Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

16 dekabr – Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günüdür!

16 dekabr - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günüdür. Bu gün münasibətilə Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov şəxsən öz adından və çoxsaylı veteranlar adından Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi başda olmaqla bütün əməkdaşlarını təbrik edir, ölkə əhalisinin həyat fəaliyyətinin, ərazilərin, dövlət əmlakının və fərdi mülkiyyətin təhlükəsizliyinin təmin olunması sahəsində apardıqları xidmətdə uğurlar arzulayır.

2020-12-16 00:00:00
3790 baxış

Digər xəbərlər

Cəlil Xəlilov: Seçki prosesi vətəndaşların yüksək fəallığı ilə müşahidə olunur

Respublika Veteranlar Təşkilatının 700-dək üzvü respublikamızın hər tərəfində prezident seçkilərini müşahidə edir Bakı, 7 fevral, AZƏRTAC Bu gün respublikamızda keçirilən prezident seçkilərində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı yüzlərlə müşahidəçi ilə iştirak etməklə, seçki prosesini yaxından izləyir. Seçki prosesi ilə bağlı AZƏRTAC-a açıqlamasında təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov vətəndaşların seçkilərdə aktiv şəkildə iştirak etdiyini, heç bir pozuntunun müşahidə olunmadığını bildirib: “Respublika Veteranlar Təşkilatı hər zaman respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edib, ölkədaxili proseslərə töhfəsini verməyə çalışıb. Mənim üçün qürurvericidir ki, bu gün təşkilatımızın 700-dək üzvü respublikamızın hər tərəfində prezident seçkilərini müşahidə edir”. Onun sözlərinə görə, bu gün Bakı, Şuşa, Xankəndi, Quba, Lənkəran, Naxçıvan və digər yerlərdə veteran-müşahidəçilər missiyalarını böyük qürur və iftixar hissi ilə yerinə yetirir. O özü müşahidəçi kimi 9 seçki məntəqəsində olub, seçkilərin gedişatını yaxından izləyib. “Gördüklərim onu deməyə əsas verir ki, vətəndaşlarımız seçkilərdə fəal şəkildə iştirak edir. Bütün seçki məntəqələrində ciddi seçici aktivliyi müşahidə olunur. İnsanlar çox həvəslə seçkiyə gəlir, istədikləri namizədə səs verirlər. Mən respublikamızın digər şəhər və rayonlarında müşahidəçilik missiyasını həyata keçirən veteranlarımızla da mütəmadi şəkildə əlaqə saxlayıram. Yerlərdən gələn məlumatlar da təsdiq edir ki, seçki prosesi yüksək səviyyədə təşkil olunub və mühüm seçici aktivliyi ilə diqqət çəkir. Seçkilərdə hər hansı pozuntu müşahidə edilməyib. Seçki prosesi yüksək əhval-ruhiyyədə, demokratik ruhda davam edir. İnanıram ki, bu xoş, gözəl, qürurverici mənzərə günün sonuna kimi heç bir pozuntu olmadan davam edəcək, Azərbaycan xalqı öz iradəsini qətiyyətlə ortaya qoyacaq”, - deyə təşkilatın sədr müavini vurğulayıb.

Hamısını oxu
“Heydər Əliyev-100: Xalqa mənsub olan həyat” mövzusunda konfrans keçirilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev-100: Xalqa mənsub olan həyat” adlı konfrans keçirilib. Konfransda ölkə ziyalıları, bir sıra dövlət qurumlarının nümayəndələri, müxtəlif kateqoriyadan olan veteranlar, media mənsubları, vətəndaş cəmiyyəti institutunun təmsilçiləri, kursant və  hərbçilər iştirak edib.  Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov açıb. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.  Polkovnik Cəlil Xəlilov çıxışında Heydər Əliyevin Azərbaycan xalqının həyatındakı tarixi roluna diqqət çəkib, milli dövlətçiliyimizin qorunub saxlanılması, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, təhlükəsizliyinin gücləndirilməsi istiqamətində yürütdüyü siyasətdən danışıb. TədbirdəAzərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri professor Namiq Əliyev, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Akademiyasının rəhbəri Kollegiyanın üzvü, professor, hüquq elmləri doktoru Əmir Əliyev, Azərbaycan Tibb Universitetinin İctimai fənnlər kafedrasının müdiri pofessor Qoşqar Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Seymur Şeydayev, Təşkilatın Rəyasət Heyətinin üzvü, I Qarabağ müharibəsi veteranı, DİN VT-nın  sədri, i/o  polis polkovniki  Fərhad Süleymanov və digər qonaqlar iştirak edib. Konfransda çıxış edən professor Namiq Əliyev, professor Əmir Əliyev, pofessor Qoşqar Əliyev, polkovnik Seymur Şeydayev Ulu öndər Heydər Əliyevin sözün həqiqi mənasında öz ömrünü xalqımızın rifahı, dövlətimizin təhlükəsizliyinə həsr etdiyini bildirib, Ümummilli liderlə bağlı maraqlı faktlara toxunublar. Konfransda yeni nəşr edilən, polkovnik Cəlil Xəlilovun müəllifi olduğu və Ulu öndər Heydər Əliyevə həsr olunan “Xalqa mənsub olan həyat” kitabı da tədbir iştirakçılarına paylanılıb. Konfransda çıxış edənlər “Xalqa mənsub olan həyat” kitabının tariximizin təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini, gənc nəslin bu cür kitablara böyük ehtiyacının olduğunu bildirib. Sonda polkovnik Cəlil Xəlilov tədbir iştirakçılarına öz təşəkkürünü bildirib, xatirə şəkli çəkilib.    

Hamısını oxu
Kəlbəcər Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib

Veteran.gov.az xəbər verir ki, sentyabrın 30-da Kəlbəcər Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Kəlbəcər Rayon İcra Hakimiyyətinin akt zalında baş tutan tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları və ziyalıları, Kəlbəcər RİH-in məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. İlk öncə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının və ötən dövr ərzində vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, öz sıralarında elm, mədəniyyət və incəsənət adamlarını, ictimai-siyasi xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurasında son illərdə millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi altında ciddi canlanma hiss edilir. Ağsaqqallar cəmiyyətimizin, xüsusilə də yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirirlər. Azərbaycan Ağsaqqallar Şurasının ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edərək öz fəaliyyətini bir çox istiqamətlərdə qurduğunu vurğulayan Həbib Misirov qeyd edib ki, təşkilatda təmsil olunan bütün respublika ağsaqqalları kimi, Kəlbəcər rayonunun ağsaqqalları ulu öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini dəstəkləyir, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə öz qüvvə, bilik və bacarıqlarını əsirgəmirlər.   Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, regionun kuratoru Bayram Yusifov konfrans  iştirakçılarına Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını çatdırıb, göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Kəlbəcərin düşmən tapdağından azad edilməsi münasibətilə kəlbəcərliləri ürəkdən təbrik edərək növbəti tədbirlərin Azərbaycanın o sazlı-sozlü cənnət guşəsində keçirilməsini arzulayıb. O, 44 günlük Vətən müharibəsindəki möhtəşəm Qələbəmizdən, əsgər və zabitlərimizin şücaətindən, müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz hərbi və siyasi istedadından bəhs edib. Vurğulayıb ki, Azərbaycanın qəhrəman övladları könüllü olaraq Vətən müharibəsində iştirak etmək üçün böyük ruh yüksəkliyi ilə səfərbəlik məntəqələrinə axışırdılar. O, Kəlbəcərin mərd oğullarının da cəbhənin ön sıralarında vuruşduqlarını bildirib. Çıxışında ağsaqqal sözünün, ağsaqqal xeyir-duasının xalqımız üçün hər zaman böyük əhəmiyyət daşıdığını qeyd edən natiq ulu öndər Heydər Əliyevin ağsaqqallar haqqındakı tarixi “Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur” fikrini bir daha xatırladıb. Bayram Yusifov daha sonra ağsaqqalların səmərəli fəaliyyətindən, ölkəmizin ictimai-siyasi həyatındakı rolundan, həmçinin onlara göstərilən dövlət qayğısından da danışaraq, bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib. Həmçinin gənclərimizin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyacın olduğunu, onların üzərinə böyük məsuliyyətin düşdüyünü vurğulayıb. Sonra təşkilati məsələlər müzakirə olunub. Kəlbəcər Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib. Ziyalı, şair-publisist, el ağsaqqalı Vəliyəddin İsmayılov Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri seçilib. İclasda, həmçinin Rayon Ağsaqqallar Şurasının İdarə Heyəti və Təftiş Komissiyası da formalaşdırılıb. Konfransda rayon ağsaqqalları, ziyalılar və digər natiqlər də çıxış edərək yeni seçilmiş sədrə və heyətə uğurlar arzulayıblar, onların ölkəmizin, o cümlədən rayonun ictimai-mədəni həyatında yaxından iştirak edərək səmərəli fəaliyyət göstərəcəklərinə əmin olduqlarını vurğulayıblar. Belə yüksək səviyyəli tədbirlərin keçirilməsinə, habelə ağsaqqallara ayrılan diqqət və qayğıya görə öz təşəkkürlərini bildiriblər. Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədri Vəliyəddin İsmayılov göstərilən etimada görə minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Konfransdan sonra Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Azərbaycan Ağsaqqallar Şurasının rəsmi şəxslərini və rayon ağsaqqallarını qəbul edib. Kəlbəcər Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək onlara gələcək  fəaliyyətlərində uğurlar arzulayıb. Xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsinin və məsləhətinin əhəmiyyətini vurğulayan icra başçısı rəhbər təyin olunduğu ilk gündən mütəmadi olaraq ağsaqqallarla görüşdüyünü, hər zaman onların xeyir-duasını aldığını, ağsaqqal məsləhətinə, tövsiyəsinə əməl etdiyini diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  cəmiyyətimizdə ağsaqqalların roluna çox böyük önəm verdiyini,  onların tariximizin bütün dövrlərində öz sözlərini dediklərini qeyd edib.  

Hamısını oxu
Güləşçilərimizdən tarixi uğur: Millimiz Avropa üçüncüsü oldu

Veteran.gov.az awf.az-a istinadən xəbər verir ki, Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb. Qitə birinciliyinə böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyevlə Həsən Əliyevin rəhbərliyi altında qatılan müvafiq millimiz uğurlu nəticəyə imza atıb. Belə ki, məsul yarışda mübarizə aparan 6 güləşçimizdən 5-i fəxri kürsüyə qalxıb. Nihat Məmmədli (60 kq) və Xasay Həsənli (77 kq) Plovdivdə himnimizi səsləndirib. Ziya Babaşov (63 kq) ikinci, Laçın Vəliyevlə (87 kq) Sərxan Məmmədov (130 kq) isə üçüncü yeri tutub.Beləliklə, Bolqarıstanda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız 102 xalla komanda hesabında Avropa üçüncüsü olub. Gürcüstan (138) birinci, Türkiyə (133) isə ikinci pillədə qərarlaşıb.

Hamısını oxu