Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident düşmənin məhv edilən və götürülən texnikalarını açıqladı

“Bu gün aparılan döyüşlərdə düşmənin hərbi texnikası məhv edilib və hərbi qənimətlər götürülüb”. Bu barədə Prezident İlham Əliyev xalqa müraciətində bildirib.

 
İ.Əliyev qeyd edib ki, düşmənin 16 komanda məntəqəsi, 196 tank, 38 BM-21, bir Uraqan, 10 özü yeriyən artilleriya qurğusu, 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası, iki HHM vasitəsi, iki “S-300” kompleksinin, 25 ASA zenit raket kompleksi, dörd radio texniki maneə vasitəsi, 136 top, 56 mina atan, bir Tos-1-a sursatı və iki radiolokasiya stansiyası məhv edilib. Prezident düşməndən qənimət götürülən hərbi texnikadan da danışıb: “Düşməndən 18 tank, dörd top, 22 piyadaların döyüş maşını, 12 minaatan, dörd UAZ maşını, bir ekskavator, 27 “İqla” kompleksi, bir ZİL maşını və doqquz QAZ maşını götürülüb. Düşmənin əlində Azərbaycan silahlı qüvvələrinə aid olan bir texnika da yoxdur”.

2020-10-09 00:00:00
3591 baxış

Digər xəbərlər

ƏDALƏT VƏLİYEV GENERALLA GÖRÜŞÜB - Ordudakı vəziyyət müzakirə edilib

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin son çıxışlarında ideoloji işin gücləndirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrasının təmin edilməsi ilə bağlı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin görüşü keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə müvafiq sahə üzrə görülən işlərdən danışılıb, həyata keçirilən tədbirlər təhlil olunub və ideoloji işlə bağlı planlar nəzərdən keçirilib. Sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Təhlil və Proqnozlaşdırma sektorunun müdiri Tahir Kərimovun iştirakı ilə Azərbaycan Ordusunda ideoloji işin təşkili və həyata keçirilməsinə cavabdeh zabitlər də cəlb edilməklə müvafiq mövzu ilə bağlı işçi qrupun görüşü təşkil olunub. Tədbirdə Azərbaycan Ordusunda ideoloji işin təşkili və həyata keçirilməsi ilə bağlı müvafiq sahəyə cavabdeh zabitlərin ictimai-siyasi hazırlıq, mənəvi-psixoloji təminat, ictimaiyyətlə əlaqələr, eləcə də digər istiqamətlərə aid hesabat xarakterli məruzələri dinlənilib, prezentasiyalar təqdim olunub, görülən işlər və bu sahədə aparılan işin səmərəliliyinin artırılması üçün nəzərdə tutulan addımlar barədə məlumat verilib. Toplantıda çıxış edən Tahir Kərimov Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunda həyata keçirilən islahatlar nəticəsində hərbi hissələrin döyüş qabiliyyətinin artdığını, şəxsi heyətin döyüş əzminin, vətənpərvərlik ruhunun və mənəvi-psixoloji hazırlığının daima yüksəldiyini bildirib. İdeoloji işin əhəmiyyətindən danışan T.Kərimov xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan Ordusunun formalaşmasında tarixi fəaliyyətinin, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzda həyata keçirilən islahatların, hərbi xidmətin nüfuzunun yüksəldilməsi istiqamətində görülən işlərin təbliğinin, gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinin, gənclərin milli dəyərlərə, tarixi ənənələrə bağlılıq ruhunda, Vətənə məhəbbət və torpaqlarımızın işğaldan azad etməyə daim hazır olmaq hissləri ilə böyüməsinin ideoloji işin əsas istiqamətlərindən olduğunu bir daha diqqətə çatdırıb. Tədbirdə Ali Baş Komandan İlham Əliyevin son çıxışlarında ideoloji işin gücləndirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək məqsədilə hərbi hissələrdə həyata keçiriləcək ideoloji işin istiqamətləri və perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, yeni forma və metodlarla bağlı təkliflər müzakirə olunub. Sonda kreativ ideyalardan, müasir texnologiyalardan, fleşmoblardan, sosial şəbəkələrin imkanlarından daha çevik istifadə etməklə ideoloji işlə bağlı qarşıya qoyulan tapşırıqların icrasına daha təsirli, daha keyfiyyətli nail olmanın yolları haqqında da müzakirələr aparılıb. Müzakirələr zamanı Müdafiə Nazirliyində ideoloji işlə bağlı görülən işlər və həyata keçirilən tədbirlər müsbət qiymətləndirilib.

Hamısını oxu
Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.  Prezident İlham Əliyev Rusiyada vətəndaşların böyük əksəriyyətinin Konstitusiyaya dəyişikliklərin lehinə səs verməsi münasibətilə Vladimir Putinə təbriklərini çatdırıb. Dövlətimizin başçısı Rusiyanın ictimai-siyasi həyatında bu mühüm hadisəni ölkə vətəndaşlarının Prezident Vladimir Putinin həyata keçirdiyi siyasətə verdikləri dəstəyin növbəti təzahürü kimi dəyərləndirib. Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, Konstitusiyaya edilən bu dəyişikliklər Rusiya Federasiyasının daha da inkişaf etdirilməsi, firavanlığı, ölkədə ictimai-siyasi sabitliyin bundan sonra da möhkəmləndirilməsi işinə böyük töhfə verəcək. Prezident Vladimir Putin göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Telefon söhbəti zamanı Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı ilə bağlı məsələlər də müzakirə edilib.

Hamısını oxu
İyunun 18-19-da Bakı İdman Sarayında "Qələbə" İdman Festivalı keçiriləcək

Festival Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunub Veteran.gov.az xəbər verir ki, iyunun 18-19-da Bakı İdman Sarayında Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Qələbə"  İdman Festivalı keçiriləcək. Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli İdman Növləri Assosiasiyası, Sumo Federasiyası, INBA Qlobal Azərbaycan Birliyi, "Qələbə" Ağır Atletika İdman Klubu və "Makkabi" Mədəni-İdman İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək festivala bilet satışından əldə ediləcək gəlir “Yaşat” Fonduna köçürüləcək. “Qələbə” İdman Festivalının proqramına ağır atletika, aykido, akrobatika gimanastikası, cüdo, karate, kəndirlə mübarizə, natural bodibildinq və fitnes, sumo, mas-reslinq, milli güləş, kəmər güləşi, ənənəvi oxatma, zorxana, dama və nərd daxildir. Seymur ƏLİYEV

Hamısını oxu
Siyavuş Novruzov: “Keçmişi yaddan çıxartamalıyıq - vaxt vardı, Azərbaycanda yol, qaz, işıq yox idi”

“İşsizliyin aradan qaldırılması üçün dövlət tərəfdindən mühüm işlər görülür”.Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.“Biz keçmişi yaddan çıxartamalıyıq. Vaxt var idi ki, Azərbaycanda yol, qaz, işıq anlayışı yox idi. İndi isə 3 kənddə qazın olmaması davasını edirik. Mən yol kənarında ağacların kəsilməsini, quldur dəstələrin olmasını, ayrı-ayrı yerlərdə bəzi insanların quldur hərəkətləri etməsini xatırlayıram. Cəmiyyət varsa, müəyyən problemlər də olmalıdır. Guya ABŞ-da problem yoxdur? Torpaq islahatı ilk dəfə Azərbaycanda həyata keçirilib. Onun nəticəsində bu gün kənd təssərrüfatının inkişafının şahidi oluruq. Bu gün rayonla şəhər arasında fərqi heç kim görə bilmir”, - S.Novruzov əlavə edib.Komitə sədri bildirib ki, bu gün Azərbaycan təhlükəsizlik adasıdır:“Azərbaycanın səsi hər yerdən eşidilir. Təbii ki, Azərbayacanı gözü götürməyən qüvvələr olacaq. Biz onlara qarşı birlikdə mübarizə aparmalıyıq”.

Hamısını oxu