Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev: Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu

Bakı, 22 oktyabr, AZƏRTAC Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan ordusuna! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib. video

2020-10-22 00:00:00
3701 baxış

Digər xəbərlər

Ermənistanda yeni nüvə enerji blokunun inşası regional təhlükəsizlik üçün ciddi təhdiddir

Məlum plan Cənubi Qafqazın ekoloji vəziyyətinə də yaxşı heç nə vəd etmir Rusiyanın “Rosatom” dövlət korporasiyası Ermənistanda yeni nüvə enerji bloku inşa etmək niyyətindədir.  Bu barədə  “Rosatom”un baş direktoru Aleksey Lixaçevin Ermənistan parlamentinin sədri Alen Simoyanla görüşündə fikir mübadiləsi apardığı bildirilir. Məlumata görə, “Rosatom”un rəhbəri Ermənistana Metsamor AES-in ömrünü ikinci dəfə uzatmağı təklif edib. Şübhəsiz, Ermənistanda yeni nüvə enerji blokunun inşası bütün regionun təhlükəsizliyi üçün ciddi təhdiddir və yaxın gələcəkdə həm bilavasitə, həm də dolayısı ilə ağır faciələr səbəb ola bilər. Heç kimə sirr deyil ki, “Metsamor”AES texnoloji baxımdan kifayət qədər köhnədir və onun zaman-zaman yenilənməsi cəhdləri lazımi effekt verməyib. Bütün Ermənistanın seysmik baxımdan aktiv ərazi heasb edildiyini nəzərə alsaq, bu ərazidə “Metsamor” kimi köhnə AES-in fəaliyyətini davam etdirməsi fəlakətə qızılı dəvətnamə hesab edilə bilər. Xatırladaq ki, Azərbaycan uzun illərdir ki, “Metsamor”AES-in fəaliyyətinin dayandırılması istiqamətində ardıcıl iş aparmaqda, bununla bağlı müvafiq beynəlxalq qurumlara müraciətlər ünvanlamaqdadır. Azərbaycanla yanaşı, İran, Türkiyə və digər ölkələrin ekspertləri də “Metsamor”un fəaliyyətinin kifayət qədər riskli olduğu, bu AES-in tullantılarının bütün region üçün ciddi fəsadlar yaratması ilə bağlı açıqlamalar verməkdə, faktlar təqdim etməkdədir. “Metsamor” AES-nin tullantılarının Araz çayına axıdılması ilə bağlı da region mətbuatında müxtəlf dönəmlərdə narahatverici məlumatlar yayılmaqdadr. Nümunə üçün qeyd edək ki,  İran parlamentinin Ətraf mühitin qorunması fraksiyasının sözçüsü Kəmaləddin Pirmüəzzin 2015-ci ildə Trend-ə açıqlamasında bununla bağlı konkret faktlar açıqlayıb: “K.Pirmüəzzin bildirib ki, Ermənistan tərəfindən Araz çayına tullantıların axıdılması Ərdəbil əyalətinin Muğan bölgəsində hər il minlərlə insanın xərçəng xəstəliyinə tutulmasına, həyatlarını itirməsinə və digər problemlərə səbəb olur. Parlament nümayəndəsi İran hökumətindən tez bir zamanda Ermənistanla bu məsələnin həlli üçün danışıqlara başlamağı istəyib: "Qonşu ölkənin hərəkəti xalqımızın narahatlığına səbəb olub və bu qəbulolunmazdır. İran və Ermənistan Araz çayının xilası və ətraf mühitin qorunması üçün əlverişli yol tapmalıdırlar”. K.Pirmüəzzin bu problemin həm də Azərbaycan ərazisində əhali və ətraf mühit üçün problem yaratdığını vurğulayıb və problemin həlli məqsədilə Araz çayının keçdiyi ölkələrin - Azərbaycan, Ermənistan və İranın iştirakı ilə müştərək konsorsiumun yaradılmasını və həmin konsorsium çərçivəsində problemin həlll edilməsini təklif edib”. (https://www.baki-xeber.com/siyaset/22775.html ). Belə olan halda Ermənistanda əlavə nüvə enerji blokunun tiukilməsi ətrafa daha çox zərərli tullantının axıdılması deməkdir ki, bu da regiondakı insanların səhhəti və ekoloji mühit üçün ölümcül zərbə deməkdir. Bundan başqa, hər zaman olduğu kimi bu gün də “Metsamor”da qəza riski kifayət qədər yüksək qiymətləndirilir. Bu isə o deməkdir ki, Ermənistdan yeni nüvə enerji blokunun tikilməsi tamamilə riskli və təhlükəlidir. Bu baxımdan Rusiyanın Ermənistanda yeni nüvə enerji bloklarının inşası planına qarşı bütün region dövlətlərinin öz etirazını bildirməsi, konkret addımlar atması olduqca vacibdir. Yalnız region dövlətlərinin birgə səyi, qəti və koordinasiyalı mövqeyi bu qorxunc, məntiqəzidd və məsuliyyətsiz planın qarşısını ala bilər. Seymur ƏLİYEV  

Hamısını oxu
“WUF13-ün yüksək səviyyədə təşkili Azərbaycan adına tarixi uğurdur”

“WUF13-ün yüksək səviyyədə təşkili Azərbaycan adına tarixi uğurdur”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan bununla təşkilatçılıq baxımından dünyaya yeni bir nümunə təqdim etmiş oldu: “Bu gün Bakıda təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasının (WUF13) bağlanş mərasimi keçirilib. 180-dən çox ölkədən 40 mindən çox iştirakçının qatıldığı Forum həm miqyas və mahiyyətinə, həm də sessiya zamanı səslənən yeni çağırış və təkliflərinə görə bütün dünyada böyük maraqla qarşılanıb. Dünya mediası ölkəmizdə keçirilən məlum Forumla bağlı çoxlu sayda reportajlar verib, məqalələr dərc edib. Hansı ki, bütün bu məqalələrdə Azərbaycanın WUF13-ə böyük peşəkarlıqla ev sahibliyi etməsi qeyd olunub. Bu baxımdan, əminliklə demək olar ki, WUF13 yalnız Azərbaycanın deyil, bütün dünyanın siyasi-iqtisadi və mədəni həyatı baxımından önəmli bir hadisədir və biz yaxın gələcəkdə bunun təsirlərini daha çox hiss edəcəyik”. Polkovnik qeyd edib ki, Forum şəhərsalma sahəsində Azərbaycan təcrübəsinin təbliği baxımından da önəmli oldu: “WUF13-lə bağlı mühüm həqiqətlərdən biri də Azərbaycanın şəhərsalma sahəsindəki təcrübəsinin təbliği, bu təcrübənin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından da olduqca faydalı olub. Azərbaycan bu mühüm platformadan istifadə edərək şəhərsalma ilə bağlı tarixi təcrübəsini dünya dövlətlərinin diqqətinə çatdırıb. Xüsusilə də, işğaldan azad edilən ərazilərimizdə salınan şəhər və infrastrukturlar, bu layihələrin tarix və müasirlik baxımından vəhdəti WUF13 iştirakçıları tərəfindən böyük rəğbət və məmnunluqla qarşılanıb. Azərbaycan işğaldan azad edilən ərazilərdə gerçəkləşdirdiyi layihələrlə sübut edib ki, bu sahədə kifayət qədər zəngin təcrübəyə malikdir və bu təcrübəni digər dünya dövlətləri ilə bölüşməyə hazırdır”. Təşkilat sədri WUF13-ün Azərbaycana olan beynəlxalq etimad və inamı daha da artırdığını vurğulayıb: “WUF13 tədbiri sübut etdi ki, Azərbaycan beynəlxalq tədbirlərə uğurla ev sahib edən azsaylı ölkələrdən biridir və bu sahədəki təcrübəsini mütəmadi şəkildə artırır. Təsadüfi deyil ki, Forumda iştirak edən dövlətlərin təmsilçiləri öz çıxışlarında Azərbaycanın bu təcrübəsindən heyranlıqla bəsh edib, bu təcrübənin öyrənilməsinin vacibliyinə toxunublar. Bu baxımdan, qəti şəkildə demək olar ki, WUF13-ün yüksək səviyyədə təşkili Azərbaycana olan beynəlxalq inam və etimadı daha da artıracaq, bu qəbildən olan tədbirlərin bundan sonra da ölkəmizdə keçirilməsinə sitimul verəcək”. Seymur ƏLİYEV Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti  

Hamısını oxu
Prezidentin tapşırığı ilə Azərbaycana yeni təcili yardım maşınları gətirilib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib. Modern.az xəbər verir ki, dövlət başçısı iyulun 30-da yeni təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

Hamısını oxu
Heydər Əliyev Fondunun dəstəyi ilə şəhidlərə ithaf olunmuş

Canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ithaf olunan musiqi kompozisiyası hazırlanıb. Milli.Az Trend-ə istinadən bildirir ki, əməkdar artist Aygün Bəylərin ifa etdiyi "Əbədi zirvə" adlı musiqi kompozisiyasının bəstəkarı Tural Məmmədlidir. Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan musiqi kompozisiyasının klipi tezliklə ictimaiyyətə təqdim olunacaq. Klipin çəkilişlərini Bakı Media Mərkəzi həyata keçirir. Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Bir ömür boyu onlara minnətdar olacaq, qəlbimizdə əbədi yaşadacağıq!  

Hamısını oxu