Digər xəbərlər
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü Vladimir Vasilyeviç Timoşenkonu “Şöhrət” ordeni ilə təltif edib. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bu münasibətlə Vladimir Timaşenkonu təbrik edib, həmçinin, dövlət başçısına veteranlara göstərdiyi diqqət və qayğıya görə öz təşəkkürünü bildirib: “Öncə Təşkilatımızın Rəyasət Heyətinin üzvü Vladimir Timaşenkonu “Şöhrət” ordeni ilə təltif olunması münasibəti ilə təbrik edir, ona ictimai-siyasi fəaliyyətində uğurlar arzulayırıq. Vladimir Timaşenkonun “Şöhrət” ordeni ilə təltif edilməsi bir daha dövlət başçımızın veteranlara, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edən şəxslərə qarşı necə böyük diqqət və həssaslıqla yanaşdığını göstərir. Buna görə bütün veteranlar, o cümlədən Təşkilatımız adından dövlət başçısına öz təşəkkürümüzü bildiririk. Prezidentimizin Vadimir Timoşenkoya verdiyi bu qiyməti ümumilikdə veteranlara, habelə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına verilən qiymət hesab edirəm. Əminliklə bildirirəm ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Fatma Səttarovanın rəhbərliyi altında dövlət maraqlarımızın müdafiə edilməsi, gənc nəslin vətənpərvərlik tərbiyəsinin güclənməsi, onların milli maraqların müdafiəsinə köklənməsi, Ali Baş Komandanın ətrafında birləşməsi istiqamətindəki fəaliyyətini əzmlə davam etdirəcək, hər zaman dövlət başçısının etimadına layiq olmağa çalışacaqdır”.
Hamısını oxu
30 mart 2017-cı il tarixdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 31 Mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir başlamazdan əvvəl Soyqırım qurbanlarının və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə müharibə, əmək və Silahlı Qüvvələr veteranları, Respublika Veteranlar Təşkilatı Mərkəzi Aparatının əməkdaşları iştirak etmişlər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açaraq demişdir: “1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında Bakı şəhəri və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğınlar törətmişlər. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 mindən çox azərbaycanlı qətlə yetirilmiş, minlərlə insan itkin düşmüşdür. Bu faciənin təməli 2 əsr öncədən başlamışdı. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 19-cu əsrin əvvəllərindən etibarən əvvəl çar Rusiyası, sonra Sovet İmperiyasının dəstəyi ilə azərbaycanlıları min illərlə yaşadıqları dədə-baba torpaqlarından zor gücünə kütləvi surətdə çıxararaq Azərbaycan ərazilərində özlərinə dövlət qurmuşlar. Nəhayət 1948-1953-cü və 1988-ci deportasiyasından sonra qədim türk yurdlarında monoetnik Ermənistan yaradılmışdır. Ermənilər tərəfindən Azərbaycanlı soyqırımları xüsuaən 20 əsrdə daha böyük vüsət almışdır. 1905-1907-ci illərdə Bakıda, Azərbaycanın digər ərazilərində və indi Ermənistan adlanan torpaqlarda azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirimişdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdi. Bakıda hakimiyyətini ələ keçirən bolşevik Stepan Şaumyanın bolşeviklərlə erməni millətçilərinin əməkdaşlığına nail olması ilə hələ 1918-ci ilin yanvarında həmin qırğınlara cəhd edilmiş, lakin Nəriman Nərimanov və başqalarının səyi nəticəsində onların yanvar planı baş tutmamışdı. 1918-ci ilin mart ayından ordudan tərxis olunan silahlı erməni dəstələri Azərbaycanın müxtəlif yerlərində talanlara başlamışdılar. Təxminən 7 min erməni əsgəri və 70%-i ermənilərdən ibarət olan "Qırmızı Qvardiya" adı altında yaradılan 10-12 minlik ordu müxtəlif cəbhələrdən Bakıya gətirilmişdi. Bolşevik-erməni koalisiyası cəbhə boyu hücuma keçmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası 1918-ci il iyulun 15-də mart hadisələrini təhqiqi məqsədilə xüsusi Fövqəladə İstintaq Komissiyası yaratmışdır. Komissiyanın hesabatında qanlı hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilirdi. Həmin vaxt həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün həmçinin Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılmışdı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və iki əsrə yaxın davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Nəhayət ermənilərin Azərbaycanlılara qarşı soyqırımı törətməsinə Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə siyasi qiymət verildi. Həmin tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir”. Tədbirdə 31 mart hadisələri ilə yanaşı həmçinin ermənilərin xalqımıza qarşı 20-ci əsrdə törətdiyi sonuncu Xocalı soyqırımı barədə də danışılmış, ermənilərin Dağlıq Qarabağda başladığı qəsbkarlıq nəticəsində bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salınması, ərazimizin 20 faizinin işğal olunması və bu günədək işğal altında saxlanıldığı qeyd edilmişdir.
Hamısını oxu
Mayın 2-də Respublika Veteranlar Təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, o cümlədən rayon ziyalıları Cavad kənd qəbiristanlığında şəhid mayor Məmmədov Anar Elşad oğlunun məzarını ziyarət edib, şəhidin məzarı üstünə gül dəstələri qoyub. Daha sonra ziyarətçilər önündə çıxış edən Respublika Veteranlar Təşkilatının Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov şəhidlərimizin heç zaman unudulmayacağını, onların xatirəsinin əsrlər sonra da xalqımızın qəlbində yaşayacağını vurğulayıb. Şəhidin qızı Zeynəb Məmmədli də çıxış edərək atası Anar haqqında ürək sözlərini bildirib, ona olan sevgi və heyranlığını vurğulayıb. Tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin nümayəndələri, o cümlədən digər yetkililər iştirak edib. Xatırladaq ki, şəhid Anar Məmmədovun qaynatası Heydər Həmidov da Birinci Qarabağ müharibəsində şəhid olub. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Mustafa Nəsirov SSRİ dövründə bir sıra məsul hərbi vəzifələr tutmuş, ölkəmiz müstəqillik əldə etdikdən sonra isə hərb işinin inkişafında, sərhəd qoşunlarının formalaşdırılmasıda xidmətləri olmuşdur. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov açaraq demişdir: Mustafa Nəsirov, onun keçdiyi zəngin və şərəfli həyat yolu haqqında izlədiyimiz filmdə tam da olmasa, bir çjö epizodlar öz əksini tapmışdır. Şübhə etmirəm ki, yvbilyarın burada iştirak edən həmkarları, dostları, ailə üzvləri öz çıxışlarında bu böyük insanın keçdiyi həyat yoluna geniş nəzər salınacaqlar. Buna görə də mən qısa danışmaqla, bu yolun yalnız bəzi məqamlarını sizə xatırlatmaq istəyirəm. Onun II Dünya müharibəsində əsl Azərbaycanlı rəşadəti göstərməsini və bütün həyatı boyu bu ənənəsinə sadiq qalmasını xüsusi vurğulamaq istərdim. 1942-ci ildə döyüş cəbhəsindən Saratov Sərhəd Qoşunlarının hərbi məktəbinə göndərilən Mustafa Nəsirov bütün həyatını bu şərəfli peşəyə həsr etmişdir. Azərbaycan və Zaqafqaziya sərhəd dairələrinin qərargahlarında müxtəlif vəzifələrdə xidmət göstərmişdir. Göytəpə Sərhəd Dəstəsinin qərargah rəisi və Neftçala Sərhəd Dəstəsinin rəisi vəzifələrində çalışmışdır. M.Nəsirov 1962-1968-ci illərdə Naxçıvan Sərhəd Dəstəsinin rəisi olmuşdur. 1968-ci ilin oktyabrından ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Zaqafqaziya Sərhəd Dairəsinin hərbi əməliyyat şöbəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. 1972-ci ilin dekabrından Bakıda HƏŞ-nin rəisi, SSRİ DTK – nin Zaqafqaziya sərhəd dairəsinin rəis müavini, dairənin Hərbi Şurasının və Azərbaycan Respublikası DTK-nin kolleqiyasının üzvü olmuşdur. 1977-ci ildə SSRİ Hərbi Qüvvələrinin Baş Qərargahı nəznindəki Akademiyada rəhbər heyətinin təkmilləşdirilməsi üzrə ali akademik kurslarını bitirmişdir. Mustafa Nəsirov 1993-cü ilin avqustunda Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərhəd məsələləri üzrə baş məsləhətçisi təyin olunmuş və bu vəzifədə 1995-ci ilin iyuluna qədər işləmişdir. 1994-cü ildən 1995-ci ilə qədər MDB ölkələri iştirakçılarının parlamentarası Assambleyasının üzvü, mühafizə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyanın sədri olmuşdur. Bir faktı fəxrlə qeyd etmək lazımdır ki, o, sovet dövründə sərhəd qoşunlarında ilk azərbaycanlı zabit olmuşdur. General-mayor M.C.Nəsirov 1987-ci ilin iyununda 65 yaşında istefaya çıxmışdır. M.Nəsirov Respublikamızda veteran hərəkətinin inkişafına da böyük tövhələr vermişdir. Bu gün biz qürurla deyə bilərik ki Mustafa Nəsirov 1987-ci ilin mart ayında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ilk sədri seçilmişdir. Onun veteranlara göstərdiyi diqqət və qayğı ilə bugünki veteran hərəkatının təməli olmuşdur. Biz, Mustafa Nəsirovun Bakı Təşkilatından Respublika səviyyəsinə yüksəltdiyi təşkilatda fəaliyyət göstərməyimizdən qürür duyur, onun yaratdığı ənənələri bu gün də yaşatmağa çalışırıq. Mustafa Nəsirovun həyat və fəaliyyətindən bəhs edən bir neçə kitab yazılmış, sənədli və bədi film çəkilmişdir. Vətən qarşısındakı xidmətlərinə Mustafa Nəsirov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüşdür. Veteranlar heç bir zaman bu böyük insanın Azərbaycan naminə xidmətlərini unutmurlar. O bizim qəlbimizdə bu gün də yaşayır, sabah da yaşayacaq və nəsillərə nümunə kimi tanıdılacaqdır”. Daha sonra çıxış üçün söz İctimai Televiziya və Radio yayımları şirkətinin direktoru Cəmil Quliyevə verildi. C.Quliyev M.Nəsirovun xidmətlərindən, həmçinin ictimai fəaliyyətindən bəhs etdi. General-mayor Abbasəli Novruzov Mustafa Nəsirovla bağlı xoş xatirələrini yada saldı, onun peşəkar hərbiçi olmasından, əsl sərhədçi rəşadətindən danışdı. Bildirdi ki, müstəqil Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının qurulmasında və inkişafında M.Nəsirovun danılmaz rolu olmuşdur. A.A.Qritçenko, Soltan Məmmədov və başqaları çıxışlarında Mustafa Nəsirovun keçdiyi mənalı ömür yolundan bəhs etdi. Onunla bağlı xatirələrini çatdırdılar. Tədbirin sonunda bir neçə şəxs Respublika Veteranlar Təşkilatının təsis etdiyi yubiley medallarları ilə təltif edildilər. Daha sonra general-mayor Mustafa Nəsirov haqqında film nümaiş olundu.
Hamısını oxu