Digər xəbərlər
Veteran.gov.az xəbər verir ki, 25 aprel 2023-cü il tarixdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi Cəlilabad rayon sektoru, rayon Veteranlar Təşkilatı və Cəlilabad rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Şəhər 9 nömrəli tam orta məktəbdə şeir müsabiqəsi keçirilib. Tədbirin açılış mərasimində Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, LARTİ-nin Cəlilabad rayon sektorunun metodisti İlham Əhmədov, AYB-nin üzvü, rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman iştirakçılara müsabiqə haqqında geniş məlumat verərək bildiriblər ki, müsabiqənin keçirilməsində məqsəd həyatını xalqına həsr edən dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixində dərin iz buraxan siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətini gənc nəslə aşılamaqdır. Müsabiqədə şagirdlər Ulu Öndər Heydər Əliyev və vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. Müsabiqə iştirakçılarının söylədiyi şeirlər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nəticələrə uyğun olaraq şeir müsabiqəsinin qalibləri müəyyən olunub. Müsabiqənin qaliblərinə Ulu Öndərin doğum günündə mükafatlar təqdim olunacaqdır.
Hamısını oxu
Məktəbin şagirdləri yardımla yanaşı, türk xalqı ilə mənəvi həmrəylik ifadə edən məktublar ünvanlayıb Veteran.gov.az xəbər verir ki, Bəhruz Sultanov adına 34 nömrəli tam orta məktəbin müəllim və şagirdləri Türkiyədəki zəlzələdə zərərçəkənlərə yardım göndərib. Bu barədə məktəbin sosial şəbəkədəki hesabında məlumat verilib. Yardımla yanaşı, məktəbin 5b sinfinin şagirdləri sevgi, ümid, inam və dəstək dolu ürək sözlərini məktublara yazaraq fəlakət nəticəsində zərər çəkmiş insanlara göndəriblər. Məktublarda məktəblilərin qardaş Türkiyəyə olan sevgi və ehtiramı, baş verən zəlzələdən duyduqları təəssüf və kədərləri, habelə türk xalqı ilə birlik, həmrəylik arzuları öz əksini tapıb. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 19 sentyabr, festivalın ikinci günü, Ü.Hacıbəyli adına BMA nəzdində Opera Studiyasının səhnəsində görkəmli baletmeyster, Azərbaycan Respublikasının xalq artisti Rəfiqə Axundovanın 90 illiyinə həsr olunmuş “Balet, ömrüm mənim” sənədli filminin nümayişi baş tutdu. “Dublyaj” kinostudiyasında çəkilən bu sənədli filmin rejissoru Gülər Tokgöz, ssenari müəllifi musiqişünas Rəhliə Abbasova, operatoru Emin Hüseynov, montaj rejissoru Etibar Həsənov, prodüserləri Qafar Məcidov və Aysel Rəcəblidir. Filmin göstərilişindən əvvəl Rəhilə Abbasova, filmin bir ssenari müəllifi və auditoriyanı xoş ovqata kökləyən bir natiq qismində çıxış edərək, filmin çəkiliş ideyası, prosesi və bu yaradıcı işdən alınan təəssüratlarını bölüşdü. “Balet, ömrüm mənim” filmi Azərbaycan balet sənətinin müasir ənənələrinin təməl daşlarını qoymuş iki görkəmli sənətkar və ustad – Rəfiqə Axundova ilə Məqsud Məmmədovun həyat və yaradıcılıq yolunu işıqlandırır. Hər iki artistin uşaqlıq çağları, musiqi və balet təhsili, ilk müəllimlər və tamaşalar, müxtəlif illərdə çalışıb birlikdə işlədikləri baletlər – “Yeddi gözəl”, “İldırımlı yollarla”, “Məhəbbət əfsanəsi”, “Babək”, “Muğam”, “Xəzər balladası” balet tamaşalarından söz açılıb fraqmentlər göstərildi. Azərbaycan balet sənətinin görkəmli və parlaq ulduz alyansını təşkil edən bu artistlərin sənət dostları, həmkarları – Qara Qarayev, Vladimir Vasilyev, Yuriy Qriqoroviç, Mixail Lavrovskiy, Vyaçeslav Qordeyev, Yaroslav Sex, yazıçı Anar, xalq rəssamı Tahir Salahov, xalq artistləri - dirijor Rauf Abdullayev, Fidan Qasımova və digər həmkarların ürək sözləri ilə rəyləri səsləndi. Böyük maraqla və səmimi alqışlarla qarşılanan bu film festivalın balet sənətimizə dərin ehtiramla səslənən bir ithafı oldu.
Hamısını oxu
“1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı dövlətimizin və Prezidentimzin veteranlara olan diqqət və qayğısından xəbər verir”. Bunu saytımız açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 24 aprel 2026-cı il tarixli məlum Sərəncam vətən qarşısında xidmətləri olan şəxslərin illər, qərinələr sonra belə unudulmadığını, daim dövlətimizin diqqət mərkəzində olduğunu göstərir: “Hər il olduğu kimi bu il də Prezident İlham Əliyev İkinci Dünya müharibəsində iştirak edən şəxslərə, eləcə də həlak olan döyüşçülərin dul arvadlarına, həmçinin, arxa cəbhədəki xidmətlərinə görə orden və medallarla təltif edilən şəxslərə birdəfəlik maddi yardımın verilməsi ilə bağlı Sərəncam imzaladı. Ölkə başçısı bununla bir daha göstərdi ki, hər bir veteran, eləcə də onların ailə üzvləri daim dövlətin diqqət mərkəzindədir və onların vətən qarşısındakı xidmətlərindən uzun zaman ötməsinə baxmayaraq, bu xidmətlərin heç biri unudulmur, hər zaman minnətdarlıq hissi ilə yad edilir. Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq dövlət başçısının bu Sərəncamını veteranlarımızla yanaşı, həm də şanlı hərb tariximizə verilən böyük diqqət və yüksək qiymət kimi dəyərləndirir, buna görə Müzəffər Ali Baş Komandanımza öz təşəkkürümüzü bildiririk. Bu Sərəncam İkinci Dünya müharibəsində iştirak edən şəxslərin, eləcə də onların ailə üzvlərinin sosial rifahına maddi dəstək olmaqla yanaşı, mənəvi baxımdan da ciddi sitimuldur. Prezidentimiz tərəfindən veteranlarmıza göstərilən bu qayğı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından da mühüm rol oynayır ki, bu da milli-mənəvi dəyərlərimizin təbliği, xalqımızın və dövlətimizin gələcək təhlükəsizliyi baxımından olduqca önəmlidir. Bu nəcib, xeyirxah addıma görə bütün veteranlar adından bir daha Prezident İlham Əliyevə təşəkkür edir, Müzəffər Ali Baş Komandana dərin minnətdarlığımızı bildiririk”. Seymur ƏLİYEV
Hamısını oxu