Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şəhidin atası: “Sonuncu dəfə babası ilə danışmışdı”

"Sonuncu dəfə babası ilə danışmışdı. “Hər şey yaxşıdır, məndən narahat qalmayın” deyib. Hər birimizə salam-dua, sevgilər göndərib”. Bunu Oxu.Az-a iyulun 13-nə keçən gecə Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərlə şəhid olan, bu gün doğulduğu rayonda torpağa tapşırılan şəhidimiz Xəyyam Daşdəmirovun atası Məhəmməd Daşdəmirov deyib. Şəhid atası oğlunun mərd, vətəni canından çox sevən olduğunu deyib:

 
“Xəyyam torpağına bağlı oğul idi. Çox vətənpərvər ruhda bir əsgər idi. Hər dəfə onunla telefonda danışanda “Məndən narahat olmayın, vətənimə xidmət edirəm” deyirdi. Sonuncu dəfə Xəyyam babası ilə danışmışdı. İki gün əvvəl babası ilə hər birimizə salamlarını, sevgilərini göndərmişdi. İndi isə oğlum şəhid oldu. Vətən sağ olsun. Bütün şəhid ailələrinə səbr diləyirəm. Allah rəhmət eləsin”. Şəhidin əmisi Cümşüd Daşdəmirov da Vətən uğrunda şəhid olan bütün oğullara Allahdan rəhmət diləyib: “Bizim üçün çox ağırdır. Xəyyam çox cəsur, igid oğul idi. Vətən yolunda xidmətə getdi. Vətən yolunda da canından keçdi. Allah bütün şəhidlərə rəhmət eləsin!” Könül Cəfərli 

2020-07-13 00:00:00
3437 baxış

Digər xəbərlər

Rusiyada beynəlxalq festivalı Azərbaycan teatrının tamaşası ilə açıb

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının kollektivi bu il dahi rus şairi Aleksandr Puşkinin anadan olmasının 225 illiyinə həsr olunmuş “Rusiyada görüşlər” adlı XXVI Beynəlxalq Rus Teatrları Festivalında böyük uğurla çıxış edib.Festival Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, Özbəkistan və digər ölkələrin kollektivlərinin iştirakı ilə Sankt-Peterburqda (Rusiya) “Baltic House” teatr-festivalında keçirilir. Beynəlxalq festival “Puşkin əbədi” devizi altında keçirilir və buna görə də orada göstərilən tamaşaların əksəriyyəti rus şairinə həsr olunub və onun nəsri, poeziyası və ədəbiyyatı əsasında hazırlanıb.Festivalı Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının kollektivi Sankt-Peterburq rejissoru İqor Konyayevin quruluşunda “Kapitan qızı” tamaşası ilə açıb. Tamaşa “Sankt-Peterburq teatr emalatxanaları” beynəlxalq layihəsi çərçivəsində Sankt-Peterburqun Xarici Əlaqələr Komitəsi, Rusiya Teatr Xadimlərinin Xaricdə Assosiasiyası və “Baltik Evi” Teatr-Festivalının birgə təşkilatçılığı ilə səhnələşdirilib. Tamaşanın Bakıda premyerası 2023-cü ilin iyununda olub. "Kapitan qızı" Aleksandr Puşkinin tarixi hekayəsidir, onun hərəkəti II Yekaterinanın dövründə Emelyan Puqaçovun üsyanı zamanı baş verir. Əsərdə şərəf və vəzifə mövzusu qırmızı xətt kimi keçir.  Festivalın açılışında tamaşanın nümayişi ictimaiyyətdə böyük maraq doğurmuş, Azərbaycan aktyorlarının çıxışı gurultulu alqışlarla qarşılanmış və çoxlu müsbət rəylər almışdır. Qeyd edək ki, festivalın açılışından əvvəl mətbuat konfransı keçirilib və festivalın rəhbəri, “Baltic House” Teatr-Festivalının baş direktoru Sergey Şub, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar Xadim Azərbaycan Mədəniyyət naziri Ədalət Hacıyev, o cümlədən festivalda iştirak edən digər teatrların rəhbərləri.  Mətbuat konfransında Ədalət Hacıyev qeyd edib ki, azərbaycanlı aktyorlar İqor Konyayevlə böyük məmnuniyyətlə çalışıblar.“Kapitan qızı” tamaşası bizim teatrın bütün tamaşaçılarını bir araya gətirir”, - deyə Ədalət Hacıyev vurğulayıb.  Mənbə: azadmedia.az

Hamısını oxu
Prezident İlham Əliyev: Müzəffər Azərbaycan Ordusu daha 23 kəndi işğaldan azad edib

Bakı, 9 noyabr, AZƏRTAC Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün “Twitter” hesabında bildirib.

Hamısını oxu
“Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev polkovnik Cəlil Xəlilovu təbrik edib

Veteran.gov.az xəbər verir ki, “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev polkovnik Cəlil Xəlilovu təbrik edib. Təbrikdə deyilir: “Bu gün dəyərli dostumuz, öz peşəkarlığı, zəngin təcrübəsi və prinsipial mövqeyi ilə seçilən hərbi ekspert, polkovnik Cəlil Xəlilovun doğum günüdür. Bu əlamətdar gündə Cəlil müəllimi ürəkdən təbrik edir, ona həyatının bütün mərhələlərində möhkəm cansağlığı, ailə səadəti, könül rahatlığı və yeni uğurlar arzulayıram. İnsanı dəyərli edən yalnız tutduğu vəzifə və qazandığı uğurlar deyil, illər ərzində formalaşdırdığı şəxsiyyəti, insanlarla münasibəti və cəmiyyətə verdiyi töhfələrdir. Cəlil müəllim də öz fəaliyyəti, hərbi sahədəki bilikləri və hadisələrə peşəkar yanaşması ilə hörmət qazanan insanlardandır. Arzu edirəm ki, yeni yaşınız həyatınıza yeni imkanlar, gözəl başlanğıclar və yadda qalan uğurlar gətirsin. Qarşıdakı illərdə də təcrübəniz və biliyinizlə həm Vətənimizə, həm də gənc nəslə faydalı olasınız. Ən böyük arzum isə budur ki, hər zaman sağlam və sevdiklərinizlə birlikdə olasınız. Ailənizin sevgisi, dostlarınızın səmimiyyəti və ətrafınızdakı insanların hörməti daim sizinlə olsun. Qoy həyatınızda hər yeni yaş əvvəlkindən daha gözəl, daha uğurlu və daha mənalı olsun. Uca Allah sizə uzun ömür, möhkəm sağlamlıq, ailənizə xoşbəxtlik və süfrənizə bol ruzi-bərəkət nəsib etsin. Əziz Cəlil müəllim, doğum gününüz mübarək! Yeni yaşınız sizə və ailənizə yalnız gözəl xəbərlər, sağlamlıq, sevinc və uğur gətirsin. Hər zaman var olun!” Hörmətlə, Şahin Əliyev “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri

Hamısını oxu
Prezident: “Hər qəsəbədə aparılan abadlıq işləri yerli sakinlərlə də müzakirə olunsun”

“Əlbəttə ki, bizim planlarımızda digər qəsəbələrdə görüləcək işlər var, artıq müvafiq göstərişlər verilib. İlkin mərhələdə haradasa 7-8 qəsəbədə buna oxşar layihələr icra ediləcək. Hər bir qəsəbənin özünə məxsus olan memarlıq üslubu, tarixi görünüşü var. Ona görə hər bir qəsəbədə aparılan abadlıq işləri, görüləcək işlər gərək yerli sakinlərlə də müzakirə olunsun”. APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olarkən, sakinlərlə söhbət zamanı deyib. “İlk növbədə, sakinləri narahat edən problemlər, necə ki, burada infrastruktur – kanalizasiya, dam örtükləri, binaların təmiri, elektrik xətləri, yəni insanların gündəlik tərzdə ünsiyyətdə olduğu digər məsələlər həll olunur və eyni zamanda, təmir-bərpa işləri də mütləq yerli sakinlərin iştirakı ilə, ağsaqqalların tövsiyəsi ilə aparılmalıdır. Çünki ağsaqqallar bu kəndlərin tarixini yaşadırlar, o tarixin canlı şahidləridir və eyni zamanda, gənc nəsil də buna qoşulur ki, hər bir kəndin özünə xas olan görüntüsü olsun. Mən dəfələrlə demişəm, hələ Prezident kimi fəaliyyətə başlayanda demişdim ki, “qara qızılı” insan kapitalına çevirməliyik. Bax budur, “qara qızıl” insan kapitalıdır. İnsanların rifah halı, sağlamlığı, rahatlığı, təhlükəsizliyi üçün biz neftdən gələn gəlirlərdən istifadə etdik və bu gün deyə bilərəm ki, dünya miqyasında neftlə zəngin ölkələr sırasında bax bu siyasətə görə qabaqcıl yerlərdəyik”, - deyə dövlət başçısı əlavə edib.

Hamısını oxu