Digər xəbərlər
Yanvarın 16-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, gündəliyə uyğun olaraq, iclasda Respublika Veteranlar Təşkilatının fəaliyyətinin gücləndirilməsi barədə məsələ müzakirə edilib. İclası giriş sözü ilə təşkilatın sədri, ehtiyatda olan general-polkovnik Tofiq Ağahüseynov açaraq qurumun fəaliyyəti barədə məlumat verib. Prezidentin köməkçisi Hikmət Hacıyev iclasda çıxış edərək Respublika Veteranlar Təşkilatının ölkənin ictimai-siyasi həyatındakı, o cümlədən müharibə, əmək və silahlı qüvvələr veteranlarının problemlərinin həll olunmasındakı rolunu vurğulayıb, bu kateqoriyadan olan insanların dövlət qayğısı ilə əhatə edildiyini bildirib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən veteranlara göstərilən dövlət qayğısının yeni səviyyəyə qalxdığını, Respublika Veteranlar Təşkilatına müasir standartlara tam cavab verən inzibati binanın ayrıldığını, müharibə veteranlarına verilən birdəfəlik maddi yardımın və pensiyaların miqdarının ildən-ilə artırıldığını, veteranların mənzil və digər problemlərinin həll olunduğunu qeyd edib. Hikmət Hacıyev ötən əsrin 90-cı illərinədək veteran ifadəsi dedikdə, ilk növbədə, Böyük Vətən müharibəsində iştirak edən bir qədər yaşlı insanların yada düşdüyünü, lakin həmin ifadənin əvvəlcə Birinci Qarabağ müharibəsində, daha sonra isə 44 günlük Vətən müharibəsində gəncləşdiyini vurğulayıb. O, Respublika Veteranlar Təşkilatının üzərinə yeni vəzifələrin düşdüyünü, Qarabağ uğrunda bütün döyüşlərdə iştirak etmiş şəxslərin də bu qurumun fəaliyyətinə cəlb olunmasının, onları narahat edən məsələlərin həll olunmasının vacibliyini qeyd edib. Prezidentin köməkçisi Respublika Veteranlar Təşkilatının yeni gənc veteranlarla körpü rolu oynayacağına, onlarla daim bağlantı yaradacağına ümid edərək, təşkilatda təmsil olunan ağsaqqal və ağbirçək veteranların məsləhətlərinə hər zaman ehtiyac olduğunu diqqətə çatdırıb. Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının qarşısında ciddi vəzifələrin durduğunu diqqətə çatdırıb, qurumun yerlərdə fəaliyyətinin gücləndirilməsinin, veteranları narahat edən problemlərin öyrənilərək müvafiq qurumların diqqətinə çatdırılmasının, beynəlxalq veteranlar təşkilatları ilə əlaqələrin genişləndirilməsinin, veteranlarla iş sahəsində beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsinin vacibliyini vurğulayıb. O, ölkə başçısının müvafiq Fərmanı ilə bir neçə gün öncə yerli icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin yaradıldığını qeyd edərək, Veteranlar Təşkilatının həmin şöbələrlə əməkdaşlığının əhəmiyyətini bildirib. Rəyasət Heyətinin üzvləri çıxış edərək təşkilatın 2020-ci il üzrə fəaliyyətini yüksək qiymətləndirib, veteranların sosial-hüquqi müdafiəsinin gücləndirilməsi, gənclərin hərbi vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyəsinin təşkili və s. istiqamətlərdə gördükləri işləri qənaətbəxş hesab ediblər. Daha sonra Respublika Veteranlar Təşkilatının sədri T.Ağahüseynovun səhhəti ilə əlaqədar qurumun gündəlik fəaliyyəti ilə bağlı bəzi məsələlərin daha operativ həllində çətinliklərin yarandığı qeyd olunub, onun vəzifəsindən azad olunması məqsədəuyğun hesab edilib. Rəyasət Heyətinin üzvləri tərəfindən təşkilatın sədri vəzifəsinin icrasının İkinci Dünya müharibəsi veteranı, Prezident təqaüdçüsü Fatma Səttarovaya həvalə edilməsi təklif olunub. Hər iki təklif səsə qoyularaq yekdilliklə qərar qəbul edilib. Sonda Fatma Səttarova və Rəyasət Heyətinin digər üzvləri Respublika Veteranlar Təşkilatına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi təşəkkürlərini çatdırıb, təmsil olunduqları qurumun ölkə başçısının çağırışlarına cavab verməsi üçün bütün bilik və bacarıqlarını sərf edəcəklərini bildiriblər.
Hamısını oxu
Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində igidlik, mərdlik, böyük qəhrəmanlıq göstərərək, Dağlıq Qarabağ da daxil olmaqla, işğal altındakı ərazilərimizi azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Uzun illər beynəlxalq təşkilatların, bəzi böyük dövlətlərin himayə etdiyi işğalçı Ermənistan Azərbaycan Prezidentinin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü. Bu unudulmaz zəfərin əsas müəllifi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və onun rəhbərlik etdiyi Azərbaycan Ordusudur. Əldə olunan bu tarixi qələbə eyni zamandaUulu öndər Heydər Əliyevin memarı olduğu, Prezident cənab İlham Əliyevin ölkəmizdə bütün sahələr üzrə böyük uğurla həyata keçirdiyi inkişafın, xüsusilə də ordu quruculuğunda əldə olunan böyük nailiyyətlərin nəticəsidir. Vətən müharibəsində qazanılan möhtəşəm qələbə tariximizin ən parlaq səhifəsidir. Qazanılan tarixi qələbə uğrunda şəhid olan igidlərimizin ailələri, qazilər və veteranlar daim dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunur. Göstərilən diqqət və bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət siyasətində prioritet təşkil edir. Qeyd edim ki, 2020-ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror əməliyyatı ilə ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa edilməsinin, Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə dövlət bayrağımızın qaldırılmasının qürurverici bir an olduğunu, daha sonra Zəfər Paradının Xankəndidə keçirilməsi xalqımızın qüdrətinin, ordumuzun rəşadət və hünərinin bir daha nümayişi idi. Xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsinin artıq dövlətimizin bir rəmzinə çevrildiyinin şahidi oluruq. Vətən müharibəsində qazanılan hərbi-siyasi qələbədən sonra dövlətimiz və xalqımız öz tarixinin tamamilə yeni və qürur doğuran mərhələsinə qədəm qoyub. İndi dünya birliyi, beynəlxalq ictimaiyyət Azərbaycanı yalnız müxtəlif sahələrdə uğurlara imza atan bir məmləkət deyil, həm də qüdrətli bir dövlət kimi tanıyır. Vaxtilə Ümummilli Lider Heydər Əliyevin qurtuluş bəxş etdiyi, inkişaf yoluna çıxardığı Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənərək, yüksələrək, ən ağrılı problemini həll etməyə qadir olan mütləq gücə çevrilib. Son iki yüz illik Azərbaycan tarixinə nəzər salarkən şahidi oluruq ki, davakar erməni millətçiliyinin həyata keçirdiyi qəsbkarlıq və etnik təmizləmələr silsiləsinə birdəfəlik son qoyulması Azərbaycan dövlətçiliyinin tarixində yeni inkişaf dövrünün başlanmasına təkan vermişdir. Yenilməz sərkərdəsinin və uzaqgörən liderinin rəhbərliyi ilə möhtəşəm qələbəni əldə edən xalqımız, bundan sonra heç kəsin onunla güc və təzyiq dili ilə danışa bilməyəcəyini qətiyyətlə bəyan etmişdir. Bu bir faktdır ki, Zəfərə gedən yol xalqımıza çox böyük itkilər hesabına başa gəlmişdir. On minlələ azərbaycanlı qətlə yetirilmiş, yaralanmış və şikəst edilmiş, kütləvi etnik təmizləmə nəticəsində 1 milyondan artıq soydaşımız 30 ildən artıq qaçqınlıq və köçkünlük həyatı yaşamağa məhkum edilmişdir. Hələ Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi bugünədək məlum deyildir... Qeyd edim ki, qalib Azərbaycan xalqının Vətən müharibəsində əldə etdiyi uğurlar özünü Qarabağda, Şərqi Zəngəzurda geniş vüsət alan bərpa-quruculuq işlərində də göstərir. İşğal dövründə viran qoyulmuş torpaqlarımıza yeni həyat gəlir. Məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına yönələn nəhəng layihələr həyata keçirilir. Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti Vətən müharibəsində qazanılmış tarixi Zəfərin nailiyyətlərini qorumaq, xalqımıza və dövlətimizə qarşı yeni düşmənçilik hərəkətlərinin qarşısını almaq üçün bundan sonra da bütün zəruri tədbirləri görəcək. Səmyar Abdullayev, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin prezidenti
Hamısını oxu
Müdafiə Nazirliyinin Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi Cəlilabad rayon İcra Hakimiyyəti ilə birlikdə "Əsgərə məktub " layihəsi çərçivəsində tədbir keçirib. Müstəüilliyin Bərpası gününə həsr edilmiş tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailərinin üzvləri, qazilər, müharibə veteranları, ümumtəhsil məktəblərinin şagirdləri və təhsil işçiləri iştirak ediblər. Yüksək əhval-ryhiyyədə keçən tədbirdə iştirakçılar Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə öz salamlarını və istəklərini çatdırmaq üçün məktublar yazıblar. Gənclərimizə vətənpərvərlik ruhu aşılayan bu tədbirdə müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Cəlilabad Rayon Veteranlar Təşkilatının üzvləri də fəal iştirak edib, qüdrətli ordumuzun qalib əsgərlərinə şanlı məktublar ünvanlayıblar.
Hamısını oxuBu gün 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan Dili Günüdür. Bu əlamətdar günlə bağlı paylaşım edən Azərbaycanm Respublikasının Prezidenti İlham Əliyev dilimizin və müstəqilliyimizin önəminə diqqət çəkib: “Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil Azərbaycan dövləti”. Prezident İlham Əliyevin bu paylaşımı Azrbaycan dilinin on milyonlarla insanın həyatının ayrılmaz tərkib hissəsi olduğunu, ana dilimizin sərhədlərimizdən uzaqlarda da yaşadığını, öz mövcudluğunu qoruyub saxladığını göstərir. Xatırladaq ki, həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev ana dilinə, bu dilin saflığının, təmizliyinin, zənginliyinin qorunub saxlanılmasına mühüm önəm verib, hər bir vətəndaşı dil faktoruna xüsusi həssaslıqla yanaşma səsləyib. Təsadüfi deyil ki, Ümummilli Lider ana dilini müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvəti adlandırıb, onu qorumağın hər bir azərbaycanlının borcu olduğunu qeyd edib. Azərbaycan dili hər zaman xalqımızın mövcudluğunun, milli özünəməxsusluğumuzun ən böyük göstəricisi olub. Dilimiz minilliklər ərzində olduğu kimi bu gün də xalqımızın həyatında, onun mənəvi dəyərlər sistemində, mədəniyyətində mühüm rol oynayır. Ana dili bizi kənar mədəni təsir və təzyiqlərdən, qlobal kataklizmlərdən qoruyur, xalqımızın mənəvi-mədəni təhlükəsizliyini təmin edir. Bu mənada ana dilinin önəmini yalnız və yalnız ordumuzun önəmi ilə müqayisə edilə bilər. Ordumuz coğrafi, dilimiz milli-mənəvi toxunulmazlığımızın təminatçısıdır. Bu fakt dilimizin xalqımız, dövlətimiz üçün necə mühüm əhəmiyyət kəsb etdiyini ortaya qoyur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan dilinin qoruyucusu isə müstəqil Azərbaycan dövlətidir. Məhz müstəqillik həm maddi, həm də mənəvi dəyərlərimizin keşikçisi qismində çıxış edir, bizə iqtisadiyyatımız, hərbimiz və s. ilə yanaşı, həm də dilimizi inkişaf etdirməyə imkan verir. Başqa sözlə desək, müstəqilliyimiz maddi-mənəvi diriliyimizin, çoxşaxəli yüksəliş və tərəqqimizin qarantı qismində çıxış edir. Elə buna görə də həm Ümummilli Lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev müstəqilliyimizi xalqımızın ən ali sərvəti, ən böyük milli özünütəsdiqi adlandırıb. Bugünlərdə Almaniyada blogerlərdən birinin iddialarına cavab verən Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də müstəqilliyimizin əvəzsizliyini diqqət çəkərək deyib: “Azərbaycanın suverenliyi və milli təhlükəsizliyi hər şeydən dəyərlidir”. Bu fakt bir daha sübut edir ki, Azərbaycanın müstəqilliyindən daha ali bir dəyər, daha ali bir məqsəd yoxdur və bundan sonra da olmayacaq. Odur ki, hər birimiz bu müstəqilliyin əbədi olması üçün əlimizdən gələni əsirgəməməli, öz işimiz, əməlimizlə bu böyük dəyərə kiçik də olsa töhfə vermək səadətinə nail olmağa çalışmalıyıq. Seymur ƏLİYEV
Hamısını oxu