Digər xəbərlər
Cəlilabad Rayon Veteranlar Təşkilatı Qarabağ Qaziləri ictimai birliyinin Cəlilabad filialı ilə birlikdə 3 -Dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirib. Rayon Veteranlar evində təşkil olunan tədbirdə Cəlilabad rayon icra hakimiyyətinin rəsmiləri əmək və müharibə veteranları ictimai birliklərin nümayəndələri və qələm adamları iştirak ediblər. Tədbirdən öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla anılıb.Rayon Veteranlar Təşkilatının sədri şair yurnalist Ədalət Salman çıxış edərək bildirib ki Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir. Məqsəd ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir. O, ölkəmizdə əlillərin sosial rifahının yaxşılaşdırılması mənzillə təmin olunması üçün dövlətimiz tərəfindən həmişə diqqət və qayğı göstərildiyini xüsusi vurğulayıb.Əmək və müharibə veteranları çıxış edib kövrək təbəqəyə mənsub olan əlillərimizə həssaslıqla yanaşıb onlara hər cür qayğı göstərmək hamımızın müqəddəs borcu olduğunu bildiriblər. Tədbirin sonunda müharibə əlillərindən bir qrupuna rayon Veteranlar Təşkilatının Fəxri Fərmanları təqdim olunub və xatirə şəkilləri çəkilib. Cenubtv.az
Hamısını oxu
Şəhid polkovnik-leytenant Azər Mikayılovun və onun kimi qəhrəmanların həyatları, sanki hər bir təfərrüatında dərin mənalarla yazılmış bir vətən dastanıdır. Onlar, Vətənin bütövlüyünü qorumaq uğrunda canını qurban verən qəhrəmanlar, sanki bir dağ zirvəsi kimi əzəmətlidir. Gözlərindəki işıq, hər bir döyüşdə və hər bir anın içində Vətənin şərəfini qorumaq üçün çəkdikləri əzab və çəkdikləri mübarizənin parlaq əksidir.Hər bir şəhid, bir qəhrəmanlıq dastanının baş qəhrəmanıdır. Onların cismi torpağa qarışsa da, ruhları Vətən torpağında əbədi olaraq qalır. Qanları ilə yazdıqları bu dastan, bu gün də xalqımızın qəlbində oxunur və gələcək nəsillərə örnək olur. Azadlıq və vətən sevgisi, özləri qədər ölümsüzdür. Onlar bir miras qoyub getdilər bu, yalnız fiziki deyil, həm də əxlaqi, mənəvi bir mirasdır ki, onun dəyəri zamanla daha da artacaq. Onların fədakarlığı, heç vaxt unutulmayacaq.Hər zaman yaddaşlarımızda yaşayıb, bizim üçün bir işıq və bir qürur qaynağı olacaq.Vətən torpağını düşməndən azad etmək nə qədər çətindirsə, onu göz bəbəyi kimi qoruyub saxlamaq ondan da çətindir. Biz Azərbaycan xalqı olaraq 1990-cı illərdə 4 il müddətində müqəddəs torpaqlarımızı - Qarabağı erməni faşistlərindən və onların havadarlarından qorumaq üçün canımızı və qanımızı fəda etdik. Lakin müstəqilliyimizin qorunması fonunda baş verən bu ölüm dirim savaşında erməni daşnaqları, xüsusilə də onların havadarları sayəindədədə baba torpaqlarımızı bir qismini itirdik. Lakin 30 ildən sonar dövlətimiz, şanlı ordumuz sayəsində itirdiyimiz torpaqlarımızı, 44 gündə azad etdik. Vətən Müharibəsi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı. Bu müddət ərzində göstərilən qəhrəmanlıq, həm döyüş meydanında, həm də hər bir Azərbaycan vətəndaşının qəlbindəki vətənpərvərlik ruhunda öz əksini tapdı. Dünya hərb tarixinə nümunə olacaq böyük bir tarix yazdıq. Bu yaradılan tarixin öndə gələn müəllifəri sırasında, Şanlı Azərbaycan dövləti, dar gündə bir yumruq kimi birləşən Azərbaycan xalqı, xüsusilə də Qəhrəman Azərbaycan əsgərləri yer almaqdadır. II Qarabağ savaşında - Vətən Müharibəsində böyük qəhrəmanlıq göstərən, tarix yazan igidlərimizdən biri də polkovnik-leytenant Azər Mikayılov olmuşdur. Azər Əmrah oğlu Mikayılov 1980-ci ilin avqust ayında Kəlbəcər rayonunun Quzeyçiкin кəndində anadan olmuşdur. 1997-ci ildə Naftalan şəhəri 33 saylı tam orta məktəbi bitirən Azər Mikayılov. 1998-2002-ci illərdə Ali Hərbi məktəbdə təhsil almışdır. 2002-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin təlim-tədris mərkəzində təhsilini davam etdirmişdir. 2003-cü ildən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarında taqım komandiri kimi xidmətə başlamışdır. Hərbi xidməti dövründə müxtəlif vəzifələrdə çalışan Azər Mikayılov son hərbi fəaliyyəti dövründə Xüsusi Təyinatlı Hərbi hissənin qərargah rəisi və hərbi hissə komandiri vəzifələrini icra etmişdir. Azər Mikayılov II Qarabağ Müharibəsi başlayandan Cəbrayıl-Hadrut istiqamətində gedən döyüşlərdə ön cəbhədə iştirak etmişdir. Azər Mikayılov 27 sentyabr 2020-ci il tarixindən 11 oktyabr 2020-ci il tarixinədək hərbi hissə komandiri kimi Cəbrayıl-Hadrut istiqamətində gedən döyüşlərə birbaşa rəhbərlik etmiş, böyük qəhrəmanlıq nümunəsi göstərmiş, onun rəhbərlik etdiyi hərbi qüvvələr onlarla yaşayış məntəqəsinin azad olunmasında, yüzlərlə erməni faşistinin öldürülməsində iştirak etmişdir. 11 oktyabr 2020-ci il tarixində Cəbrayıl-Hadrud istiqamətində baş verən şiddətli döyüşlərdə böyük qəhrəmanlıq göstərən Azər Mikayılov qəhrəmancasına şəhid olmuşdur. Azər Mikayılov hərbi xidmət dövründə xüsusi hərbi keyfiyyətlərinə, müxtəlif dövrlərdə iştirak etdiyi hərbi əməliyyatlarda göstərdiyi qəhrəmanlıqlara və nümunəvi xidməti vəzifəsinə görə müxtəlif medallarla təltif olunmuşdur. Ona müxtəlif dövrlərdə təqdim olunan III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, II dərəcəli “Qüsursuz xidmətə görə” medalı, I dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları Azər Mikayılovun böyük rəşadətinin, qəhrəmanlığının bariz nümunəsidir. Onun adı bu medallarda əbədiləşmişdir, və onun mübarizəsi, döyüş yolu və böyük qələbəsi heç zaman unudulmayacaq. Bütün bu qəhrəmanlar, üçrəngli bayrağımızın altında, qanları ilə, əzmkarlıqları ilə, yüksək mənəvi dəyərləri ilə öz izlərini qoyublar. Onların hər birinin adı, Azərbaycan xalqının tarixində şanla, qürurla və sonsuz hörmətlə anılacaq. Hər bir şəhidin və igidin adının çəkildiyi zaman, biz yalnız onların keçdiyi mübarizə yolu deyil, həm də onların əziz xatirəsini yaşadırıq. Polkovnik-leytenat Azər Mikayılov kimi qəhrəmanlar, heç vaxt unudulmayacaq, çünki onlar bizim tarixi Zəfərimizin əsasını qoyublar. Onların fədakarlığı, qələbələri ilə qürur keçiririk, bir daha qeyd edim ki, Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın əziz xatirəsi daim anılacaq və bu torpaqlar üzərində dalğalanan üçrəngli bayrağımız hər zaman qürurla, əzmlə dalğalanacaq. Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
"General-leytenant İlham Mehdiyevin hərbi xidmət yolu hər bir gənc sərhədçiyə nümunədir" Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Ad günü münasibətilə İlham Mehdiyevi təbrik edən polkovnik Cəlil Xəlilov, onun dövlətimiz qarşısındakı xidmətlərinə diqqət çəkib: “2 avqust İlham Mehdiyevin ad günüdür. Mən öncə ad günü münasibətilə hörmətli generalımızı təbrik edir, ona həm şəxsi, həm də xidmət həyatında uğurlar arzulayıram. İlham Mehdiyev bütün həyatını sərhədə, onun təhlükəsizliyinə, toxunulmazlığına həsr edən təcrübəli general, təcrübəli sərhədçidir. Təsadüfi deyildir ki, o, hələ mayor rütbəsində olarkən - 16 avqust 2002-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmiş, onun xidmətləri dövlətimiz təərfindən yüksək qiymətləndirmişdir. İlham Mehdiyev 44 günlük Vətən müharibəsində işğaldakı torpaqlarımızın azad edilməsində də yaxından iştirak etmiş, bu mübarizədə böyük qəhrəmanlıqlar sərgiləmişdir. Məhz bu fədakarlığına və qəhrəmanlığına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə İlham Mehdiyevə “Vətən müharibəsi Qəhrəmanı” adı verilmişdir. General İlham Mehdiyev bu gün də sərhədlərimizin keşiyində dayanmaqda, gənc sərhədçilərimizlə öz zəngin təcrübəsini bölüşməkdədir. Əminəm ki, onun təcrübəsinin öyrənilməsi gənc sərhədçilərimizin peşəkarlığının artırılmasına böyük töhfə verəcək, onlar üçün hər zaman zəngin mənəvi məktəb rolunu oynayacaq. Bir daha general İlham Mehdiyevi təbrik edir, ona və onun timsalında bütün sərhədçilərimizə uğurlar arzulayıram”. Seymur ƏLİYEV
Hamısını oxu
