Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Nəsimi rayonunda 20 Yanvar faciəsinin 33-cü ildönümü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları  şöbə müdiri, ehtiyyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 19 yanvar 2023 –ci il tarixində   Bakı şəhəri Nəsimi   rayonunda tədbir təşkil ediblər. Tədbir  Rövşən Nəsirov adına 111 saylı tam orta məktəbdə keçirilib.

20 Yanvar Ümumxalq Hüzn Günününün 33-cü  ildönümünə həsr edilmiş tədbirdə Nəsimi RV-nın sədri  Validə Vəliyeva, 20 yanvar faciəsi zamanı əlil olmuş Aydın Alıyev, məktəbin direktoru Jalə Hacıyeva, şagirdlər və müəllimlər iştirak ediblər.

Tədbiri məktəbin direktoru Jalə Hacəyeva açıb. O,qonaqları tədbir iştirakçılarına təqdim edib.

İlk öncə Azərbaycan RespublikasınınDövlət Himni səslənib, müstəqilliymiz uğrunda canlarından keçən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

Şagirdlər 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər söyləyiblər. Şagirdlərin çıxışlarından sonra soz qonaqlara verilib. Ehtiyyatda olan polkovnik Adil Haqverdiyev bildirib ki,

Sovet Ordusunun zabiti kimi Əfqanıstanda xidmətdə olub: “Mən də 20 Yanvar qırğınının canlı şahidiyəm. Xalqımıza qarşı törədilmiş qırğını Əfqanıstanın döyüş bölgələrində görmədim. Ordunun şəhərə ağır texnikalarla girməsi haqqında vətəndaşlarımızın xəbəri yox idi. Cinayətkarlar törədilmiş  qırğın xəbərinin yayılmaması üçün televiziya bulokunu partlatdılar. Soydaşlarımız böyük təşviş içərisində idilər. Rəhbər işçilər heç bir təşəbbüs göstərmirdilər. Xalqın ümid yeri, arxası görkəmli ziyallıları oldu. Onlar xalqın qarşısında öz etirazlarını bildirərək inandıqları Komunist Partiyası sıralarından çıxaraq partiya biletlərini yandırdilar. Xalqın ağır günündə Ulu Öndər Heydər Əliyev özünü, ailəsini təhlükəyə ataraq ailəsi ilə birlikdə  Moskva şəhərində Azərbaycanın Daimi Nümayəndəliyinə gedərək öz haqlı etirazını bildirdi.

Bu gün müstəqil bir ölkə kimi inamla irəliləyirik. Bizə bu müstəqilliyi yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm”.

Daha sonra 20 Yanvar iştirakçısı Aydın Alıyev və RVT-nın əməkdaşı Nəbi Hacıyev çıxış ediblər.  

Tədbirin sonunda  xatirə şəkli çəkilib.

 

2023-01-24 13:00:00
1064 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan Ordusu Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının 13 kəndini işğaldan azad edib

akı, 28 oktyabr, AZƏRTAC  Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Əbilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.

Hamısını oxu
İlk azərbaycanlı sərhədçi general

Mustafa Nəsirov 1921-ci il oktyabrın 25-də Dərbənddə anadan olub. Orduda xidmətə 1942-ci ilin yanvarında əsgər kimi başlayıb, 45 il orduda xidmət edib və general-mayor kimi istefaya gedib. Mustafa Nəsirov bütün həyatını bu şərəfli peşəyə həsr edib. Azərbaycan və Zaqafqaziya sərhəd dairələrinin qərargahlarında müxtəlif vəzifələrdə xidmət göstərib. Göytəpə Sərhəd Dəstəsinin qərargah rəisi və Neftçala Sərhəd Dəstəsinin rəisi vəzifələrində çalışıb. M.Nəsirov 1962-1968-ci illərdə Naxçıvan Sərhəd Dəstəsinin rəisi olub. 1968-ci ilin oktyabrından ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Zaqafqaziya Sərhəd Dairəsinin hərbi əməliyyat şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib. Nəsirov SSRİ DTK-nın sərhəd qoşunlarında bu qədər məsul post tutan ilk və yeganə azərbaycanlı olub. O, Azərbaycan Respublikasının ali qanunverici orqanına dəfələrlə deputat seçilib. Mustafa Nəsirov 1993-cü ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərhəd məsələləri üzrə baş məsləhətçisi təyin olunub və 1995-ci ilədək bu vəzifədə işləyib. 1987-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ilk sədri seçilən Mustafa Nəsirov ölkəmizdə veteran hərəkatının inkişafına böyük töhfələr verib. O, Respublika Müharibə Veteranları, Əmək və Silahlı Qüvvələri Şurasının sədri vəzifəsində çalışarkən hərbi-vətənpərvərlik fəaliyyəti ilə məşğul olub, ölkə veteranlarının problemlərini həll edib. O, ömrünün sonuna kimi ictimai-siyasi həyatda, veteran təşkilatlarının bütün tədbirlərində, eləcə də RF Əməkdaşlıq Xidmətinin nümayəndəliyində fəal iştirak edib. Nəsirov Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə, Vətən qarşısındakı xidmətlərinə görə Mustafa Nəsirov Azərbaycan Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb. General-mayor Nəsirov müstəqil Azərbaycanın sərhəd qoşunlarının yaradılmasının əsasında durub. Çoxsaylı hökumət mükafataları, orden və medalları ilə təltif olunub. Böyük Vətən müharibəsi veteranı, Azərbaycanın sərhəd qoşunları general mayoru Mustafa Nəsirov 91 yaşında vəfat edib. Bu böyük insanın xatirəsi daim veteranların qəlbində yaşayacaq. Allah rəhmət eləsin!

Hamısını oxu
72 gün sonra şəhid xəbəri gəldi

Azərbaycan Silahlı Qüvvəllərinin zabiti Vəliyev Vüsal İslam oğlunun şəhid olduğu müəyyənləşib. “Qafqazinfo” xəbər verir ki, yaxınlarının zabitlə əlaqəsi oktyabrın 2-də kəsilmişdi.  Murov zirvəsi uğrunda gedən döyüşlərdə şəhid olan mayorun cənazəsi sabah Naxçıvana yola salınacaq. Qeyd edək ki, Vəliyev Vüsal 1988-ci ildə Şərurun Dizə kəndində anadan olub. Nişanlı olan mayor Vəliyevin qarşıdakı aylarda toyu planlaşdırılırdı. Şəhid zabitin atası isə oğlunun itkin düşməsi xəbərinə dözməyib oktyabrın 13-də, övladı üçün ev tikmək məqsədilə aldığı torpaq sahəsində olarkən qəfil dünyasını dəyişib. Allah rəhmət eləsin!

Hamısını oxu
“Azərbaycanın xüsusi xidmət orqanları faşizm üzərində qələbəyə böyük töhfələr verib”

Cəlil Xəlilov: “Məmmədhüseyn Əsədov bu qəhrəmanlardan biri kimi hər zaman ehtiramla yad ediləcək” “Azərbaycanın xüsusi xidmət orqanları faşizm üzərində qələbəyə böyük töhfələr verib”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, İkinci Dünya müharibəsi dönəmində xüsusi xidmət orqanının əməkdaşı kimi faşizmə qarşı mübarizə aparan, böyük qələbəyə ciddi töhfələr verən bu şəxslərdən biri də Məmmədhüseyn Əsədov olub: “İkinci Dünya müharibəsi zamanı Azərbaycan xalqının yüz minlərlə nümayəndəsi əldə silah ön cəbhədə faşizmə qarşı mübarizə apardığı bir zamanda xüsusi xidmət orqanlarımızın yüzlərlə əməkdaşı dünyanın müxtəlif ölkələrində faşizmə qarşı mübarizədə aktiv iştirak edir, düşmənin təxribatçı planlarının qarşısının alınması istiqamətində böyük əzm ortaya qoyurdu. Azərbaycan xalqının bu qəbildən olan böyük oğullarından biri də Məmmədhüseyn Əsədov olub. İkinci Dünya müharibəsi zamanı İranda alman kəşfiyyatına qarşı əməliyyatların hazırlanmasında iştirak edən, düşmənin planlarını uğurla de-şifrə edərək bu barədə rəhbərliyi operativ şəkildə məlumatlandıran Məmmədhüseyn Əsədov, 1943-cü ilin Tehran görüşündə sadəcə öz adına deyil, Azərbaycan xüsusi xidmət orqanları adına böyük bir nailiyyətə imza atdı. Həmin vaxt SSRİ və onun müttəfiqlərinin İranda keçirilən görüşü zamanı faşistlərin sui-qəsd planı haqqında rəhbərliyi vaxtında məlumatlandıran Məmmədhüseyn Əsədov, bununla məlum sui-qəsdin qarşısının alınmasına nail olur. Məlumdur ki, əgər bu terror aktı reallaşsaydı, o zaman proseslər tamam fərqli məcrada inkişaf edə, dünya miqyasında hadisə və proseslərin gedişatını əhəmiyyətli dərəcədə dəyişdirə bilərdi”. Polkovnik qeyd edib ki, həm tariximizin təbliği, həm də erməni faşizminin yalan təbliğatının qarşısını almaq baxımından vacibdir: “Məmmədhüseyn Əsədov və onun kimi qəhrəmanların tarixi xidmətləri haqqında ictimaiyyətin məlumatlandırılması həm taiximizin təbliği, qəhrəmanlarımızın tanıdılması, həm də ermənilərin apardığı böhtan kampaniyasının, uydurma informasiyaların ifşası baxımından olduqca vacibdir. Bu gün Ermənistan bütün tarixi proseslər kimi, faşizmə qarşı sovet xalqlarının apardığı mübarizəni də saxtalaşdırmağa, ortaya qondarma qəhrəmanlar çıxarmağa çalışır. Məqsəd Ermənistanın faşizm üzərindəki qələbədəki rolunu şişirtmək, onun qələbədə daha böyük pay sahibi olduğu yalanını təbliğ etməkdir. Bu baxımdan Ermənistan beynəlxalq ictimai rəyə qondarma qəhrəmanlar təqdim edir ki, bunlardan da biri Qevork Vartanyandır. Nə qədər gülməli də olsa, erməni tarixçiləri iddia edir ki, guya 1943-cü ilin noyabrında müttəfiqlərin Tehrandakı görüşü zamanı faşistlərin terror aktının qarşısını alan Vartanyan olub. Halbuki, bunun yalan olduğu o dövrün əksər kəşfiyyatçıları tərəfindən açıq şəkildə gündəmə gətirilib. Onların açıqlamalarında, habelə tarixi sənədlərdə qeyd olunur ki, erməni kəşfiyyatçının işi 1943-cü ildə İrandakı ingilis kəşfiyaytçılarını izləmək, onlar haqqında məlumat toplamaq olub. Yəni onun faşistlərin sui-qəsd planı və bu planın qarşısının alınması ilə hər hansı əlaqəsi olmayıb. Vartanyan özü də 1999-cu ildə Moskvada keçirilən görüşdə Vartanyan SSRİ rəhbərliyi tərəfindən aldığı mükafatlara görə azərbaycanlılara borclu olduğunu bildirib.  Bütün bu faktlar onu göstərir ki, biz tariximizin hər bir sahəsi kimi həm də xüsusi xidmət orqanlarının tarixinin təbliğinə xüsusi fikir verməli, bu istiqamətdə daha böyük işlər görməliyik". Seymur ƏLİYEV

Hamısını oxu