Xarici Kəşfiyyat Xidmətinin rəisinə general-polkovnik ali hərbi rütbəsi verilib
Prezident İlham Əliyev Orxan Sultanova general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev Orxan Sultanova general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Fransa Prezidenti Emmanuel Makronun Ermənistana səfəri əsnasında iki ölkə arasında strateji tərəfdaşlıq bəyannaməsi imzalanıb. Həmçinin,Ermənistanın Müdafiə Nazirliyi İrəvanda Fransa şirkətləri ilə yeni hərbi müqavilələr imzalayıb. Fransanın “Airbus Helicopters” şirkəti ilə imzalanan müqavilə əsasən, Ermənistan ordusu üçün nəqliyyat helikopterləri idxal olunacaq. Fransanın “SOFEMA Group” şirkəti ilə isə müasir hərbi geyim və təchizatın alınmasına dair saziş bağlanıb. Xatırladaq ki, Ermənistan bundan öncə də Fransadan xeyli sayda zirehli maşın, artilleriya sistemləri və s. alıb. Makronun Ermənistana səfəri zamanı isə İrəvan öz hərbi təchizatını demək olar ki, Fransaya “həvalə edib”. Belə ki, artıq bundan sonra Ermənistan ordusunun nəqliyyat ehtiyacından tutmuş, geyim və digər texniki təchizatına qədər bir çox ehtiyacı Fransa tərəfindən qarşılanacaq ki, bu da ciddi yenilikdir. Bu, Rusiyaya açıq-aşkar arxa çevirən Ermənistanın Qərblə birmənalı yaxınlaşma xətti yürütdüyünü göstərir. Azərbaycan üçün isə işin daha maraqlı tərəfi İrəvanın silahlanma yanğısının heç cürə səngiməməsi, eyni vüsətlə davam etməsidir. Yada salaq ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın Fransa, Hindistan və s. ölkələrdən hərbi texnika idxalı pik həddə çatıb. Müharibənin başa çatmasından illər ötsə də, Ermənistanın silahlanma tempi nəinki azalmayıb, əksinə, artıb. Bu isə “Ermənistan bunca sürətlə niyə silahlanır” sualını avtomatik olaraq aktuallaşdırır. Çünki balaca Ermənistanın böyük silah ehtiyatına nəzər salanda insanda az qala belə bir təəssürat yaranır ki, İrəvan hasısa mistik qüvvələrin həmləsini dəf etməyə, yaxud UNO hücumuna hazırlaşır. Əgər belə olmasaydı, o zaman rəsmi İrəvan 44 günlük müharibədə darmadağın olan, hərbi potensialı ilə yanaşı, iqtisadi-maliyyə gücününü də önəmli bir qismini itirən ölkə kimi əsas diqqəti yeni silahların alınmasına deyil, çökən iqtisadiyyatın dirçəldilməsinə yönəldərdi. Hansı ki, bu gün biz tamamilə əks prosesi müşahidə etməkdəyik. Lakin Ermənistan bilməlidir ki, əgər bunca silah-sursat Azərbaycanla mümkün müharibə ehtimalı üçün yığılırsa, o zaman döyüş günü gələndə bu ehtiyatın İrəvana heç bir faydası olmayacaq. İrəvanın bunu anlaması üçün 44 günlük müharibəyə nəzər salması kifayətdir. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar AZCON Holdinqin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib. Ölkəmizin azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzülüb, onların xatirəsi ehtiramla yad olunub.
Hamısını oxu
Bakı, 8 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu və milli müdafiə naziri Hulusi Akarı qəbul edib. AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi: -Xoş gəlmisiniz, əziz qonaqlar. Bildiyiniz kimi, bu gün xalqımız üçün çox əziz bir gündür, tarixi bir gündür. Bu gün Şuşa şəhərinin azad edilməsi günüdür. Belə bir gündə bizimlə bərabər olmağınız xüsusi önəm daşıyır. Bu, növbəti qardaşlıq nümunəsidir, növbəti qardaşlıq təzahürüdür. Hər zaman olduğu kimi, yaxşı günlərdə də, ağır günlərdə də biz bir yerdəyik. Bu hadisə bir daha onu göstərir ki, bizim xalqlarımız bir-birinə nə qədər yaxındır, Türkiyə və Azərbaycan bir-birinə nə qədər doğmadır. Türkiyənin Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan son bir ay ərzində, ondan da çox bir müddət ərzində Azərbaycana dəfələrlə öz dəstəyini göstərmişdir, öz açıq ifadələri ilə siyasi, mənəvi dəstək verməklə bizə əlavə güc vermişdir. Eyni zamanda, siz – hörmətli müdafiə naziri, bizim digər qardaşlarımız dəfələrlə Azərbaycanın yanında olduğunuzu qeyd edirdiniz. Qeyd edirdiniz ki, Türkiyə Azərbaycanın yanındadır. Əlbəttə ki, bu açıqlamalar, bu siyasi və mənəvi dəstək bu münaqişənin həlli üçün də önəmli rol oynamışdır. Şəhərlərimizin, kəndlərimizin işğaldan azad edilməsi və bu gün Şuşa şəhərinin, qədim Azərbaycan şəhərinin azad edilməsi, əlbəttə ki, böyük tarixi hadisədir. Bu hadisəni bizimlə birlikdə belə canlı şəkildə qeyd etmək üçün Azərbaycana gəlməyiniz bizi çox məmnun edir. Bir daha sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu müddət ərzində bir daha bütün dünya, bizi istəyənlər və istəməyənlər gördülər ki, birliyimiz sarsılmazdır və əbədidir. Bu, belə də davam edəcək. Bir daha sizə təşəkkürümü bildirirəm, sizə “Xoş gəlmisiniz!” deyirəm. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dedi: -Bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirik, cənab Prezident. Biz hər zaman Bakıda və Sizin qəbulunuzda olmaqdan böyük məmnunluq hissi keçiririk. Amma bu gün xüsusilə çox məmnunuq. Çünki qəhrəman Azərbaycan Ordusu Ali Baş Komandan, Zati-alinizin rəhbərliyi ilə qədim Şuşa şəhərini işğalçı Ermənistandan geri alıb. Beləliklə, qəhrəman Azərbaycan Ordusunu, Ali Baş Komandan olaraq Sizi və bu çətin günlərdə, xüsusilə də Ermənistanın atdığı raketlərə baxmayaraq, ayaqda dayanan, Ali Baş Komandanının və onun qəhrəman ordusunun arxasında dayanan qardaş Azərbaycan xalqını cani-qəlbdən təbrik edirik. Hörmətli Prezidentimizin də salamlarını xüsusilə çatdırmaq istəyirəm. Belə bir əlamətdar gündə - Bayraq Günündə burada, Bakıda olmaqdan xüsusilə məmnunuq. Bizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Bir daha təbrik edirik, cənab Prezident. Prezident İlham Əliyev: Çox sağ olun. Əziz qardaşıma, hörmətli Prezidentə mənim də salamlarımı çatdırın. Bildiyiniz kimi, biz daim təmasdayıq, dünən də telefonla söhbət etdik. Yəni, daim əlaqədəyik və bu şəxsi əlaqələr, bizim aramızdakı bu dostluq, qardaşlıq əlaqələri ölkələrimiz arasındakı əlaqələrə də müsbət təsir göstərir. Bir daha təşəkkür edirəm
Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Xalq şairi Sabir Rüstəmxanlını doğum günü və “Şərəf” ordeni ilə təltif olunması münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir: “Hörmətli Sabir müəllim! Sizi doğum gününüz və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərinizə görə “Şərəf” ordeni ilə təltif edilməyiniz münasibətilə “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin Rəyasət Heyəti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Bu şərəfli təltif Sizin ana dilimizin, milli kimliyimizin və vətənpərvərlik ideyalarının təbliğinə həsr etdiyiniz yaradıcılıq yoluna və dövlətçiliyimizə olan sonsuz sədaqətinizə verilən ən yüksək qiymətdir. Veteranlarımız adından Sizə ulu Tanrıdan möhkəm cansağlığı, uzun ömür və Azərbaycan ədəbiyyatının inkişafı naminə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq”.
Hamısını oxu