Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ramin Bayramlı: “Vaksinasiya könüllü olacaq”

“Azərbaycanda ilkin mərhələdə əhalinin 20 faizi koronavirusa görə vaksinasiya olunacaq”. APA-nın məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı iclasında deyib. Bayramlı bildirib ki, kimlərin vaksinasiya olunması ilə bağlı risk qrupları müəyyən edilib. O qeyd edib ki, bu həftə sonu strategiya hazırlanacaq və ictimaiyyətə açıqlanacaq. Bayramlının sözlərinə görə, risk qrupuna səhiyyə işçiləri, əhali ilə sıx təmasda olan hüquq-mühafizə orqanları, eyni zamanda əhalinin yanaşı xəstəliyi olan hissəsi, o cümlədən dializ xəstələri, şəkərli diabet xəstələri, ürək qan damar xəstəlikləri, böyrək çatışmazlığı olan və digər xəstəliyi olan şəxslər daxildir. Bayramlı vaksinasiya prosesinin könüllü xarakter daşıyacağını da nəzərə çatdırıb: “Peyvənd olunmuş insanların donor olmasında heç bir problem olmayacaq”. Bayramlı deyib ki, hazırda tədqiqatlar 18-55 yaş qruplarını əhatə edir, gələcəkdə tədqiqatlar daha yuxarı yaş qruplarını əhatə edəcək: “Aparılan tədqiqatlar göstərir ki, indiyə qədər üçüncü fazada olan, o cümlədən COVAX platformasındakı peyvəndlərin vurulmasında mövcud hepatit və digər xəstəliyi olanlara vurulmasında hər hansı problem olmayacaq. Yanaşı xəstəlikləri olanlar və 65 yaşdan yuxarı olanlar risk qruplarıdır. Bizim ümumi yanaşmamız belədir ki, aşağı yaşlarda, o cümlədən reproduktiv yaşda olanlara vaksin vurulmasın. Bununla bağlı hazırlanan strategiyanın detalları və istehsalçının tövsiyələrini birləşdirilərək əhalimiz məlumatlandırılacaq”. TƏBİB şöbə müdiri Yaqut Qarayeva isə qeyd edib ki, peyvəndin hansı müddətdə təsirini saxlayacağı da bilinmir: “Ancaq gərək peyvənd bütün mərhələlərdən keçsin, istehsalçı da bu barədə bizə məlumat versin. Yalnız bundan sonra biz dəqiq məlumat verə bilərik”.   Ramiz Mikayıloğlu  

2020-09-23 00:00:00
3568 baxış

Digər xəbərlər

Prezidentin əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı sərəncamları veteranlar tərəfindən də rəğbətlə qarşılanıb

Bakı, 23 yanvar, AZƏRTAC Əhalinin maddi rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” imzaladığı sərəncamlar ölkə veteranları tərəfindən də rəğbətlə qarşılanıb. Respublika Veteranları Təşkilatından AZƏRTAC-a bildiriblər ki, veteranları məmnun edən başlıca cəhət əhalinin, xüsusilə onun aztəminatlı və sosial müdafiəyə daha çox ehtiyac duyan hissəsi sayılan pensiyaçıların rifah halının ilbəil yüksəldilməsi dövlətimizin başçısının daim diqqət mərkəzində olmasıdır. Bu baxımdan son qərarlar ümumən ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanıb. Təşkilata müraciət edən ölkə veteranları Prezident İlham Əliyevin bu humanist addımını yüksək qiymətləndirir, onun əmək pensiyası alan veteranların maddi durumuna müsbət təsir göstərəcəyini xüsusilə vurğulayırlar. Veteranlar, həmçinin bildirirlər ki, bu addım Azərbaycan Prezidenti İlham Əliyevin yaşlı insanların, eləcə də aztəminatlı ailələrin sosial problemlərinin həllinə daim qayğı və diqqətlə yanaşmasının növbəti təzahürüdür. Veteranlar Azərbaycan dövlətinin bütövlükdə ölkə vətəndaşlarının, xüsusilə veteranların sosial-maddi vəziyyətinin yaxşılaşması istiqamətində ardıcıl proqramlar həyata keçirdiyini, cari ildə də bu məsələlərin diqqətdə saxlanacağına əminliklərini ifadə ediblər

Hamısını oxu
Karabakhmemorial.com: erməni terrorunun mülkü qurbanlarına həsr edilir

Nənəmin on üç övladı ölüb. O, İkinci Dünya Müharibəsindən az sonra ailə qurmuşdu. Müharibə və ondan sonrakı illərdə davam edən aclıq, çətin həyat şərtləri ona gətirib çıxarmışdı ki, nənəmin övladları bir-birinin ardınca dünyalarını dəyişmişdilər.   Uşaqlıq illərimdən nənəmlə bağlı ən çox yadımda qalan şeylərdən biri, onun üzündən heç vaxt əskik olmayan kədəri idi. Böyüyəndən, ana olandan sonra nənəmin üzündəki o "dünyadan uzaqlaşmış" ifadənin də izahını tapmışdım - övlad itirəndən sonra valideyn özü də mənəvi anlamda itir, yoxa çıxırmış...   Müharibərlərin ən dəhşətli tərəflərindən biri, açılan atəşlərin və partlayan bombaların uşaqlardan da yan keçməməsidir. Bütün müharibələrdə uşaqlar da həyatlarını itirir, yaralanır, fiziki və mənəvi zədələr alaraq, ömür boyu bu yara ilə yaşamalı olurlar.  İnsanlıq Eynşteyni, Tolstoyu, Mariya Kürini, Bethoveni və yüzlərlə başqa dühanı itirəndə, kimi itirdiyini anlayırdı və bu dühalara yas tuturdu. Təsəvvür edin ki, bu insanlar uşaqkən müharibədə həyatlarını itirsəydilər, biz necə dəyərli, vacib adamlardan məhrum olacaqdıq. Bəşəriyyət bu dahilərsiz  elmi-texniki, mənəvi anlamda necə kasıblayacaqdı...   Bu gün də dünyada minlərlə uşaq müharibə vaxtı öz həyatını itirir. İraqda, Suriyada, Əfqanıstanda və onlarla başqa ölkələrdə hər gün ölüm qorxusu altında yaşayan yüz minlərlə uşaq var. Bu gün biz yüzlələ, minlərlə məsum varlıqlarla yanaşı, gələcəyimizin, insanlığın dahilərini itiririk amma bundan xəbərimiz də yoxdur. Çünki yarıda qırılan ömürlər bizi bu körpə qurbanların gələcəyindən məhrum edir. Dünya öz körpə övladlarını müharibələrdə itirir...    Yanlış anlaşılma olmasın deyə, vurğulayım, gələcəyi nə, necə olur-olsun, hər bir uşağın həlak olması, ölümü insanlıq faciəsidi. Bir dahi qədər, gələcəkdə öz həyatını sadə, heç bir özəlliyi olmadan yaşayacaq balaca varlıqların da həyatı qiymətlidir. Bu dünyaya gəlmiş hər bir varlığın öz payına düşən ömrü bütün yaşamaq haqqı var. Hər bir insanın həyatı dəyərli, hər bir insan, bir dünyadır. Tanrının verdiyi ömrü yaşamaq hamısının haqqıdır.    Təəssüf ki, biz azərbaycan xalqı da, müharibədə öz körpə balalarını qurban verən xalqlardan biriyik. Bəli, bu dəhşət bizim də körpələrimizdən yan keçmədi. İstər birinci, istər ikinci Qarabağ müharibəsində biz onlarla övladımızı itirdik. Xocalı faciəsindən tutmuş, ötən ilki 44 günlük savaşa qədər bu otuz il ərzində bizim də körpələrimiz silahların, bombaların hədəfi olaraq, əbədiyyətə qovuşdular.    Sinəsində ürək gəzdirən heç bir kəs uşaq ölümlərinə laqeyd qala bilmir. Savaşların bu balaca qəhrəmanlarına qarşı içimizdə daima bir təəssüf hissi olur, biz onların ölümünü həzm edə bilmir, sağ qalan yaxınlarına dəstək olmağa çalışırıq. Hərə əlindən gələni edir və müharibədə övladını itirmiş valideynlərin, yaxınların yarasına bir cürə məlhəm olmağa çalışır.   İncəsənətin də az qala bütün sahələri müharibələrin uşaq qurbanlarını həssas qəbul edir. Rəngkarlıq, heykəltaraşlıq, ədəbiyyat və kino müharibədə həlak olmuş, yaralanmış uşaqlara əsərlər həsr edir və incəsənət bu insanlıq faciəsinə qarşı öz tövrünü ortaya qoymuş olur, öz borcundan çıxmağa çalışır.      Məsələn, Çexiyada, Liditsa şəhərində müharibədə həyatın itirmiş 82 uşaq üçün qoyulmuş abidə-kompleksi də bu sənət nümunələrindən biridir. "Mən Liditsanın itirdiyi 82 övladını onlara geri qaytarıram!" deyən heykəltaraş Mariya Uxitilova düz 20 il boyunca heykəllərin üzərində çalışsa da, bu mənəvi yükün ağırlığına davam gətirməyərək, 1989-cu ildə vəfat etdi. Onun işini əri və qızı davam etdirərək, 2000-ci ildə abidə-kompleksin işini başa çatdırdılar.   İncəsənətin, ədəbiyyatın savaşda həlak olan uşaqlara əsərlər həsr etməsi, bu günahsız varlıqların ölümünü statistika, say olmaqdan çıxarır, insanlıq faciəsinin necə böyük olduğunu göstərə bilir.   Müharibədə itirdiyimiz övladlarımız bir say, statistika olaraq, qalmasın deyə, bu gün biz də, Qarabağ Dirçəliş Fondu olaraq, yeni bir layihə başladıq.  Müharibədə həyatını itirmiş körpələrimiz barədə mümkün olan bütün məlumatların, mətn və fotoların, xəbər və xatirələrin yer aldığı bir platforma yaratmaq qərarına gəldik. Ümid edirik ki, bu addımımız, körpələrin yaxınlarının yanan qəlbinə səpilən bir ovuc su olmaqla yanaşı, həm də müharibədə itirdiyimiz körpələrimizlə bağlı sənət əsərləri yaratmaq istəyəcək yaradıcı insanlarımız üçün də qiymətli bir baza olacaqdır.    Müharibə və uşaq...Ölüm və uşaq...Bu sözlərin eyni cümlələrdə işlədilməsi necə də qorxulu, ağrılıdır. "Müharibə", "ölüm", "həlak", "silah" kimi sözlərin "uşaq" kəlməsi ilə yanaşı gəlməsi insanlıq faciəsidir. Bu sözlər hər dəfə bir araya gələndə dünyada neçə həyat başlamadan bitir, nə qədər arzular, xəyallar bir anın içində qırılıb, yarımçıq qalır, neçə məsum varlıq vaxtsız əbədiyyətə qovuşur.    Müharibə və uşaq sözləri bir daha bir yerə gəlməsin. Dünyamız o qədər dinc, o qədər sakit bir yerə çevrilsin ki, savaşlarda həyatını itirən uşaqların olduğunu görməyək. Bu sözlər bir-birindən uzaq, o qədər uzaq olsun ki, bir cümlədə işlətmək heç vaxt mümkün olmasın!   Aybəniz İsmayılova,  Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya şöbəsinin rəhbəri  

Hamısını oxu
Ətraf mühitin qorunması sağlam gələcəyin təminatçısıdır

Azərbaycan Respublikasının dinamik inkişafı çoxşaxəlidir. Bütün sahələrdə olduğu kimi, inkişaf və tərəqqi ölkənin ekologiyasının qorunması və yüksəldilməsində də özünü göstərir. Ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan ardıcıl addımların respublikamızın və eləcə də, Qafqazın flora və faunasının qorunmasında müstəsna əhəmiyyəti var. Hər il respublikamızda minlərlə ağac əkilir, parklar və yaşıllıqlar salınır. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, ulu öndər Heydər Əliyev ekoloji mühitin yaxşılaşdırılması istiqamətində ölkəmizdə fundamental addımlar atıb. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin siyasi xəttinin istiqamətlərindən biri də ekologiyanın qorunmasıdır. Həyata keçirilən ekoloji siyasət davamlı inkişafa təkan verir. Vurğulanıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-cu ilin payız əkin mövsümündə İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar respublikamızın bütün bölgələrində bir gün ərzində 650 min ağac əkilməsi planlaşdırılır. Belə bir təşəbbüsün həyata keçirilməsi, respublikamızın beynəlxalq aləmdə ekoloji sistemin yaxşılaşdırılması üçün verdiyi mühüm və zəruri töhfə kimi qiymətləndirilməlidir. Diqqətə çatdırıb ki, son illər dünyada yaşıllıqların azaldığı barədə “həyəcan təbili” çalınır. Meşə zolağının, ağacların azalması, ilk növbədə, insan üçün xoşagəlməz nəticələr vəd edir: oksigen azalır, ətrafa yayılan səs-küyün və toz dənəciklərinin qarşısı alınmır, atmosferə buraxılan zəhərli qazlar udulmadığı üçün canlı orqanizmə zərərli təsir göstərir, xəstəliklər çoxalır. Biz veteranlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü dəstəkləyir və olduqca təqdirəlayiq bir iş kimi qiymətləndiririk. “Ağaclar çox olan ərazidə daha sağlam həyat sürmək mümkündür. Çoxlu ağac əkilməsi və meşə zolaqlarının salınması qlobal istiləşmə və iqlim dəyişməsinin qarşısını ala bilər. Təbiətimizə göstərdiyimiz qayğı gələcək nəslin sağlam ekoloji mühitdə böyüməsinə müsbət təsir göstərəcək. Təbiətimizi sevmək, onu qorumaq və bu sevgini gənc nəslimizə təbliğ etmək vacib məsələdir. Dahi şairimizin yubileyi ilə əlaqədar, onun xatirəsini bir daha yad edərək ağac əkmək hər birimiz üçün fərəhdir. Hər birimiz belə nəcib təşəbbüsə qoşulmalı və ətraf mühiti qorumalıyıq”, - deyə C.Xəlilov vurğulayıb.

Hamısını oxu
Sumqayıt Tibb Mərkəzi daha bir ilkə imza atıb

Sumqayıt Tibb Mərkəzinin (STM) Uşaq Xəstəxanasında ilk dəfə olaraq ağciyərin böyük ölçülü exinokokk kistası əməliyyat yolu ilə uğurla çıxarılıb. Bu barədə Aztibb.az-a STM-dən məlumat verilib. Bildirilib ki, 15 yaşlı pasiyent üzərində cərrahi müdaxilə uzman uşaq cərrahı Araz Hüseynovun rəhbərliyi ilə həyata keçirilib. Əməliyyat zamanı döş qəfəsi açılaraq ağciyərdə yerləşən iri kista tam olaraq çıxarılıb. Əməliyyat yüksək riskli olmasına baxmayaraq, peşəkar komandanın koordinasiyalı fəaliyyəti nəticəsində uğurla başa çatıb və pasiyentin vəziyyəti stabildir. Qeyd edək ki, son 2 il ərzində STM-nin Uşaq Xəstəxanasında döş qəfəsi və ağciyər nahiyəsində ağır cərrahi müdaxilələr uğurla icra olunmaqdadır. Bu əməliyyat isə həmin uğurların daha bir göstəricisidir.  

Hamısını oxu