Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Mehriban Əliyeva Gəncə terrorundan yazdı

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın Gəncə terroru ilə bağlı İnstaqram hesabında paylaşım edib. Axar.az paylaşımın mətnini təqdim edir: "Nə dərəcədə insanlıqdan uzaq, yırtıcı olmalısan ki, şəhərin heç bir hərbi infrastrukturun olmadığı yaşayış məhəllələrinə gecə vaxtı, sakinlər yatarkən raket zərbələri endirilməsi barədə növbəti dəfə əmr verəsən? Bu gecə Gəncəyə xaincəsinə edilən hücum təkcə Ermənistan hakimiyyətinin faşist mahiyyətinə və onun prinsipsizliyinə dəlalət etmir, həm də təcavüzkarın Azərbaycan Ordusu qarşısında total acizliyinin təzahürüdür. Dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir. Bu cinayətə laqeyd qalmaq isə onun iştirakçısına çevrilmək deməkdir! Bu faciə nəticəsində həlak olanların ailələrinə və doğmalarına dərin hüznlə başsağlığı verirəm və bütün yaralıların tezliklə sağalmasını arzulayıram. Ulu Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"

2020-10-17 00:00:00
3503 baxış

Digər xəbərlər

“Türkiyə Silahlı Qüvvələri ilə birlikdə həyata keçirilən “Qardaş briqada” layihəsi son dərəcə əhəmiyyətlidir”

Nəsib Məhəməliyev: “Bu layihə “Bir millət, iki dövlət” prinsipini özündə tam əks etdirir”   Xəbər verdiyimiz kimi, Türkiyə Müdafiə Nazirliyi Azərbaycanla “Qardaş briqada” layihəsinə strat verdiyini bildirib.   Türkiyə ilə hərbi əməkdaşlığın bu şəkildə inkişafı Azərbaycan ordusunun yaxın gələcəyinə nə vəd edir? Türkiyə ilə hərbi əməkdaşlıq Azərbaycanın regiondakı şəriksiz hərbi üstünlüyünü qorumaq baxımından nə dərəcədə önəmlidir?   Veteran.gov.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev Türkiyə ilə hərbi əməkdaşlığın mühüm əhəmiyyətə malik olduğunu qeyd edib:   “Türkiyə Müdafiə Nazirliyinin “Qardaş briqada” layihəsinin məqsədi, Azərbaycanla birlikdə qarşılıqlı fəaliyyəti, döyüş təlimlərinin planlaşdırılması və idarəetmənin uyğunlaşdırılması ilə bağlıdır.  Bildiyiniz kimi, cari ilin iyun ayının 15-də Azərbaycan və Türkiyənin Prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında tarixi “Şuşa Bəyannaməsi” imzalandı. Həmin bəyannamənin əsas müddəalarından birində hərbi sahədə əməkdaşlıq, müttəfiqlik, Azərbaycan Silahlı Qüvvələrinin Türk Ordusuna uyğunlaşdırılması məsələsi nəzərdə tutulur. Tərəflərdən hər birinin ərazi bütövlüyünə, suverenliyinə təhdid yarandıqda vahid mövqedən çıxış etmə öhdəliyi götürülür. Yaşadığımız Cənubi Qafqaz regionu müasir geosiyasi baxımdan maraqların toqquşduğu, mürəkkəb bölgə hesab olunur. Eyni zamanda, dövlət siyasətini tarixi türk-Azərbaycan düşmənçiliyi üzərində qurmuş, xəstə təxəyyüllü Ermənistan kimi işğalçı qonşunun olması, hər an stabil, güclü döyüş qabiliyyətinə malik ordunun olmasını şərtləndirir. Onu da etiraf etmək lazımdır ki, son illər dünyada beynəlxalq hüququn deqradasiyası baş verir, bir çox qərarların qəbulunda ikili standartların tətbiqi, sivilizasiyalar arası, təbii sərvətlər uğrunda gərgin mübarizə gedir. Nəticə olaraq, bir çox ölkələrdə, əsasən müsəlman ölkələrində müharibələr, dağıntılar baş verir. Milyonlarla insan öz yurdlarından qaçmaq məcburiyyətində qalırlar. Belə faciələrin olmaması üçün ilk növbədə daxili sabitliyin qorunması, milli birliyin, iqtisadi inkişafın təmin olunması, ən müasir silahlarla təchiz olunmuş güclü ordunun olması əsas şərtdir. Vətən müharibəsi bir daha göstərdi ki, bütün bunlar olmadan böyük Qələbədən danışmaq mümkün deyil. Mürəkkəb geosiyasi şəraitdə, 200 il ərzində itirdiklərimizi cəmi 44 gün ərzində işğaldan azad etmiş Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlər bunu bir daha təsdiq etdi.   Bugünkü reallıq ondan ibarətdir ki, Ermənistan müharibədə acı məğlubiyyətə uğramasına baxmayaraq, sülh müqaviləsini imzalamağa tələsmir və regionda gərginliyin saxlanılmasında maraqlı qüvvələr də öz ənənəvi siyasətlərini davam etdirməkdədirlər. Belə olan halda, hər zaman Silahlı Qüvvələrin daha da təkmilləşdirilməsi, operativ döyüş qabiliyyətinin, taktiki və fiziki hazırlın artırılması, beynəlxalq şəraitə və şərtlərə uyğun innovativ təcrübələrin sınaqdan keçirilməsi olduqca vacib məsələlərdəndir. Bu baxımdan qardaş Türkiyə Silahlı Qüvvələri ilə birlikdə həyata keçirilən “Qardaş briqada” layihəsi son dərəcə əhəmiyyətlidir və “Bir millət, iki dövlət” prinsipini özündə tam əks etdirir”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Rəsmi İrəvan erməni xalqını yeni problemlərlə üz-üzə qoymaqdan çəkinməlidir

Ermənistanın təxribat cəhdləri onun özünün fəlakəti ilə nəticələnə bilər. Ermənistanın sərhədin müxtəlif istiqamətlərində zaman-zaman təxribatlara cəhd etməsi, ordumuzun mövqelərini atəşə tutması terrorçu dövlətin özü üçün böyük fəlakət və ağır itkilərə yol aça bilər. Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi ekspert polkovnik Cəlil Xəlilov deyib. C.Xəlilov bildirib ki, Azərbaycan 2020-ci il 10 noyabr Bəyanatının icrasına sadiqlik nümayiş etdirir və bu Bəyanatın bütün şərtlərinin icrası istiqamətində ardıcıl addımlar atır. Təəssüf ki, Azərbaycandan fərqli olaraq, Ermənistan 44 günlük müharibədə darmadağın olmasına baxmayaraq, hələ də təxribatlardan əl çəkmir, müxtəlif yollarla öz məkrli niyyətlərini həyata keçirməyə çalışır. Halbuki hər kəsə məlumdur ki, məğlub Ermənistanın qalib Azərbaycan qarşısında hansısa uğura nail olması mümkün deyil. Ermənistan bunun üçün gərəkli olan hər cür perspektivdən uzaqdır. Polkovnik qeyd edib ki, Ermənistan da bu həqiqəti anlamalı, belə təxribatlarla xalqını yeni problem və itkilərlə üz-üzə qoymaqdan çəkinməlidir. Rəsmi İrəvan dərk etməlidir ki, əgər bu təxribatlar davam edərsə, o zaman “Dəmir yumruq” yenidən hərəkətə gələ bilər. Bu da Ermənistan üçün son deməkdir. Çünki Azərbaycan bu günədək belə təxribatlar qarşısında kifayət qədər səbir və təmkin nümayiş etdirib. Bundan sonra Ermənistanın atdığı hər təxribatçı addım Azərbaycan tərəfindən daha sərt cavab tədbirinə səbəb ola bilər ki, bu da Ermənistanın, sadəcə, bu gününü deyil, sabahını da sual altında qoyacaq.

Hamısını oxu
Azərbaycan bayrağı milli ləyaqət simvolumuzdur

Dövlət Bayrağı Günü münasibətilə Səbail rayonunun idarə və təşkilatlarında, o cümlədən orta və ali təhsil müəssisələrində silsilə tədbirlər keçirilir. Bu tədbirlərdə rayon icra hakimiyyətinin əməkdaşları, Resppublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov, veterankar, gənclər, ictimaiyyət nümayəndələri, rayondaki hərbi hissələrin şəxsi heyəti iştirak edirlər. RİH-dən AZƏRTAC-a bildiriblər ki, Dövlət Bayrağı Gününə həsr olunmuş növbəti “Bayrağımız – and yerimizdir” adlı ədəbi-bədii tədbir rayonun Bayıl yaşayış sahəsində yerləşən 91 saylı orta məktəbdə təşkil olunub. Tədbir Azərbaycan Respublikasının dövlət himninin ifası ilə başlanıb. Sonra məktəbin direktoru Svetlana Zülfüqarova tədbirin məqsəd və əhəmiyyəti barədə məlumat verib. Qeyd olunub ki, Bayrağımız tarixin keşməkeşli yollarından keçib, illərin sınağından çıxıb, müstəqillik uğrunda gedən mübarizələrdə şəhid olmuş minlərlə oğul və qızlarımızın qanına boyanıb. Ona görə də hər bir azərbaycanlı üçün bu bayraq həm də müqəddəsdir. “Azərbaycan bayrağı milli ləyaqət simvolumuzdur”,- Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi İsrafil Kərimov qeyd edib ki, onu uca tutmaq, vüqarla dalğalandırmaq hər bir azərbaycanlının şərəf borcudur. Məhz ümummilli liderimiz Heydər Əliyevin səyləri nəticəsində üç rəngli, ay ulduzlu bayrağımız ikinci dəfə 1990-cı il noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Muxtar Respublikanın bayrağı kimi qəbul edilmiş, daha sonra isə Azərbaycan Respublikası Ali Soveti 1991-ci il fevralın 5-də üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verib. Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə Azərbaycanda Dövlət Bayrağı Günü təsis edilmiş və artıq hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Tədbirdə çıxış edənlər də bildiriblər ki, babalarımız milli və dövlət kimi varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı uca tutmağı tövsiyə ediblər. Dövlət bayrağımız millətimizin, xalqımızın azadlıq və istiqlal ideyalarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür. Tədbirdə məktəblilərin ifasında bayrağımıza həsr olunmuş şeirlər, mahnılar səsləndirilib, ədəbi kompozisiyalar nümayiş etdirilib.

Hamısını oxu
Azərbaycan qadınları cəmiyyətin inkişafına fədakarcasına xidmət edirlər

Azərbaycan qadınları tarix boyunca cəmiyyətin inkişafında, dövlətçilik ənənələrinin qorunub saxlanılmasında, mədəniyyətin və elmin yüksəlişində mühüm rol oynayıb. Qadınlarımızın fədakarlığı və əzmkarlığı onların cəmiyyətimizin ayrılmaz bir hissəsinə çevrildiyini göstərir.Tarixi mənbələr və dastanlar sübut edir ki, Azərbaycan qadınları təkcə ana kimi deyil, həm də dövlət quruculuğunda, siyasi və hərb sahəsində fəal iştirak etmişlər. “Kitabi-Dədə Qorqud” dastanında qadınların cəsarət və şücaəti təsvir edilmiş, Tomris, Möminə Xatun, Sara Xatun kimi qadın liderlər öz müdriklikləri ilə dövlət idarəçiliyində mühüm rol oynamışlar.Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlarımızın seçib-seçilmək hüququ əldə etməsi isə Şərq dünyasında bir ilk idi. Bu, qadınlarımızın ölkəmizin ictimai-siyasi həyatında daha fəal iştirakına yol açdı. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.Keçmişin unudulmaz səhifələrində möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də cəmiyyətin inkişafına fədakarcasına xidmət edirlər. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınlarının mədəni və intellektual potensialından xəbər verir.Qadın siyasəti və hüquqları bu gün dövlətimiz üçün prioritetdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları var, bütün bu proseslər də öz növbəsində ictimai-siyasi həyatın bütün sahələrində gender siyasətinin güclənməsinə gətirib çıxarıb.1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdir. Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılmasıdır. Pekin Bəyannaməsi və Fəaliyyət Platforması bütün dünya qadınlarının hüquqlarının qorunacağını, sülhə və gender bərabərliyinə nail olmaq üçün inkişaf proseslərində yaxından iştiraklarına mane olan amillərin aradan qaldırılacağını bəyan etmişdir.Müstəqil Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biri qadın hüquqlarının qorunması və onların ictimai-siyasi, iqtisadi sahələrdə daha geniş təmsil olunmasıdır. Ulu Öndər Heydər Əliyev qadınların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təşviq edən mühüm qərarlar imzalamış, onların idarəçilikdə yer almasını dəstəkləmişdir.Heydər Əliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırmış, onların hərtərəfli fəaliyyətinə hərtərəfli şərait yaratmışdır. Ölkəmizdə dövlət səviyyəsində gender siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev hər zaman qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı.Prezident İlham Əliyevin rəhbərliyi ilə gender siyasəti yeni meyarlarla zənginləşdirilib, qadınların ictimai və dövlət idarəçiliyində rolu daha da artırılıb. Milli Məclisdə qadın deputatların sayının hər çağırışda artması, dövlət və özəl sektorda qadınların mühüm vəzifələrə təyin olunması bu siyasətin uğurla davam etdiyini göstərir.Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva uğurlu fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə qadınların nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Onun təşəbbüsü ilə həyata keçirilən humanitar layihələr ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxsaylı böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınlarının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.Bu gün Azərbaycan qadınları təhsil, elm, səhiyyə, incəsənət və idman sahələrində mühüm uğurlar qazanır. Onların uğurlarını daha da artırmaq üçün dövlət tərəfindən mütəmadi olaraq yeni proqram və təşəbbüslər həyata keçirilir. Bu istiqamətdə hər zaman dövlətimizin dəstəyi davam edəcəkdir. Məşhur MəmmədovMilli Məclisin deputatı

Hamısını oxu