Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Rusiya Federasiyasının yubiley medalı sahiblərinə təqdim olunub

"1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” Rusiya Federasiyasının yubiley medalı sahiblərinə təqdim olunub
Bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi 9 Mayda SSRİ-nin qələbəsi ilə başa çatıb və faşizm süqut edib. Bu gün fəxrlə söyləmək olar ki, Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.
Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Bakı şəhəri Binəqədi, Nəsimi, Nizami, Suraxanı və Qaradağ rayon Veteranlar Təşkilatı sədrlərini Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 13 iyun 2019-cu il tarixli Sərəncamı ilə "1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edib.
General-polkovnik Tofiq Ağahüseynov qeyd edib ki, müharibə illərində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 75 il keçsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt öz əhəmiyyətini itirmir. General-polkovnik bildirib ki, gün gələcək qəhrəman Azərbaycan xalqı Qarabağın və işğalda olan rayonlarımızın düşmən tapdağından azad edildiyi günü Qələbə bayramı kimi qeyd edəcək. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü ordumuzun qələbə qazanacağı o gün isə elə də uzaqda deyil.
"1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” Rusiya Federasiyasının yubiley medalı sahiblərinə təqdim olunub.
Rayon Veteranları Təşkilatı sədrləri "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Rusiya Federasiyasının yubiley medalına layiq görüldüklərinə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlıqlarını bildiriblər.
Səmimi keçən görüşdə qonaqlar xatirə şəkli çəkdiriblər.

2020-08-20 00:00:00
3374 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri İkinci Şəhidlər Xiyabanını ziyarət edib

27 sentyabr –Anım Günü ilə əlaqədar olaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bir qrup üzvü Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında İkinci Şəhidlər Xiyabanını ziyarət edib. Şəhid məzarlarına gül dəstələri qoyan veteranlar vətənin azadlığı uğrunda mübarizədə həlak olan qəhrəmanların ruhuna dualar oxuyub, onların əziz xatirəsini ehtiram hissi ilə yad edib.  Veteranlar və azyaşlı məktəblilər qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov, vətənimizin bütövlüyü və təhlükəsizliyinə görə ilk növbədə şəhidlərimizə borclu olduğunu bildirib, onların gənc nəslə tanıdılması, göstərdikləri qəhrəmanlıqların təbliğinin bundan sonra da daim diqqətdə saxlanılacağını qeyd edib. Dövlətimizin şəhid ailələrinə, veteranlara hər zaman diqqət və qayğı göstərdiyini vurğulayan polkovnik Cəlil Xəlilov buna görə Prezident İlham Əliyevə təşəkkür edib, bütün veteranlar adından minnətdarlığını bildirib.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı ilə “TÜRKEL” Media Qrupu arasında gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

Veteran.gov.az xəbər verir ki, bu gün Almatı və Bişkek Mərkəzli “TÜRKEL” Yayın Qrupunun prezidenti, Qırğızıstan Respublikasının Əməkdar mədəniyyət xadimi Hökümə Xəlilova və sözügedən yayın qrupunun baş redaktoru, filologiya elmləri namizədi Ramiz Məşədihəsənli Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında qonaq olub. Təşkilat sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşən qonaqlar rəhbərlik etdikləri qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib, bu fəaliyyətin bütün türk dünyasının maraqlarına xidmət etdiyini vurğulayıblar. Görüş əsnasında gələcək əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın üqmumi istiqamətləri müəyən edilib. Qeyd edək ki, TÜRKSOY laureatları olan Hökümə Xəlilova və Ramiz Məşədihəsənli həm də Qırğızıstanın “Piramida” televiziya kanalının “Dostluq körpüsü” proqramının aparıcılarıdır və sözügedən proqram türk dünyasındakı dostluq əlaqələrinin daha da inkişaf etdirilməsinə, türk xalqlarına məxsus mədəniyyətlərin, adət-ənənələrin, tarixi həqiqətlərin təbliğinə xidmət edir.  Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi – Veteran.gov.az saytının baş redaktoru Seymur Əliyev, Təşkilati və beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi polkovnik Samir Musayev, yazıçı-publisist, ehtiyatda olan polkovnik-leytenant Azər Hacıbəyli Səlimov da iştirak edib.    

Hamısını oxu
Millət vəkili şəhid Rəşad Sadıqovun məzarını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, millət vəkili Mahir Abbaszadə şəhid Rəşad Sadıqovun məzarını ziyarət edib. Millət vəkili sosial şəbəkədəki hesabında bu  barədə aşağıdakıları yazıb:   “Oktyabrın 30-da Şəmkirdə Vətən müharibəsi şəhidimiz Rəşad Sadıqovun məzarını ziyarət etdik. Allah rəhmət eləsin.   Rəşad Sadıqov 11 oktyabr 1978-ci ildə Laçın şəhərində anadan olmuşdur. 1995-ci ildə Şəmkir şəhəri Ə.Cavad adına orta məktəbi bitirmiş və həmin il Bakı Birləşmiş Ali Komandirlər Məktəbinə qəbul olmuşdur. 1999-cu ildə Ali təhsilini başa vurmuş və leytenant rütbəsi ilə ilk hərbi xidmətinə Naxçıvan şəhərində başlamışdır. 2019-cu ildə Goranboy rayonunda “N” saylı hərbi hissədə xidmətinə davam etmişdir. 2020-ci il sentyabr ayının 27-də Vətən müharibəsində ordumuzun sıralarında yer almış, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və nəhayət Laçın rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir.   Rəşad Sadıqov oktyabrın 30 da Laçın döyüşləri zamanı şəhid olub.   Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Sadıqov ölümündən sonra "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Hərbi hospitalda yaralı əsgərin ad günü qeyd olundu

Hərbi hospitalda Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə yaralanan əsgərin ad günü qeyd edilib. “Bu gün hərbi xəstəxanada yaralı əsgərlərdən birinin ad günüdür. Adı Uğurdur. Ona bütün işlərində uğurlar və işıqlı bir yol arzulayırıq”, - deyə bununla bağlı “Facebook”da dərc olunan paylaşımda bildirilir.   Döyüşçü və yoldaşları üçün bayram tədbiri təşkil edən tibb müəssisəsinin işçiləri ad günü tortu da daxil olmaqla, müxtəlif şirniyyat və yeməklərin olduğu süfrə açıblar.        

Hamısını oxu