Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezidentdən generalla bağlı - Sərəncam

Prezident İlham Əliyev Y.Ə.Əliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir: "Azərbaycan Respublikasında milli dövlət quruculuğu işində xüsusi xidmətlərinə görə Yaşar Ədilxan oğlu Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin". Qeyd edək ki, bu gün Yaşar Əliyevin 60 yaşı tamam olur.

2020-09-08 00:00:00
1113 baxış

Digər xəbərlər

“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində konfrans keçirilib

Veteran.gov.az xəbər verir ki, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində konfrans keçirilib. Bu barədə   “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri Lamiyə İsazadə sosial şəbəkədəki hesabında məlumat verib. Məlumatda deyilir: “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Dövlətimizin inkişafı və tərəqqisi naminə təhsildən yayınmayaq!” adlı layihə çərçivəsində Gəncə şəhərində yekun konfrans, ictimai müzakirə keçirilib. Konfransda Milli Məclisin deputatı, professor Elman Nəsirov, millət vəkili Müşfiq Cəfərov, Azərbaycan Dövlət Aqrar universitetinin rektoru İbrahim Cəfərov, siyasi şərhçi, əməkdar jurnalist Azər Həsrət, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Tünzalə Vəliyeva, məktəb direktorları, müəllimlər, tələbələr, ziyalı insanlar, təxminən 300 nəfərdən çox qonaq iştirak edib. Konfransımıza böyük dəstək verən, bu konfransın yüksək səviyyədə təşkili üçün əlindən gələni əsirgəməyən Prezident Administrasiyasına, Gəncə şəhər İcra Hakimiyyətinə, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatına sonsuz minnətdarlığımı bildirirəm. Fəaliyyətimizə yüksək dəyər bizə çalışmaq üçün stimul verir”.  

Hamısını oxu
Prezident və birinci xanım Füzulidə ağac əkdilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzulidə yaradılacaq Mərkəzi Şəhər Parkında ağac əkiblər. Redaktor.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına və birinci xanıma yaradılacaq yeni park barədə məlumat verdi. Bildirildi ki, burada şəhər sakinləri və qonaqlar üçün 21 hektarlıq böyük meşə parkı salınacaq. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək. Bununla yanaşı, sakinlərin asudə vaxtının maraqlı təşkili məqsədilə istirahət guşələri, müxtəlif tədbirlər üçün amfiteatr zonası, kempinq və istirahət yerləri, uşaq və gənclərin yaş qruplarına uyğun əyləncə zonaları, ekstrim velosiped sahəsi və digər guşələr yaradılacaq. Parkda salınacaq su hövzəsi kafe və restoranlarda dincələn sakinlər üçün fərqli mənzərə yaradacaq. Ərazidə 8,2 kilometr uzunluğunda velosiped və 7,5 kilometr uzunluğunda piyada yollarının salınması planlaşdırılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda ağac əkdilər.

Hamısını oxu
Rayon Veteranlar Təşkilatı hərbi hissədə əsgərlərlə görüş keçirib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad şöbəsi ilə birlikdə 26 iyun Silahlı Qüvvələr günü ilə əlaqədar  rayonunun Göytəpə ərazisində yerləşən N saylı hərbi hissədə tədbir keçirib. Tədbirdə rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman, Regional Mədəniyyət idarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev, şəhid ataları Nazim Paşayev, Əsədxan Həşimov, "Gənc Qarabağ qaziləri" İctimai birliyinin sədri Vüsal Muradlı,  Vətən müharibəsi iştirakçıları Mirnatiq Cabbarlı, Taleh Ağazadə, Nicad Seyfullayev, Qurban Əhməd, tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazov və ictimai fəal Əsəd Abbasov çıxış edərək əsgər və zabitlərimizi Silahlı Qüvvələr günü münasibətilə təbrik etmiş və onlara Vətəni həmişə rəşadətlə qorumağı arzulamışlar. Onlar qeyd ediblər ki, qüdrətli ordumuz Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti ilə Vətən müharibəsində tarix yazdı, əsarətdə olan torpaqlarımız işğaldan azad edildi. Bu gün üçrəngli bayrağımız Qarabağımızda əzəmətlə dalğalanır.  Rayon Mədəniyyət Mərkəzinin müsiqi kollektivinin ifa etdiyi vətənpərvər ruhlu mahnı və rəqslər igid hərbçilərimizin  bayram ovqatını daha da yüksəldib. Qeyd edək ki, tədbirin təşkilatçıları günün ikinci hissəsində Göytəpədə yerləşən Sərhəd Qoşunlarının N saylı hərbi hissəsində də olublar. Orada da maraqlı çıxışlar ediblər,  rəngarəng konsert proqramı ilə əsgərlərimizi sevindiriblər.  

Hamısını oxu
“WUF13-ün yüksək səviyyədə təşkili Azərbaycan adına tarixi uğurdur”

“WUF13-ün yüksək səviyyədə təşkili Azərbaycan adına tarixi uğurdur”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan bununla təşkilatçılıq baxımından dünyaya yeni bir nümunə təqdim etmiş oldu: “Bu gün Bakıda təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasının (WUF13) bağlanş mərasimi keçirilib. 180-dən çox ölkədən 40 mindən çox iştirakçının qatıldığı Forum həm miqyas və mahiyyətinə, həm də sessiya zamanı səslənən yeni çağırış və təkliflərinə görə bütün dünyada böyük maraqla qarşılanıb. Dünya mediası ölkəmizdə keçirilən məlum Forumla bağlı çoxlu sayda reportajlar verib, məqalələr dərc edib. Hansı ki, bütün bu məqalələrdə Azərbaycanın WUF13-ə böyük peşəkarlıqla ev sahibliyi etməsi qeyd olunub. Bu baxımdan, əminliklə demək olar ki, WUF13 yalnız Azərbaycanın deyil, bütün dünyanın siyasi-iqtisadi və mədəni həyatı baxımından önəmli bir hadisədir və biz yaxın gələcəkdə bunun təsirlərini daha çox hiss edəcəyik”. Polkovnik qeyd edib ki, Forum şəhərsalma sahəsində Azərbaycan təcrübəsinin təbliği baxımından da önəmli oldu: “WUF13-lə bağlı mühüm həqiqətlərdən biri də Azərbaycanın şəhərsalma sahəsindəki təcrübəsinin təbliği, bu təcrübənin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından da olduqca faydalı olub. Azərbaycan bu mühüm platformadan istifadə edərək şəhərsalma ilə bağlı tarixi təcrübəsini dünya dövlətlərinin diqqətinə çatdırıb. Xüsusilə də, işğaldan azad edilən ərazilərimizdə salınan şəhər və infrastrukturlar, bu layihələrin tarix və müasirlik baxımından vəhdəti WUF13 iştirakçıları tərəfindən böyük rəğbət və məmnunluqla qarşılanıb. Azərbaycan işğaldan azad edilən ərazilərdə gerçəkləşdirdiyi layihələrlə sübut edib ki, bu sahədə kifayət qədər zəngin təcrübəyə malikdir və bu təcrübəni digər dünya dövlətləri ilə bölüşməyə hazırdır”. Təşkilat sədri WUF13-ün Azərbaycana olan beynəlxalq etimad və inamı daha da artırdığını vurğulayıb: “WUF13 tədbiri sübut etdi ki, Azərbaycan beynəlxalq tədbirlərə uğurla ev sahib edən azsaylı ölkələrdən biridir və bu sahədəki təcrübəsini mütəmadi şəkildə artırır. Təsadüfi deyil ki, Forumda iştirak edən dövlətlərin təmsilçiləri öz çıxışlarında Azərbaycanın bu təcrübəsindən heyranlıqla bəsh edib, bu təcrübənin öyrənilməsinin vacibliyinə toxunublar. Bu baxımdan, qəti şəkildə demək olar ki, WUF13-ün yüksək səviyyədə təşkili Azərbaycana olan beynəlxalq inam və etimadı daha da artıracaq, bu qəbildən olan tədbirlərin bundan sonra da ölkəmizdə keçirilməsinə sitimul verəcək”. Seymur ƏLİYEV Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti  

Hamısını oxu