Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ermənilərin yazışması ələ keçirildi:

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən düşmən və işğalçı ölkə Ermənistanın dövlət qurumları arasındakı elektron yazışmalar əldə olunub.


AFN NUHÇIXAN İnformasiya Agentliyinə istinadla xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistan Hökumət Aparatının Vətəndaşların qəbulu və müraciətlərinin müzakirəsi idarəsinin müdiri Aleksandr Qazaryanın 5 oktyabr 2020-ci il tarixdə Ermənistan Müdafiə nazirinə göndərdiyi iki məktubda işğalçı ölkənin ordusundakı acınacaqlı vəziyyət öz əksini tapıb.

Birinci məktub Ermənistan ordusundakı özbaşınalıqla bağlı əsgər valideyninin müraciəti əsasında yazılıb. Həmin məktubu təqdim edirik:

"Bizə Lori vilayətinin Lori Berd icmasının Aşot Yerkat 14 ünvanında yaşayan Qayane Balayan müraciət edib. O bildirib ki, oğlu Anri Balayan 1 oktyabr tarixində Müdafiə Nazirliyinin 13516 saylı hərbi hissəsinin təlim taboruna məcburi hərbi xidmətə çağırılıb. O, könüllü orduya gedib. Ancaq daimi olaraq hərbi hissədə döyülüb. Onun komandirləri tərəfindən heç bir tədbir həyata keçirilməyib. Bununla əlaqədar bizim təşəbbüsümüzlə MTX tərəfindən araşdırmalar aparılıb və aydınlaşıb ki, baş leytenant Arsen Hovhannisyan bir neçə dəfə əsgərləri döyüb və nəticədə, iki əsgər özünə qəsd edib.

Bunlar barədə hərbi hissənin həkimi ilə də danışılıb, o da bu məlumatları təsdiqləyib. Həmçinin həkim Arsen Hovhannisyanın qızdırması və tərləməsi olan əsgərlərə tibb məntəqəsinə getmək üçün icazə vermədiyini də deyib. Qeyd edək ki, Anri Balayan xəstədir və son iki gün ərzində onun vəziyyəti daha da ağırlaşıb. Buna baxmayaraq, onun Qarabağa aparılmasına qərar verilib. Əsgərlər qorxurlar ki, Arsen Hovhannisyan onları Qarabağdakı müharibə şəraitindən istifadə edərək öldürə bilər.

Onların ailələri bu barədə bizə çox məktublar göndərirlər. Xahiş edirəm ki, əsgərlərin vəziyyətini araşdırın və sonra Qarabağa göndərmək barədə qərar qəbul edin. Arsen Hovhannisyanı Qarabağa göndərməyin. Onunla bağlı qeyd olunmuş məlumatlarla əlaqəli araşdırmalar həyata keçirin və nəticələr barədə yeddi gün müddətində məlumat göndərin”.

İkinci məktubda isə müharibədə ölən əsgərlər barədə valideynlərə məlumat verilməməsi bildirilir:

"Baş nazirin tapşırığı ilə Qarabağda ölmüş əsgərlərin cəsədləri Gorus şəhərinə gətirilib. Ancaq indi onların şəxsiyyətini müəyyənləşdirmək mümkünsüzdür. Artıq onların İrəvan şəhərinə gətirilməsi barədə qərar qəbul edilib. Sizdən xahiş edirəm, ölmüş əsgərlərin ailələrinə bu barədə hər hansı məlumat verməyəsiniz. Əgər biz onların şəxsiyyətini aydınlaşdırsaq, bu barədə sizə məlumat verəcəyik. Həmin zamana qədər hər gün 100 cəsəd göndərin. Bu məsələ barədə hərbi qulluqçular məlumatlandırılmamalıdırlar. Baş nazirin göstərişi ilə daşınmanı polis həyata keçirəcək”.

2020-10-15 00:00:00
938 baxış

Digər xəbərlər

Azərbaycan Prezidenti qətiyyətli siyasi iradə nümayiş etdirir

44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən qüdrətli Azərbaycan yeni mərhələdə də strateji hədəflərini ardıcıl olaraq gerçəkləşdirir. Postmüharibə dövrünün reallıqları ölkəmizin qətiyyətli mövqeyini, siyasi-diplomatik nailiyyətlərini əks etdirir. Məhz Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı səsləndirdiyi fikirlər də bu gerçəkliyin üzərinə işıq salır.   Böyük  Qayıdış ən yüksək  səviyyədə təmin ediləcək   Azərbaycan Prezidentinin həmin səfər zamanı ifadə etdiyi fikirlər ölkəmizin işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq və zəruri infrastrukturun yaradılması, o cümlədən Böyük Qayıdışla bağlı işləri ən yüksək  səviyyədə təmin etmək iqtidarında olduğunu göstərdi. Dövlət başçısı görülən işlərdən və bu istiqamətdə qarşıda duran vəzifələrdən, gələcək  hədəflərdən bəhs etdi. Bu, qalib Azərbaycanın qətiyyətli liderinin siyasi iradəsinin və ölkəmizin iqtisadi gücünün ifadəsi idi.   Ermənistana növbəti ciddi xəbərdarlıq   Bunlarla yanaşı, Müzəffər Ali Baş Komandanımız üçtərəfli Bəyanatın bir sıra tələblərini yerinə yetirməyən, təxribatlar törətməklə beynəlxalq hüquq normalarını pozan işğalçı Ermənistana, onun hamilərinə növbəti dəfə ciddi xəbərdarlıq etdi. Dövlət başçısı, həmçinin sərhədlə bağlı yaranmış vəziyyətə dair Azərbaycanın mövqeyini bir daha prinsipial şəkildə diqqətə çatdırdı. Məlumdur ki, Azərbaycan sərhədlərini möhkəmləndirmək üçün ciddi addımlar atıb və bu məsələdə qətiyyətli mövqe sərgiləyir. İndi sərhədçilərimizin yerləşdiyi ərazilər məhz Azərbaycan torpaqlarıdır və yeni sərhədlər də oradan keçəcək. Prezident İlham Əliyevin “Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq”,-deyə bildirməsi isə konkret və birmənalı mövqeyin nümayişi, siyasi iradənin ifadəsidir.   Tarixi irsimizə sahib çıxmaq ən mühüm vəzifələrdəndir   Azərbaycan Prezidentinin bəhs olunan səfər zamanı səsləndirdiyi fikirlər, eyni zamanda, tarixi yaddaşımızı möhkəmləndirmək üçün qarşımıza yeni vəzifələr qoyur. Dövlət başçısı qeyd etdi ki, “indiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Bütün qədim yəni, tarixi adlar bərpa edilməlidir”. Əlbəttə, belə olan halda, elm xadimləri, ictimai fəallar, media nümayəndələri həmin yaşayış məntəqələrinin adlarını əks etdirən toponimlərin daha geniş miqyasda istifadə olunması, populyarlaşdırılması istiqamətində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər. Bu, tarixi irsimizə sahib çıxmaq baxımından önəmli olmaqla yanaşı, xalqımızın qədim, doğma torpaqlarımıza qayıtmaq haqqını, əzmini ifadə edən mühüm amildir.   Tarixi qələbəmizin diplomatik müstəvidə möhkəmləndirilməsi böyük əhəmiyyət daşıyır Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə postmüharibə mərhələsində görülən işlər Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi və diplomatik müstəvidə möhkəmləndirilməsi üçün müstəsna əhəmiyyət daşıyır. Bu istiqamətdə əldə edilən nailiyyətlər isə bütün milli məqsədlərin reallaşdırılmasına geniş imkanlar yaradır.   Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri    

Hamısını oxu
Bu gün Heydər Əliyevin doğum günüdür - 23 YAŞIN MÜBARƏK

Bu gün Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin nəvəsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin doğum günüdür. Prezident İlham Əliyevin oğlu Heydər Əliyevi 23 yaşı tamam olması münasibəti ilə Respublika Veteranlar Təşkilatının rəhbərliyi və çoxsaylı veteranlar adından səmimi qəlbdən təbrik edir, ona gələcək həyat və fəaliyyətində uğurlar diləyirik. Xatırladaq ki, Heydər İlham oğlu Əliyev 3 avqust 1997-ci  ildə Bakı şəhərində anadan olub. Orta məktəbi 2013-cü ildə bitirdikdən sonra Azərbaycan Diplomatiya Akademiyasına yüksək bal toplayaraq qəbul olan Heydər Əliyev “Beynəlxalq münasibətlər” ixtisası üzrə təhsil alıb.   Hörmətlə: Respublika Veteranlar Təşklatının sədri general-polkovnik  Tofiq Ağahüseynov

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının XI plenumu keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının XI plenumu keçirilib. Plenumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Elvin Əzizov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general Habil Nağıyev və digər şəxslər də iştirak edib. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərin xatirəsi, təşkilatın mərhum sədri, “İstiqlal” ordenli Fatma Səttarovanın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Plenumda Təşkilatın ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabat dinlənilib, qarşıda duran vəzifələr müzakirə edilib. Yeni sədrin seçilməsi, eləcə də Nəzarət-Təftiş Komissiyasının tərkibinin təsdiq edilməsi müzakirəyə çıxarılıb. Plenumda polkovnik Cəlil Xəlilov yekdilliklə Təşkilatın sədri seçilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Nəzarət-Təftiş Komissiyasının tərkibi də təsdiq edilib.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı ilə Gənclər və İdman Nazirliyi arasında birgə tədbirlər planı imzalanıb

Bu gün gənclər və idman nazirinin müavini İntiqam Babayev Respubika Veteranlar Təşkilatında olub, təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilov və kollektivlə görüşüb.   Tədbiri giriş sözü ilə açan polkovnik Cəlil Xəlilov Gənclər və İdman Nazirliyinin hər zaman Respubika Veteranlar Təşkilatının fəaliyyətinə təkan verdiyini, təşkilatın vətənpərvərliklə bağlı layihələri dəstəklədiyini bildirib. Erməni faşizminə qarşı mübarizə aparan və qalibiyyətli müharibədən yeni çıxan dövlət kimi bu cür layihələrin ölkəmiz üçün mühüm önəm kəsb etdiyini bildirən Cəlil Xəlilov, gənclər və idman nazirinin müavini İntiqam Babayevin təşkilata bu səfərinin də iki qurum arasındakı əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.   Daha sonra Respublika Veteranlar Təşkilatı ilə Gənclər və İdman Nazirliyi arasında birgə tədbirlər planı imzalanıb.   İmzalanma mərasimindən sonra çıxış edən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Azərbaycan xalqının faşizmə qarşı apardığı mübarizədən söz açıb, xalqımızın göstərdiyi qəhrəmanlıqlardan danışıb. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun düşməni darmadağın edərək işğaldakı torpaqları azad etdiyini vurğulayan Fatma Səttarova, bu qəhrəmanlığın gələcək nəsillərə də örnək olduğunu bildirib.   Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə veteranların vətən və xalq qarşısındakı tarixi xidmətlərinə toxunub, bu xidmətlərin keçmişimiz və gələcəyimiz baxımından önəmini şərh edib. Azərbaycan xalqının istər XX əsrin ortalarında faşizmə, istərsə də XX əsrin sonu, XXI əsrin əvvəllərində erməni işğalçılarına qarşı mübarizədə böyük qəhrəmanlıqlara imza atdığını bildirən İntiqam Babayev, vətən uğrunda döyüşən hər kəsin xidmətinin əvəzsiz olduğunu qeyd edib . İntiqam Babayev bildirib ki, vətənimizin azadlığı, onun sərhədlərinin toxunulmazlığı uğrunda döyüşən insanların vəhdətindən ibarət olan veteranlar təşkilatı cəmiyyətimiz üçün ruh və mənəvi qida rolunu oynayır.   Tədbirin sonunda xatirə şəkli çəkilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu