Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Tarixi ədaləti bərpa edənlər əbədi yaşayacaqlar

Vətən müharibəsində xalqımızın qazandığı şanlı qələbə ulu öndərin yolunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. 30 il işğal altında olan torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası müstəqilliyimizin əbədi olduğunu bir daha təsdiq etdi. Bu mənada Vətən müharibəsi Azərbaycan tarixinin şanlı zəfər salnaməsidir. Bu salnaməni xalqımızın igid və mərd oğulları qanları ilə yazdı, xalqımız yüzlərlə şəhid verdi. Nəsillərdən-nəsillərə örnək olacaq bu salnamə həm də gənclərə vətənpərvərlik, torpaq sevgisi, birlik, həmrəylik örnəyidir. Müdafiə Nazirliyindən verilən məlumata görə, tarixi ədalətin bərpa olunmasında Naxçıvan oğulları da əsl qəhrəmanlıq göstərdilər.

 
Dekabrın 7-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimi olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə iştirak edib. Dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri və şəhidlərin ailə üzvləri tədbirdə iştirak ediblər. Şəhid olan hərbi qulluqçularımız Əliyev İbrahim Mustafa oğlunun və Məmmədov Sahil Rasim oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirildi. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ali Məclisin sədri şəhidlərin xatirəsinə ehtiramını bildirdi. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açıldı. Sonra “Qurani-Kərim”dən ayələr oxundu, şəhid cənazələrinin önündən keçildi. Şəhidlərin cənazələri doğulduqları kəndlərə yola salındı. Ali Məclisin sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verdi.  

2020-12-08 00:00:00
3448 baxış

Digər xəbərlər

Əbu-Dabi görüşü: Sülhə aparan yolun mühüm mərhələsi

Cənubi Qafqazda tarixi dönüş baş verir 2025-ci ilin iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə baş verən hadisə Cənubi Qafqaz tarixində yeni bir səhifənin başlanğıcını qoydu. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən beş saatlıq görüş bir çoxlarının mümkünsüz saydığı sülhün əlçatan olduğunu nümayiş etdirdi. Görüşdə Azərbaycan tərəfdən Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, baş nazirin müavini Mqer Qriqoryan və parlament sədrinin müavini Ruben Rubinyan iştirak ediblər. Ən mühüm razılaşmalardan biri sərhədlərin delimitasiyası məsələsi ilə bağlı oldu. Liderlər bu istiqamətdə əldə olunan irəliləyişləri yüksək qiymətləndirərək müvafiq dövlət qurumlarına əməli tədbirlərin davam etdirilməsi üçün göstəriş verdilər. Zəngəzur dəhlizi də müzakirələrin mərkəzində dayanan əsas məsələlərdən biri oldu. Artıq məlumdur ki, bu layihə yalnız regional deyil, qlobal maraq dairəsindədir. Moskva, Tehran, Brüssel və Vaşinqtonun maraq dairəsində olan bu yol, əslində yeni iqtisadi və siyasi düzənin əsas arteriyası ola bilər. Ermənistan öz suverenliyi və yurisdiksiyası çərçivəsində qərarlar qəbul etməkdə israrlıdır. Bu isə göstərir ki, dəhliz məsələsi yalnız infrastruktura deyil, siyasi iradəyə və beynəlxalq münasibətlərə dair ölçü daşıyır. Azərbaycanın mövqeyi birmənalıdır: bu dəhliz açılmalıdır. Lakin Rusiya, İran və digər aktorların mövqeləri hələ tam aydın deyil. ABŞ-ın dəhlizə nəzarət ehtimalı və beynəlxalq aktorların bu məsələdəki rolu isə danışıqlara yeni çalarlar gətirir.  Sülh müqaviləsinin 17 maddəsindən 15-nin razılaşdırılması, prosesin nə qədər yetkin mərhələyə çatdığını sübut edir. Əsasən qarşılıqlı iddialardan imtina, sərhəddə xarici qüvvələrin yerləşdirilməməsi, Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-in funksiyasını itirmiş Minsk Qrupunun ləğvi kimi məsələlər ön plandadır. Ən aktual məsələlərdən biri Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Ermənistan hələ də sənədlərində Azərbaycana qarşı ərazi iddialarına yer verir. Bunun dəyişməsi üçün referendumun keçirilməsi və ərazi bütövlüyünə dair açıq öhdəlik verilməsi vacibdir. Digər əsas məsələ isə ATƏT-in faktiki fəaliyyətsiz Minsk Qrupunun ləğvidir. Azərbaycan artıq bu qurumu tarixin arxivinə göndərməyi təklif edir. Azərbaycan danışıqlarda dəqiq, prinsipial və nəticəyönümlü yanaşma nümayiş etdirərək sülhə sadiqliyini növbəti dəfə ortaya qoydu. ABŞ Dövlət Departamenti, eləcə də Avropa İttifaqı prosesə açıq dəstək ifadə etdi. Aİ sözçüsü Anitta Hipperin fikirləri də bu mənada əlamətdardır: “Bu, regionda davamlı sülh və təhlükəsizliyin bünövrəsini qoyacaq”. Bu görüş bir daha sübut etdi ki, sülh üçün yalnız bəyanatlar deyil, konkret təkliflər, real zəmanətlər və davamlı dialoq tələb olunur. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan birbaşa və vasitəçisiz danışıqlar formatı  istər sərhədlərin razılaşdırılması, istər azad olunan kəndlərlə bağlı, istərsə də sülh müqaviləsinin detallarında regionda sabitliyin təməlini möhkəmləndirir. Əbu-Dabidə atılan addımlar gerçək barışa aparan yolun başlanğıcıdır. 30 illik münaqişənin, minlərlə insanın həyatına son qoyan faciələrin ardından gerçək sülh görünür. Ermənistan rəhbərliyi bu tarixi fürsəti əldən verməzsə, Cənubi Qafqaz bölünmədən əməkdaşlığa, şübhədən qarşılıqlı etimada keçid edə bilər. Görüş həm də iki lider arasında son vaxtlar müşahidə olunan gərginliklərin yumşaldılmasına və qarşılıqlı anlaşmanın inkişafına töhfə verdi. Dialoqun sakit, səmimi və konstruktiv atmosferdə keçməsi danışıqların məhsuldarlığını artırdı. Veteranlarımız və bütövlükdə cəmiyyətimizin müxtəlif təbəqələri Əbu-Dabi görüşünü Cənubi Qafqazda davamlı sülhə aparan yolun mühüm mərhələsi kimi qiymətləndirir və bu istiqamətdə atılan addımları alqışlayırlar. Veteranlar Əbu-Dabi görüşünü yüksək dəyərləndirərək bildirirlər ki, Prezident İlham Əliyev milli maraqları qətiyyətlə qoruyaraq xalqın etimadını bir daha doğrultdu. Onların fikrincə, bu liderlik təkcə bu günün yox, həm də gələcək nəsillərin sülh və sabitlik şəraitində yaşamaq haqqının təmin olunması istiqamətində atılmış strateji addımdır. Əbu-Dabi görüşü yalnız iki dövlətin deyil, bütün regionun taleyinə təsir göstərə biləcək əlamətdar bir diplomatik hadisə oldu. Əgər Ermənistan Azərbaycanın irəli sürdüyü təkliflərə konstruktiv cavab versə Cənubi Qafqazda yeni bir dövr başlanacaq. Bu dövr qarşıdurmanın deyil, qarşılıqlı əməkdaşlığın; daimi gərginliyin deyil, dayanıqlı sabitliyin dövrü ola bilər. Tarix yenidən - bu dəfə sülhün dili ilə yazılır.       Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
“Daha iki rayonla bağlı minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir”

Cəlil Xəlilov: “Bu diplomatik uğur yüzlərlə, minlərlə vətəndaşımızın həyatının qorunması baxımından da mühüm addımdır”   “Ermənistanın daha iki rayonun – Füzuli və Zəngilanın minalanmış xəritəsini Azərbaycana verməsi ölkə başçısının növbəti diplolmatik qələbəsidir və bu qələbə Ali Baş Komandanımızın gücündən, onun hərbi müstəvidəki uğurlarının diplomatik müstəvidə müvəffəqiyyətlə davam etdirildiyindən xəbər evrir”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu uğurların yaxın gələcəkdə davam edəcəyi şübhəsizdir:   “Azərbaycan daha iki rayonla bağlı xəritəni Ermənistandan almaqla sübut etdi ki, o, hərbi müstəvidə olduğu kimi, diplomatik müstəvidə də diktə edən tərəfdir və  Ermənistan bu müstəvidə də Azərbaycana müqavimət göstərə, öz şərtlərini diktə edə bilməz. Azərbaycan bütün sahələrdə olduğu kimi diplomatik müstəvidə diktə edən tərəfdir və öz maarqlarını qətiyyətlə müdafiə edir.   Bu baxımdan iki rayonunun minalanmış əraziləri ilə bağlı xəritələrin Azərbaycana verilməsi hərbi müstəvidəki zəfərimizin diplomatiik müstəvidə davamı hesab edilə bilər”.   Cəlil Xəlilov bildirib ki, bu uğur minlərlə insanın həyuatının xials edilməsi deməkdir:   “Minalanmış ərazilərin xəritəsinin əldə edilməsi yüzlərlə, minlərlə insanın həyatının xilas edilməsi baxımından da olduqca önəmlidir. Bildiyiniz kimi, müharibədən sonra bir çox vətəndaşımız Ermənistanın basdırdığı minalara düşərək həlak oldu və ya ağır xəsarətlər aldı. Mina xəritəsinin əldə edilməsi bu təhlükəni də aradan qaldırır. Buna görə də, ölkə başçısının bu uğurunu bütün aspektlərdən son dərəcə uğurlu addım və böyük müvəffəqiyyət hesab edilməldir”.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov şəhid və veteranların övladları ilə görüşüb

Yeni tədris ilinin başlanması münasibətilə uşaqlara dərs ləvazimatları və müxtəlif hədiyyələr təqdim edilib Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov şəhid və veteranın övladları ilə görüşüb, onlarla səmimi söhbət edib. Düşmən üzərindəki qələbənin məhz şəhidlərimizin və veteranlarımızın qəhrəmanlığı sayəsində əldə olunduğunu bildirən polkovnik Cəlil Xəlilov, onların övladlarının xalqımıza əmanət olduğunu bildirib. Yeni tədris ilinin başlanması münasibətilə uşaqlara dərs ləvazimatları və müxtəlif hədiyyələr təqdim edilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti  

Hamısını oxu
“Prezident İlham Əliyevin Berlin səfəri Azərbaycan-Almaniya münasibətlərində yeni səhifə açdı”

“Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Almaniya səfəri, səfər əsnasında imzalanan sənədlər dövlətimizin nüfuz və qüdrətinin təzahürüdür”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan Prezidentinin Almaniyada yüksək səviyyədə qarşılanması, dünya mediasının bu səfərə xüsusi diqqət yetirməsi Azərbaycanın “orta güc” statusuna malik dövlət kimi beynəlxalq arenada yüksələn imcindən xəbər verir: “Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsindən sonra iqtisadi və siyasi müstəvidə ciddi uğurlara imza atan Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqdadır. Avropanın 10-dan çox ölkəsi Azərbaycandan neft və qaz məhsulları idxal edir ki, bu da onların enerji təminatında mühüm rol oynayır. Bundan başqa, Azərbaycan beynəlxalq arenada özünün etibarlı və səmimi tərəfdaş kimi göstərib. Hansı ki, bu həqiqət dünya ldierləri tərəfindən də etiraf edilməkdədir. Bu baxımdan Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer tərəfindən xüsusi təntənə ilə qarşılanması, iki dövlət başçısı arasında keçirilən görüş, verilən açıqlamalar, imzalanan sənədlər dövlətlərarası münasibətlərin sürətlə inkişaf etdiyini göstərir. Bu fakt sübut edir ki, Azərbaycan Avropanın iqtisadi həyatındakı rolunu artırmaqda, beynəlxalq arenadakı mövqeyini gücləndirməkdədir. Prezident İlham Əliyevin Almaniya səfərində diqqət çəkən mühüm nüanslardan biri də Alman-Azərbaycan Biznes Şurasının (German-Azerbaijani Business Council – GABC) yaradılması haqqında Birgə Bəyannamə imzalanması oldu. Bu sənəd iki ölkə arasında iqtisadi münasibətlərin yeni institusional mərhələyə keçidiyini, dövlət qurumları ilə özəl sektor arasında sistemli, davamlı dialoq mexanizminin formalaşdığını göstərir. Bu, həm də Almaniyanın Azərbaycan iqtisdiyyatına artan marağından xəbər verir. Alman-Azərbaycan Biznes Şurasının formalaşması iki dövlət arasında həm siyasi, həm də iqtisadi münasibətlərin mahiyyətcə yeni mərhələyə keçdiyini isbatlayır. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri iki dövlət arasındakı münasibətlərin inkişafına töhfə verəcək, bu ölkələrin əməkdaşlıq tarixində yeni bir səhifə açacaq”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu