Bayrağımız Şuşada dalğalanacaq!
Strateji Kommunikasiyalar Mərkəzi vətənpərvərlik mövzusunda videoçarx hazırlayıb. Publika.az sözügedən videonu təqdim edir:
Strateji Kommunikasiyalar Mərkəzi vətənpərvərlik mövzusunda videoçarx hazırlayıb. Publika.az sözügedən videonu təqdim edir:
Veteran.gov.az xəbər verir ki, millət vəkili Pərvin Kərimzadə bayram öncəsi şəhid Hikmət Həsənovun ailəsini ziyarət edib. Millət vəkili bu barədə özünün sosial şəbəkədəki hesabında məlumat verib. Məlumatda deyilir: “Nur üzlü Şəhidimiz Hikmət Həsənovun bizlərə əmanət olan yadıgarları, gül balalar Ruqəyya və Ruzini ziyarət etdik. ALLAH Şəhidimizə rəhmət eləsin ALLAH körpə balaları qorusun!” Seymur ƏLİYEV
Hamısını oxu
Sabah 15 iyun – Milli Qurtuluş Günüdür. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin 15 iyun tarxinində Azərbaycan Respublikasının Ali Sovetinin sədri vəzifəsinə seçilməsi faktiki olaraq Azərbaycan dövlətinin gələcəyini müəyyənləşdirmiş oldu. Qısa zamanda daxili pərakəndəlik və qarşıdurmalara son qoyan Ulu Öndər, milli birliyi təmin etməklə yanaşı, vahid ordunun formalaşması, Azərbaycan neftinin dünya bazarına çıxarılması, iqtisadiyyatın inkişafı və s.ş istiqamətlərdə fundamental dövlət siyasəti həyata keçirməyə başladı. Məhz Heydər Əliyev irsinə sadiqlik, Ulu Öndərin siyasi kursuna bağlılığı müasir Azərbaycanın bütün sahələrdə - hərbi, diplomatik, siyasi, iqtisadi, mədəni və s. müstəvilərdə uğurlarını təmin etdi. Əminliklə demək olar ki, bu gün Azərbaycan öz qüdrətinin zirvəsində qərarlaşmaqda, əldə etdiyi nailiyyətləri daha dərinləşdirməkdir. Lakin bu da bir həqiqətdir ki, bugünə qədər olduğu kimi bundan sonra da dövlətimiz və xalqımızın inkişafı Heydər Əliyev ideyalarına sadiqlik göstərməkdən, bu ideyaları sadəcə sözdə deyil, həm də əməli müstəvidə dəstəkləməkdən keçir. Ümummilli Liderin çağırış və tövsiyyələrinin praktiki şəkildə gerçəkləşdirilməsi Ulu Öndər irsinə sadiqlik nümunəsi olmaqla yanaşı, həm də dövlətimizin inkişafına töhfə, xalqımızın sosial-mənəvi yüksəlişinə dəstəkdir. Bu məsələdə hər bir fərdin, eləcə də dövlət qurumları ilə yanaşı, özəl şirkətlərin, iş adamlarının üzərinə böyük məsuliyyət düşür. Nümunə üçün qeyd edək ki, bugünlərdə “Avrora Qrup”un dəstəyi və təşkilatçılığı ilə “Nur” uşaq evində məskunlaşan bir qrup uşağın Şuşa və Xankəndiyə səfəri təşkil edilib, ölkəmizin uşaqlara tanıdılması istiqamətində bir-birindən maraqlı layihələr həyata keçirilib. “Avrora Qrup”un sosial platformadakı hesabında bu barədə deyilir: “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Avrora Qrup ənənəvi “Azərbaycanı tanıyaq” layihəsini həyata keçirib. Şirkətin sosial-ictimai məsuliyyət dəyərinə əsaslanan tədbir çərçivəsində “Nur” uşaq evində məskunlaşan uşaqlar üçün Azərbaycanın mədəni-tarixi mərkəzlərinə xüsusi səfər təşkil olunub. Bu il layihənin marşrutu Qarabağ bölgəsini əhatə edib. Səfər zamanı uşaqlar Şuşa və Xankəndi şəhərlərində yerləşən tarixi abidələrlə tanış olub, regionun zəngin mədəni irsi haqqında məlumat alıblar. Tədbirin əyləncə hissəsində uşaqlar Cıdır düzündə vaxt keçirərək müxtəlif oyunlarda iştirak ediblər. Səfər proqramı Xankəndi şəhərində təşkil olunmuş xüsusi nahar və uşaqlar üçün hazırlanmış şou-əyləncə proqramı ilə tamamlanıb. Qeyd edək ki, “Azərbaycanı tanıyaq” layihəsi Avrora Qrupun korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri olub, uşaqlarda vətənpərvərlik hisslərinin gücləndirilməsinə, onların ölkəmizin tarixi və mədəni irsi ilə yaxından tanış olmasına xidmət edir. Qeyd edək ki, Avrora Qrup 2026-cı ilin korporativ sosial məsuliyyət proqramında uşaqlara xüsusi yer ayırıb. Şirkət il ərzində bu istiqamətdə silsilə tədbirlər həyata keçirməyi planlaşdırır. Təşəbbüsün əsas məqsədi gələcəyimiz olan uşaqların üzündə təbəssüm yaratmaq, onların hərtərəfli inkişafına töhfə vermək və müxtəlif istiqamətlərdə davamlı dəstək göstərməkdir”. Göründüyü kimi, uşaqlarla bağlı bu layihə özəl şirkət tərəfindən reallaşdırılıb və mahiyyət etibarı ilə işğaldan azad edilən ərazilərimizin tanıdılmasına, azyaşlılara sevdirilməsinə, respublikamızın tarixi, təbiəti, mədəniyyəti haqqında daha dolğun məlumat almasına xidmət edib. Hansı ki, Ulu Öndər Heydər Əliyev vətənin gənclərə uşaq vaxtından sevdirilməsinin önəminə toxunub, vətənpərvərlik hislərinin erkən yaşlarından formalaşdırılmasının vacibliyini vurğulayıb. Heydər Əliyev deyib: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”. Bu baxımdan, bütün sahə və istiqamətlərdə Ulu Öndər ideyalarının əməli şəkildə dəstəklənməsi vacibdir. Yalnız belə olduğu təqdirdə dövlətimizin tərəqqisini sığortalamaq, respublikamızın dinamik inkişafını təmin etmək mümkündür. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, sentyabrın 29-da Şəki şəhərində Vətən müharibəsinin şəhidi Qənimətov Ətraf Oktay oğlunun xatirəsinə həsr olunmuş şəhid bulağının açılışı olub. Açılış mərasimində Laçın və Şəki icra hakimiyyətlərinin nümayəndələri, millət vəkili Mahir Abbaszadə, şəhidin ailə üzvləri və yaxınları, qazilər iştirak edib. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Şəhid və qazilərimizin bu günlərdə göstərdiyi qəhrəmanlıq gənc nəsillər üçün örnəkdir. Şəhid Ətraf Qənimətovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür edib. Ətraf Qənimətov Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda", “Hərbi xidmətdə fərqlənməyə görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Hamısını oxu
Mütəfəkkir dövlət xadinləri, igid sərkərdələri, qüdrətli ordusu, peşəkar zabit heyəti. əyilməz əsgərləri ilə daima qürur düyan, Zəfər - Qələbə əzmi ilə qəhrəmanlıq tarixini yaradan Azərbaycanın mərd, məğrur oğulları II dünya müharibəsində də sübut etdilər ki, onlar qəhrəman diyarın övladlarıdır. 1941 – 1945- ci illər müharibəsində tarix yaradan, mümkün olmayanları mümkünə çevirənlərin sırasında yer alan iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22-də Azərbaycanın dilbər guşələrindən biri Lənkəranda anadan olub. İbtidai təhsilini Lənkəran şəhər 1 saylı tam orta məktəbdə alıb. 13 yaşında atasını itirən Həzi, atasının çalışdığı kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. İl yarımdan sonra komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. Zaqafqaziya hərbi hazırlıq məktəbinin məktəb rota qəzetinin redaktoru olub. Məktəb müdavimi ikən komsomol təşkilatının katibi seçilib. Daha sonra 8-ci çağırış Bakı Sovetinin üzvü seçilib. 1929-cu ildə oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovski adına 3-cü Bessarabiya süvari diviziyasının 15-ci süvari alayına vzvod komandiri təyin olunub. Sonralar xidmətini 12-ci zirehli avtomobil divizonunda davam etdirib və texnikayla döyüş texnikasını öyrənib. Bir müddət sonra rota komandiri olub. 1934-cü ildə hərbi hissənin Kiyev hərbi dairəsinin komandanı İona Emmanuiloviç Yakir bölmələrin və hissələrin manevrlərə hazırlığını yoxladığı zaman Həzi Aslanovun tank rotası təlimdə fərqlənib. Komandan Həzi Aslanova qiymətli hədiyyə təqdim edib və bu hadisə onun tankçı kimi ilk hərbi uğuru olub. Bu hadisədən qısa müddət sonra Həzi Aslanov Kiyevdə avtomobil batalyonuna komandir təyin olunub. 1937-ci ildə Ukrayna SSR Obruç şəhər sovetinin deputatı seçilib. İkinci dünya müharibəsinə qədər, Sovet Ordusunda, vzvod komandiri, tank rotasının komandiri, əlahidə tank batalyonu məktəbinin rəisi, batalyon komandirinin tədris-atıclıq hissə üzrə köməkçisi, batalyon komandiri, 10-cu tank-mühəndis diviziyası komandirinin texniki hissə üzrə köməkçisi hərbi vəzifələrində çalışıb. 1939-cu ilin axırlarında ona kapitan, 1940-cı ilin noyabrında isə vaxtından əvvəl mayor rütbəsi verilib.Böyük Vətən Müharibəsi başlananda Həzi Aslanov, Ukraynada Lvov vilayətində xidmət edirdi. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə Həzi Aslanovun batalyonu qeyri bərabər döyüşə girir. Özü bu haqda belə yazır: "1941-ci il iyunun 23-nə keçən gecə alman aviasiyası basqın etdi. Bomba tökməyə başladı. Dan yeri ağaranda biz qeyri-bərabər döyüşə girdik." 1941-ci ilin sentyabr ayının axırlarında Ukraynanın sağ sahil hissəsində vəziyyət SSRİ ordusu üçün ağırlaşdı və qoşunlar ağır tələfata uğrayıb Xarkov vilayətinə qədər geri çəkildilər. SSRİ Ali Baş Komandanlıq Qərargahının əmri ilə 51-ci əlahiddə ordunun birləşmələri Krım bərzəxlərini əllərində saxlamalı və Alman qoşunlarının Krımı ələ keçirməsinin qarşısını almalı idi. Donbas və Xarkov sənaye rayonunun ətrafını qorumaq üçün çoxzolaqlı müdafiə sistemi və istehkamlar yaratmaq üçün Qərargah, Mayor Aslanov da daxil bir krup komandiri Donbasa göndərilir. Azərbaycan xalqının qüruru mayor Aslanov öz döyüşçüləri ilə Donbas ətrafında düşmənin şiddətli hücumlarını düz beş ay dəf edir və onu ağır tələfata uğradır. Bu tarixi hadisədən sonar Həzi Aslanov Moskvaya çağırılır və Krıma 55-ci əlahiddə tank briqadasında, briqada komandirinin müavini vəzifəsinə təyin edilir. Səngərlərin sipərinə çevrilən Həzi Aslanov 55-ci əlahiddə tank briqada komandirinin müavini kimi Kerç yaxınlığında alman faşistləri ilə ağır döyüşlərə girir. Kerç, Semisotka və 8 mart kəndi yaxınlığında düşmənə ağır zərbələr endirir. 1941-ci ilin payızında cəbhənin bir sıra istiqamətlərində, Leninqrad və Tixvin, Rostov və Krım yaxınlığında şiddətli döyüşlərdə SSRİ ordusu alman ordusuna güclü tələfata uğradır. Noyabrın ayının axırlarında isə Moskva yaxınlğında ağır vəziyyət yaranmağa başlayır. 1941-ci ilin dekabrında Moskva uğrunda gedən qeyri-bərabər döyüşlərdə Həzi Aslanov qəhrəmanlıq səlnaməsini yaradır. Moskva ətrafında alman ordsunun 60-dan artıq diviziyası şəhəri ələ keçirmək üçün cəmləşdiyi ərəfədə ölüm- qalım savaşı başlayır. Belə bir ağır zamanda Mojaysk tərəfdə döyüşən sovet atıcı bölmələrindən biri mühasirəyə düşür və bu atıcı bölməni mühasirədən azad etmək üçün mayor Həzi Aslanova əmr verilir. Güclü döyüş taktikası ilə o, mühasirə yaradan alman ordusunun top və pulemyot atəş nöqtələrini məhv etməyə nail olur. Bu hərbi əməliyyat zamanı Həzi Aslanovun olduğu tankın sürücü-mexaniki ağır yaralanır və Həzi Aslanov tankı özü idarə edərək taqımlara komandanlığı davam etdirir. Mühasirədən 40-dan artıq döyüş avtomobili və yüzlərlə şəxsi heyət, əsgər və zabit xilas olunur. Azərbaycanın igid oğlu Moskva ətrafında gedən döyüşlərdəki qəhrəmanlığına görə Qırmızı Ulduz ordeninə layiq görülür.Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə onun rəhbərliyi ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirirlər. Tankçılar vuruşa-vuruşa 40 kmdən artıq yol gedib Stalinqrad-Salsk dəmir yolunu tutub faşistləri Stalinqrad qruplaşmasının əsas magistralından məhrum edirlər. Tanklar düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxarır. Həzi Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət, qəhrəmanlıq göstərirlər. Düşmənin 30 əks-hücum əməliyyatını dəf edir, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxarırlar. Bu döyüşdə göstərdiyi şücaətə görə qəhrəmanlıq tarixini cəsarəti və məğrurluğu ilə yazan podpolkovnik Həzi Aslanov 1942-ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Öz hərbi biliyini artırmağa daima səy göstərən Həzi Aslanov 1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsəyir. Sonra yenidən 35-ci qvardiya tank briqadasına qayıdır. 1944-cü il martın 13-də ona tank qoşunları general mayoru ali rütbəsi verilir. 1944-cü il iyunun axırlarında Belarusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçdilər. Belarusiyanın iri şəhər və dəmiryollarını azad etdikdən sonra Həzi Aslanovun tankları Vilnüsə hucumları davam etdirir. Onun briqadası iyunun 24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirir. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası Qımızı Bayraq ordeninə, general özü isə ikinci dərəcəli Suvorov ordeninə layiq görülür. 1944-cü il avqustun 1-də general Həzi Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizləyir. O, Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı və əzmkar sərkərdə kimi göstərir. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür alır. Komandanlıq etdiyi polka qvardiya adı verilir. General Həzi Aslanovun polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında fəal iştirak edir, daha sonra 1944-cü ildə 35-ci qvardiya tank briqadası Belarusiyanı, Pribaltika respublikalarını azad etmək uğrundakı vuruşmalarda xüsusilə fərqlənir.Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən, general Həzi Aslanov 1945-ci il yanvarın 24-də Latviyanın Liepay rayonu yaxınlığındakı Priyekule ərazisində döyüş meydanından kənarda, komandirlərin döyüşü müşahidə məntəqəsinin yaxınlığında, 15 nəfərə yaxın iri rütbəli zabitin əhatəsində müəmmalı şəkildə uzaqdan açılan zenit qurğusunun atəşi ilə yaralanmış, 23 saat sağ qalmış, onu Moskvaya müalicəyə aparmaq üçün təyyarə göndərilmiş amma o, yolda erməni xəyanətinin qurbanı olaraq dünyasını dəyişmışdi. General Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsində müstəsna xidmətləri olan yazıçı-jurnalist Musa Bağırovun “Sərkərdənin taleyi” adlı sənədli kitabında deyilir: “Beqiaşvili Həzi Aslanovun şəxsi həkimi olmuşdu… Beqiaşvili ilə mən Tbilisidə onun evində görüşdüm. O dedi: Həzi Aslanov yaralananda mən orda yox idim. Lakin 5 dəqiqə sonra özümü ora çatdırdım. Vəziyyəti ağır idi. Ona təcili surətdə təzə qan köçürmək lazım idi. Mən Həzinin yanına uzandım ki, öz qanımdan 500 qram ona köçürülsün. O, yavaş-yavaş özünə gəlməyə başladı. Hətta bizimlə zarafat da edirdi. Onu Moskvaya aparmaq üçün xüsusi təyyarə gəldi. Həzinin xahişi ilə onu Moskvaya qədər mən müşayiət etməli idim. Amma məni zorla onun yanından ayırıb başqa iş dalınca göndərdilər. Bu, əlbəttə, qəsdən edilirdi. Həzi Aslanov ölməməli idi. Yaralanandan sonra o, düz 23 saat sağ qaldı. Bu müddətdə onu Moskvaya aparmaq üçün ayrılan təyyarə də o yatan evin arxasında dayanmışdı. Beqiaşvilinin fikirincə, Həzi Aslanov qətlə yetirilib”. Həzi Aslanovun qətlini onun daxil olduğu Pribaltika cəbhəsinin komandanı, erməni Baqramyan təşkil etmişdi. Çünki, Həzi Aslanovun ölümü döyüşün getdiyi yerdən çox uzaqda, komanda məntəqəsində və Sovet Ordusunun açdığı mərmi atəşindən sonra mümkün olmuşdu.1944-cü ildə general-mayor Həzi Aslanov Belarusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı Baqramyan buna maneəçilik törədir. Ölümündən, daha doğrusu Şəhidlik zirvəsinə ucalmasından 46 il sonra, 1991-ci ildə Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilir.“Ana Vətən çağırır!” nidası ilə tarix yaradan milli Azərbaycan diviziyalarının igid əsgərlərinin qəhrəmanlıq, əyilməzlik, rəşadət, şücaət simvoluna dönən general Həzi Aslanov ölümü, daha doğrusu, ədalətsiz Qətli ilə şəhidlik zirvəsinə ucaldı. Cənazəsi Latviyadan Vətənə - Odlar Yurdu Azərbaycana gətirilib Fəxri Xiyabanda torpağa verildi. Əfsanəvi döyüş yolu ədəbi – bədii əsərlərə, kino filmlərə çevrildi. Böyük Vətən müharibəsinin taleyini həll edən Stalin, Jukov, Molotov, Əziz Əliyev kimi general Həzi Aslanovun adı çəkiləndə də hər kəs sayğı duruşunda dayanır. Adı ilə bağlı tədris mərkəzlərində peşkar hərbiçi kadrlar yetişdirilir. Xatirəsinin əbədiləşdirildiyi ünvanlardan keçəndə isə hər kəsin yadına Ulu öndər Heydər Əliyevin tarixi kəlamı düşür: “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov adıyla fəxr edib, qürur duyduğumuz Azərbaycanın məğrur sərkələrindəndir. Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu