Prezident İlham Əliyev xalqa müraciət edib
Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. AZƏRTAC dövlətimizin başçısının müraciətini təqdim edir: “Əziz həmvətənlər.
Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. AZƏRTAC dövlətimizin başçısının müraciətini təqdim edir: “Əziz həmvətənlər.
Ceyhun Məmmədov: “Xocalı soyqırımının təbliği milli ruha malik gəncliyin formalaşdırılması baxımından vacibdir” Bu günlərdə Azərbaycan xalqı Xocalı soyqırımının 30-cu ildönümünü qeyd edir. Üstündən 30 illik tarixi müddət keçsə də, Xocalı soyqırımı ilə bağlı həqiqətləri təbliğ etmək, bu qətliamın mahiyyəti və dəhşətli nəticələri haqqında uşaqları, yeniyetmə və gəncləri məlumatlandırmaq, Xocalı soyqırımının bütün dünyada tanınmasına nail olmaq bu gün də qarşıda duran əsas vəzifələrdən biridir. Məlumat üçün qeyd edək ki, soyqırımın 30 illiyi münasibəti ilə Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Xocalı soyqırımını unutma” mövzusunda məktəblilər arasında inşa-yazı müsabiqəsi keçiirilmiş, müsabiqədə fərqlənən şagirdlər adıçəkilən dövlət qurumu tərəfindən Fəxri Fərman və medallarla təltif edilmişdir. Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov, gənc nəslin erməni vəhşilikləri haqqında məlumatlandırılması, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin təbliği, uşaq və yeniyetmələrin milli ruhda yetişdirilməsi baxımından bu cür tədbirlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb: “Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Xocalı soyqırımını unutma” mövzusunda məktəblilər arasında inşa-yazı müsabiqəsi keçirilməsi təqdirəlayiqdir. Hesab edirəm ki, bu kimi tədbirlərin keçirilməsi vətənpərvər, milli-mənəvi dəyərlərə sadiq gəncliyin yetişdirilməsi baxımıdnan mühüm əhəmiyyət kəsab edir. Üstündən 30 il keçməsinə baxmayaraq, xalqımızın Xocalı qətliamının qurbanlarının xatirəsini ağrı hissi ilə anır, erməni vəhşiliyini lənətləyir. Ermənilər zaman-zaman Azərbaycan xalqının başına bir çox müsibətlər gətirib. Bu müsibətlərdən biri də Xocalıdır. Ermənilər Xocalıda soyqırım törətməklə insnalarımızın mübarizə əzmini qırmağa çalışırdı. Amma Azərbaycan öz mübarizə əzmini qoruyub saxladı, düşmənə müqavimət göstərməkdə davam etdi. Nəhayətdə, 44 günlük Vətən müharibəsində Azərbaycan erməni faşizmi üzərində tarixi qələbə əldə etdi, ərazi bütövlüyünü təmin etdi. Azərbaycan xalqı qarşısında duran mühüm vəzifələrdən biri Xocalı soyqırımının bütün dünyada tanınmasına nail olmaqdır. Bu gün cənab Prezidentin, eləcə də Mehriban xanımın rəhbərliyi ilə dünyanın bir çox ölkələrində bu istiqamətdə geniş təbliğat işi aparılır. Azərbaycan həqiqətlərinin təbliği üçün silsilə tədbirlər həyata keçirilir. Hesab edirəm ki, dövlət qurumları tərəfindən bu cür tədbirlərin keçirilməsi olduqca əhəmiyyətlidir və bu, milli ruha malik, milli tarixə yaxından bələd olan gəncliyin formalaşdırılması baxımından olduqca önəmlidir”. Seymur ƏLİYEV
Hamısını oxu
Bakı, 23 yanvar, AZƏRTAC Əhalinin maddi rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” imzaladığı sərəncamlar ölkə veteranları tərəfindən də rəğbətlə qarşılanıb. Respublika Veteranları Təşkilatından AZƏRTAC-a bildiriblər ki, veteranları məmnun edən başlıca cəhət əhalinin, xüsusilə onun aztəminatlı və sosial müdafiəyə daha çox ehtiyac duyan hissəsi sayılan pensiyaçıların rifah halının ilbəil yüksəldilməsi dövlətimizin başçısının daim diqqət mərkəzində olmasıdır. Bu baxımdan son qərarlar ümumən ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanıb. Təşkilata müraciət edən ölkə veteranları Prezident İlham Əliyevin bu humanist addımını yüksək qiymətləndirir, onun əmək pensiyası alan veteranların maddi durumuna müsbət təsir göstərəcəyini xüsusilə vurğulayırlar. Veteranlar, həmçinin bildirirlər ki, bu addım Azərbaycan Prezidenti İlham Əliyevin yaşlı insanların, eləcə də aztəminatlı ailələrin sosial problemlərinin həllinə daim qayğı və diqqətlə yanaşmasının növbəti təzahürüdür. Veteranlar Azərbaycan dövlətinin bütövlükdə ölkə vətəndaşlarının, xüsusilə veteranların sosial-maddi vəziyyətinin yaxşılaşması istiqamətində ardıcıl proqramlar həyata keçirdiyini, cari ildə də bu məsələlərin diqqətdə saxlanacağına əminliklərini ifadə ediblər
Hamısını oxu
Veteran.gov.az apa.az-a istinadən xəbər verir ki, Tankçılarımız Rusiya Federasiyasının Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan tankçıları müsabiqənin “Fərdi sürmə” mərhələsində Qazaxıstan, Belarus və Serbiyadan olan komandalarla birlikdə güclərini sınayıblar. Şərti hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyənləşdirilmiş məsafəni qət edən tankçılarımız öz qrupunda ikinci olublar.
Hamısını oxu
Tamam Cəfərova: “Sabahın mənzərəsi bu gün özümüzü necə aparacağımızdan asılıdır” Son günlər ali təhsil müəssisələrinin fəaliyyətə başlaması universitetlər qarşısında ciddi sıxlığın yaranması ilə müşahidə edilməkdədir. Buna səbəb isə COVİD-19 pasportunun yoxlanılması prosesinin bəlli bir zaman alması, nəticədə universitet qarşısında sıxlığın artmasıdır. Bəs problemdən çıxış yolu nədədir? Koronavirus təhlükəsinin davam etdiyi bir zamanda ortaya çıxan bu sıxlığı necə ortadan qaldırmaq olar? Veteran.gov.az-a açıqlama verən millət vəkili Tamam Cəfərova mövcud situasiyada hər bir vətəndaşın məsuliyyətlə davranmasının zəruri olduğunu bildirib: “Universitetlər qarşısında son günlər yaranan sıxlığın əsas səbəbi ali məktəbə bu il qəbul olunan və birinci kursda təhsil alacaq tələbələrin bir çoxunun universitetlərə valideynləri, yaxud yaxın qohumlarının müşayiəti ilə gəlməsidir. Halbuki, valideynlər də anlamalıdır ki, pandemiya bitməyib, koronovirus təhlükəsi davam edir. Buna görə də hansısa tələbəni müşayiət etməklə universitet qarşısında sıxlıq yaratmaq olmaz. Bu, elə valdieynlərin özü üçün də təhlükəlidir. Ümumiyyətlə, pandemiyanın davam etdiyi müddət ərzində hər kəs maksimum diqqətli olmalı, sosial məsafə amilinə ciddi əməl etməlidir. Unutmaq olmaz ki, sabahın mənzərəsi bu gün bizim özümüzü necə aparacağımızdan asılıdır”. Millət vəkili qeyd edib ki, universitetlər qarşısında sıxlığı azaltmağın daha bir yolu daha çevik yoxlanış sisteminin tətbiqi ola bilər: “Hər gün universitetlərə minlərlə tələbə və müəllim üz tutur ki, onların hamısının qısa zaman kəsimində yoxlanması praktiki olaraq mümkün deyil. Sıxlığı yaradan amillərdən biri də məhz bununla bağlıdır. Buna görə də COVİD-19 pasportunun yoxlanılmasında daha çevik mexanizmlərin tətbiqi sıxlığı azaltmaq yolunda mühüm addım ola bilər. Bunun üçün isə ali təhsil müəssisələri lazımi texniki avadanlıqlarla təmin edilməli, yoxlamaların daha mobil və sürətli şəkildə təşkili təmin olunmaldır. Hansı ki, bu məsələdə əlaqədar dövlət qurumlarının təhsil müəssisələrinə texniki dəstək verməsi, onları gərəkli avadanlıqlarla təmin etməsi vacibdir. Hesab edirəm ki, bu və bu kimi amilləri nəzərə almaqla sıxlığın qarşısını almaq mümkündür”. Seymur ƏLİYEV
Hamısını oxu