Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Oğuz rayon Veteranlar Təşkilatının sədri yubiley medalı ilə təltif edilib.

Oğuz rayon İcra Hakimiyyətinin  hüquq şöbəsinin məsləhətçisi, Çernobil əlili, rayon Veteranlar Təşkilatının sədri Firdovsi Şirinov veteran hərəkatına göstərdiyi dəstəyə və  rayon veteranlarına göstərdiyi diqqət və qayğıya görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il 13 iyun tarixli Sərəncamı ilə təsis olunan “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun göstərişi ilə Təşkilatın hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılovun iştirakı ilə yubiley medalı sahibinə təqdim edilib. Oğuz rayon Veteranlar Təşkilatının sədri Firdovsi Şirinov "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)”  Rusiya Federasiyasının yubiley medalına layiq görüldüyünə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlığını  bildirib.

2020-09-07 00:00:00
677 baxış

Digər xəbərlər

“Səhiyyə Nazirliyi və TƏBİB-in qazilərimizə olan həssas münasibətini yüksək qiymətləndirirəm”

Məşhur Məmmədov: “Türk psixoloqlarının ölkəmizə səfəri Türkiyənin qazilərimizə olan qayğısının bariz nümunəsidir”   Xəbər verdiyimiz kimi, Vətən müharibəsi qazilərinə psixoloji dəstək məqsədi ilə bir qrup türkiyəli mütəxəssis Azərbaycana gəlib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Səhiyyə Nazirliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan Kütahya Tibb Elmləri Universitetində psixi sağlamlıq uzmanı Dr. İsmail Volkan Şahiner, Ankara Təhsil və Araşdırma Xəstəxanasının psixoloqu Nihan Kılıç ilə görüşüb, mövcud və gələcək əməkdaşlıq məsələlərini müzakirə edib. Moderator.az-a açıqlamasında türk psixoloqların məlum gəlişini şərh edən millət vəkili Məşhur Məmmədov, bunu qardaş Türkiyə dövlətinin Azərbaycana, onun qazilərinə olan diqqət və qayğısının növbəti təzahüri kimi dəyərləndirib. Millət vəkili Səhiyyə Naizrliyi və TƏBİB-in bu istiqamətdəki fəaliyyətini də yüksək qiymətləndirib: “Təbii ki, türk psixoloqlarının qazilərimizə psixoloji yardım məqsədi ilə ölkəmizə gəlişi hər şeydən əvvəl qardaş Türkiyə dövlətinin qazilərimizə, vətənimizin şanlı müdafiəçilərinə olan diqqət  və qayğısının göstəricisidir. Heç kimə sirr deyil ki, Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycana həm mənəvi, həm də diplomatik baxımdan böyük dəstək verdi, bir an belə olsun dövlətimizi, xalqımızı tək buraxmadı. Artıq iki ildir ki, müharibə başa çatsa da, qardaş Türkiyə dövləti Azərbaycana dəstəyini davam etdirir. Bugünlərdə bir qrup türkiyəli mütəxəssisin qazilərimizə psixoloji yardım məqsədi ilə ölkəmizə səfər etməsi də bu dəstəyin davamıdır. Türkiyə bununla bir daha bütün dünyaya nümayiş etdirir ki, o, hər zaman Azərbaycanın yanındadır və bundan sonra da onu dəstəkləməkdə davam edəcək. Mən xalqımıza, qazilərimizə verdiyi dəstəyə görə qardaş Türkiyəyə təşəkkür edir, minnətdarlığımı bildirirəm. Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı sonsuza kimi yaşayacaq, bu birlik və qardaşlıq sadəcə ölkələrimizdə deyil, bütün dünyada sülhün, tərəqqinin, əmin-amanlığın bərqərar olması və inkişafına öz töhfəsini verəcəkdir. Mən bu məsələdə Səhiyyə Nazirliyi və TƏBİB-in fəaliyyətini də yüksək qiymətləndirirəm. Təkcə bir faktı nəzərə çatdırım ki, bu gün TƏBİB-ə tabe olan tibb müəssisələrində onlarla Vətən müharibəsi iştirakçısı, qazi və şəhid ailəsinin üzvləri çalışır. Səhiyyə Nazirliyi və TƏBİB qazilərimizin tibbi bərpa və reabilitasiyasında mühüm rol oynayır, hər bir qazi və şəhid ailəsi ilə bağlı məsələyə xüsusi həssaslıqla yanaşır. Şübhəsiz, dövlət qurumlarımızın qazilərimizə, şəhid ailələrinə bu cür qayğıkeş, həssas münasibəti qürurvericidir və həmin qurumların öz vəzifə borcuna, dövlət başçısının tapşırıq və tövsiyyələrinə yüksək dəqqiliklə əməl edildiyini göstərir”.   Seymur ƏLİYEV  

Hamısını oxu
“Azərbaycan qardaş Türkiyə uğrunda hər cür fədakarlığa hazırdır”

Cəlil Xəlilov: “Xalqımız və dövlətimiz öz qardaşlarını tək buraxmayacaq” “Azərbaycan qardaş Türkiyə uğrunda hər cür fədakarlığa hazırdır”.   Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Türkiyədə baş verən zəlzələ və onun yaratdığı fəsadları şərh edərkən bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan və Türkiyə tarixin ən mürəkkəb, ən təlatümlü anlarında belə mənəvi baxımdan bir-birlərinin yanında olub, bir –birlərinə sevgi və dəstək nümayiş etdiriblər:   “Azərbaycan-Türkiyə tarixi qardaş xalqlar, qardaş dövlətlər tarixidir və biz bu tarixə nəzər salanda görürük ki, hər iki dövlət ən çətin, ən dar, ən məşəqqətli gündə belə bir-birlərinin yanında olub, bir-birlərinə dəstək nümayiş etdiriblər.   Bu gün qardaş Türkiyədə baş verən zəlzələ və onun yaratdığı fəsadlar Azərbaycanda ciddi təəssüf və hədsiz həyəcana səbəb olub. Şübhəsiz, Türkiyə dövlətinin gücü,  türk xalqının mübarizə əzmi, həmrəylik ruhu ona bu çətinlikdən də çıxmağa kömək edəcək. Artıq Türkiyənin bütün əlaqədar dövlət qurumları zəlzələ bölgəsində genişmiqyaslı iş aparmaqda, insanlara operativ şəkildə köməklik göstərməkdədir. Lakin bu çətin anda hər kəsin -  sadəcə türk-İslam dövlətlərinin deyil, bütün sivil dünyanın borcu Türkiyənin yanında olmaq, ona dəstək verməkdir.   Zəlzələnin ilk anından etibarən Azərbaycan Türkiyənin yanında olduğunu bildirib, onunla birlik və həmrəylik sərgiləyib. Prezident İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyədə fəaliyyətdədir. Türkiyəyə ilkin yardımla bağlı fasiləsiz olaraq zəruri vasitələr - tibbi ləvazimatlar, çadırlar, yataq dəstləri, digər zəruri vasitələr tədarük edilir. Təbii ki, prosesin gedişində gərəkli ehtiyaclar nəzərə alınmaqla Azərbaycan dövləti, Azərbaycan xalqı hərtərəfli yardımlarını davam etdirəcək.     Ölkəmiz zəlzələnin fəsadları tam olaraq ortadan qaldırılana qədər qardaş Türkiyəyə dəstəyini davam etdirəcək, bunun üçün əlindən gələni əsirgəməyəcək”.

Hamısını oxu
“Ali Baş Komandana “Ordu Marşalı” adı verilsin”

“Qələbəmizin təmin olunmasında müstəsna rolu olan, Azərbaycan xalqının ürəyində bu gün qəhrəman kimi əbədi yer tutan Cənab Prezident İlham Əliyevin təltif olunmasını təklif edirəm”. Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı deyib. Deputat bildirib ki, xüsusi olaraq bir nüsxədə “Xilaskar” ordeni təsis edilsin və Cənab Prezident bu ordenlə  təltif olunsun.   Deputat Məlahət İbrahimqızı həmkarının fikirlərini dəstəkləyib. O qeyd edib ki, Ali Baş Komandana nadir dövlət liderlərinə verilən “Ordu Marşalı” adı verilsin. Könül Cəfərli

Hamısını oxu
Nəsimi rayonu 111 sayli tam orta məktəbdə 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və  baş  mütəxəssis Nəbi Hacıyev 17 yanvar 2025-cü il tarixində Nəsimi rayonunda tədbir təşkil  ediblər. Tədbir  Nəsimi rayonunda yerləşən 111 saylı tam orta məktəbdə baş tutub. 20 Yanvar faciəsinin  35 illiyi ilə əlaqədar tədbirdə  20 Yanvar faciəsinin şahidləri, şəhid anaları, məktəbin direktoru Jaiə Hacıyeva, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər. Tədbiri məktəbin direktoru Jalə Hacıyeva açıb, qonaqları tədbir iştirakçılarına təqdim edib. Sonra Dövlət Himni səslənib, .20 Yanvar qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış üçün söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. O, ilk öncə Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Adil Haqverdiyev qeyd edib ki, öz suverenliyinə can atan xalqımızın mübarizəsini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirən 20 Yanvar tarixi Azərbayçanın istiqlal yolunun başlanğıcı, milli oyanış günüdür. Milli qürur günü kimi tarixə yazılan 20 Yanvar gününün və bu günün qəhrəmanlarının unudulmaması, xatırlanması şagirdlərə, gənc nəslə tövsiyə olunur və hər zaman olunmalıdır: “Siz şagirdlər Azərbaycanın gələcəyisiniz. Keçmişdə buraxılan səhvlər bir daha təkrar olunmasın deyə, dostlarınızı ,düşmənlərinizi tanımalısız. Sizlərə uğurlar arzulayır, müvəffəqiyyətlər diləyirəm”. Tədbirin sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu