Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

200 ermənini yox edib, Şuşada şəhid olan əsgərimizin İNANILMAZ HƏYAT YOLU

Torpaqlarımızın bir qarışı belə düşmən tapdağı altında qalmadı, çünki bu torpağın 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərib tarix yazan Ceyhun Rzayev kimi qəhrəmanları, ərənləri var. 26 yaşında vətən torpaqlarının azad olunması uğrunda canını verib şəhidlik zirvəsinə ucalan Ceyhun müharibənin ilk günlərindən döyüşün ən qızğın nöqtələrində iştirak edib, 200-ə yaxın ermənini məhv edib, silah-sursatını ələ keçirib. Şuşa dağlarına adını yazdıran xüsusi təyinatlı hərbçimizin ən böyük arzusu işğalçı qüvvələri Laçından çıxarmaq idi. İntiqam hissi heç zaman sönməyən döyüşçüyə Laçının işğaldan azad olunmasını atasına xəbər vermək qismət olmur, o, qələbəyə bir neçə gün qalmış, noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.
Publika.az-a qardaşı haqqında xatirələrini bölüşüb, ağrılarından söz açan Leyla Rzayeva onunla fəxr etdiyini və əslən Laçından olduqlarını deyib.   “Şəhidlik böyük mərtəbədir, qardaşımla fəxr edirəm. Ceyhun 1994-cü ildə Bərdə şəhərində dünyaya göz açıb. Uşaq yaşlarından idmanla məşğul olurdu, həmişə deyərdi ki, hərbçi olacam. Çox sakit uşaq idi, müəllimləri həmişə razılıq edərdi. Ən çox sevdiyi fənn coğrafiya ilə tarix idi. Anam həkimdir, məktəbi bitirəndə anam dedi ki, gəl hazırlaşdırım, sən də həkim ol, ananın yolunu davam etdir. Razılaşmadı, dedi ki, ana mənə kişi sənəti yaraşar, hərbçi olmalıyam. Sözündə də durdu, 2014-cü ildə Daxili Qoşunların Xüsusi Vasitələrin Tətbiqi Dəstələrində xidmət etməyə başladı. Vətən üçün doğulmuşdu, vətən uğrunda da şəhid oldu, torpağın oğlu idi Ceyhun. Ceyhun Rzayevin 6-cı sinfdə oxuyarkən çəkilmiş fotosu Müharibənin başlaması ilə Ceyhun da əsgər yoldaşları kimi döyüş meydanına atılır. Getməzdən əvvəl evə gəlib əşyalarını təhvil verdi, çox sevinirdi, qapıdan çıxana qədər sözü o oldu ki, mehriban olub, yaxşılıq edin, ömrü yaxşılıqlar artırır. Özü də Şuşa uğrunda gedən döyüşlərdə, noyabrın 7-də şəhidlik zirvəsinə ucaldı... Qardaşımla sonuncu dəfə 19 sentyabrda görüşmüşdük, bilməzdim ki, sonuncu görüşümüz olacaq. 20 yaşım var, indiyə kimi bir dəfə də olsun qardaşımı qucaqlamamışdım, çox zəhmli və sərt xarakterə malik idi, çəkinirdim. Söz vermişdim ki, qardaşım sağ-salamat gələn kimi qarşısında diz çöküb ayaqlarını qucaqlayacam, amma mənə onun tabutunu qucaqlamaq qismət oldu. Bu sözləri dilə gətirmək ağırdır... Bu yay evlənməyi düşünürdü”.
Şəhidin bacısı bildirib ki, qardaşı son zəngində ata-anasını bərk-bərk ona tapşırıb:
“Zəng edəndə ilk sözü o olurdu ki, ata, sənə Laçından zəng edəcəm, Laçına bayrağı özüm sancacam. Hər zaman Ali Baş Komandanın əmrinə tabe olub, döyüşlərdə igidliklə və son qanına kimi vətən uğrunda vuruşub, heç zaman geri çəkilməyib, həmişə ön cəbhədə olub, fəxr və böyük inamla yolumuz Laçına deyə-deyə döyüşüb. Ceyhun Qarabağ atlarını çox sevirdi, deyirdi burda çox qəşəng atlar var. Sonuncu dəfə oktyabrın 31-də danışdıq, dedi ki, mənsizliyə öyrəşin, bir də mənə sözü o oldu ki, ağıllı ol, anamı, atamı sənə tapşırıram. Hər dəqiqənizin qədrini bilin, mehriban yaşayın. Bir də anamdan xahiş elədi ki, atama yaxşı baxın. “Hər gün ayaqqabını mazlayıb qoyun” dedi və telefonu söndürdü”. Ölümündən sonra cibindən Qarabağ, Laçın, Azərbaycan yazılan vərəqlər və bayraq şəkilləri tapılması bir daha göstərir ki, Ceyhun Rzayev son nəfəsinə qədər vətənə, millətə bağlı oğullarımızdandır. Füzuli, Qubadlı, Hadrut və Şuşanın alınmasında 200-ə yaxın ermənini məhv edib, böyük şücaət göstərən qəhrəman həm də ailəsinə bağlı insan olub. Anasına deyib ki, burda başım saat kimi işləyir, çox gümraham. Ceyhun ən çox atasına bağlı olub, bir dəfə də olsun yaxşı edirəm sözünü dilinə gətirməyib, söz qaytarmayıb. Bacısı bildirib ki, çox mükəmməl insan idi, Ceyhun heç kimi incitməzdi. Şəhidlik zirvəsinə ucalan zaman o, vəsiyyətini dostuna bu cür edib: “Ailəm mənimlə hər zaman fəxr edirdi, şəhid olacam yenə də fəxr edəcəklər. Deyərsən ki, onları çox sevirəm”. Mərd qardaşı ilə qürur duyan bacının indi yeganə arzusu var, o da şəhid ailələrinə və qazilərimizə layiq olduqları qayğının göstərilməsi, xatirələrinin daim yaşadılmasıdır. Əziz Leyla, sən bil ki, bu gün qardaşınla bütün Azərbaycan fəxr edir, o, canını bizim üçün fəda edib, qanını bu torpağın azadlığı uğrunda axıdıb, ürəyi vətənlə döyünən, vətənə ana deyən oğullarımız sayəsində biz bu gün qələbə sevincini yaşayıb təbrikləşə bilirik. Bil ki, Ceyhunun ruhu sakitlik tapıb, getdiyi yerdə çox xoşbəxtdir, çünki Laçının üzərini bürüyən qara buludlar çəkilib, artıq orada Üçrəngli Bayrağımız dalğalanır. Aytən Məftu

2020-12-04 00:00:00
4263 baxış

Digər xəbərlər

ABŞ iki pilotun xilası üçün niyə milyonlar xərclədiyini açıqladı: “Onlara söz vermişdik!”

Məlum olduğu ki, İran müharibəsinin gedişatında təyyarəsi vurulan və bu səbəbdən də katapult etmək məcburiyyətində qalan iki pilotun xilasına ABŞ yüzlərlə şəxsi heyət, bir neçə təyyarə və təxminən 300 milyon dollar vəsait xərcləyib.  Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, bugenlərdə pilotların xilası üçün böyük pulların sərf edilməsi və ciddi risklərin hansı səbəbdən gözə alınması məlum olub. Nə qədər inanılmaz görünsə də, bu qədər bahalı və təhlükəli əməliyyat digər hərbçilərin dövlətə və orduya olan inamını qorumaq üçün gerçəkləşib: “Vurulan şəxsi heyətin xilas edilməsi sadəcə bir missiya deyil; bu, bir inancdır. Hərbi qulluqçular ilk gündən təlim keçirlər ki, əgər onlar təcrid olunmuş, yaralanmış və ya düşmən xətlərinin arxasında qalsalar, kimsə onların arxasınca gələcək. Bu inanc davranışı dəyişdirir. Bu, pilotların mübahisəli hava məkanına necə uçduğunu formalaşdırır. Bu, kiçik bölmələrin atəş altında necə fəaliyyət göstərməsinə təsir göstərir. Bu, tərəddüdün həyatlarına başa gələ biləcəyi anlarda verilən qərarlara təsir göstərir. Hərbi qulluqçular tərk edilməyəcəklərinə inandıqda, bu, etimadı gücləndirir, qərar qəbuletməni kəskinləşdirir və ən vacib olanda hərəkət etmək iradəsini gücləndirir”. Seymur ƏLİYEV  

Hamısını oxu
AZCON Holdinqin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar AZCON Holdinqin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib.  Ölkəmizin azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzülüb, onların xatirəsi ehtiramla yad olunub.  

Hamısını oxu
İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristian Kamillin etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir Kristian Kamill dedi: -Cənab Prezident, əlahəzrət İsveç Kralı tərəfindən imzalanmış və məni Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfir kimi təyin edən etimadnaməni və sələfimin geri çağırılması məktubunu Sizə təqdim etməkdən şərəf hissi duyuram. Cənab Prezident, icazə verin, əlahəzrətin Sizə və Azərbaycan xalqına səmimi və ən xoş arzularını çatdırım. Sonra səfirlə söhbət edən Prezident İlham Əliyev dedi: -Xahiş edirəm mənim də ən xoş arzularımı əlahəzrətə çatdırın. Sizi Azərbaycanda salamlamaqdan çox məmnunam. Sizə ölkəmizdə yaxşı vaxt keçirməyi arzulayıram. Ümidvaram ki, sizin Azərbaycandakı fəaliyyətiniz zamanı ölkələrimiz arasında münasibətlərin inkişafı uğurla davam edəcək. Tezliklə ölkəmizə səfərə gələcək sizin Xarici İşlər nazirinizi qəbul etməyi və əməkdaşlığımızla bağlı geniş məsələləri, habelə Avropa İttifaqı ilə gələcək əməkdaşlığımızı müzakirə etməyi səbirsizliklə gözləyirik. Bildiyiniz kimi, İsveç Avropa İttifaqı ilə regionumuz arasında daha geniş əməkdaşlıqla bağlı həmişə fəal olub. Avropa İttifaqı ilə Azərbaycan arasında indi çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur və bu tərəfdaşlıq bir çox sahələri əhatə edir. Ümidvaram ki, yeni sazişlə bağlı danışıqlar uğurla davam edəcək. Əlbəttə ki, pandemiya ilə əlaqədar vəziyyət bizim planlarımıza müdaxilə etdi. Bizdə bir neçə ay davam edən karantin rejimi tətbiq olundu. Buna görə bizim heç bir fəal, fiziki təmaslarımız olmadı. Lakin faktiki olaraq əməkdaşlıq davam edir. Buna görə də əminəm ki, bizdə yeni əməkdaşlıq formatı olacaq. Bildiyiniz kimi, Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrin üçdəbiri ilə strateji tərəfdaşlıq üzrə sənədlər imzalayıb. Bu da əməkdaşlığın səviyyəsini nümayiş etdirir. İki il öncə biz tərəfdaşlığın prioritetləri üzrə sənədi də imzaladıq. Bu da bizim əməkdaşlığımızın gələcək inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edir. Biz çox məmnunuq ki, həmin sənəddə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı Avropa İttifaqı tərəfindən dəstəklənib. Bu, Ermənistanla Azərbaycan arasında münaqişənin həllinə çox haqlı və ədalətli yanaşmanın olduqca mühüm əlamətidir. İkitərəfli əlaqələrimizə gəlincə, əlbəttə ki, biz onların daha fəal olmasını görmək istəyirik. Mən əminəm ki, səfirlərin fəaliyyəti sayəsində bu imkan yaranacaq. Mən sizə ölkəmizdə xoş vaxt keçirməyi və fəal iş arzu edirəm. Səfir Kristian Kamill: Çox sağ olun, cənab Prezident. Mən Sizi çox diqqətlə dinlədim. Mənim artıq yaxşı tanıdığım və mənə əziz ölkə olan Azərbaycanda mehriban qarşılanmağıma görə Sizə təşəkkür edirəm. İsveçin Bakıda ilk rezident səfiri olaraq ikitərəfli əlaqələrimizin daha da güclənməsinə töhfə vermək üçün əlimdən gələni əsirgəməyəcəyəm. Həqiqətən də bizim Xarici İşlər nazirinin artıq gələn həftə ölkənizə səfəri vaxtında baş tutur. Mən bunu səbirsizliklə gözləyirəm. Cənab Prezident, mən İsveçin Avropa İttifaqının ölkənizlə daha sıx əməkdaşlığa dəstəyini qiymətləndirdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Biz Şərq Tərəfdaşlığının 10-cu ildönümü münasibətilə Stokholmda Azərbaycandan böyük nümayəndə heyətini görməyə şad olduq. İndi biz bu əməkdaşlığı daha da inkişaf etdirməliyik. İsveç bu danışıqları dəstəkləmək əzmində olan ölkələrdən biri olmağa hazırdır. Mən əlbəttə ki, ölkələrimiz arasında biznes əlaqələrinin daha da yaxından qurulmasında üzərimə düşən işi görə biləcəyimə ümid edirəm.              

Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə əlaqədar rəsmi "Instagram" səhifəsində paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edirlər. Bu, humanitar atəşkəs rejiminin, habelə 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulması deməkdir. Bu gecə saat 2 radələrində Gəncə şəhərinə amansızlığına görə misli görünməmiş zərbə endirilib. Əldə olan məlumata görə, raket atəşi nəticəsində 9 nəfər (o cümlədən 4 qadın) həlak olub, 34 nəfər yaralanıb, çoxsaylı mülki obyektlərə ciddi ziyan vurulub. Bizim şəhərlərin və kəndlərin atəşə tutulması demək olar ki, dünən bütün gün ərzində davam edib. Humanitar atəşkəs rejiminin qüvvəyə mindiyi andan ermənilər tərəfindən Azərbaycan Respublikasının bir sıra rayonlarına 548 mərmi atılıb. Döyüş meydanında məğlub olması ilə barışa bilməyən erməni tərəfi məqsədyönlü şəkildə dinc əhaliyə hücum edir. Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram. Beynəlxalq təşkilatlar, hüquq müdafiə strukturları, kütləvi informasiya vasitələri və ictimai rəyin liderləri Azərbaycanın mülki əhalisinə qarşı bu cür vəhşicəsinə amansızlığı kəskin pisləməlidirlər. Yerevan beynəlxalq konvensiyalara, habelə BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrini Azərbaycana qarşı təcavüzə son qoymağa çağıran qətnamələrinə etinasızlığı dayandırmalıdır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Moskvada əldə edilmiş razılaşmalara açıq-aşkar hörmətsizlik nümayiş etdirən Ermənistan Cənubi Qafqazda nəticələri onun üçün dağıdıcı olacaq müharibənin yeni mərhələsinə təhrik edir. Əziz həmvətənlər! Bu gün siz xalqımızın birlik, həmrəylik, şəfqət və qarşılıqlı yardım kimi ən yaxşı xüsusiyyətlərini nümayiş etdirirsiniz. Bu, böyük qürur hissi yaşatmaya bilməz! Həqiqət və ədalət bizim tərəfimizdədir! Biz zəfər çalacağıq! Allah həlak olanlara rəhmət eləsin. Xəsarət alanların tezliklə sağalmasını arzulayıram. Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun! Qarabağ Azərbaycandır!".

Hamısını oxu