Latest news

Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və həmin şöbənin baş mütəxəssisi Nəbi Hacıyev 14 aprel 2021-ci il tarixində Binəqədi rayonunda veteranlarla görüş keçirib. Tədbirdə Binəqədi rayon VT-nin müavini Teyyub Həsənov, Birinci Qarabağ Müharibəsi iştirakçısı, ehtiyatda olan mayor Telman Vəliyev, 44 günlük Vətən müharibəsi iştirakçısı Xaliq Namazlı, əmək veteranları Rəna Əliyeva, Zakir Əliyev və başqaları iştirak edib. Tədbiri giriş sözü ilə açan Teyyub Həsənovun təklifi ilə ərazi bütövlüyü uğrunda canından keçən şəhdilərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən ehtiyatda olan polkovnik Adil Haqverdiyev müharibə iştirakçılarının sağlamlıq durumu və döyüş yolu ilə maraqlanıb. Vətən müharibəsində ordumuzun Ali Baş Komandanın rəhbərliyi altında işğalçıları tarixi torpaqlarımızdan qovduğunu bildirən Adil Haqverdiyev, bundan sonra da ölkə başçısı ətrafında sıx birləşməyin zəruriliyini vurğulayıb. Çıxışdan sonra Adil Haqverdiyev tədbir iştirakçılarının suallarını cavablandırıb. Tədbirin sonunda xatirə şəkli çəkilib. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Read more
8 aprel 2021-ci il tarixində Masallı şəhər sakini 1924-cü il təvəllüdlü İkinci Dünya Müharibəsi iştirakçısı Məmmədov Qulamhüseyn Fərman oğlu 97 yaşında vəfat edib. Müharibə veteranı Masallı şəhər qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, Qulamhüseyn Məmmədov gənclərin dostu kimi tanınıb, onların vətənpərvərlik ruhunda tərbiyəsində hər zaman yaxından iştirak edib. Respublika Veteranlar Təşkilatı Qulamhüseyn Məmmədovun vəfatı ilə bağlı ailəsinə dərin hüznlə başsağlığı verir, səbr diləyir.
Read more
Pəncəli Teymurov 1981-ci ilin 24 mart tarixində Astara rayonunun Əzərüd kəndində anadan olub. 1986-1998-ci illərdə Astara rayonu B.Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb. 1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnib və hərbi hissənin ən mahir kəşfiyyatçısı olub.Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib. Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurub. Amma Pəncəli doğmalarının, elin, obanın şadyanalıq etdiyi toyda özünə bunları arzu edib: " Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın". Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında düşmənlə təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində döyüşə girib və döyüş dostları- Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında və Talışda çoxlu sayda düşmənin məhv edilməsində iştirak edib. Şəxsi igidliyi ilə fərqlənən Pəncəli Teymurov 3 aprel 2016-cı il tarixdə son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olub. Aprelin 11-i isə Pəncəli Teymurov doğulduğu Astara rayonunun Əzərüd kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və gizir Teymurov uğrunda şəhid olduğu torpağa tapşırılıb. Hərbi tapşırıqları uğurla başa çatdırdığına görə müxtəlif döyüş mükafatları, medallarla təltif olunan Pəncəli, ən böyük mükafatını 2015-ci ilin 24 iyununda alıb. 2015-ci ildə işğal altında olan Kəlbəcər rayonundda xüsusi əməliyyat zamanı Ermənistan ordusuna məxsus bir neçə hərbi texnika, ağır artirelliya və 20-dən çox hərbçi məhv edib. Bu əməliyyatda göstərdiyi yüksək bacarıq və peşəkarlığı, cəngavərliyi, nümunəvi xidməti nəzərə alınaraq komandanlığın təqdimatına əsasən ölkə Prezidentinin Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunub.
Read more
Veteran.gov.az xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Naxçıvan Muxtar Respublikasının Şərur rayon Gənclər və İdman İdarəsi və “İdea” Şahmat Klubunun birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi leytenant Ənvər Əliyevin xatirəsinə həsr edilmiş onlayn beynəlxalq şahmat turniri keçirilib. Turnirin açılış mərasimində şəhidin atası Nizami Əliyev, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müşaviri İsrafil Cəfərov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Şərur rayon Gənclər və İdman İdarəsinin rəisi Sahil Hüseynov, Qadınlardan ibarət şahmat üzrə yığma komandanın baş məşqçisi Fikrət Sideyifzadə, Naxçıvan Şahmat Federasiyasının müəllimi Hüseyn Əliyev, Şərur rayon Uşaq Gənclər Şahmat Məktəbinin direktor müavini Rafiq Bayramov, turnirin baş hakimi Fidan Talıbova iştirak ediblər. Baş İdarənin rəisi Raqif Abbasov Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Ənvər Əliyevin xatirəsinin xalqımızın qəlbində yaşayacağını bildirərək, belə igid oğul böyütdükləri üçün şəhidin atasına minnətdarlıq edib. O, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini, Baş İdarə tərəfindən şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş silsilə tədbirlərin və müxtəlif turnirlərin keçiriləcəyini bildirib. Digər çıxışlarda da Vətəninə və xalqına sədaqətini layiqincə sübut edən qəhrəman şəhidlərin xatirəsinin xalqımız tərəfindən daim uca tutulacağı bildirilib. Şəhid Ənvər Əliyevin atası Nizami Əliyev turnirdə iştirak edən bütün idmançılara uğurlar arzulayıb, övladlnın xatirəsinin əziz tutulmasına görə təşkilatçılara minnətdarlığını bildirib. İsveçrə sistemi üzrə keçirilən onlayn yarışda Azərbaycan, Türkiyə Gürcüstan və Amerikadan (1 nəfər) ümumilikdə 157 nəfər şahmatçı iştirak etmişdir. Şahmat turnirinin nəticəsinə əsasən, ümumi hesabda Rəvan Uğuzov, qızlar arasında isə Xanım İsmayılova birinci yeri tutublar. Müxtəlif yaş kateqoriyalarında Əsnad Baxışzadə (U-8), Məmməd Məmmədzadə (U-10), Yusif Mustafazadə (U-12) ilk pillələrdə qərarlaşıblar. Qeyd edək ki, Şərur rayonun Axaməd kənd sakini olan Ənvər Əliyev müharibənin ilk günlərindən döyüşlərdə iştirak edərək, qəhrəmancasına vuruşub, şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Read more
Ziya Bünyadov 1923-cü ilin dekabr ayının 21-də Astara şəhərində, ataman Lyaxovun kazak diviziyasının alaylarından birində xidmət etmiş hərbi tərcüməçi ailəsində anadan olmuşdur. Onun atası Bibi-Heybət alim-şeyxləri nəslindən olmuş Musa Mövsüm oğlu Bünyadov idi. O, atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənmiş və Quranı oxumağa başlamışdı. Onun anası – Lənkəranda doğulmuş Azərbaycandakı köhnə rus köçmənlərindən olan Raisa Mixaylovna Qusakova idi. Nəsil şəcərəsinin əsaslandığı tarixi sənədlərə görə, Bünyadov soyadı onun 13-cü ulu babası şeyx Bünyadın adından götürülüb. Onun bütöv adı: Şeyx Ziya əd-Din bin Şeyx Musa bin Şeyx Məsum bin Şeyx Mehdi bin Şeyx Mirzə bin Şeyx İsmayıl bin Şeyx Uli Məhəmməd bin Şeyx Məhəmməd Umin bin Şeyx Uli Usqər bin Şeyx Məhəmməd Muğam bin Şeyx Usgər Uli bin Şeyx Qulaməli bin Şeyx Bünyad əl-Bakuvi. Ziya Bünyadov özü haqqında dediklərindən: “Ziya Bünyadov özü haqqında dediklərindən: "Atam azərbaycanlı, anam rusdur... Mənim əsl adım Ziyavuddin, atam - şeyx Musa, babam - şeyx Məsum, atamın babası - şeyx Məhdi və s. Mən öz nəslimin tarixini sənədlər üzrə araşdırmışam və məlum olub ki,mənim ata tərəfdən 15 sülaləm şeyxlər olubdur və onların hər birinin adını təyin etmişəm...Mənim soyadım 15-ci ulu babamın adından yaranmışdır - Büned". Uşaqlıqda ciddi tərbiyə alan Bünyadov ailəsində altı uşaqdan ən böyüyü idi. Xidməti işi ilə əlaqədar olaraq atası Göyçaya göndərildiyinə görə, Bünyadov orta məktəb illərini Göyçayda keçirmişdi. 1939 -cu ildə orta məktəbi bitirdikdən sonra, o, təyyarəçilik məktəbinə daxil olmaq məqsədilə Bakıya getmişdi. Lakin tibb komissiyasından keçə bilmədiyindən, yaşına iki il əlavə edib S.Orconikidze adına Bakı Piyadalar Məktəbində təhsilini davam etdirmişdir. 1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirdi. Bünyadovu yubatmadan gələcək xidmət yerinə – Bessarabiyaya göndərdilər. O burada – Dnestr çayı üzərindəki kiçik liman şəhəri olan Bəndərdə İkinci dünya müharibəsi başladıqdan cəmi bir saat sonra həyatında ilk döyüşünə girdi. Xəstəxanalarda keçirdiyi vaxtı (iki dəfə yaralanma və kontuziya) çıxmaqla, Ziya Bünyadov İkinci dünya müharibəsində cəbhədə Berlinədək vuruşaraq şərəfli döyüş yolu keçirmişdir. O, Ukrayna və Moldova uğrunda döyüşlərdə, Mozdok, Tuapse, Belarus və Polşa uğrunda savaşlarda fəal surətdə iştirak etmişdi. Düşdüyü mühasirədən döyüşərək çıxmış və polkun bayrağını xilas etməyi bacarmış, və bununla da polkun əsgəri şərəfini qoruya bilmişdi. Bünyadov Şimali Qafqazda gedən döyüşlərin iştirakçısı olmuş, Saratovdan olan yarısına qədər volqa matroslarından təşkil olunmuş 120 nəfərlik rotaya başçılıq etmişdi. Özünün haqlılığını sübut etməyə çalışarkən komandirlə söyüşdüyünə görə, o, cərimə rotasına göndərilmiş və bir il orada qalmışdı. Gənc leytenant olmasına baxmayaraq orada yaşca və təcrübəcə özündən böyük olan cəzalıların hörmətini qazanmağa nail olmuşdu. Bunu diqqətdən qaçırmayan komandanlıq, artıq atıcı batalyonun komandiri olan Bünyadova cərimə rotasına başçılıq etməyi təklif etmişdidi. O, bu təyinatı heç fikirləşmədən qəbul eləmişdi. Visla-Oder əməliyyatı zamanı kapitan Bünyadovun komandanlığı altında 123-cü cərimə rotası Pilitsa çayı üzərindəki 80 metrlik minalanmış körpünü ələ keçirmiş və əsas qüvvələr gəlib çıxıncaya qədər bir neçə saat ərzində onu düşmənin aramsız hücumlarından qoruyub saxlaya bilmişdi. Bu müddət ərzində 670 nəfər döyüşçüsü olan rotasından cəmi 47 nəfər sağ qalmışdı. 1945-ci il 27 fevralda Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
Read more
Главный показатель любого государства - это его способность обеспечить неуязвимость территории страны, безопасность населения от внешних угроз. Это сложная задача, зависящая от множества факторов. Однако, очевидно, что предпосылкой ее решения является наличие высокоорганизованных пограничных войск и профессионалов, посвятивших свою жизнь служению в этих войсках. Пограничник - необычный военный, его служба проходит на периферии страны, на линии государственной границы. А это горы и леса, степи и пустыни, долины рек и морские берега. Суровую, рискованную во многих отношениях службу на границе могут выдержать только ответственные, высоконравственные люди, подлинные патриоты. Даже недлительную службу солдата на границе можно считать подвигом. И бесценным является подвиг тех, кто посвятил службе на границе всю свою жизнь. Именно к числу таких людей относится генерал-майор Мустафа Джафар оглы Насиров. Генералу Насирову еще при жизни были посвящены очерки, повести, фильмы. Хорошо известна, например, повесть Ахмедага Муганлы “Семь листков древа жизни”, изданная еще в 1984 г., на ее основе снят фильм “На родных берегах”. Но в публикациях и фильме не нашло отражение многие стороны деятельности Насирова, поскольку большинство из них тогда считалось секретным. Генерал Насиров родился 25 октября 1921 года в г. Дербенте в семье служащего. Окончив Дербентское педагогическое училище, он в 1938 году поступил в педагогический институт и с 1940 года работал учителем в Сабнавинской неполной средней школе. С началом Отечественной войны пришлось прервать учебу в Институте и преподавательскую деятельность. Насиров был призван в ряды Советской Армии, участвовал в боях под Москвой, затем был направлен на учебу в Саратовское пограничное училище, где за девять месяцев прошел трехлетнюю программу (в соответствии с требованиями военного времени) и стал офицером. Командная его деятельность началась в Киргизском округе, в горах Памира. В марте 1947 г. он был назначен военным комендантом города Фрунзе по войскам НКВД. В 1948 г. экстерном завершил высшее образование в Киргизском государственном педагогическом институте. В том же году был направлен в военную академию МГБ, по ее окончанию начал службу заместителем начальника отдела боевой подготовки в штабе Азербайджанского пограничного округа КГБ СССР. Военная карьера Насирова росла стремительно. Он вскоре был назначен начальником штаба Пришибского пограничного отряда, затем начальником Нефтчалинского и впоследствии Нахичеванского пограничного отряда. Следует отметить, что Насиров был единственным азербайджанцем, выдвинутым на столь ответственные посты в пограничных войсках КГБ СССР. Насиров был исключительно грамотным и волевым начальником, отлично знал войска, умел превосходно организовать взаимодействие отрядов и застав. Он предпочитал всегда лично следить за ходом учений с передового наблюдательного пункта. И каждый воин - пограничник знал, что их командир рядом. Особенно ярко проявилась его деятельность в Нахичеванском пограничном отряде, которым он командовал с 1962 по 1968 гг. Анализируя состояние границы, он пришел к выводу о необходимости введения новых форм и способов ее охраны, в соответствии с новыми техническими возможностями. Речь шла о широком внедрении электронных систем контроля, наблюдения. Проводил эксперименты, показательные занятия в присутствии представителей старших штабов и управлений, добивался публикаций в общесоюзном журнале ‘‘Пограничник”, в том числе в “Секретном сборнике статей” этого же журнала, а также в окружной газете, доказывая не безынтересность своих нововведений. Вскоре Насиров был назначен пограничным комиссаром СССР по Нахичеванскому и Джульфинскому участкам, а также пограничным уполномоченным СССР на территории строительства с ИраномАраксинского и Мильско-Муганского гидросооружений. Ни на одного начальника отряда не возлагались одновременно три такие ответственные должностные обязанности. Относясь с любовью к своему народу, он проявлял гибкость и смелость, чтобы облегчить бремя многочисленных ограничений пограничного режима, содействовал улучшению условий жизни и хозяйственной деятельности населения. Не случайно в 40 годовщину Нахичеванской автономной республики Насиров был награжден Почетной грамотой «За заслуги в развитии экономики и культуры Нахичеванской автономной республики», а в декабре 1967 года был удостоен ордена Красного знамени, что являлось редким случаем в мирное время. В 70-е годы в Азербайджане наметилась активизация военно-патриотического воспитания молодежи, популяризация военной службы, офицерской профессии, началась масштабная подготовка национальных военных кадров. И все это делалось по инициативе Первого секретаря ЦК КП Азербайджана Гейдара Алиева. В эти годы впервые на высокие воинские должности были выдвинуты азербайджанцы. Первым заместителем командующего Бакинским округом ПВО был назначен генерал-полковник Т.Я.Агагусейнов, командующим зенитноракетными войсками этого же округа - генерал-лейтенант Д.Г.Расулбеков, командующим Каспийской флотилией - вице-адмирал Г.Г.Касумбеков, начальником Бакинского высшего командного общевойскового училища -генерал-лейтенант В.Э.Баршатлы. Получили звания генерал-лейтенанта председатель КГБ З.М.Юсиф-заде и военком республики М.М.Касумов. В ноябре 1968 г. Насиров был назначен заместителем начальника оперативно-войскового отдела, а в декабре 1972 г. заместителем начальника войск Краснознаменного Закавказского пограничного округа КГБ СССР, в 1974 г. получил звание генерал-майора. Тесные связи с руководством партийных, советских органов пограничных районов, позволили Насирову выдвигать подготовленные национальные кадры в пограничные войска, принимать активное участие в общественно-политической жизни республики. При поддержке и помощи руководства республики ему удалось развернуть строительство жилых, служебных зданий, оздоровительных и спортивных комплексов, целых военных городков в Садараке, Шаруре, Нахичевани, Пришибе, Ленкоране, Мардакянах, Баку, которые пригодились впоследствии пограничным войскам независимой Азербайджанской Республики. Его разносторонняя деятельность в 70-е годы привлекла внимание писателя Александра Авдеенко, он в своей книге “Граница”, изданной в Москве в 1977 г., писал: “Истинно пограничная память у Насирова. Есть в нем одна особенность, которую так ценят на границе: творческая одержимость. Он был неутомимым искателем всевозможных новинок, облегчающих борьбу с нарушителями. Таким и остался. Он, как отличный шахматист, умеет думать за противника. Угадывает, упреждает хитроумные его ходы”. Высокую гражданскую позицию проявил Насиров, когда его единственного сына в 1981 году направили служить в Афганистан. Разумеется, он мог бы попросить военный комиссариат оставить служить сына в Закавказье. Но решил, что его сын должен выполнить свой гражданский долг там, где это необходимо Родине. И сын - Элыпад, достойно отслужив установленный срок, вернулся с боевой наградой из Афганистана. Активностью, настойчивостью, решительностью, любовью к народу отличалась его работа по руководству деятельностью пограничных войск в Азербайджане. Известно, что по Закону о прохождении военной службы того времени генерал-майоры, генерал-лейтенанты могли служить до 55-летнего возраста. Военный Совет пограничных войск СССР дважды по пять лет продлевал ему прохождение службы. Он был единственным генералом в пограничных войсках (кроме командующего пограничными войсками страны), прослужившим в войсках до 65-летнего возраста. О высокой компетентности Насирова свидетельствует тот факт, что он трижды приказом Председателя КГБ СССР назначался председателем Государственной экзаменационной комиссии по выпуску Московского и Алмаатинского высших командных пограничных училищ, четырежды избирался депутатом Верховного Совета Азербайджанской Республики, членом Президиума Верховного Совета, был награжден различными орденами. Ему было присвоено звание “Почетный сотрудник госбезопасности СССР”, почетные звания “Заслуженный юрист” и “Заслуженный пропагандист Азербайджанской Республики”. Говоря о генерале Насирове, как о видном азербайджанском военачальнике, нельзя не отметить его высокие человеческие качества. Генерал был цельной личностью. Во всем его облике, манере поведения проявлялась ответственность, достоинство, военная выправка. Отличительными чертами характера этого человека являлись эрудированность, принципиальность, аргументация принимаемых решений, стремление быть всегда в курсе событий, связанных с организацией и несением ответственной пограничной службы. Именно это позволяло ему своевременно реагировать на изменение оперативной обстановки на государственной границе. Сослуживцы генерала Насирова отзываются о нем с глубоким уважением не только как о талантливом командире, но и как о чутком, отзывчивом человеке. Они отмечают его удивительный такт в отношениях с подчиненными, уважение к личному составу, воинское достоинство. Авторитет Насирова в те годы в Республике был очень высоким. Этим объясняется, в частности, то обстоятельство, что еще за 2 месяца до выхода в отставку в 1987 г., он был избран на общественную должность Председателя вновь созданного Азербайджанского Совета ветеранов войны, труда и Вооруженных сил. Возглавив Совет ветеранов, генерал Насиров сделал очень многое для того, чтобы эта общественная организация заняла достойное место в Республике. Своей творческой одаренностью, высокой работоспособностью, генерал задавал тон в ветеранской работе. От вновь избранного председателя Совета ждали немедленных действий. А он присматривался, изучал положение дел, знакомился с документами, беседовал с руководителями Советов. Из их докладов внешне складывалась вроде бы благополучная картина. Однако у него сформировалось свое видение организации работы. Так, стали систематическими проведение зональных семинаров руководителей ветеранских организаций, непосредственная встреча с ветеранами в районах Республики. Сейчас можно считать, что славной страницей биографии генерала стало также руководство им в течение восьми лет Азербайджанским республиканским Советом ветеранов. На этом почетном и ответственном посту вновь в полную силу проявились его замечательные организаторские способности, еще полнее раскрылись такие достоинства, как внимание к людям, готовность отдать все свои силы и способности служению Родине. По разным вопросам обращались к нему бывшие фронтовики, труженики тыла военных лет. Непростые проблемы ветеранов требовали принятия однозначных, порой безотлагательных решений. Советы, рекомендации генерала всегда были исключительно конструктивными. При этом все, кто с ним общался, видели в нем человека корректного, скромного, обаятельного. Его встречи с ветеранами всякий раз превращались в задушевные беседы. Насиров обладал бесценным даром человека, умеющего выслушать собеседника, понять его, а потом сделать все, чтобы помочь боевому побратиму. Вот как вспоминает общение с генералом Насировым один из старейших ветеранов Республики капитан 1 ранга Александр Гритченко: «Мне, прослужившему в Военно-Морском Флоте немало лет, были привычны уставные взаимоотношения между старшими и младшими, и я, естественно, обращался к Насирову по воинскому званию. В очередной раз после подобного «чинопочитания» генерал меня мягко остановил и сказал: «Александр Александрович, у меня есть имя и отчество...» В последние годы жизни в центре его внимания были вопросы, связанные с Карабахской войной, усиление военно-патриотического воспитания молодежи, перспективы и пути усиления вновь создаваемой Национальной армии. В период военного конфликта в Карабахе по инициативе генерала Насирова бывшие фронтовики, труженики тыла военных лет, ветераны Вооруженных Сил систематически выезжали на передовые позиции, поддерживали бойцов, обменивались боевым опытом. В эти годы многое было сделано ветеранами по выходу Азербайджана из информационной блокады, доведения по различным каналам до мировой общественности правды о подлых действиях армянских сепаратистов. Благодаря инициативе генерала Насирова стала традицией участие ветеранов в торжественных проводах молодежи в вооруженные силы Азербайджанской Республики, уроки мужества и патриотизма, тематические вечера, проведение в школах военно-патриотических конкурсов на лучшее сочинение, рисунок, песню, создание книг Памяти, Досок Почета ветеранов, клубов фронтовиков. Особое внимание Насиров уделял своевременному открытию памятников, мемориалов, бюстов героям Карабахской войны, содержани содержанию воинских захоронений, материальному и моральному поддержанию родителей, близких родственников Шахидов, отдавших свою жизнь за Родину. На встречах со школьниками и студентами, призывниками и воинами, в средствах массовой информации генерал Насиров неизменно говорил о стойкости и мужестве азербайджанского народа в различные периоды истории, о беззаветной преданности азербайджанцев идеалам свободы и независимости, о неизбежности очищения священной карабахской земли от зарвавшихся армянских вояк и восстановления территориальной целостности страны. Он верил в блестящее, светлое будущее Азербайджана! Заместитель председателя организации ветеранов войны, труда и вооруженных сил Азербайджанской Республики, доцент академии госслужбы при Президенте Азербайджанской Республики, доктор философии, Полковник Джалил Халилов
Read moreBakıda fəaliyyət göstərən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktoru Zinnurov İrek Xaydaroviç Respublika Veteranlar Təşkilatının qonağı olub. Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşən İrek Xaydaroviç sovet xalqlarının Böyük Vətən Müharibəsi dönəmində faşizmə qarşı birgə mübarizəsindən danışıb, bu mübarizənin bəşəriyyətin təhlükəsizliyi və rifahı baxımından mühüm rol oynadığını qeyd edib. Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Azərbaycan xalqının faşizmə qarşı mübarizədə göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Təşkilat sədri bildirib ki, faşizmə qarşı mübarizədə xalqlarımızın göstərdiyi qəhrəmanlıqlar tarixin yaddaşında əbədi yaşayacaq və daim xatırlanacaq. Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov faşizmə qarşı mübarizənin xalqlar arasındakı dostluğu daha da gücləndirdiyini, bu dostluğun günümüzdə də davam və inkişaf etdiyini söyləyib. Cəlil Xəlilov bildirib ki, bəşəriyyətin bu günü və gələcəyi xalqlar arasında dostluq və əməkdaşlığı zəruri edir. Görüş əsnasında Azərbaycan və Rusiya prezidentlərinin dostluq münasibətinə toxunulub, bu dostluğun xalqlarımız üçün də nümunə olduğu vurğulanıb. Qeyd olunub ki, iki dövlət və xalq arasında dostluğun qorunması və inkişafı vacibdir və hər hansı qüvvənin bu dostluğa xələl gətirməsinə imkan vermək olmaz. Söhbət əsnasında yaxın gələcəkdə görülməsi planlaşdırılan birgə tədbirlər haqqında da ətraflı fikir mübadiləsi olub. Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktoru səmimi qəbula görə təşkilat rəhbərliyinə təşəkkür edib, minnətdarlığını bildirib. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Read more
Cəlil Xəlilov: “Bu, həm də ordumuzun gücünün, yenilməzliyinin təcəssümüdür” Bunu Veteran.gov.az-a açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Hərbi Qənimətlər Parkınında nümayiş edilən hər bir eksponat böyük zəfərin bir parçasıdır: “Bu gün Hərbi Qənimətlər Parkının açılması hər bir azərbaycanlıda böyük sevinc və məmnunluq doğurmaqdadır. Çünki bu, adı park deyil. Hərbi Qənimətlər Parkı Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi böyük zəfərin, tarixi qələbənin rəmzidir. Hərbi Qənimətlər Parkının açılması tarixi qələbəmizin əbədiləşməsi, şüurlarda daha dərindən iz qoyması deməkdir. Bu parka gələn hər kəs təqdim edilən ekponatlara baxarkən Azərbaycan ordusunun qəhrəmanlığı, cəsarəti, düşmən üzərindəki böyük zəfəri haqqında düşünəcək. Bu park əsrlər sonra da Azərbaycan ordusunun gücündən, onun dünya hərb tarixində xüsusi yer tutan zəfərindən söhbət açacaq. Bu baxımdan Hərbi Qənimətlər Parkının açılması tarix bir addım, müqəddəs bir işdir”. Cəlil Xəlilov qeyd edib ki, Hərbi Qənimətlər Parkı həm də Azərbaycan ordusunun, onun Ali Baş Komandanının gücünə, yenilməzliyinə nümunədir: “Hərbi Qənimətlər Parkı 44 günlük Vətən müharibəsinin nəticəsini əbədiləşdirməklə yanaşı, həm də ordumuzun, onun Ali Baş Komandanının gücündən, qətiyyətindən, yeniməzliyindən xəbər verir. Bu park və orada nümayiş etdirilən hər bir eksponat düşmənın ağır texnikasının, canlı qüvvəsinin necə böyük itkiyə məruz qaldığını göstərir. Hərbi Qənimətlər Parkında 150-yə qədər ağır hərbi texnika nümayiş olunur ki, onların bir çoxu işlək vəziyyətdədir. 44 günlük Vətən müharibəsində ordumuzun sürətli hücumundan vahiməyə düşən düşmən, bu texnikaları döyüş meydanında ataraq qaçıb. Qəhrəman əsgərlərimiz bu texnikaları işlək vəziyyətdə ələ keçirib. Bu faktın özü ordumuzun müharibədə necə böyük qəhrəmanlıqlar göstərdiyinə, düşməni necə qorxuya saldığına nümunədir. Hərbi Qənimətlər Parkının açılması xalqımızın və dövlətimizin tarixi uğurudur. Bu uğur hər zaman xalqımızın böyüklüyündən, onun yenilməzliyinin bəhs edəcək”. Seymur ƏLİYEV
Read more
Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti Qarabağ müharibəsi veteranı, şöhrət ordenli Zeynalov Akif Mehdi oğlunun vəfatı ilə əlaqədar yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin.
Read moreBu gün Respublika Veteranlar Təşkilatı Nizami rayonu ərazisində ağacəkmə aksiyasında iştirak edib. Böyük Vətən Müharibəsi və 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə təşkil olunan aksiyaya Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə qatılan nümayəndə heyəti, digər qurumların əməkdaşları ilə birlikdə onlarla ağac əkib, “Xatirə bağı”nın salınmasında yaxından iştirak edib. Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının istər İkinci Dünya Müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində faşist işğalçılarına qarşı əzmlə mübarizə apardığını, bu mübarizədə ölkəmizdə yaşayan digər xalqların nümayəndələrinin də yaxından iştirak etdiyini, böyük qəhrəmanlıqlara imza atdığını bildirib. Cəlil Xəlilov qeyd edib ki, bu gün salınan “Xatirə bağ”ı şəhidlərin ruhuna ehtiram əlaməti olmaqla yanaşı, həm də xalqlarımızın dostluğuna nümunədir. Aksiyada Bakı Şəhər İcra Hakimiyyəti, Rusiya səfirliyi, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi, “Ölümsz Alay” və digər qurumların nümayəndələri iştirak edib. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Read moreBu gün Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova 44 günlük Vətən müharibəsində iştirak edən bir qrup qazi ilə görüş keçirib. Respublika Veteranlar Təşkilatında baş tutan görüşdə gənclərimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa diqqət çəkən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, 44 günlük Vətən müharibəsinin Azərbaycanın son 200 illik tarixində əlahiddə yer tutduğunu, bu müharibə nəticəsində ərazi bütövlüyümüzün bərpa edildiyini, Qarabağın 30 illik işğaldan azad edildiyini vurğulayıb. Polkovnik bildirib ki, Azərbaycan ordusunun 44 gün ərzində ortaya qoyduğu sürətli hücum əməliyyatı, müasir hərbi texnologiyanın effektiv tətbiqi, düşmənin möhkəmləndirilmiş müdafiə sədlərinin qısa zamanda yarılması dünyanın hərbi baxımdan ən çox inkişaf etmiş dövlətlərini belə heyrətləndirməkdədir. Polkovnik gənc qaziləri bundan sonra da ölkə başçısının siyasətini, çağırışlarını qətiyyətlə dəstəkləməyə səsləyib. Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova da çıxışında ordumuzun şanlı qalibiyyətindən, bu qalibiyyətin əhəmiyyətindən ətraflı danışıb, onun hərbi-siyasi və tarixi önəminə toxunub. Gəncliyin bundan sonra da vətənimizin keşiyində məhz bu cür dayanmalı olduğunu vurğulayan Fatma Səttarova, Ali Baş Komandanın hərbçilərə, şəhid ailələri və qazilərə dəstəyini də yüksək qiymətləndirib. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun düşmənə diz çökdürdüyünü bildirən Fatma Səttarova, Azərbaycan əsgəri ilə fəxr etdiyini söyləyib. Daha sonra çıxış edən Respublika Veteranlar Təşkilatlarının şöbə müdirləri 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun şanlı qalibiyyətindən danışıb, ölkə başçısının müharibə veteranlarına, qazi və şəhid ailələrinə diqqətini yüksək qiymətləndirib. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Read more
Sabirabadlı müharibə veteranları Şirvan Şəhər Mərkəzi Xəstəxanasını ziyarət edib, tibbi heyətlə görüşüblər. Bu barədə veteran.gov.az-a Respublika Veteranlar Təşkilatının Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov məlumat verib. Respublika Veteranlar Təşkilatını Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov və müavini İslam Aslanov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına səfər əsnasında xəstəxananın kollektivinə öz təşəkkürlərini bildirib, onlara şərəfli işlərində yeni-yeni nailiyyətlər arzulayıblar. Qeyd olunub ki, məhz həkimlərin fədakar əməyi nəticəsində 44 günlük Vətən müharibəsində xeyli sayda yaralıya yüksək səviyyəli tibbi yardım göstərilib, nəticə etibari ilə yüzlərlə insan həyata qaytarılıb. Terapeya və Qəbul şöbələrinin tibbi heyətinin, o cümlədən nevropotoloq Sabir həkim, Təranə həkim, tibb bacılarından Aysel xanım, Gülnarə xanım, Nəzrin xanım, Kəmalə xanım, Güllü xanımın əməyi xüsusilə yüksək qiymətləndirilib və təqdir olunub. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Read more