Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də CNN-Türk televiziyasına müsahibə verib.
Bakı, 7 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də CNN-Türk televiziyasına müsahibə verib.
Bakı, 7 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də CNN-Türk televiziyasına müsahibə verib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti beynəlxalq qurumlara müraciət ünvanlayıb. AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir: “Azərbaycan torpaqlarının işğal altında qaldığı 30 il ərzində xalqımıza məxsus təbii sərvətlər erməni separatçıları tərəfindən vəhşicəsinə istismar olunub, ekologiyaya böyük ziyan dəyib. 44 günlük Vətən müharibəsi erməni işğalına son qoysa da, son iki ildə erməni separatçıları tərəfindən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki sərvətlərimizin talanması prosesi davam etməkdədir. Təbii resurslarımızdan qanunsuz istifadə təbiətin amansızcasına məhv edilməsi prosesi ilə paralel həyata keçirilir ki, bu da məlum problemi sadəcə Azərbaycan üçün deyil, bütün dünya üçün aktual edir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Azərbaycana məxsus təbii sərvətlərin talanmasına, təbiətin məhv edilməsinə son qoyulmasını tələb edir, bütün beynəlxalq təşkilatları, dünya birliyini bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırırıq. Nəzərinizə çatdırırıq ki, sərvətlərimizin talanmasına, təbiətimizin sistemli şəkildə məhv edilməsinə etiraz əlaməti olaraq dekabrın 12-dən etibarən Şuşada ekoloji fəalların, media nümayəndələrinin, vətəndaş cəmiyyəti nümayəndələrinin, sadə vətəndaşların iştirakı ilə fasiləsiz aksiyalar keçirilməkdədir. Aksiyada məqsəd bəşəriyyətin sağlam gələcəyi, ekoloji təhlükəsizliyi naminə ermənilər tərəfindən həyata keçirilən ekoloji terrorun qarşısını almaq, bölgədə separatizmin inkişafını önləmək, ölkəmizin suveren ərazilərində Azərbaycanın nəzarətini təmin etməkdir. Ekologiyanın sərhəd tanımadığını nəzərə alsaq, bu gün ermənilər tərəfindən Azərbaycana qarşı həyata keçirilən ekoloji terroru, həm də bütün bəşəriyyətə qarşı həyata keçirilən cinayət hesab edirik. Bildiririk ki, bu cinayətin qarşısının alınmasında bütün dünya ciddi həmrəylik sərgiləməli, bu terrorun davam etməsinə, onun fəsadlarının daha da ağırlaşmasına yol verməməlidir. Ümid edirik ki, beynəlxalq təşkilatlar, aparıcı dövlətlər, dünya ictimaiyyəti ermənilər tərəfindən həyata keçirilən ekoloji terrorun qarşısını almaq üçün Azərbaycanın səylərini praktiki şəkildə dəstəkləyəcək, bu terrora son qoymaq üçün rəsmi İrəvana ciddi təzyiqlər göstərəcək. Dünyanın harasında baş verməsindən asılı olmayaraq, ekoloji terrorun qarşısını almağı bütün bəşəriyyətin mənəvi borcu hesab edir və bir daha planetimizin hər bir üzvünü bu borca sadiq olmağa səsləyirik”.
Hamısını oxu
Fatma Yıldırım: “Onların qayğıları ilə maraqlanmaq, dəstək olmaq cəmiyyət olaraq bizim əsas vəzifələrimizdən biridir!” Xəbər verdiyimiz kimi, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı, Milli Məclisin Gənclər və idman komitəsinin köməkliyi ilə 100-ə qədər sağıamlıq imkanı məhdud qazi elektriklə çalışan ümasir əlil arabaları ilə təmin edilib. Veteran.gov.az xəbər verir ki, millət vəkili Fatma Yıldırım sosial şəbəkədəki hesabında bu nəcib təşəbbüsün önəminə diqqət çəkib, bu təşəbbüsün gerçəkləşməsin də əməyi olanlara təşəkkürünü bildirib: “Əziz həmvətənlər! Ölkəmizdə şəhid ailələri və qazilər hər zaman qayğı ilə əhatə olunub. Bu kateqoriyadan olan insanlara diqqət və qayğı davamlı xarakter daşıyır. Bildiyiniz kimi, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı, Milli Məclisin Gənclər və idman komitəsinin dəstəyi ilə Azərbaycana gətirilmiş 100 ədəd elektriklə işləyən əlil arabası qazilərimizə və şəhid ailələrinə təqdim edilib. Bu məqsədlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında sağlamlıq imkanı məhdud olan qazilərlə bağlı tədbir keçirilib. Qeyd edim ki, Bərdə rayonunu təmsil edən millət vəkili olaraq mənim təşəbbüsümlə bu tədbir çərçivəsində Bərdə rayonundan olan Iİ Qarabağ müharibəsi qaziləri - Yusifzadə Məhəmməd İsrafil oğlu, Quliyev Sərxan Dilqəm oğlu və Musayev Gündüz Sabir oğluna; I Qarabağ müharibəsi qazisi Abışov Habil Kamil oğluna, eləcə də Bərdəyə terror hucumları nəticəsində xəsarət almış Quliyeva Rəmziyyə Əlasdan qızına müasir motorlu arabalar təqdim olundu. Xaricdə yaşayan türk qardaşlarımıza bizimlə həmrəylik nümayiş etdirərək, belə nəcib bir aksiya həyata keçirdikləri üçün dərin təşəkkürümü bildirirəm! Qazilərimizin tezliklə sağlamlıqlarına qovuşmaqlarını arzulayıram. Torpaqlarımızın azadlığı uğrunda döyüşən hər bir vətəndaşımızla qürur duyuruq. Onların qayğıları ilə maraqlanmaq, dəstək olmaq cəmiyyət olaraq bizim əsas vəzifələrimizdən biridir!” Seymur ƏLİYEV
Hamısını oxu
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə Respublika Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, təşkilatın nümayəndələri, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələri, əmək və Silahlı Qüvvələr veteranları Şəhidlər xiyabanına gedəcək 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər. Sonra Respublika Veteranlar Təşkilatında davam etdirilən tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək Azərbaycan tarixinin faciəli olduğu qədər də qəhrəmanlıq səhifələrindən sayılan 20 Yanvar hadisələri ilə bağlı məlumat verib. Bu faciənin təməlinin hələ 1987-ci ildə ermənilərin Azərbaycana qarşı torpaq iddialarının həyata keçirilməsinə mane olan Heydər Əliyevin Siyasi Bürodan və SSRİ rəhbərliyindən uzaqlaşdırılması ilə başlandığını bildirən C.Xəlilov deyib: “20 Yanvar Azərbaycan xalqının milli azadlıq və demokratiya uğrunda mübarizəsini boğmaq, xalqa ağır mənəvi zərbə vurmaq məqsədilə qabaqcadan hazırlanmış təcavüzkarlıq aksiyası idi. Bu qanlı faciəni törədənlər Azərbaycanın dövlət müstəqilliyinin bərpasının qarşısını bütün vasitələrlə almaq istəyirdilər. Ermənilərin əsas məqsədi isə Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi idi. Bu məkrli planın ilk qurbanları Ermənistanda yaşayan azərbaycanlılar olub”. C.Xəlilov qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya fövqəladə vəziyyət elan edilmədən yeridilən keçmiş SSRİ-nin hərbi birləşmələri şəhərdə əməliyyat həyata keçirməklə SSRİ və Azərbaycan SSR konstitusiyalarını kobud surətdə pozublar. Görünməmiş qəddarlıqlar törətmiş həmin hərbi qruplaşmanın tərkibi əksəriyyəti ermənilərdən ibarət olan, xalqımızın qanına susamış vəhşi cinayətkarlar idi. “Həmin ağır günlərdə, 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində çıxış edərək xalqla birgə olduğunu bildirib. Dahi rəhbər 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verib, qanlı faciənin törədilməsinə görə mərkəzi və respublika rəhbərlərini ittiham edib. Bu tarixi çıxışın mətni respublikaya, dünyaya geniş yayıldıqdan sonra xalqın qəlbində ümid çırağı yanıb. Yanvarın 20-nin Ümumxalq Hüzn Günü kimi qeyd edilməsi məhz ümummilli lider Heydər Əliyevin xidmətidir”, - deyə ehtiyatda olan polkovnik vurğulayıb. Çıxış edən digər veteranlar 20 Yanvarın Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin yad edilməsi, xalqımızın qəhrəmanlıq, birlik günü olduğunu bildirib, şəhidlərin heç vaxt unudulmayacaqlarını, xalqımızın yaddaşında əbədi yaşayacaqlarını qeyd ediblər.
Hamısını oxu
Məşhur Məmmədov: “Bu hesabatdan məcburi köçkünlərimizin pozulan hüquqlarının təmin edilməsində ciddi və etibarlı istinad nöqtəsi kimi istifadə ediləcək” Məlum olduğu kimi, bir müddət bundan öncə Bakı Dövlət Universitetində “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabat”ın tədimatı keçirilib, bu hesabat haqqında ictimaiyyətə ətraflı məlumat verilib. BDU rektorunun ideya müəllifi və rəhbəri olduğu layihənin hazırlanmasında universitetinin professor-müəllim heyəti ilə yanaşı, ABŞ, Rusiya, Ukrayna, Qazaxıstan və Türkiyənin görkəmli mütəxəssisləri də iştirak edib. Layihənin hazırlanmasında məqsəd 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən Azərbaycan Respublikası ərazilərinin işğalı nəticəsində həmin ərazilərdən olan məcburi köçkünlərin pozulmuş hüquqlarının, dəymiş ziyanın əhatə dairəsinin və istiqamətlərinin müəyyən edilməsi, beynəlxalq təcrübəni öyrənməklə pozulmuş hüquqların bərpası, nəhayət dəymiş ziyanın Ermənistan tərəfindən ödənilməsi üçün beynəlxalq hüquqi mexanizmlərin təhlil edilməsi olub. Xatırladaq ki, Azərbaycan dili ilə yanaşı, həm də ingilis dilində hazırlanan bu hesabatın beynəlxalq təşkilatlara, dünyanın bir çox ölkələrinin rəsmi qurumlarına, o cümlədən beynəlxalq vətəndaş institutu cəmiyyətlərinə göndərilməsi nəzərdə tutulur. Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov bu kimi layihələrin milli maraqlarımız, Azərbaycan həqiqətlərinin dünyaya yayılması və erməni faşizminin ifşası baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib: “İlk növbədə qeyd edim ki, 30 il ərzində baş verənləri unutmağa, yaddan çıxartmağa mənəvi haqqımzı yoxdur. Biz hər zaman bu məsələləri gündəmdə saxlamalı, beynəlxalq ictimaiyyəti bu barədə məlumatlandırmalıyıq. Sadəcə Qarabağ və ətraf ərazilərdə deyil, həm də indi Ermənistan adlanan Qərbi Azərbaycan torpaqlarından qovulan, didərgin salınan soydaşlarımızın bu torpaqlara qayıtması da diqqət mərkəzində saxlanılmalıdır. Biz beynəlxalq aləmin də diqqətini bu məsələlərə cəlb etməliyik. Azərbaycan xalqına dəyən maddi və mənəvi zərərin qarşılanması, Ermənistan tərəfinin buna görə gərəkli təzminatın ödəməsi məsələsi də ən aktual məsələlərdən biri kimi diqqət mərkəzində saxlanılmalıdır. Biz həmişə görürük ki, Avropa dövlətləri öz ölkələrində, yaxud dünyanın digər bölgələrində yaşayan xristianlarla bağlı həssaslıq sərgiləyir. Bu gün Qarabağdakı 30 min erməniyə görə az qala bütün dünya narahatlıq ifadə edir. Amma bir milyondan çox azərbaycanlının haqlarının pozulması ilə bağlı nə Avropa Şurasında, nə Avropa dövlətlərində ciddi bir narahatlıq müşahidə edilmir. Bizim mənəvi baxımdan haqqımız var ki, daim bu məsələlərə diqqət çəkək, bunu beynəlxalq məhkəmələrə daşıyaq. BDU rektoru Elçin Babayevin rəhbəri olduğu bu layihə həm milli maraqlarımızın müdafiə edilməsi, həm erməni faşizminin ifşa edilməsi, həm də soydaşlarımızın pozulan haqlarının təmin edilməsi baxımından mühüm bir layihədir. Əslində oxşar layihələrin hazırlanması və beynəlxalq aləmdə yayılması istqiamətində digər qurumlar da aktivlik sərgiləməli, hər bir kəs erməni faşizminin ifşasında yaxından iştirak etməlidir. Bildiyiniz kimi, bu məsələlər Milli Məclisin də gündəmindədir. Milli Məclisin sədri Sahibə Qafarova xarici səfərlərində erməni vəhşiliklərinə diqqət çəkir, Xocalı soyqırımının tanınması, məcburi köçkünlərin hüquqlarının bərpa edilməsi, onlara dəyən zərərin ödənilməsi və s. kimi məsələləri hər zaman diqqətdə saxlayır, beynəlxalq ictiamiyyəti bununla bağlı ətraflı şəkildə məlumatlandırır. Deputat qruplarımız da xarici ölkələrə səfərlər əsnasında bu məsələləri qaldırır. Bu, cənab Prezidentimizin bizim qarşımızda qoyduğu bir məsələ olmaqla yanaşı, həm də mənəvi borcumuzdur. Vətəndaşlarımızın hüquqlarının bərpa olunması, doğma yurdlarına qayıtmasının təmin edilməsi dövlətimizin, Prezidentimizin daim diqqət mərkəzində saxladığı bir məsələdir və bu istiqamətdə görülən işlər göz önündədir. Bu baxımdan “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabat” olduqca mühüm əhəmiyyətə malik böyük bir layihədir və təqdir edilməlidir. İnanıram ki, bu hesabat məcburi köçkünlərimizin pozulan hüquqlarının təmin edilməsi, erməni faşizminin etdiyi əməllərə görə cəzalandırılması baxımından mühüm sənəd rolunu oynayacaq, bu hesabatdan ciddi və etibarlı istinad nöqtəsi kimi istifadə ediləcəkdir”. Seymur ƏLİYEV
Hamısını oxu