Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzillərlə təmin edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Lənkəran şəhərində bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzillərlə təmin edilib.  Bununla bağlı ƏƏSMN məlumat yayıb. Tədbirdə Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev iştirak ediblər.  

 
Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun cəmi 44 gün ərzində möhtəşəm qələbə əldə etməsindən, misilsiz rəşadətindən, Ermənistan ordusuna sarsıdıcı zərbələr vurmasından, ərazilərimizi işğaldan azad etməsindən qürurla bəhs ediblər. Bildiriblər ki, bu tarixi zəfərlə Azərbaycan öz gücünü, qüdrətini, xalqımızın sarsılmaz birliyini dünyaya nümayiş etdirdi. Gələcək nəsillər də daim bu qələbəmizlə fəxr edəcəklər.  Diqqətə çatdırılıb ki, mühüm sosial proqramlardan biri də şəhid ailələrinin və müharibə əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, onların yeni mənzillərlə təmin olunmasına yönəlib. Onlara 2018-ci ildə nəzərdə tutulduğundan üç dəfə çox olmaqla 626, ötən il 934 mənzil və fərdi ev verilib.  Dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə bu göstəricinin rekord səviyyəyə, yəni 1500-ə çatdırılması həmin kateqoriyalardan olan vətəndaşlara qayğının daim artmaqda olduğunu, sosial proqramların ildən-ilə əhəmiyyətli dərəcədə genişləndirildiyini göstərir. Onlardan 1050-dən çoxu artıq təqdim edilib.  Ümumilikdə isə şəhid ailələrinə və müharibə əlillərinə indiyədək 9000-ə yaxın mənzil və fərdi ev verilib. Dövlət başçısının onların sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının yaxşılaşdırılmasına xüsusi qayğısını vurğulayan şəhid ailələrinin üzvləri və müharibə əlilləri bu gün mənzillər və fərdi evlə təmin edilmələrindən sevinc hissi keçirdiklərini bildiriblər. Onlar bu yüksək qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.  

2020-12-08 00:00:00
3655 baxış

Digər xəbərlər

Düzgün idarəetmə Azərbaycanda terrorun qarşısını alır

"Azərbaycanın yeni "Qlobal Terrorçuluq İndeksi"ndə mövqeyini yaxşılaşdıraraq 98-ci yeri tutmasını yüksək qiymətləndirirəm. Bu göstərici görülən işlər nəticəsində ölkəmizdə ümumiyyətlə terror təhlükəsinin olmadığının bariz sübutudur”. Bu fikirləri SİA-ya açıqlamasında ehtiyatda olan polkovnik Cəlil Xəlilov açıqlamasında deyib. O bildirib ki, Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür və heç bir terror təhlükəsi yoxdur. Hüquq-mühafizə orqanları, xüsusi xidmət orqanlarının ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərin üzərində çox ciddi işlədiyini deyən polkovnik söyləyib ki, Azərbaycanda hər bir vətəndaşın təhlükəsizliyi yüksək səviyyədə qorunur: “Bu gün Azərbaycanın terrordan xilasının bir neçə səbəbi var. Bunlardan biri xalqın özüdür. Çünki, Azərbaycan xalqı heç zaman münaqişələri getmir və dövlətlər arasında nifaq salmaqda maraqlı deyil. Digər səbəb Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi yüksək səviyyəli daxili və xarici siyasət nəticəsində bütün millət və xalqların tolerant şəkildə yaşamasıdır. Həm azərbaycanlılar, həm də başqa millətlərin nümayəndələri ölkəmizdə eyni hüquqlara malikdir. Bütün bunlarla yanaşı, hüquq mühafizə orqanlarının apardığı profilaktik tədbirlər ölkəmizi terror təhlükəsindən qoruyan səbəblər sırasındadır”. Polkovnik qeyd edib ki, Azərbaycanda terrorun qarşısını alan əsas fəaliyyət ölkədə düzgün idarəetmə, təhlükəsizlik sisteminin olmasıdır: “Belə hadisələrin qarşısı dərhal alınır və hər hansı təhlükənin baş verməməsi istiqamətində bütün tədbirlər görülür. Bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda insanlar günün istənilən saatında rahat şəkildə çöldə gəzə, dincələ bilir. Bütün bunlar ölkədə hökm sürən əmin-amanlıqdan, sabitlikdən xəbər verir. C.Xəlilov əlavə edib ki, Azərbaycanı narahat edən əsas məsələlərdən biri Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə bu hadisələrin baş vermə ehtimalıdır: “Bu gün Dağlıq Qarabağda erməni terror təşkilatları tərəfindən terrorçular yetişdirilib, hazırlanmaqla yanaşı, kriminal aləmdə tanınan insanlar həmin ərazilərdə saxlanılır. Ən pisi isə onlar Ermənistanın maraqlarının həllinə yönəldilir. Bu azmış kimi işğal altında olan torpaqlarımızda narkotik bitkilər yetişdirilir və digər qanunsuz miqrant fəaliyyəti ilə məşğul olunur. Bu həm Azərbaycan, həmdə qonşu dövlətlər üçün təhlükə mənbəyidir. Dünya ölkələri buna birmənalı münasibət bildirərək, Ermənistandan nəzarət olunmayan ərazilərin işğaldan azad edilməsini tələb etməlidirlər”. Məlumat üçün nəzərinizə çatdıraq ki, Azərbaycan İqtisadiyyat və Sülh İnstitutu tərəfindən hazırlanan "Qlobal Terrorçuluq İndeksi"ndə mövqeyini yaxşılaşdıraraq 98-ci yeri tutub. İndeks ölkədə terrorçuluğun təsirini əks etdirir və sosial-iqtisadi şəraitin təhlilinə, həmçinin radikal cərəyanların yaranmasının geosiyasi amillərinə əsaslanır. Reytinqdə ilk yerləri terrorçuların fəaliyyəti və terrorizm təhdidinin daha yüksək olduğu, sonuncu yerləri isə daha aşağı olduğu ölkələr tutur. Azərbaycan siyahıda 138 ölkə arasında 98-ci yerdədir ki, bu da praktiki olaraq ölkədə ümumiyyətlə terror təhlükəsinin olmadığını göstərir. Bundan əvvəl ölkəmiz reytinqdə 95-ci idi. Bu göstərici ilə Azərbaycan regionun lideridir. Belə ki, Ermənistan 83-cü, Gürcüstan isə 89-cu mövqedədir. İlk üçlüyə İraq, Əfqanıstan və Nigeriya daxil edilib. ABŞ 20, Fransa 30, Rusiya 34, Almaniya isə terrorizm təhlükəsi baxımından 39-cu ölkədir. Postsovet ölkələrindən Ukrayna 21-ci, Tacikistan - 74, Qazaxıstan - 75, Qırğızıstan - 80, Moldova - 116, Özbəkistan - 132, Türkmənistan və Belarus isə 138-ci yerdə dayanır. Müəllif: Nailə Məhərrəmova

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında veteranlarla yazıçıların görüşü keçirilib

Görüşdə birgə əməkdaşlıq məsələləri müzakirə olunub Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında təşkilatın Rəyasət Heyətinin üzvləri ilə Azərbaycan Yazıçılar Birliyinin bir qrup nümayəndəsi arasında görüş keçirilib.  Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov cəmiyyətimizdə vətənprəvərlik tərbiyəsinin gücləndirilməsinin önəminə toxunub. O, qeyd edib ki, görüşün keçirilməsində əsas məqsəd Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Yazıçılar Birliyi arasında bu səpkidə birgə əməkdaşlıq həyata keçirmək, ortaq layihələr reallaşdırmaqdır. Tədbirdə çıxış edən yazıçı-publisist, Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçuyev vətənpərvərlik tərbiyəsinin təbliği istiqamətində birgə əməkdaşlığa ehtiyac olduğunu vurğulayıb. O, qeyd edib ki, veteranlarla yazıçıların ortaq iş birliyi Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunu daha da inkişf etdirə bilər ki, bu da milli maraqlarımızın etibarlı şəkildə müdafiəsi, gənclərin öz milli-mənəvi dəyərlərinə bağlı şəkildə yetişdirilməsi baxımından olduqca vacibdir. Görüşdə filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli, Əsilzadələr Məclisinin katibi, Yazıçılar Birliyi sədrinin müşaviri, yazıçı-tədqiqatçı  Sayman Aruz,  ədəbi tənqidçi, şair Əsəd Cahangir, şair-publisist Əkbər Qoşalı, yazıçı-publisist Aida Eyvazlı, şair-publisist Nuranə Nur, yazıçı-publisist Güləmail Murad, AZTV-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnar Məmmədli, xanəndə Arif Mehmandost, ehtiyatda olan polkovnik Fərhad Süleymanov və başqaları çıxış edərək maraqlı təkliflər səsləndiriblər.  Sonda irəli sürülən təkliflərin dəyərləndirilməsi və yaxın gələcəkdə də oxşar görüşlərin keçirilməsi qərara alınıb. Seymur ƏLİYEV  

Hamısını oxu
İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanında

Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şəhidlər xiyabanında olub və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil, Birinci vitse-prezident Mehriban Əliyeva gül dəstəsi qoyublar. Azərbaycanın dövlət himni səsləndirilib.

Hamısını oxu
Rusiyada beynəlxalq festivalı Azərbaycan teatrının tamaşası ilə açıb

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının kollektivi bu il dahi rus şairi Aleksandr Puşkinin anadan olmasının 225 illiyinə həsr olunmuş “Rusiyada görüşlər” adlı XXVI Beynəlxalq Rus Teatrları Festivalında böyük uğurla çıxış edib.Festival Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, Özbəkistan və digər ölkələrin kollektivlərinin iştirakı ilə Sankt-Peterburqda (Rusiya) “Baltic House” teatr-festivalında keçirilir. Beynəlxalq festival “Puşkin əbədi” devizi altında keçirilir və buna görə də orada göstərilən tamaşaların əksəriyyəti rus şairinə həsr olunub və onun nəsri, poeziyası və ədəbiyyatı əsasında hazırlanıb.Festivalı Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının kollektivi Sankt-Peterburq rejissoru İqor Konyayevin quruluşunda “Kapitan qızı” tamaşası ilə açıb. Tamaşa “Sankt-Peterburq teatr emalatxanaları” beynəlxalq layihəsi çərçivəsində Sankt-Peterburqun Xarici Əlaqələr Komitəsi, Rusiya Teatr Xadimlərinin Xaricdə Assosiasiyası və “Baltik Evi” Teatr-Festivalının birgə təşkilatçılığı ilə səhnələşdirilib. Tamaşanın Bakıda premyerası 2023-cü ilin iyununda olub. "Kapitan qızı" Aleksandr Puşkinin tarixi hekayəsidir, onun hərəkəti II Yekaterinanın dövründə Emelyan Puqaçovun üsyanı zamanı baş verir. Əsərdə şərəf və vəzifə mövzusu qırmızı xətt kimi keçir.  Festivalın açılışında tamaşanın nümayişi ictimaiyyətdə böyük maraq doğurmuş, Azərbaycan aktyorlarının çıxışı gurultulu alqışlarla qarşılanmış və çoxlu müsbət rəylər almışdır. Qeyd edək ki, festivalın açılışından əvvəl mətbuat konfransı keçirilib və festivalın rəhbəri, “Baltic House” Teatr-Festivalının baş direktoru Sergey Şub, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar Xadim Azərbaycan Mədəniyyət naziri Ədalət Hacıyev, o cümlədən festivalda iştirak edən digər teatrların rəhbərləri.  Mətbuat konfransında Ədalət Hacıyev qeyd edib ki, azərbaycanlı aktyorlar İqor Konyayevlə böyük məmnuniyyətlə çalışıblar.“Kapitan qızı” tamaşası bizim teatrın bütün tamaşaçılarını bir araya gətirir”, - deyə Ədalət Hacıyev vurğulayıb.  Mənbə: azadmedia.az

Hamısını oxu