Digər xəbərlər
Veteran.gov.az xəbər verir ki, 14 yanvar 2022-cu il tarixində Bakı şəhəri Binəqədi rayonunda yerləşən 246 saylı tam orta məktəbdə 20 yanvar Ümumxalq matəm gününə həsr edilən tədbir keçirilib. Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin baş mütəxəssisi Nəbi Hacıyev, Binəqədi rayon VT-nın sədri Teyyub Həsənov, Təşkilatın üzvü Zakir Əliyev, məktəbin direktoru Nəbi Mahmudov, təlim-tərbiyə işləri üzrə direktor müavini Fatma Əliyeva, şagird və müəllim kollektivi iştirak edib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Nəbi Mahmudov aç;b. O, qonaqları tədbir iştirakçılarına təqdim edib. Bundan sonra torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir əsnasında şagirdlərrin hazırladıqları qanlı yanvar gecəsini əks etdirən kompozisyalara baxılıb, şeirlər dinlənilib. Şagirdlərin çıxışlarından sonra söz qonaqlara verildi. Binəqədi rayon VT –nın sədri Teyyub Həsənov, Əmək veteranı Zakir Əliyev çıxış ediblər. Daha sonra söz Təşkilatın Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin baş mütəxəssisi Nəbi Hacıyevə verilib. Nəbi Hacıyev bildirib ki, hər bir xalqın tarixində faciəvi gün və qəhrəmanlıq səhifəsi olur. Lakin çox az-az hallarda bu iki hadisə üst –üstə düşür. Məhz 20 Yanvar belə günlərdən biridir. O, həm Azərbaycan xalqı üçün hüzün günü, həm də qəhramanlıq salnaməsidir: “Azərbaycan xalqı müstəqillik qazandı. Lakin bu müstəqilliyi həzm edə bilməyən qüvvələrin köməkliyi ilə mənfur düşmənimiz 28 il torpaqlarımızı işğalda saxladı. Buna baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin vətənə olan sevgisi, sərkərdəlik qabiliyyəti, xarici və daxili siyasəti nəticəsində dövlətimiz 44 günlük Vətən müharibəsindən qalib çıxdı. Düşmən işğalındakı torpaqlarımız azad edildi. Çıxışımın sonunda bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm”. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
2024-cü il sentyabrın 9-da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvləri ilə görüşüb. Görüşdə Rəyasət Heyətinin üzvləri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətinə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva tərəfindən daim göstərilən diqqət və qayğıya görə təşəkkür edib, bunun bariz nümunəsi kimi təşkilatın rəhbəri Fatma Səttarovanın yüksək dövlət təltifi olan “İstiqlal” ordeni ilə mükafatlandırılmasını mənmunluqla xatırlayıblar. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətinin daha da gücləndirilməsi üçün əlavə imkanlar müzakirə edilib, təkliflər dinlənilib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndəsi müvafiq qeydlər götürüb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Yanvarın 16-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib. Prezidentin köməkçisi Hikmət Hacıyevin də iştirak etdiyi iclasda Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov səhhəti ilə əlaqədar vəzifədən azad edilib. Rəyasət Heyəti üzvlərinin yekdilliklə qəbul etdikləri qərara əsasən, İkinci Dünya müharibəsi veteranı, Prezident təqaüdçüsü Fatma Səttarova Respublika Veteranlar Təşkilatının sədri vəzifəsinə seçilib. AZƏRTAC xəbər verir ki, Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov qurumun qarşısına qoyulan vəzifələrdən və məqsədlərdən danışıb. O bildirib ki, dövlətin veteranlara göstərdiyi dəstək, diqqət və qayğı qarşıya qoyduğumuz bütün vəzifələrin öhdəsindən gəlməyə imkan verir. Rəyasət Heyətinin iclasında görülən işlərlə yanaşı, gələcək fəaliyyətlərdən də ətraflı bəhs edilib: “Prezidentin köməkçisinin gələcək fəaliyyətimizlə bağlı verdiyi dəyərli tövsiyələr, səsləndirdiyi fikirlər təşkilatımız üçün əlavə məsuliyyət deməkdir. Biz qarşıdakı fəaliyyətimizdə bunlardan faydalanacaq, hər addımımızda bu tövsiyələri rəhbər tutacağıq”. C.Xəlilov bildirib ki, Respublika Veteranlar Təşkilatının bu illə bağlı ciddi plan və proqramları mövcuddur. Bura veteranlarla əlaqəni intensivləşdirmək, onların bilik və bacarığından cəmiyyətimizin maksimum faydalanmasını təmin etmək, dövlətimizin siyasətinin müxtəlif platformalarda daha səmərəli müdafiəsini həyata keçirmək, Vətən müharibəsində böyük igidliklərə imza atan qəhrəmanlarımızı ictimaiyyətə yaxından tanıtmaq, digər təşkilat və qurumlarla əməkdaşlığı daha da inkişaf etdirmək daxildir. “Veteranlarımız Prezident İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Dövlətimizin veteranlara göstərdiyi diqqət bütün dünya üçün nümunədir. Məhz dövlətimizin bizə verdiyi bu dəstək qarşıya qoyduğumuz vəzifələrin öhdəsindən gəlməyə imkan verir. Hər kəs əmin ola bilər ki, veteranlarımız hər zaman olduğu kimi, bundan sonra da dövlətimizin mənafeyini, ölkə başçısının siyasətini qətiyyətlə dəstəkləyəcək, xalqımızın mili maraqlarının təmini məsələsində fədakarlıq göstərəcək”, - deyə C.Xəlilov vurğulayıb.
Hamısını oxu
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun tapşırığına əsasən, qurumun hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və mətbuat şöbəsinin əməkdaşı Şəhla Qarayeva Qəbələ Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə şöbəsinin baş məsləhətçisi Arzu Rəsulov və Vəndam qəsəbə icra nümayəndəliyinin müavini Xəyal Rəsulzadənin iştirakı ilə Qəbələnin Vəndam kəndində anadan olmuş, Ermənistanla sərhədin Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun ailəsini ziyarət ediblər. Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, ailə üzvlərinin qayğıları ilə maraqlanan nümayəndələr Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynovun başsağlığını şəhid ailəsinə çatdırıblar. Söhbət zamanı şəhid general-mayor Polad Həşimovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Respublika Veteranlar Təşkilatının rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, general-mayor Polad Həşimov Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlar zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhid olub. O, ikinci Fəxri xiyabanda dəfn edilib. Prezident İlham Əliyevin general-mayor Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tapşırığına əsasən Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə onun adı verilib.
Hamısını oxu