Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bu gün birinci xanım Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat yoldaşı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyavanın doğum günüdür.
1964-cü ilin bu günündə - 26 avqust tarixində ziyalı ailəsində dünyaya göz açan Mehriban Əliyeva yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquluyevin nəvəsidir.
Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadim, Milli Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professordur. 1996-cı ildən indiyədək “ Azərbaycan Hava Yolları” Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur.
Anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professordur. Aida İmanquliyeva Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor – qadındır.
Birinci vitse-prezident olaraq Mehriban xanım Əliyevanın bu gün müasir Azərbaycanın dövlət idarəçiliyində və inkişafında oynadığı yüksək rol, ölkəmizdə və onun hüdudlarından kənarda həyata keçirdiyi humanist və xeyirxah fəaliyyət hər kəsə məlumdur, bizlər də bunu dəyərləndirərək yüksək qiymətləndiririk.
Respublika Veteranlar Təşkilatının sədri general-polkovik Tofiq Ağahüseynov şəxsən öz adından və çoxsaylı veteranlar adından Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edir, ona cansağlığı, xoşbəxtlik, firavanlıq və Azərbaycan xalqının rifahı naminə çoxşaxəli və mühüm işində uğurlar arzulayır.

2020-08-25 00:00:00
3638 baxış

Digər xəbərlər

“Vətən müharibəsi ordumuzun qəhrəmanlığı ilə yanaşı, həm də humanizmini nümayiş etdirdi”

“2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvəllərinin yalnız qəhrəmanlığını deyil, həm də humanizmini nümayiş etdirdi”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, müharibə zamanı Azərbaycan Ordusu öz qəhrəmanlığı ilə yanaşı, həm də humanizmi, yüksək hərbi mədəniyyəti ilə bütün dünyanı heyrətdə qoydu: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində dünyanın ən güclü ordularında belə heyrət doğuran misilsiz qəhrəmanlıqlara, bənzərsiz igidliklərə imza atdı. Şuşa şəhərinin yalın əl və yüngül atıcı silahlarla azad edilməsi, minalanmış, müxtəlif əngəllər və çoxsaylı istehkamlarla möhkəmləndirilmiş müdafiə zolaqlarının ildırım sürəti ilə yarılması və s. Azərbaycan əsgərinin qarşısıalınmaz olduğunu göstərdi. Bununla yanaşı, müharibə sübut etdi ki, Azərbaycan Ordusu qəhrəman olduğu qədər də humanistdir. O, lüzumsuz zorakılığa, gərəksiz şiddətə yol vermir. Qəhrəmanlıqla yanaşı, mərhəmət göstərməyi, rəhm etməyi də bacarır. Məhz buna görə də Ordumuz müharibə dönəmində bir nəfər də olsun mülki ermənini hədəf almadı. Xatırladım ki, 5 yanvar 2026-cı il tarixində dövlət başçısı yerli telekanallara müsahibəsində Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindəki humanizminə diqqət çəkdi. Müzəffər Ali Baş Komandan bildirdi ki, istər 2020-ci, istərsə də 2023-cü ildə Azərbaycan Ermənistan şəhərlərini Ağdamın vəziyyətinə qoya bilərdi. Lakin dövlət başçısı qeyd etdi ki, Azərbaycan bunu nahaq iş hesab etdiyi, habelə, sülh istədiyi, müharibəni dayandırmaq niyyətində olduğu üçün bunu etmədi. Bu fakt bir daha Azərbaycan Ordusunun, onun Müzəffər Ali Baş Komandanının nə qədər humanist olduğunu, müharibə zamanı belə sülhə xidmət etdiyini göstərir. Və bu fakt onu deməyə əsas verir ki, dünya Azərbaycan Ordusunun müharibə təcrübəsi ilə yanaşı, həm də humanizmini öyrənməli, bundan özü üçün lazımi nəticələr çıxarmalıdır”.

Hamısını oxu
Cəlilabad rayonunda şəhid ailələri və qazilərlə görüş keçirilib

  Cəlilabad rayonunda şəhid ailələri və qazilərlə görüş keçirilib. Görüşdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov,  hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin Şəhid ailələri, qadınlar və hərbi qulluqçuların ailələri ilə şöbə rəisi Zümrüd Səmədova, Türkiyə Azərbaycan İş Adamları və  Sənayeçiləri İctimai Birliyinin nümayəndələri, şəhid ailələri, qazilər və rayon Veteranlar Təşkilatının üzvləri  iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılmış abidəsini və Şəhidlər Parkı Abidə Kompleksini ziyarət ediblər.  Heydər Əliyev Mərkəzində keçirilmiş  tədbirdə dövlət himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək, tədbir iştirakçılarını və gələn qonaqları salamlayıb. Rayon rəhbəri qeyd edib ki, bu günlərdə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin prezident seçilməsinin 20 illiyi ərəfəsində Azərbaycanın üçrəngli qələbə bayrağını Xankəndi, Ağdərə, Xocalı şəhərində, Əsgəran qəsəbəsində, Xocavənddə, Sərsəng su anbarının ərazisində dalğalandırdı. Xalqımız öz tarixində iftixar və fərəhlə yaddaşlarda qalacaq ən parlaq səhifəyə imza atdı. Rafiq Cəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğının ən yüksək səviyyədə olduğunu, bu qayğının hər zaman davam edəcəyini bildirib. Müdafiə Nazirliyinin Şəhid ailələri, qadınlar və hərbi qulluqçuların ailələri ilə şöbə rəisi Zümrüd Səmədova vurğulayıb ki, Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda edən şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi, eləcə də Müdafiə Nazirliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir. Onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Şəhidlərimizin xatirəsini yad etmək hər birimizin ən müqəddəs borcudur.  Bizlər də bu əmanətə ehtiramla yanaşmalıyıq. TUİB İdarə heyətinin sədri Hüseyin Büyükfırat qeyd edib ki, Azərbaycan torpaqlarının bütövlüyü naminə canlarını fəda edən əziz şəhidlərimizin xatirəsini hər zaman böyük ehtiram hissi ilə anır və yad edirik. Müdafiə Nazirliyi ilə birgə hazırladığımız "Qardaş ailə" layihəsi də məhz bu məqsədə xidmət edir. “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platformamız çərçivəsində biz də ölkə ərazisində geniş vüsat almış bu kimi nəcib təşəbbüsləri davam etdirəcəyik. Tədbirin sonunda incəsənət nümayəndələri vətənpərvərlik  ruhunda musiqi nömrələri ilə çıxışı ediblər.    

Hamısını oxu
“Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyi Abşeronda hüquqi dəstək adlı tədbir keçirib

Abşeron rayonu Heydər Əliyev Mərkəzində “Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi dəstək” adlı tədbir keçirib “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir”Layihəsi çərçivəsində Abşeron rayonu Heydər Əliyev Mərkəzində “Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi dəstək” adlı tədbir keçirib. Tədbirdə Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü, Millət vəkili Jalə Əhmədova, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Millət vəkili Müşfiq Məmmədli, Abşeron Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, “Müasir İnternet Resursların İnkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri Zamin Zeynal, Birliyin sədr müavini Sərvaz Hüseynoğlu, Hüquq departamentinin rəhbəri Nicat Cəfərov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının 38 saylı Vəkil Bürosunun rəhbəri Orxan Mahmudov, vəkil Elşad Daşdəmirov, vəkil Namiq Məmmədov tanınmış ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları iştirak edərək çıxış ediblər. Çıxış edənlər şəhid ailələri və müharibə iştirakçıları arasında dövlətin sosial siyasətinə ictimai dəstək yönümündəbelə bir hüquqi maarifləndirmə işi aparmağın ictimai, hüquqi əhəmiyyətindən danışıblar.Qeyd ediblər ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanın Əliyeva tərəfindən daima ölkəmizin həssas qrupuna daxil olan şəhid ailələri və müharibə iştirakçılarına hər cür diqqət və qayğı göstərilir.Bu baxımdan vətəndaş cəmiyyəti olaraq“Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin hüquqi dəstək təşəbbüsü təqdirəlayiqdir. Millixəbər. az-ın məlumatına görə tədbirlə bağlı “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin sədri Zamin Zeynal çıxışında bildirib ki, “Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir” layihəsini gerçəkləşdirməkdə əsas məqsəd Şəhid ailələrinin və müharibə iştirakçılarına hüquqi dəstək göstərməklə yanaşı Dövlət Başçısı cənab İlham Əliyevin sosial siyasət kursuna vətəndaş cəmiyyəti dəstəyi göstərməkdir.Birlik sədri onu da deyib ki, şəhid ailələrinin və müharibə iştirakçılarına narahat edən sosial, hüquqi məsələlərə kömək olmaq üçün ölkəmizin 3 regionunda Abşeron, İmişli, Binəqədi rayonlarında vəkillərin iştirakıyla bu sayaq hüquqi maarifləndirmə tədbirləri keçiriləcək. MİRİİB sədri xüsusi olaraq vurğulayıb ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə MİRİİB tərəfindən uğurla realllaşdırılan layihənin icra planına uyğun olaraq “Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi dəstək adlı kitabça çap edilib. Bu kitabça vasitəsilə ölkəmizin həssas təbəqəsində hüquq bilgi və məlumatlandırmanın effektivliyini təmin etmək üçün şəhid ailələri və müharibə iştirakçılarına təqdim edilib.  

Hamısını oxu
Od-alov içindən keçmiş döyşçü

Alman faşizmi üzərində  qələbənin 80  illiyi...  ...1942-ci ilin məşəqqətli günləri idi. Bu o vaxtlar idi ki, ölkəmizə qəfildən hücum edən alman-faşist qoşunları artıq Şimali Qafqazın ətəklərinə qədər gəlib çıxmışdılar. Mozdak şəhəri ətrafında qızğın döyüşlər gedirdi. Belə bir ağır zamanda Fətulla da Cəlilabad rayonunun Pakrovka (indiki Günəşli)  kəndindən cəbhəyə yola salınır. Fətulla Niftullayev o qanlı-qadalı günləri belə xatırlayırdı: -İlk döyüş yolum Stalinqrad cəbhəsindən başlayıb. 1942-ci ilin iyun ayı idi. Kotelnikov yaşayış məntəqəsi uğrunda ölüm-dirim mübarizəsi aparırdıq. Faşistlər şəhəri talan etmiş, taxıl anbarları olan yerləri yandırıb külə döndərmişdilər. Birdən komandirimiz Aleksandr Zolotnikovun və vzvod komandiri Baloğlan Şükürovun “İrəli, hücum!” sözlərini eşitdik. Mərmilər böyrümüzdə partlayır, güllələr qulaqlarımızın yanından keçirdi. Azğın faşistləri geri oturtmaq üçün sinəmizi qabağa vermişdik. Düşmən məğlub olmaq istəmirdi. Yoldaşlarımızla hücuma keçib düşməni məhv etmək qərarına gəldik. Elə düşündüyümüz kimi əməliyyatı da həyata keçirtdik. Ağır yaralandığım üçün huşumu itirmişdim. Qospitalda gözlərimi açıb özümə gələndə yanımda rayonumuzun Suluçeşmə kəndindən olan Qəhrəman Atayevi və general Həzi Aslanovu gördüm. Həzi Aslanov qayğıkeşlik göstərib dodaqlarımı su ilə islatdı,  sifətimdəki qanı sildi. Sonra alnımdan öpərək  ayrıldı... Fətulla Niftullayev sağaldıqdan sonra  yenidən ön cəbhəyə, 77-ci diviziyanın döyüşdüyü cəbhəyə göndərilir. O, Krasnodar diyarının azad edilməsində, Ukraynanın Zaparojye, Xerson, Krım vilayətlərinin alman-faşist işğalçılarından təmizlənməsində fəal iştirak edir. Fətulla Stalinqradın, Rostov-Don, Novorossiysk, Simferopol, Sevastopol, Taqanroq və başqa yaşayış məntəqələrinin azad olunmasında və müdafiə edilməsində döyüş yoldaşları ilə birgə böyük rəşadət göstərir. 1944-cü ildə Fətulla Niftullayevin döyüş yolu Keniqsberqdən keçir. Qızğın döyüşlərin birində ağır yaralandığı üçün əsir düşür. Onun uzaq yerlərdə - əsir düşərgəsində çətin və məşəqqətli günləri başlayır. Nəhayət, əsir düşərgəsindən qaçıb Fransa partizanlarına qoşulur. Fransa müqavimət hərəkatının fəal iştirakçısı olur. Alman faşizminə qarşı fransız partizanları ilə birgə mübarizə aparır. Partizanlar arasında böyük nüfuz qazana bilir. Fransa KP MK-nın rəhbəri olan Marsen Kaşen şəxsən özü onunla tanış olub igid qafqazlı balasına xeyir-dua verir. Fətulla Niftullayev alman faşistlərilə müharibənin bizim qələbəmizlə başa çatması xəbərini də elə Fransada olarkən eşidir.. Vətənin müdafiəsi naminə müharibəyə könüllü gedən Fətulla Niftullayev döyüş cəbhələrində rəşadətli əsgər kimi göstərdiyi şücaətlərinə görə “I dərəcəli Şərəf”, “I dərəcəli Vətən müharibəsi”, “Qırmızı Ulduz” ordenləri ilə, “Qafqazın müdafiəsinə görə”, “Stalinqradın müdafiəsinə görə”, “Simferopolun alınma- sına görə”, “Varşavanın alınmasına görə”, “Kensbirqin alınmasına görə” və “Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif olunub. Xatırladaq ki, Böyük Vətən müharibəsi illərində torpaqlarımızı düşmənlərdən qorumaq üçün təkcə  Cəlilabad rayonundan  6440 nəfər müharibəyə yola salınmışdı. Faşistlərin şeytan yuvası olan Reyxstaq üzərinə Qələbə bayrağı sancılandan sonra  cəbhədən yaralılarla birlikdə cəmi 2800 nəfər cəlilabadlı geri  dönə bilmişdi. Onlardan biri də Fətulla Niftullayev idi. O, böyük qələbədən xeyli sonra öz elinə qayıtdı. Ömrünün sonuna kimi müxtəlif sahələrdə çalışdı, döyüş cəbhəsində olduğu kimi əmək cəbhəsində də öz yoldaşlarına nümunə oldu, onların rəğbətini qazandı. Hər il faşizm üzərində qələbənin ildönümünü qeyd edəndə Fətulla  Niftullayev kimi igid oğulları bir daha ehtiramla yad edir, onların qəhrəmanlıqları ilə qürur duyuruq. Ümummilli liderimiz Heydər Əliyev 1995-ci ilin aprel ayının 7-də veteranlarla görüşündə haqlı olaraq demişdir: “1941-1945-ci illlər Azərbaycan xalqının tarixində də görkəmli yer tutur, xalqımızın parlaq səhifəsidir. Biz bunları böyük hörmət və ehtiramla xatırlayırıq. Bu dövrün insanlarını – həm həmin dövrdə döyüşən və həlak olanları, cəbhədə yaralanları, həm də rəşadət göstərib bu gün yaşayanları, həyatlarını dəyişənləri həmişə xatırlamalı, onlara böyük hörmət və ehtiramımızı bildirməliyik”. Bu qələbənin qazanılmasında  doğma Azərbaycanımız da böyük şücaət göstərmişdir. Böyük Vətən müharibəsində Vətənimizin xilası yolunda, faşizmin darmadağın edilməsi naminə xalqımız böyük qurbanlar vermişdir. Vətənə sədaqətlə xidmət etmiş və öz həyatlarını qələbə naminə qurban vermiş Fətulla  Niftullayev kimi müharibə iştirakçılarının  xatirəsini  ehtiramla yad etmək bu gün bizim mənəvi borcumuzdur. Bəli, heç kim unudulmur, heç nə yaddan çıxmır. Bu gün Fətulla  Niftullayevin də əziz xatirəsi qəlbimizdə yaşayır. Od-alov içindən keçmiş döyüşçünün adının əbədiləşdirilməsi üçün Cəlilabadın geniş küçələrindən birinə onun adı verilib. Fərəhli haldır ki, Sverdlovsk vilayətində yerləşən “Krasnıy kult” orta məktəbi də həmyerlimiz Fətulla Niftullayevin adını daşıyır... Ədalət SALMAN, Prezident təqaüdçüsü, Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri

Hamısını oxu