Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

DTX əməliyyat keçirdi: Suriyadakı terror qruplaşmasının üzvü ələ keçdi

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Əhmədov Amil Mehman oğlunun 2016-2019-cu illər ərzində ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini məzhəbləri yaymaq adı altında, dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə Suriya Ərəb Respublikasının Hələb şəhərinin Leroman qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçməsinə, müxtəlif odlu silah və partlayıcı qurğulardan istifadə qaydalarına yiyələnərək  “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində Hələb, Hama və İdlib şəhərlərində silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Bildirilib ki, Amil Əhmədov sonradan gizli yollarla üçüncü dövlətin ərazisinə keçib.

 
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il sentyabrın 7-də Amil Əhmədov şübhəli şəxs qismində saxlanılıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratmaq, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir. 

2020-09-18 00:00:00
2678 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev: Müzəffər Azərbaycan Ordusu daha 23 kəndi işğaldan azad edib

Bakı, 9 noyabr, AZƏRTAC Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün “Twitter” hesabında bildirib.

Hamısını oxu
Qanunsuz erməni silahlı dəstələrinin təxribatının qarşısı alınıb

Veteran.gov.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 3-ü saat 01:00-dan 02:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən bölmələrimizdən birinin mövqeyi intensiv atəşə tutulub.   Azərbaycan Ordusunun hərbi qulluqçularının sayıqlığı və dərhal görülən tədbirlər nəticəsində qarşı tərəf itki verib və susdurulub.   Hadisə ilə bağlı Rusiya sülhməramlılarının komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb.   Bildiririk ki, bu qəbildən olan təxribata cəhd göstərildiyi hallarda tərəfimizdən Azərbaycan Respublikasının qanunları çərçivəsində adekvat tədbirlərin görülməsi bundan sonra da qəti şəkildə təmin olunacaq.  

Hamısını oxu
Sumqayıtda şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılır

Sumqayıt şəhərində şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılır. Mütəmadi olaraq şəhid ailələrinin üzvləri və qazilərlə görüşülür, onların qayğıları ilə maraqlanılır. Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılıb. Veteran.gov.az Sumqayıt Şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir ki, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzinin rəhbəri Gündüz Əliyev və Əlaqələndirmə Mərkəzinin üzvləri  şəhid Sabir Əbdürrəhmanlının anasını ziyarət ediblər. Əlaqələndirmə Mərkəzinin üzvləri şəhid anasının qayğıları ilə maraqlanıblar. Qeyd edək ki, Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Sabir Əbdürrəhmanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sabir Əbdürrəhmanlı oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Şəhid Sabir Əbdürrəhmanlı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Əbdürrəhmanlı ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Eyni zamanda Kəlbəcərin, Cəbrayılın və Füzulinin azad olunması görə medalları ilə də təltif olunub.  

Hamısını oxu
“WUF13-ün yüksək səviyyədə təşkili Azərbaycan adına tarixi uğurdur”

“WUF13-ün yüksək səviyyədə təşkili Azərbaycan adına tarixi uğurdur”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan bununla təşkilatçılıq baxımından dünyaya yeni bir nümunə təqdim etmiş oldu: “Bu gün Bakıda təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasının (WUF13) bağlanş mərasimi keçirilib. 180-dən çox ölkədən 40 mindən çox iştirakçının qatıldığı Forum həm miqyas və mahiyyətinə, həm də sessiya zamanı səslənən yeni çağırış və təkliflərinə görə bütün dünyada böyük maraqla qarşılanıb. Dünya mediası ölkəmizdə keçirilən məlum Forumla bağlı çoxlu sayda reportajlar verib, məqalələr dərc edib. Hansı ki, bütün bu məqalələrdə Azərbaycanın WUF13-ə böyük peşəkarlıqla ev sahibliyi etməsi qeyd olunub. Bu baxımdan, əminliklə demək olar ki, WUF13 yalnız Azərbaycanın deyil, bütün dünyanın siyasi-iqtisadi və mədəni həyatı baxımından önəmli bir hadisədir və biz yaxın gələcəkdə bunun təsirlərini daha çox hiss edəcəyik”. Polkovnik qeyd edib ki, Forum şəhərsalma sahəsində Azərbaycan təcrübəsinin təbliği baxımından da önəmli oldu: “WUF13-lə bağlı mühüm həqiqətlərdən biri də Azərbaycanın şəhərsalma sahəsindəki təcrübəsinin təbliği, bu təcrübənin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından da olduqca faydalı olub. Azərbaycan bu mühüm platformadan istifadə edərək şəhərsalma ilə bağlı tarixi təcrübəsini dünya dövlətlərinin diqqətinə çatdırıb. Xüsusilə də, işğaldan azad edilən ərazilərimizdə salınan şəhər və infrastrukturlar, bu layihələrin tarix və müasirlik baxımından vəhdəti WUF13 iştirakçıları tərəfindən böyük rəğbət və məmnunluqla qarşılanıb. Azərbaycan işğaldan azad edilən ərazilərdə gerçəkləşdirdiyi layihələrlə sübut edib ki, bu sahədə kifayət qədər zəngin təcrübəyə malikdir və bu təcrübəni digər dünya dövlətləri ilə bölüşməyə hazırdır”. Təşkilat sədri WUF13-ün Azərbaycana olan beynəlxalq etimad və inamı daha da artırdığını vurğulayıb: “WUF13 tədbiri sübut etdi ki, Azərbaycan beynəlxalq tədbirlərə uğurla ev sahib edən azsaylı ölkələrdən biridir və bu sahədəki təcrübəsini mütəmadi şəkildə artırır. Təsadüfi deyil ki, Forumda iştirak edən dövlətlərin təmsilçiləri öz çıxışlarında Azərbaycanın bu təcrübəsindən heyranlıqla bəsh edib, bu təcrübənin öyrənilməsinin vacibliyinə toxunublar. Bu baxımdan, qəti şəkildə demək olar ki, WUF13-ün yüksək səviyyədə təşkili Azərbaycana olan beynəlxalq inam və etimadı daha da artıracaq, bu qəbildən olan tədbirlərin bundan sonra da ölkəmizdə keçirilməsinə sitimul verəcək”. Seymur ƏLİYEV Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti  

Hamısını oxu