinin iclasında prezidentin köməkçisi Hikmət Hacıyev də iştirak etdi, gələcək fəaliyyətimizlə bağlı dəyərli tövsiyyələr səsləndirdi. Hikmət Hacıyevin bu toplantıda iştirakı, burada səsləndirdiyi fikirlər təşkilatımız üçün əlavə məsuliyyət deməkdir və biz qarşıdakı fəaliyyətimizdə heç şübhəsiz bu tövsiyyələrdən yararlanacaq, hər bir addımımızda bu tövsiyyələri rəhbər tutacağıq. Respublika Veteranlar Təşkilatı olaraq cari illə bağlı ciddi  plan və proqramlarımız mövcuddur. Bura veteranlarla əlaqəni intensivləşdirmək, onların bilik və bacarığından cəmiyyətimizin maksimum faydalanmasını təmin etmək, dövlətimizin siyasətinin mütəlif platformalarda daha effektiv müdafiəsini həyata keçirmək, Vətən Müharibəsi və bu müharibədə böyük igidliklərə imza atan qəhrəmanlarımızı cəmiyyətə yaxından tanıtmaq, digər təşkilat və qurumlarla əlaqələri daha da inkişaf etdirmək və s. daxildir. Bildiyiniz kimi, veteranlarımız cənab prezidentimiz tərəfindən hər cür diqqət və qayğı ilə təmin edilib. Dövlətimizin veteranlarımıza göstərdiyi diqqət bütün dünya üçün nümunədir. Məhz dövlətimizin bizə verdiyi bu dəstək qarşıya qoyduğumuz bütün vəzifələrin öhdəsindən gəlməyə imkan verir. Hər kəs əmin ola bilər ki, veteranlarımız hər zaman olduğu kimi, bundan sonra da dövlətimizin mənafeyini, ölkə başçısının siyasətini qətiyyətlə dəstəkləyəcək, dövlətimizin və xalqımızın mili maraqlarının təmini məsələsində hər hansı fədakarlıqdan çəkinməyəcək”.  Seymur ƏLİYEV

Hamısını oxu
QƏLƏBƏYƏ HƏSR OLUNMUŞ ZƏFƏR PARADI

Hamısını oxu