Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Akopyan müharibəni alovlandıracaq addımlar atır, Əliyeva isə…” - “Daily Sabah”

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan erməni ordusunun işğal altındakı Dağlıq Qarabağda keçirdiyi hərbi təlimlərə qatılıb. Üstəlik, “Kalaşnikov” avtomatı ilə poz da verib. Bu, Ermənistan-Azərbaycan münaqişənin gərginləşdiyi dövrə təsadüf edir.

 
“Yeni Sabah” xəbər verir ki, Türkiyənin ingilis dilli nəşrlərindən olan “Daily Sabah” “Anna Akopyan: sülh haqda danışan, lakin müharibəyə üstünlük verən birinci xanım” sərlövhəli məqaləsində belə yazıb. Portal xatırladır ki, Anna Akopyan cəmi 2 il əvvəl – 2018-ci ildə özünü regionda sülhün müdafiəçisi kimi təqdim edir, azərbaycanlı xanımları da “Sülh uğrunda qadınlar” kampaniyasına qoşulmağa çağırırdı. Cəmi 2 il sonra isə o, əlində avtomatla sülhü necə “dəstəklədiyini” göstərir. Bu ilin iyulunda Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsilə bütün dünyanın diqqəti yenidən bu regiona yönəldib. Həmin vaxt Ermənistanın Azərbaycanın Tovuz rayonuna hücumu iki ölkəni genişmiqyaslı müharibənin bir addımlığına gətirmişdi. Sözügedən qarşıdurma zamanı qarşılıqlı artilleriya atəşləri nəticəsində hər iki tərəfdən ümumilikdə 20 əsgər həyatını itirib. İnsidentə Ermənistan hərbi birləşmələri atəşkəsi pozaraq Azərbaycanın şimal-qərbindəki sərhəd bölgəsində yerləşən Tovuz rayonuna hücumu səbəb olmuşdu. Lakin sonda onlar Azərbaycan Ordusunun cavab həmləsi ilə çox sayda itki verərək, geri çəkilmək məcburiyyətində qalmışdılar. Beləliklə, Ermənistanın 42 yaşlı birinci xanımı regionda keçirilmiş hərbi təlimlərə iki ölkə arasında vəziyyətin bu qədər gərgin olduğu dövrdə qatılıb. Anna Akopyan hərbi geyimdə 10-15 erməni qadınla bərabər hədəflərə nişan alıb, silahla poz verib. Akopyanın fotolarından görünür ki, o, silahı Azərbaycan tərəfə istiqamətləndirib. Halbuki, Ermənistanın birinci xanımı cəmi 2 il əvvəl azərbaycanlı qadınlardan sülhə töhfə vermələrini istəyirdi. Təəccüblü deyilmi? Axı onun Ermənistanın işğalı altındakı Dağlıq Qarabağa səfəri gərginliyi daha da artırır. Bu isə onun sülh çağırışları ilə qətiyyən üst-üstə düşmür. Təəccüblüdür ki, Ermənistanın birinci xanımı son hərbi təlimlərdə… “Sülh uğrunda qadınlar” kampaniyası çərçivəsində iştirak edib. Başqa sözlə, o, dünyada hərbi forma geyərək “sülh kampaniyası” təşkil edən ilk şəxsdir. Halbuki, Akopyan iyulun 13-də “Facebook” səhifəsində fərqli fikirlər yazırdı: ““Sülh uğrunda qadınlar” kampaniyası qadınların müharibəyə qarşı birləşməsinə, münaqişə tərəflərinə problemin danışıqlar yolu ilə həlli yollarının tapılmasında kömək edilməsinə hesablanıb”. Hərbi təlimə qatılan Akopyan deyir ki, “müharibədən qaçmaq lazımdır, alternativ hər zaman mövcuddur”. O, bir tərəfdən erməni əsgərlərlə hərbi geyimdə poz verir, digər yandan azərbaycanlı qadınlardan, analardan sülh təşəbbüsü tələb edir. Onun son addımı isə əslində, “sülh uğrunda savaş” ismarıcıdır. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi baş verənləri sakit qarşılayır. Azərbaycanın birinci vitse-prezidenti və birinci xanımı Mehriban Əliyeva deyir ki, “gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq unudulmamalıdır. Ən yüksək qələbələri əldə etmək, ən böyük zirvələrə qalxmaq üçün məhz bu mənəvi dəyərlər uca tutulmalıdır”. Dünyada Azərbaycanın təbliğatını aparan, siyasəti zənginləşdirən Mehriban Əliyeva vətəninin tərəqqisinə xidmət edir, ölkə mədəniyyətinin, təhsilinin, səhiyyəsinin, idmanının inkişafına çalışır, sabahının qayğısına qalır. Azərbaycan mətbuatı yazır ki, Mehriban Əliyevanın 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri seçilməsi həm də Azərbaycan mədəniyyəti üçün tarixi nailiyyətdir. Bu, Azərbaycanın zəngin maddi və qeyri-maddi mədəni irs nümunələrinin dünyada tanıdılmasına yeni üfüq açıb. UNESCO çərçivəsində müxtəlif layihələr həyata keçirən Azərbaycanın birinci xanımı eyni zamanda, sivil dünyada sülh, sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi bəşəri ideyaların reallaşdırılmasına, bu istiqamətlərdə səylərin birləşdirilməsinə çalışır. Mehriban Əliyevanın bu günədək layiq görüldüyü çoxsaylı beynəlxalq mükafat və təltiflərin bir qismi onun UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi gördüyü işlərlə bağlıdır. Eyni zamanda, o, mədəniyyətin təbliği, mədəni sahədə beynəlxalq mübadilə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə də çox sayda beynəlxalq mükafatlara layiq görülüb. Odur ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın mövqeyi qeyd olunmalıdır. Anna Akopyanın müharibəni alovlandıracaq addımlar atdığı bir dövrdə Mehriban Əliyeva sülhə çalışır. Halbuki, Mehriban Əliyeva birinci xanım kimi, Akopyana cavab verə, işğalçı ölkənin birinci xanımı kimi instiktiv və refleksiv davranış nümayiş etdirə bilərdi. Lakin o, güclü dövlət xadimi mövqeyindən çıxış etməyi üstün tutub. Mehriban Əliyeva bu davranışı ilə güclü səbrə malik olduğunu göstərib, başqa sözlə, bu sınaqdan uğurla keçib. Bu, təkcə Azərbaycan xalqı deyil, bütün dünya tərəfindən sülh uğrunda addım kimi, yüksək qiymətləndirilməlidir. /Ovqat.com

2020-09-23 00:00:00
3288 baxış

Digər xəbərlər

Gənclər və İdman naziri Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasının fəaliyyəti ilə tanış olub

Veteran.gov.az xəbər verir ki, sentyabrın 23-də Gənclər və İdman naziri Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasının fəaliyyəti ilə tanış olub.   Federasiya ilə tanışlıq zamanı nazir idmançıların məşq prosesini izləyib, onlar üçün yaradılmış şəraitlə tanış olub.   Daha sonra nazir Fərid Qayıbov federasiyanın maddi-texniki bazasına baxış keçirib. Azərbaycan Güləş Federasiyasının prezident əvəzi, Dünya Güləş Birliyinin Büro üzvü Namiq Əliyev nazirə federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarşlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.   Görüşdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Namiq Abdullayev və Güləş Federasiyasının baş katibi Orxan Məmmədov iştirak ediblər.  

Hamısını oxu
"Azpetrol" şirkəti şəhid ailəsini yanacaqla təmin edib

Veteran.gov.az xəbər verir ki, 44 günlük Vətən Müharibəsində şücaəti ilə seçilən şəhid, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) xüsusi əməliyyatlar taborunun döyüş qrupunun hücumçu kəşfiyyatçı giziri Şəhriyar Quliyevin atası Nəsib Quliyev “Azpetrol” şirkətinə müraciət edib. N.Quliyev şirkətdən Qarabağa səfər üçün yanacaqla təmin olunmasını xahiş edib. Şəhid ailəsinin istəyini həyata keçirən “Azpetrol” şirkəti ailəni yanacaqla təmin edib.   Qarabağ Azərbaycandır.   Azpetrol-Daim inkişafa doğru!  

Hamısını oxu
Müharibə veteranları 27 sentyabr Anım Günü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edib

  Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının kollektivi, müharibə veteranları  27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirib. İkinci Şəhidlər Xiyabanını ziyarət edən veteranlar şəhidlərin məzarı üzərinə gül dəstələri qoyub, dualar oxuyub.   Veteranlar və İkinci Şəhidlər Xiyabanını ziyarət edən məktəblilər qarşısnda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, şəhdilərimizin Vətən müharibəsindəki qəhrəmanlığından danışıb, Azərbaycan xalqının öz igid övladları ilə fəxr etdiyini bildirib. Fatma Səttarova qeyd edib ki, hər bir fərd vətəninin, torpağının, dövlətinin qədrini bilməli, öz bayrağına, öz prezidentinə daim sadiqlik nümayiş etdirməlidir.   Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov 44 günlük Vətən müharibəsindən, düşmən üzərində əldə edilən tarixi zəfərin önəmindən danışıb. Vətən müharibəsində qazanılan zəfərin 30 illik erməni işğalına son qoyduğunu vurğulayan Cəlil Xəlilov, əsrlər sonra da bu zəfərin qürurla yad ediləcəyini, tarixi zəfərin qazanılmasında xidmətləri olan şəxslərin ehtiram hissi ilə yad ediləcəyini bildirib.   Sədr müavini ölkə başçısının BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirəsindəki çıxışına da diqqət çəkib. Prezident İlham Əliyevin növbəti dəfə ali tribunadan erməni faşizmini ifşa etdiyini bildirən Cəlil Xəlilov, hər bir soydaşımızın dövlət başçısına, onun xalqımızın, dövlətimizin haqq işi uğrunda apardığı mübarizəyə dəstək verməsinin vacib olduğunu söyləyib.   Daha sonra Şəhidlər Xiyabanını ziyarət edən veteranlar “Əbədi məşəl” abidəsi önünə əkil qoyub, şəhidlərin xatirəsini ehtiramla yad edib.    

Hamısını oxu
102 yaşlı müharibə veteranını Qələbə Günü münasibətilə təbrik ediblər

Veteran.gov.az xəbər verir ki, mayın 9-da Cəlilabad rayon Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü Ədalət Salman  Cəlilabad şəhər inzibati  ərazi dairəsi üzrə  nümayəndəliyinin rəhbəri Faiq Məlikov, Rayon İcra Hakimiyyətinin məsul işçisi Varid Əsgərovla birlikdə  rayonun Astanlı kəndinə gedib Böyük Vətən Müharibəsi veteranı Zamanov Əbiş İbiş oğlunu öz evində ziyarət ediblər. Onlar 102 yaşlı veteranı 9 May Qələbə günü və alman faşizmi üzərində qələbənin 80 illiyi münasibəti ilə təbrik edərək ona möhkəm cansağlığı  arzulayıblar. Əbiş dayı göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına  öz  minnətdarlığını bildirib.

Hamısını oxu