Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlil Xəlilov: Seçki prosesi vətəndaşların yüksək fəallığı ilə müşahidə olunur

Respublika Veteranlar Təşkilatının 700-dək üzvü respublikamızın hər tərəfində prezident seçkilərini müşahidə edir

Bakı, 7 fevral, AZƏRTAC

Bu gün respublikamızda keçirilən prezident seçkilərində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı yüzlərlə müşahidəçi ilə iştirak etməklə, seçki prosesini yaxından izləyir.

Seçki prosesi ilə bağlı AZƏRTAC-a açıqlamasında təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov vətəndaşların seçkilərdə aktiv şəkildə iştirak etdiyini, heç bir pozuntunun müşahidə olunmadığını bildirib: “Respublika Veteranlar Təşkilatı hər zaman respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edib, ölkədaxili proseslərə töhfəsini verməyə çalışıb. Mənim üçün qürurvericidir ki, bu gün təşkilatımızın 700-dək üzvü respublikamızın hər tərəfində prezident seçkilərini müşahidə edir”.

Onun sözlərinə görə, bu gün Bakı, Şuşa, Xankəndi, Quba, Lənkəran, Naxçıvan və digər yerlərdə veteran-müşahidəçilər missiyalarını böyük qürur və iftixar hissi ilə yerinə yetirir. O özü müşahidəçi kimi 9 seçki məntəqəsində olub, seçkilərin gedişatını yaxından izləyib.

“Gördüklərim onu deməyə əsas verir ki, vətəndaşlarımız seçkilərdə fəal şəkildə iştirak edir. Bütün seçki məntəqələrində ciddi seçici aktivliyi müşahidə olunur. İnsanlar çox həvəslə seçkiyə gəlir, istədikləri namizədə səs verirlər.

Mən respublikamızın digər şəhər və rayonlarında müşahidəçilik missiyasını həyata keçirən veteranlarımızla da mütəmadi şəkildə əlaqə saxlayıram. Yerlərdən gələn məlumatlar da təsdiq edir ki, seçki prosesi yüksək səviyyədə təşkil olunub və mühüm seçici aktivliyi ilə diqqət çəkir.

Seçkilərdə hər hansı pozuntu müşahidə edilməyib. Seçki prosesi yüksək əhval-ruhiyyədə, demokratik ruhda davam edir. İnanıram ki, bu xoş, gözəl, qürurverici mənzərə günün sonuna kimi heç bir pozuntu olmadan davam edəcək, Azərbaycan xalqı öz iradəsini qətiyyətlə ortaya qoyacaq”, - deyə təşkilatın sədr müavini vurğulayıb.

2024-02-07 14:16:35
3332 baxış

Digər xəbərlər

Böyük dövlətlərin münaqişə poliqonu

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov xüsusi dövlət mühafizəsi əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edib

Bu münasibətlə Moderator.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov xüsusi dövlət mühafizəsi əməkdaşlarını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb:   “Peşə bayramı münasibəti ilə başda hörmətli general-polkovnik Bəylər Əyyubov olmaqla,  xüsusi dövlət mühafizəsi sahəsində çalışan bütün əməkdaşları təbrik edir, onlara xidməti fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.   Heç kimə sirr deyil ki, xüsusi dövlət mühafizəsi əməkdaşları müstəqilliyimizin ilk illərindən etibarən dövlət əhəmiyyətli strateji obyektlərin, o cümlədən dövlət rəhbərliyinin təhlükəsizliyini böyük uğurla təmin etmiş, onlara göstərilən etimadı tamamilə doğrultmuşdur. Vaxtı ilə Ulu öndər Heydər Əliyevin təhlükəsizliyini etibarlı şəkildə təmin edən xüsusi dövlət mühafizəsi əməkdaşları, bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təhlükəsizliyini yüksək peşəkarlıqla qorumaqda, starateji obyektlərin təhlükəsizliyini təmin etməkdədir. Xüsusi dövlət mühafizəsi əməkdaşları 44 günlük Vətən müharibəsində də xüsusi səriştə və fədakarlıq nümunəsi ortaya qoymuş, xalqımız və dövlətimiz üçün çətin məqamda onlara tapşırılan hər bir işin öhdəsindən yüksək səviyyədə gələrək qələbəmizə böyük töhfə bəxş etmişdir. Bizim üçün qürurvericidir ki, onlar öz peşəkarlıqları, dövlətə, xalqa sədaqətləri ilə dünyadakı analoqları üçün də nümunə olmaqda, örnək təşkil etməkdədir.   Əminəm ki, bugünə qədər olduğu kimi bundan sonra da xüsusi dövlət mühafizəsi əməkdaşları onlara göstərilən etimadı doğruldacaq, dövlətimizin, onun rəhbərliyinin təhlükəsizliyini təmin etmək üçün heç bir fədakarlıqdan çəkinməyəcəkdir.   Peşə bayramınız mübarək olsun!”   Seymur ƏLİYEV

Hamısını oxu
Русский дом в Баку

13 февраля в Русском доме в Баку прошла лекция заместителя руководителя Союза ветеранов Азербайджана Джалила Халилова, посвященная дважды Герою Советского Союза, генерал-майору танковых войск Ази Асланову. Мероприятие организовано Ассоциацией русской молодежи Азербайджана совместно с Союзом ветеранов при поддержке Русского дома. В лекции приняли участие студенты, школьники и представители молодежных организаций. Были обсуждены темы вклада Азербайджана и азербайджанцев в Победу в Великой Отечественной войне и сохранения исторической памяти о героях, павших во имя спасения Родины от фашизма.  

Hamısını oxu
Qobuda şəhid ailələri və veteranlar üçün xeyriyyə aksiyası keçirilib

Qobu qəsəbəsində məskunlaşan müharibə, əmək və Silahlı Qüvvələr  veteranlarının bir qrup üzvü millət vəkili Nigar Məmmədovaya müraciət edərək qəsəbədəki şəhid ailələrinin, qazi və ahıl vətədaşların səhiyyə xidmətlərinə əlçatanlığına köməklik göstərilməsini xahiş edib. Vətəndaşların müraciətini nəzərə alan 48 saylı Abşeron rayon seçki dairəsindən Milli Məclisə deputat seçilən Nigar Məmmədovanın təşəbbüsü və “Universal” hospitalın baş həkimi, tibb elimləri doktoru professor Aytən Sultanovanın rəhbərliyi ilə göz xəstəlikləri üzrə xeyriyyə tədbrinə başlanılıb.. Dairəyə daxil olan  Abşeron rayon qəsəbə və kəndlərini əhatə edən aksiyaya oktyabr 21 - də Qobu qədəbəsində start verilib. Səmimi və mehriban munasibəti ilə diqqət çəkən tibbi personal müraciət edənləri məmuniyyətlə qəbul edərək  müayinədən kecirib, müalicəyə ehtiyacı olanlara reseptlər yazıb. Əməliyyata ehtiyacı olanlar isə hospitala dəvət edilib. Millət vəkili Nigar Məmmədova eyni zamanda Qobu qəsəbəsindəki “Sənətkarlıq evi”ndə seçicilərlə görüşb, onların şikayətlərini dinləyib, qaldırılan məsələlərin aidiyyatı strukturlara çatdıracağını bildirib. Qobu qəsəbə müharibə, əmək və Silahlı Qüvvələri veteranları millət vəkili Nigar Məmmədovaya və hospitalın baş həkimi professor Aytən Sultanovaya təşəkkür edib, minnətdarlığını bildirib. Xatırladaq ki, xeyriyyə aksiyasının dairənin başqa yaşayış məntəqələrində də keçirilməsi nəzərdə tutulub. Seymur ƏLİYEV    

Hamısını oxu