Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlı

Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Qəhrəman, Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb. Bu barədə AZƏRTAC məlumat yayıb. Bildirilib ki, Dövlətimizin başçısı Şükür Həmidovun həlak olması ilə bağlı başsağlığı verib, qeyd edib ki, Şükür Həmidov hələ Aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş və Azərbaycan Prezidenti şəxsən özü ona qəhrəman ulduzunu təqdim etmişdi.

 
Dövlətimizin başçısı qeyd edib ki, Şükür Həmidov bu dəfə Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Prezident İlham Əliyev Şükürün doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini vurğulamışdır. Nəriman Həmidov dövlətimizin başçısına təşəkkürünü bildirərək Azərbaycan xalqının Ali Baş Komandan kimi onun ətrafında sıx birləşdiyini və bundan sonra da Azərbaycan Prezidentinə dəstək olacağına əminliyini ifadə edib. Prezident İlham Əliyev Nəriman Həmidovla görüşünü də xatırlayaraq ona Şükür kimi igid və vətənə sadiq övlad yetişdirdiyinə görə minnətdarlığını bildirib, Həmidovlar ailəsinin bütün yaxınlarına başsağlığı çatdırmağı xahiş edib.

2020-10-23 00:00:00
3463 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ümumi yığıncağında 2023-cü ildə görülən işlər müzakirə edilib

Yığıncaqda 2024-cü il üzrə fəaliyyət planı da müzakirə olunub Veteran.gov.az xəbər verir ki, 27 dekabar 2023-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ümumi yığıncağı keçirilib. Yığıncaqda çıxış edən Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin 2023-cü il üzrə fəaliyyəti barədə hesabat verib, son bir il ərzində görülən işləri tədbir iştirakçılarının diqqətinə çatdrıb. Yığıncaqda həmçinin Təşkilatın 2024-cü il üzrə nəzərdə tutulan fəaliyyət planına toxunulub,  tədbir iştirakçıları bu barədə məlumatlandırılıb.  

Hamısını oxu
“Rusiyada soydaşımızın ölümünə səbəb olan polis əməkdaşı haqqında ədalətli qərarın çıxarılması vacibdir”

Cəlil Xəlilov: “Vətəndaşa qarşı heç bir əsas olmadan silah tətbiq edən şəxsin həbsdən azad edilməsi hüquqi və məntiqi baxımdan anlaşılmazdır”   Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Novosibirsk vilayətində qayda pozduğu iddia edilən Vəkil Abdullayevi ölümcül yaralayan yol müfəttişinin həbsdən azad edilməsinə nail olub. Qeyd edək ki, yol polisinin atəş açması nəticəsində yaralanan V.Abdullayev xəstəxanada vəfat edib.   Soydaşımızın ölümünə səbəb olan polis əməkdaşının azadlığa buraxılması  həm Rusiyadakı soydaşlarımız, həm də Azərbaycan ictimaiyyəti arasında ciddi narazılığına səbəb olub.   Bununla bağlı saytımıza açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov soydaşımızın ölümünə səbəb olan polis əməkdaşının ədalətli şəkildə cəzalandırılmasının vacib olduğunu bildirib:   “Təbii ki, Rusiyada yol polisinin soydaşımıza odlu silahdan atəş açması və daha sonra  İstintaq Komitəsinin tələbi ilə həbsdən azad edilməsi təəssüfedici haldır və ictimaiyyətdə haqlı narazılıq doğurmaqdadır. Silahsız vətəndaşa qarşı polis əməkdaşı tərəfindən silah tətbiqinin özü ciddi qanun pozuntusudur və dünyanın bütün ölkələrində hüquq-mühafizə orqanı əməkdaşları üçün məsuliyyət doğuran hal sayılır. Belə bir əmələ yol verən yol polisinin daha sonra Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri tərəfəndən həbsdən azad edilməsi isə məntiqi və hüquqi baxımdan anlaşılmazdır.   Rusiya Azərbaycanın şimal qonşusudur və onunla ölkəmiz arasında sıx dostluq münasibətləri, strateji əməkdaşlıq mövcuddur. Bizim Rusiyada milyonlarla soydaşımız yaşayır. Rusiya ilə Azərbaycan arasında geniş iqtisadi-ticari, mədəni-siyasi əlaqələr mövcuddur. Bu gün Rusiya hərbçiləri Qarabağda sülhyaratma missiyasında yaxından iştirak edir. Dövlətimizin hər zaman Rusiya ilə dostluğa və əməkdaşlığa xüsusi diqqət yetirib və bu gün də yetirməkdədir. Belə olan halda soydaşımıza heç bir zərurət olmadığı halda odlu  silahdan atəş açan yol polisi əməkdaşının həbsdən azad edilməsi soydaşlarımız arasında Rusiya hüquq-mühafizə orqanlarının ədalətinə inamsızlıq yaradır ki, bu da hər şeydən öncə Rusiyanın özü üçün arzuedilməzdir. Rusiyanın əlaqədar güc orqanları məlum hadisəni obyektiv şəkildə araşdırmalı, soyadaşımızın ölümünə səbəb olan polis əməkdaşına ədalətli cəza verməklə bu ölkədə milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hüquqlarının qanunla qorunduğunu əməi şəkildə sübut etməlidir.   Onu da qeyd edək ki, Respublika Veteranlar Təşkilatı olaraq İkinci Dünya Müharibəsi iştirakçısı olan 25-ə qədər veteranımız adından Rusiya Federasiyasının prezidentinə, o cümlədən bu ölkənin hüquq-mühafizə orqanlarına müraciət etmişik. Ümid edirəm ki, bizim müraciətimizə həssaslıqla yanaşılacaq və soydaşımızın ölümünə səbəb olan yol polisi əməkdaşı haqqında ədalətli qərar çıxarılacaq”.   Seymur ƏLİYEV  

Hamısını oxu
““YAŞAT” Fondunun fəaliyyəti dövlətin veteranlara, şəhid ailələrinə olan diqqətinin bariz göstərcisidir”

Azər Badamov: “Dövlətimiz vətən uğrunda canından keçmiş igid oğullarını unutmur və unutmayacaq”   Məlum olduğu kimi, dövlətimiz istər YAŞAT Fondu, istər icra hakimiyyətləri, istər nazirliklər, istərsə də digər strukturlkar vasitəsi ilə veteranların, qazilərin, şəhid ailələrinin problemini diqqətdə saxlayır, onları hər cür qayğı ilə əhatə edir.   Veteran.gov.az-a açıqlamasında dövlətin veteranlara, şəhid ailələrinə olan qayğısını yüksək qiymətləndirən millət vəkili Azər Badamov, Azərbaycanın bu sahədəki təcrübəsinin digər dövlətlərə örnək olduğunu vurğuladı:   “Bu gün şəhid ailələri, qazilər və veteranlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. II Qarabağ müharibəsindən sonra bu kateqoriyadan olan insanlara diqqət daha da artıb. İcra Hakimiyyətlərində bu sahə ilə məşğul olmaq üçün xüsusi şöbələr yaradılıb və bu şöbələrdə vətən uğrunda döyüşlərdə şücayət göstərmiş gənclər işlə təmin olunub. Bu şöbələr şəhid ailələrinin və müharibə iştirakçıların birbaşa müraciət edə biləcəyi ünvan olacaq.   Bütün nazirliklərdə, dövlət idarə və müəssisələrdə Vətən müharibəsi iştirakçılarına hörmətlə yanaşılır, onların müraciətlərinə dərhal baxılır. Ölkə başçımızın fərmanı ilə yaradılmış “YAŞAT” Fondu hər bir şəhid ailəsinə getmiş, onların məişət-sosial problemləri ilə maraqlanmışdır. O cümlədən, müharibədə sağlamlıqlarını itirmiş gənclərimizi də “YAŞAT” Fondu diqqət mərkəzində saxlayır, onların müalicəsi və reabilitasiya məslələrini həll edir. Dövlətimiz şəhid ailələri və qazilərimizin evlərlə təminatı üçün xüsusi proqram icra edir və 2025 - ci ilə qədər mənzilə ehtiyacı olan bütün ailələr evlə təmin olunacaqdır.   Azərbaycanda şəhid ailələrinə və qazilərə olan dövlət qayğısı və diqqət dünyanın bir çox ölkələri üçün nümunədir. Düşünürəm ki, bir çox ölkələr Azərbaycanın bu sahədəki təcrübəni öyrənəcəklər. Dövlətimiz vətən uğrunda öz  canından keçmiş igid oğullarını heç vaxt unutmur və onların qəhrəmanlıqlarını həmişə də yüksək dəyərləndirəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu
Təşəkkür məktubu

Hörmətli "Azerbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı" İctimai Birliyi Sədri, polkovnik Cəlil Xalilov!   Mən, Xəlilov Rövşən Elxan oğlu, maldarlıq sahəsində yaşadığım çətinliklərin həlli istiqamətində verdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Gösterdiyiniz diqqət və qayğı, bu sahədə işlərimin daha da irəliləməsinə və inkişafına səbəb olmuşdur.   Sizin bu dəstəyiniz təkcə mənim üçün deyil, həm də bu sahədə çalışan digər şəxslər üçün böyük stimul və motivasiya mənbəyidir. Əminəm ki, Sizin rəhbərlik etdiyiniz təşkilat gələcəkdə də vətəndaşlara dəstək olmaqda davam edəcəkdir.   Sizə və kollektivinizə uğurlar arzulayır, işlərinizdə daim müvəffəqiyyətlər diləyirəm.   Hörmətlə, Xəlilov Rövşən Elxan oğlu Şəxsiyyət vəsiqəsinin nömrəsi: AA3202820 Ünvan və əlaqə nömrəsi: Ucar rayonu, Qazyan kəndi, 055 888 35 36 Müraciətin tarixi: 14.02.2025

Hamısını oxu