Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bərdəyə atılan raket erməni faşızmin təzahürlərindən biridir.

Ermənistan silahlı qüvvələrinin bu gün axşam saatlarında Bərdə şəhərinə etdiyi qanlı hücumda biri 2 yaşında olmaqla, dörd mülki insan həyatını itirib, 13 nəfər yaralanıb.İşğal etdiyi Azərbaycan torpaqlarında məğlubiyyətlə üzləşən Ermənistanın bu qanlı hücumlarına beynəlxalq təşkilatlar və onların havadarları səssizlik nümayiş etdirməktədir. Bütün dünya bilməlidir ki, Bərdəyə atılan raket erməni faşızmin təzahürlərindən biridir.
Hər bir vicdanlı insan Ermənistanın bu qeyri-insani hücumunu qətiyyətlə pisləməlidir, vicdanı və məsuliyyəti olan ölkələri Ermənistanın davam etdirdiyi müharibə cinayətlərini dayandırmağa çağırırıq.
26 oktyabrda elan edilən atəşkəsə baxmayaraq, Ermənistanın Azərbaycandakı münaqişə zonası xaricindəki mülki yaşayış məntəqələrinə qarşı davam etdiyi bütün ümumbəşəri və mənəvi dəyərləri tapdayan hücumları heç bir halda qəbul edilə bilməz.
Hər kəs bilməlidir ki, bizim savaş xalqın iradəsidir və Azərbaycan xalqı Prezidentinin, cənab İlham Əliyevin yanındadır!
Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov şəxsən öz adından və çoxsaylı veteranlar adından qanlı cinayətin qurbanı olan vətəndaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyir.

QARABAĞ AZƏRBAYCANDIR!

2020-10-28 00:00:00
3532 baxış

Digər xəbərlər

ANAMA yanında İctimai Şuranın ilk iclası keçirilib

2021-ci il 1 sentyabr tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın ilk iclası keçirilib. İclasda üzvlər tərəfindən fəaliyyət planı müzakirə edilib, gələcək işlərlə bağlı istiqamətlər müəyyən edilib. Görüş çərçivəsində İctimai Şuranın rekvizit və atributları haqqında fikir mübadiləsi aparılıb.   ANAMA yanında fəaliyyət göstərən İctimai Şuranın sədri Umud Mirzəyev qeyd edib ki, üzvlər fəaliyyətlərini genişləndirməli, işğaldan azad edilən ərazilərdə mina və partlamamış hərbi sursatlarla yüksək çirklənmə səviyyəsini həm ölkədaxili, həm də beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılmalıdır.   Görüşdə önəmli müzakirə mövzularından biri də BMT-nin Mina və partlayıcı sursatların təhlükəsinin aradan qaldırılması məsələləri üzrə Ümumdünya Vəkili Daniel Kreyqə, İctimai Şuranın üzvləri tərəfindən Azərbaycandakı mövcud vəziyyətə dair müraciətlə bağlı idi. Müraciət məktubunun məzmunu müzakirə edildi, müvafiq əlavələrdən sonra yaxın bir müddətdə məktub minaların və partlayıcı sursatların təhlükəsinin aradan qaldırılması ilə bağlı BMT-nin qlobal müdafiəçisinə ünvanlanacaq. Məqsəd vətəndaşların həyatını qorumaq, bölgəyə sülh və firavanlıq gətirmək səylərinə töhfə verməkdir.   İctimai Şura üzvləri azad edilən ərazilərə işgüzar səfərlər planlaşdırır, maarifləndirmə və bu sahədə təhsil üzrə təkliflər müzakirə edilir, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilir.  

Hamısını oxu
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı..

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 45 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan Respublikasının Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Qorqan, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Hamısını oxu
Xətai rayonunda 20 yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları  - şöbə müdiri, ehtiyyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 18 yanvar 2023–ci il tarixində  Bakı şəhəri Xətai  rayonunda keçirilən tədbirdə iştirak ediblər. Tədbir  Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə keçirilib. 20 Yanvar qurbanlarının 33 il dönəminə həsr edilmiş ,”Vətən üçün doğulmuşam” adlı tədbirdə Xətai rayon VT-nın müavini  Tofiq Məmmədov, Xətai rayon  Ağsaqqallar    Şurasının     sədr     müavini  Nizami Hüseynov,   məktəbin direktoru Zenfira Məsiyeva, şagirdlər və müəllimlər iştirak ediblər. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçən şəhidlərimiz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlər 20 Yanvar faciyəsinə həsr olunmuş şeirlər söyləyib, səhnəciklər göstəriblər. Şagirdlərin çıxışlarından sonra söz qonaqlara verilib. Polkovnik Adil Haqverdiyev çıxışında 20 yanvar gecəsinin şahidi olduğunu bildirib:  “Ağır texnikaların şəhərə yeridilməsi və dinc etirazçıları əzmək böyük cinayət idi. O dövrün məsul şəxsləri qanun qarşısında cəzasız qalsalar da, Allah qarşısında cavab verəcəklər. Rəhbər işçilər xalqla bir yerdə olmadılar, çünki böyuk yalanlar uydurmuşdular. Sovet Ordusu etirazçıları sakitləşdirmək adı altında qırğınlar törətdi. Ordu nəinki Bakıda, eyni zamanda ətraf rayonlarda da amansız qırğınlar törətdilər. Mustəqilliyimizin əldə olunmasının yolunda qurban gedənlərin ruhu şaddır. Azərbaycanımızın  müstəqilliyi günü-gündən güclənir və inamla addımlayır. Biz vətəndaş olaraq Ali Baş Komandan Prezident  İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyərək bir yumruq kimi onun ətrafında birləşib, dəmir yumruğumuzu düşmənlərimizə göstərməliyik. Mən çıxışımın sonunda bir daha vətən uğurunda qurban gedənlərin, şəhidlərimizin ruhu qarşısında baş əyirəm, onlara Allahdan rəhmət, sağlamlıqlarını itirənlərə  cansağlığı diləyirəm”. Daha sonra Tofiq Məmmədov çıxış edib. Məktəbin direktoru Zenfira Məsiyeva məktəb kollektivi adından tədbir iştirakçılarına təşəkkürünü bildirib.   Tədbirin sonunda  xatirə şəkli çəkilib.    

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibəti ilə təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı ad günü münasibəti ilə təbrik edib. Veteran.gov.az xəbər verir ki, təbrik məktubunda deyilir: “Hörmətli Mehriban xanım! Sizi ad gününüz münasibəti ilə bütün veteranlar adından təbrik edir, xalqımız və dövlətimiz üçün müstəsna əhəmiyyət kəsb edən fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Sizin istər Birinci vitse-prezident, istərsə də Heydər Əliyev Fondunun Prezidenti kimi bütün kateqoriyadan olan vətəndaşlara, o cümlədən şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərdiyiniz diqqət və qayğı, onlara münasibətdə sərgilədiyiniz sevgi və həssaslıq bütün cəmiyyətdə rəğbət və məmnunluqla qarşılanmaqda, Sizə olan ümumxalq sevgisini artırmaqdadır. Sizin rəhbərliyiniz altında həyata keçirilən çoxsaylı və irimiqyaslı layihələr yüz minlərlə insanın sosial rifahına bilavasitə təsir göstərməkdə, ölkəmizin çiçəklənməsinə, onun inkişafına xüsusi töhfə verməkdədir. Sizin rəhbərliyinizlə həyata keçirilən humanitar aksiyalar, mədəni tədbirlər sadəcə respublikamızı deyil, onun hüdudlarından uzaqları da əhatə etməkdə, bütün dünyaya Azərbaycan xalqının humanizmini, bəşəri dəyərlərini tanıtmaqdadır. Hörmətli Mehriban xanım! Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq əminik ki, Prezident İlham Əliyevin və Sizin rəhbərliyiniz altında dövlətimizin uğurlu inkişafı davam edəcək, vətənimiz Azərbaycan öz tarixi nailiyyyətləri, sürətli tərəqqisi ilə bütün dünyanı bundan sonra da heyrətləndirəcəkdir. Bir daha ad gününüzü təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər arzulayırıq”.   Dərin  hörmətlə, Rəyasət Heyəti adından   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri                              Müharibə və əmək veteranı, Prezident  təqaüdçüsü  Fatma Səttarova  

Hamısını oxu