Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycanda hərbi xidmətdən tərxis başladı

Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış vətəndaşların mərhələli şəkildə tərxis edilməsi prosesinə başlanılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” sərəncamının Azərbaycan Ordusunda icrası ilə əlaqədar Müdafiə nazirinin müvafiq əmri imzalanıb.

 
Əmrə əsasən, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr tarixli sərəncamı ilə hərbi xidmətə çağırılan hərbi qulluqçular cari ilin dekabr ayının 25-dən 2021-ci ilin aprel ayının 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək.  Hərbi qulluqçular onların yaş həddi nəzərə alınmaqla, mərhələli şəkildə və tərxisetmə dövrlərinə uyğun olaraq tərxis olunacaq. Qeyd edək ki, zabit və gizirlərin pul təminatı xidmət etdikləri hərbi hissə üçün müəyyən edilmiş artım əmsalları tətbiq edilməklə təyin olunduğu vəzifələrə uyğun olan vəzifə maaşları, hərbi rütbələrinə görə maaşlar və digər əlavələrdən ibarətdir. Əsgər və çavuşlara isə eyni qaydada təyin olunmuş vəzifə maaşlarına əlavə olaraq 360 manat məbləğində aylıq müavinət verilir.  Tərxisetmə ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

2020-12-25 00:00:00
3585 baxış

Digər xəbərlər

“Bu, Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı, yeni böhtan kampaniyasıdır.docx

“Ermənistanın baş naziri Nikol Paşinyanın Bakıda məhkəməsi keçirilən erməni separatçıların guya psixotrop dərmanların təsiri altında ifadə verməsi ilə bağlı açıqlaması gülüncüdür və bu, İrəvanın ölkəmizə qarşı növbəti təxribatıdır”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Paşinyan bu kimi bəyanatlarla məsuliyyətdən yayınmağa çalışır:   “Heç kimə sirr deyil ki, məhkəmə prosesinə cəlb edilən erməni separatçılarının hamısı həm işğal dönəmində, həm də 44 günlük Vətən müharibəsi zamanı xalqımıza qarşı bir-birindən dəhşətli cinayətlərə yol verib, böyük vəhşiliklər törədiblər. Yəni, bu şəxslərin bəd əməlləri, axıtdığı qanlar hər kəsə bəllidir. Bu gün həmin cinayətlərin hüquqi müstəvidə qiymətləndirilməsi, bu cinayətlərə görə ədalətli cəzanın müəyyənləşdirilməsi prosesi gedir və Azərbaycan bu prosesi bütün dünyanın gözləri önündə, açıq, şəffaf şəkildə həyata keçirir.   Paşinyanın məhkəmədə dindirilən separatçıların guya psixotrop dərmanların təsiri altında ifadə verməsi ilə bağlı səsləndirdiyi fikirlər absurddur və duyduğu qorxu hiki çıxşlarında bu cinayətlərin bir çoxunu məhz İrəvanın – Paşinyanın göstərişi ilə elədiklərini bildirəcəklər. Bununla da, Paşinyanla bağlı yeni ittihamlar, törətdiyi bəd əməllərlə bağlı əlavə sübut və faktlar ortaya çıxacaq. Məhz bu prosesi qabaqlamaq, ictimai rəyi çaşdırmaq üçün Paşinyan bu cür sərsəm bəyanatlar verir. Ancaq o, bilməlidir ki, heç bir halda məsuliyyətdən qaça, Azərbaycanın separatçılarla bağlı keçirdiyi şəffaf məhkəmə prosesinə kölgə sala bilməyəcək. Azərbaycan xalqı qarşısında cinayət törədənlər mütləq şəkildə məsuliyyətə cəlb olunacaq və layiq olduqları cəzanı alacaqdır”.   Seymur ƏLİYEV

Hamısını oxu
AZCON Holdinqin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar AZCON Holdinqin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib.  Ölkəmizin azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzülüb, onların xatirəsi ehtiramla yad olunub.  

Hamısını oxu
“Mehriban Əliyeva xeyirxah missiyası ilə bütün Türk dünyasının hümanizminin simvoluna çevrilib”

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Türkiyədəki zəlzələdə zərərçəkənlərə verdiyi dəstək həm ölkə daxilində, həm də ölkəmizin hüdudlarından kənarda böyük təqdir və minnətdarlıq hissi ilə qarşılanmaqdadır. Professor Vaqif Abdullayev Veteran.gov.az-a açıqlamasında mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib, Mehriban xanımın Türkiyədəki zəlzələdə zərərçəkənlərlə bağlı atdığı humanist addımların ümumbəşəri önəminə diqqət çəkib: “Qardaş Türkiyədə baş vermis fəlakətli zəlzələdən ən çox sarsılaraq ilk saatlarından dərhal təcili kömək əlini uzadan Azərbaycan oldu. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə xilasedicilərimiz, tibb heyəti ilk gündən hadisə zonasına yollanaraq öz şərəfli işini yerinə yetirməkdədir. Birinci Vitse-prezident Mehriba xanım Əliyevanın bir çağırışı ilə yüz minlərlə azərbaycanlı öz qardaş-bacısının harayaına çatmaq üçün yardım kampaniyasına qoşulub, qədirbilən xalqımız gecə-gündüz var gücü ilə öz köməyini göstərməkdədir. Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu bir həftəyə yaxındır ki, humanitar kampaniya çərçivəsində toplanan yardım karvanlarını qardaş ölkənin zəlzələ bölgəsinə daşıyır. Müxtəlif isti geyimlər, gigiyenik vasitələr, istilik avadanlıqları, qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, yorğan və döşəklər və s. mallar təbii fəlakətdən zərər çəkmiş insanların ehtiyac duyulan ləvazimatlarının ödənilməsində çox böyük rol oynamaqdadır. Türk və islam ölkələrinin müdrik bir deyimi var, “Əl tutmaq Əlidən qalıb”. Neçə illərdir ki, Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən birinə çevrilən bu əməli-saleh və nəcib keyfiyyətləri biz Heydər Əliyev Fondunun timsalında görməkdədyik, Fondun qardaş ölkəyə əl tutmaq təşəbbüsü ümummilli ideyaya çevrilərək birlik və həmrəyliyin nümunəsi kimi Azərbaycanın sərhəd tanımadan bütün kənd və qəsəbələrini əhatə etməkdədir. Mehriban Əliyeva bu xeyirxah missiyası ilə bütün Türk dünyasının hümanizminin Simvoluna çevrilib. Biz Mehriban Əliyevanın ötən illərdə də qardaş ölkəyə sonsuz sevgi və qayğısını görmüşük. Sarsıdıcı faciədən əvvəllər də Heydər Əliyev Fondu qardaş ölkədə saysız-hesabsız humanitar və sosial layihələrə imza atıb. Bunun nəticəsidir ki, Mehriban xanım Ankara İş Qadınları Dərnəyi tərəfindən “2004-cü ilin Birinci xanımı”, TÜRKSAV-ın “Türk dünyasına xidmət” mükafatlarına layiq görülübdür. Prezident Pəcəb Tayyib Ərdoğanın, Türkiyənin Birinci xanımı Əminə Ərdoğanın, eləcə də Türkiyə rəsmilərinin və sadə insanların Mehriban xanlımın bu acı günlərdəki insanpərsevərliyini xüsusi alqışlaması, Ona minnətdarlıqlar etmələri Mehriban Əliyevanın Humanizminə, Böyüklüyünə verilən Dəyərin ifadəsidir. Mehriban Əliyevanın əvəzolunmaz insanpərvərliyi, şəfqət və mərhəməti, səxavəti, qüdrəti bütün Türk dünyasında və bəşəriyyətdə genişlənən örnəyə çevrilib. Türk dövlətləri, eləcə də digər müxtəlif ölkələr birlik nümayiş etdirərək Türkiyəyə yardım kampaniyasına qoşulublar. Bir Azərbaycanlı olaraq Mehriban xanımın bu nümunəvi, əməli-saleh və bənzəri olmayan humanizminə görə, hədsiz fəxr və qürur duyur, Ona dərin minnətdarlığımı bildirirəm. Heç şübhə yoxdur ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu hazırkı nümunəvi missiyasını növbəti mərhələdə - zəlzələ bölgəsində başlayacaq bərpa və yenidənqurma işlərində də yaxından davam etdirəcək, minlərlə ailənin sosial-maddi-mənəvi ehtiyaclarının ödənilməsində köməyini əsirgəməyəcəkdir. Mehriban xanımın Kahramanmaraşda, Hatayda, Adıyamanda, Adanada, Qaziantepdə və digər bölgələrdə zərər çəkmiş insanların pənahı, dayağı olacağı, onlara xüsusi diqqət və qayğı göstərəcəyi, dinc və firavan həyatlarına qovuşması, bağça, məktəb, səhiyyə ocaqlarının, məcsid, idman, mədəniyyət müəssisələrinin inşa olunması, yüzlərlə uşağın təhsilinin bərpası, sosial reabilitasiyası üçün tükənməz gücünü əsirgəməyəcəyinə qəti əminik. İnanırıq ki, Onun bu möhtəşəm və təqdirəlayiq fəaliyyəti türk xalqları arasında həmrəyliyin daha da möhkəmlənməsinə səbəb olacaqdır. Fürsətdən istifadə edərək, zəlzələ bölgəsində axtarış-xilasetmə işləri aparan xilasedicilərimizin sözlə ifadə edilməyəcək əsil qəhrəmanlıqlarına, tibb işçilərimizin, könüllülərin yorulmadan göstərdiyi fədakar əməyinə görə, dərin minnətdarlığımı ifadə etmək istərdim”. Seymur ƏLİYEV  

Hamısını oxu
Aleksandr Aleksandroviç Qritçenko

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. İctimai xadim, Respublika Veteranlar Təşkilatı Rəyasət Heyətinin üzvü, İkinci Dünya müharibəsi və Silahlı Qüvvələr veteranı, ehtiyatda olan 1-ci dərəcəli kapitan Aleksandr Aleksandroviç Qritçenko 2018-ci il noyabr ayının 18-də 96 yaşında vəfat etmişdir. Aleksandr Qritçenko uzun illər hərbi xidmət sahələrində çalışmış, həmçinin Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. O, 1940-cı ildə Hərbi Dənizçilik məktəbini bitirmiş, İkinci Dünya müharibəsində həm döyüşçü, həm də hərbi jurnalist kimi fəaliyyət göstərmişdir. A.Qritçenkonun həyatının son 66 ili Azərbaycanla bağlı olmuşdur. O, gənclərin Vətənə, dövlətə sədaqət, hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında təcrübəsini və biliyini əsirgəməmişdir. O, Azərbaycan veteranlarını Rusiya Federasiyası, Ukrayna, Belarus, Moldova və digər ölkələrdə keçirilən müxtəlif tədbirlərdə layiqincə təmsil etmişdir. A.Qritçenko Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, "Azərbaycanın Əməkdar təbliğatçısı" adlarını almış, “Qızıl qələm” mükafatına layiq görülmüşdür. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, 52 kitabın müəllifi idi. O, yaşının ahıl çağında da yorulmaq bilmədən çalışır, Respublika Veteranlar Təşkilatında səmərəli fəaliyyətini davam etdirirdi. A.Qritçenkonun xidmətləri, ölkənin ictimai-siyasi həyatında fəal iştirakı, xalqlar arasında dostluğun möhkəmləndirilməsində rolu və təşkilatçılıq qabilyyəti yüksək qiymətləndirilərək “Şöhrət”, “Qırmızı bayraq” ordenləri,  “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və çoxsaylı medallarla təltif olunmuşdur. Aleksandr Aleksandroviç Qritçenkonun əziz xatirəsi Azərbaycan veteranlarının yaddaşında daim yaşayacaqdır. Allah rəhmət eləsin. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti.

Hamısını oxu