Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qobuda şəhid ailələri və veteranlar üçün xeyriyyə aksiyası keçirilib

Qobu qəsəbəsində məskunlaşan müharibə, əmək və Silahlı Qüvvələr  veteranlarının bir qrup üzvü millət vəkili Nigar Məmmədovaya müraciət edərək qəsəbədəki şəhid ailələrinin, qazi və ahıl vətədaşların səhiyyə xidmətlərinə əlçatanlığına köməklik göstərilməsini xahiş edib.

Vətəndaşların müraciətini nəzərə alan 48 saylı Abşeron rayon seçki dairəsindən Milli Məclisə deputat seçilən Nigar Məmmədovanın təşəbbüsü və “Universal” hospitalın baş həkimi, tibb elimləri doktoru professor Aytən Sultanovanın rəhbərliyi ilə göz xəstəlikləri üzrə xeyriyyə tədbrinə başlanılıb.. Dairəyə daxil olan  Abşeron rayon qəsəbə və kəndlərini əhatə edən aksiyaya oktyabr 21 - də Qobu qədəbəsində start verilib.

Səmimi və mehriban munasibəti ilə diqqət çəkən tibbi personal müraciət edənləri məmuniyyətlə qəbul edərək  müayinədən kecirib, müalicəyə ehtiyacı olanlara reseptlər yazıb. Əməliyyata ehtiyacı olanlar isə hospitala dəvət edilib.

Millət vəkili Nigar Məmmədova eyni zamanda Qobu qəsəbəsindəki “Sənətkarlıq evi”ndə seçicilərlə görüşb, onların şikayətlərini dinləyib, qaldırılan məsələlərin aidiyyatı strukturlara çatdıracağını bildirib.

Qobu qəsəbə müharibə, əmək və Silahlı Qüvvələri veteranları millət vəkili Nigar Məmmədovaya və hospitalın baş həkimi professor Aytən Sultanovaya təşəkkür edib, minnətdarlığını bildirib.

Xatırladaq ki, xeyriyyə aksiyasının dairənin başqa yaşayış məntəqələrində də keçirilməsi nəzərdə tutulub.

Seymur ƏLİYEV

 

 

2024-10-25 10:41:22
2487 baxış

Digər xəbərlər

Bələdiyyə sədri və keçmiş icra nümayəndəsi həbs edildi

Ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişafın mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən daim diqqət mərkəzində saxlanılmaqla korrupsiya hüquqpozmalarına qarşı kəsərli və ardıcıl mübarizə tədbirləri davam etdirilir. Bu barədə Publika.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, həyata keçirilməkdə olan belə tədbirlərin davamı kimi, Zərdab rayonu, Yarməmmədbağı bələdiyyəsinin sədri vəzifəsində işləyən Xəlilov Sahib Osman oğlu və Zərdab rayon İcra Hakimiyyəti başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Xəlilov Rahib Yediyar oğlunun bələdiyyəyə məxsus 74 hektar torpaq sahəsini tərtib etdikləri 2007-ci il tarixli saxta icarə müqaviləsi əsasında 25 il müddətinə (2007-ci il tarixdən 2032-ci il tarixədək) icarəyə verilməsi müqabilində vətəndaşdan 10 min manat pul vəsaitini rüşvət qismində istəmələri barədə müraciət əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparlıb. Daxil olan məlumat əsasında Baş İdarənin əməliyyat qurumları tərəfindən həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri ilə Sahib Xəlilov və Rahib Xəlilovun qeyd edilən 10 min manat məbləğinin 500 manatını 18.07.2020-ci il tarixdə tanışlarının adına olan “Kapital bank” ASC-yə məxsus plastik karta yüklənməsinə nail olmaqla, habelə, qalan məbləğin 1.500 manatını isə 22.07.2020-ci il tarixdə Zərdab rayonu, Aşağı Seyidlər kəndində almaları təsbit edilmiş, həmin şəxslər 28 iyul 2020-ci il tarixdə vətəndaşdan tələb etdikləri məbləğin 5 min manatını Zərdab rayonu ərazisində yerləşən kafelərdən birində alarkən cinayət başında yaxalanıblar. Göstərilən faktlar əsasında 28 iyul 2020-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə külli miqdarda maddi neməti rüşvət qismində istəməklə alma) və 313-cü (vəzifəli şəxs tərəfindən tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmə) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Xəlilov Sahib Osman oğlu və Xəlilov Rahib Yediyar oğlunun Cinayət Məcəlləsinin həmin maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən sonuncular 28 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hamısını oxu
“Bu cür tədbirlər milli-mənəvi dəyərlərimiz təbliği, vətənpərvərlik nümunəsidir”

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də Anım Günü münasibətilə Novxanı və Binəqədidə şəhid ailələri və qazilərin iştirakı ilə ehsan süfrələri verilib, şəhid məzarları ziyarət olunub. (https://veteran.gov.az/az/news/3040-novxanida-27-sentyabr-anim-gunu-ile-bagli-sehid-mezarlari-ziyaret-olunub-ehsan-sufresi-verilib ). İş adamı Cəlil Nağıyev tərəfindən təşkil edilən ehsan süfrələrində ümumilikdə 400 nəfər iştirak edib ki, onların arasında həssas kateqoriyadan olan vətəndaşlar üstünlük təşkil edib. Veteran.gov.az-a açıqlamasında bu cür tədbirlərin önəminə diqqət çəkən millət vəkili Elman Məmmədov, belə addımların milli-mənəvi dəyərlərimizin təbliği baxımından mühüm önəm kəsb etdiyini bildirib: “Bu cür tədbirlərin təşkili şəhid ailələri və qazilərə qayğı nümunəsi olmaqla yanaşı, həm də milli-mənəvi dəyərlərimizin təbliği, vətənpərvərlik nümunəsidir. Azərbaycanda hər zaman şəhid ailələrinə böyük ehtiram hissi ilə yanaşılıb, şəhidlərin xatirəsi əziz tutulub. Bu, bizim dövlət siyasətimizdə də öz əksini tapıb. Bu gün Azərbaycan şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dünyanın ən qabaqcıl ölkələrindən biridir. Sevindiricidir ki, dövlətimizin bu siyasəti yerlərdə iş adamları tərəfindən də dəstəklənməkdə, təbliğ olunmaqdadır. Anım Günü ilə bağlı şəhid ailələri və qazilərin iştirakı ilə ehsan süfrələrinin təşkili, şəhid məzarlarının ziyarət olunması şəhdilərimizə olan sonsuz sevgi və ehtiramdan xəbər verir. Bu kimi tədbirlər göstərir ki, Azərbaycan xalqı öz şəhidlərini heç vatx unutmur, onların xatirəsini əziz tutur, onların həyat və döyüş yolunun təbliğinə ciddi önəm verir”. Seymur ƏLİYEV

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri dövlət başçısını təbrik edib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı, Prezident təqaüdçüsü  Fatma Səttarova dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:   “Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan!   Sizin qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə bizim üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşıyır.   Sizi, ərazilərimizin işğaldan azad edilməsini və ərazi bütövlüyümüzün bərpasını təmin edib türk birliyinə mühüm töhfə verərək bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Türkdilli ölkələrin Dövlət Başçıları Şurası tərəfindən “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.    Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yol da açılıb.   Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan!   Sizi bir daha təbrik edirəm. Sizə möhkəm cansağlığı, uzun ömür və Vətəmiz Azərbaycan naminə çətin və şərəfli ali xidmətinizdə yeni uğurlar arzulayıram.   Respublikamızın çoxsaylı veteranları Sizin onlara göstərdiyiniz yüksək qayğı və diqqəti daim məmnunluq hissi ilə qəbul edirlər və Sizə bir daha öz dərin təşəkkürlərini bildirirlər”.   

Hamısını oxu
Sumqayıt şəhərində Əlaqələndirmə Mərkəzi yaradılıb

Sumqayıt şəhərində şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılıb. Bu məqsədlə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sərəncam imzalayıb.   Əlaqələndirmə Mərkəzində şəhid ailələrinin üzvləri, qazilər, Sumqayıt şəhər İcra Hakimiyyətinin və aidiyyatı qurumların əməkdaşları təmsil olunur.   Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Əlaqələndirmə Mərkəzinin üzvləri ilə görüşüb.   Vurğulanıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur. Bu baxımdan, Sumqayıt şəhərində də şəhid ailələri və müharibə iştirakçılarının qayğıları ilə müntəzəm olaraq maraqlanılır, onlarla fərdi görüşlər keçirilir və sosial qayğıları ilə yaxından tanış olunur, onlara xüsusi diqqət göstərilir.   Qeyd olunub ki, son vaxtlar ərzində şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin həm maddi təminatının yaxşılaşdırılması, həm də məşğulluq məsələlərinin həlli istiqamətində müntəzəm olaraq tədbirlər keçirilməsinə baxmayaraq, hələ də bu istiqamətdə çoxlu işlər görülməlidir. Vətən müharibəsi zamanı şəhid olmuş ailələrin üzvlərinin, qazilər və digər imtiyazlı kateqoriyadan olan əhalinin şəhər ərazisində fəaliyyət göstərən müəssisələrdə işlə təmin olunmasında qarşıya çıxa bilən problemlər tam aradan qaldırılmalıdır.   Bununla yanaşı, şəhid ailələri və müharibə iştirakçılarının sosial problemlərinin yaxşılaşdırılması tədbirləri çərçivəsində onlarla mütəmadi olaraq toplantılar, fərdi görüşlər keçirilməli, gündəlik qayğıları ilə maraqlanmalı, həyat səviyyəsinin yaxşılaşdırılmasına yönələn əhəmiyyətli işlər görülməlidir.   Sumqayıt və onun qəsəbələri ərazisində qeydiyyatda olan şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğunun təmin olunması, onların sosial problemlərinin gücləndirilməsi baxımından göstərilən xidmətlərin vahid məkandan həyata keçirilməsini təmin etmək məqsədilə Əlaqələndirmə Mərkəzi yaradılmasına ehtiyac vardır.   Bildirilib ki, Əlaqələndirmə Mərkəzi məşğulluqla bağlı müvafiq tədbirlərin icrası təmin edəcək, işsiz əhalidən daxil olan məlumatlar əsasında müvafiq təkliflərin işlənib hazırlanması və zəruri tədbirlərin həyata keçirilməsini təşkil edəcək.  

Hamısını oxu