Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov: “Azərbaycan xalqının illərdir gözlədiyi Böyük Qələbənin işartısı görünür.”

“Biz veteranlar Vətənimiz uğrunda döyüşə bu gün də hazırıq və son nəfəsimizə qədər də hazır olacağıq.”
Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.
Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər.
Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Bu gün güclü maddi-texniki baza və müasir silah-sursatla təmin olunan ordumuz məhz Ali Baş Komandan İlham Əliyevin iradəsi və qayğısı sayəsində formalaşıb. Ordumuzu yenilməz edən təkcə silah və texnikanın gücü deyil. Ən yeni raketlərin, güclü silahların, topların, döyüş maşınların ola bilər. Lakin sənin qorxmaz, mərd, cəsur əsgərlərin yoxdursa, məğlub olarsan. Ordumuzun hər bölməsində vətənpərvər, cəsur və mərd oğulların xidmət etdiyinin daim şahidi oluruq. Bizi yenilməz edən "Öncə Vətəndir!" deyən oğullarımızdır. Azərbaycan əsgərinin ən güclü silahı vətənpərvərliyi, Vətən sevgisidir! Silah-texnika düşməndə də var, lakin əsgər həmin əsgər, ürək həmin ürək deyil. Onların əsgərləri silahını döyüş meydanında qoyub qaçır, bizim əsgərlər isə son damla qanına qədər döyüşü davam etdirir.
Bu gün də düşmənlə təmas xəttində yerləşən hərbi hissələrimizin vətənpərvər əsgərlərinin göstərdiyi döyüş şücaəti, qətiyyəti, məğrurluğu hər birimizə sevinc hissini yaşadır. Artıq Azərbaycan xalqının illərdir gözlədiyi Böyük Qələbənin işartısı görünür. Körpədən tutmuş, ahıl yaşına çatmış hər kəsdə ruh yüksəkliyi, orduya inam, qələbəyə əminlik hissi möhtəşəm Ordumuzu qələbəyə ruhlandırır. Və hər kəs inanır ki, tez bir zamanda cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz yağıları doğma torpaqlarımızdan qovacaq, bizə zəfər bayramı yaşadacaq.
İndiki həsas məqamda Azərbaycan xalqını, cəmiyyətin hər bir təbəqəsini fikir ayrılıqlarını bir kənara qoyaraq ali baş komandanın, cənab prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıram. Biz birlikdə güclüyük!
Mən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri olaraq çoxsaylı veteranlarımız adından bildirmək istəyirəm ki, biz hər an Möhtərəm cənab Prezident İlham Əliyevin hər bir əmrinə müntəzirik. İşğal altında olan torpaqlarımızın azad olunmasında ölümə getməyə tərəddüd etməyən Veteran ordusu döyüşə hazırdır. Biz veteranlar Vətənimiz uğrunda döyüşə bu gün də hazırıq və son nəfəsimizə qədər də hazır olacağıq.

2020-09-27 00:00:00
402 baxış

Digər xəbərlər

Cüdo üzrə “Yaponiya Səfirinin Kuboku” açıq birinciliyinə start verilir

Yarışda 200-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq 26-27 iyul tarixlərində ölkəmizdə cüdonun yaranmasının 50 illik yubileyi və Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibəti ilə “Yaponiya Səfirinin Kuboku” açıq birinciliyi keçiriləcək. Veteran.gov.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, U-15 kiçik yaşlı yeniyetmələr arasında təşkil olunan turnirdə 200-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaqdır. Göygöl Olimpiya İdman Kompleksində keçiriləcək yarışda Gəncə şəhərindən və digər regionlardan 35 komanda iştirak edəcəkdir. Turnirin əsas məqsədi Yaponiya-Azərbaycan dostluq əlaqələrinin gücləndirilməsinə dəstək göstərməkdir. Eyni zamanda kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Qeyd edək ki, turnir Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq. Seymur ƏLİYEV  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında tədbir keçirilmişdir

Cari il avqust ayının 2-də Respublika Veteranlar Təşkilatında Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsində (referendumda) təşviqat qrupu qismində iştirak etmək üçün Respublika Veteranlar Təşkilatı tərəfindən təşəbbüs qrupunun yaradılması məqsədilə təşəbbüsçülərin yığıncağı keçirilib. Yığıncaqda 250 ilkin təşəbbüsçünü təmsil edən 90 nümayəndə iştirak edib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq referendumun 2016-cı il sentyabrın 26-na təyin edilməsi, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına ümumxalq səsverməsinin bu Sərəncamda göstərilən tarixdə keçirilməsinin təmin edilməsi ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsinə başlandığını və bununla əlaqədar ölkənin ictimai təşkilatlarında, idarə və müəssisələrdə Təşəbbüs qruplarının yaradılmağa başlandığını bildirib. Respublika Veteranlar Təşkilatının öz sıralarında veteranlar ordusu kimi böyük bir qüvvəni birləşdirən ictimai təşkilat olaraq referendumda fəal iştirak edəcəyinə əminliyini ifadə edən Cəlil Xəlilov bunun üçün müvafiq Təşəbbüs qrupunun yaradəlmasını təklif etmişdir. Tədbirdə şıxış edən Respublika Veteranlar Təşkilatının şöbə müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev, təşkilatın nümayəndəsi Əliş Əliyev, Nəsimi rayon veteranlar təşkilatının sədri, İkinci dünya müharibəsi iştirakçısı İsmayıl Fərəcov və başqaları referendumun Azərbaycanda siyasi islahatlar, ölkənin daha etibarlı sabahı baxımından əhəmiyyətindən danışmış Təşəbbüs qrupunun fəal iş aparması üçün əllərindən gələni əsirgəmiyəcəklərini bildirmişlər. Təşəbbüsçülərin yığıncağında Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təşəbbüs qrupunun 20 nəfər səlahiyyətli nümayəndəsi təyin olunmuşdur. Eynii zamanda yaradılan Təşəbbüs qrupunun qeydiyyatdan keçməsi məqsədilə Mərkəzi Seçki Komissiyasına bildiriş təqdim edilməsi barədə qərar qəbul olunmuşdur.

Hamısını oxu
İlham Əliyevin hakimiyyəti dövründə yetişən NƏSİL - Onlar İNANILMAZI BACARDI

“Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi”. Publika.az-ın xəbərinə görə, bunu Preizdent İlham Əliyev Şuşaya səfəri çərçivəsində Cıdır düzündə çıxışı zamanı deyib. “2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruqtək birləşib. Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Mən demişəm, burada - Cıdır düzündə bir daha demək istəyirəm ki, bu yumruq, həm gücdür, həm birlikdir. Onsuz da bizdə birlik kifayət qədər yüksək səviyyədə idi, bundan sonra daha da güclü olacaq. Birliyi olan ölkələr qələbə qazanırlar. İradəli olan liderlər qələbə qazanırlar. Heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü”.

Hamısını oxu
Müstəmləkəçidən işğalçıya tərif...

Hamısını oxu