Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Üçrəngli bayrağımız hər zaman qürurla, əzmlə dalğalanacaq!

Şəhid polkovnik-leytenant Azər Mikayılovun və onun kimi qəhrəmanların həyatları, sanki hər bir təfərrüatında dərin mənalarla yazılmış bir vətən dastanıdır. Onlar, Vətənin bütövlüyünü qorumaq uğrunda canını qurban verən qəhrəmanlar, sanki bir dağ zirvəsi kimi əzəmətlidir. Gözlərindəki işıq, hər bir döyüşdə və hər bir anın içində Vətənin şərəfini qorumaq üçün çəkdikləri əzab və çəkdikləri mübarizənin parlaq əksidir.Hər bir şəhid, bir qəhrəmanlıq dastanının baş qəhrəmanıdır. Onların cismi torpağa qarışsa da, ruhları Vətən torpağında əbədi olaraq qalır. Qanları ilə yazdıqları bu dastan, bu gün də xalqımızın qəlbində oxunur və gələcək nəsillərə örnək olur. Azadlıq və vətən sevgisi, özləri qədər ölümsüzdür. Onlar bir miras qoyub getdilər  bu, yalnız fiziki deyil, həm də əxlaqi, mənəvi bir mirasdır ki, onun dəyəri zamanla daha da artacaq. Onların fədakarlığı, heç vaxt unutulmayacaq.Hər zaman yaddaşlarımızda yaşayıb, bizim üçün bir işıq və bir qürur qaynağı olacaq.Vətən torpağını düşməndən azad etmək nə qədər çətindirsə, onu göz bəbəyi kimi qoruyub saxlamaq ondan da çətindir. Biz Azərbaycan xalqı olaraq 1990-cı illərdə 4 il müddətində müqəddəs torpaqlarımızı - Qarabağı erməni faşistlərindən və onların havadarlarından qorumaq üçün canımızı və qanımızı fəda etdik. Lakin müstəqilliyimizin qorunması fonunda baş verən bu ölüm dirim savaşında erməni daşnaqları, xüsusilə də onların havadarları sayəindədədə baba torpaqlarımızı bir qismini  itirdik. Lakin 30 ildən sonar dövlətimiz, şanlı ordumuz sayəsində  itirdiyimiz torpaqlarımızı, 44 gündə azad etdik. Vətən Müharibəsi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı. Bu müddət ərzində göstərilən qəhrəmanlıq, həm döyüş meydanında, həm də hər bir Azərbaycan vətəndaşının qəlbindəki vətənpərvərlik ruhunda öz əksini tapdı. Dünya hərb tarixinə nümunə olacaq böyük bir tarix yazdıq. Bu yaradılan tarixin öndə gələn müəllifəri sırasında, Şanlı Azərbaycan dövləti, dar gündə bir yumruq kimi birləşən Azərbaycan xalqı, xüsusilə də Qəhrəman Azərbaycan əsgərləri yer almaqdadır. II Qarabağ savaşında - Vətən Müharibəsində böyük qəhrəmanlıq göstərən, tarix yazan igidlərimizdən biri də polkovnik-leytenant Azər Mikayılov olmuşdur. Azər Əmrah oğlu Mikayılov 1980-ci ilin avqust ayında Kəlbəcər rayonunun Quzeyçiкin кəndində anadan olmuşdur. 1997-ci ildə Naftalan şəhəri 33 saylı tam orta məktəbi bitirən Azər Mikayılov. 1998-2002-ci illərdə Ali Hərbi məktəbdə təhsil almışdır. 2002-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin təlim-tədris mərkəzində təhsilini davam etdirmişdir. 2003-cü ildən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Silahlı  Qüvvələrinin Quru Qoşunlarında taqım komandiri kimi xidmətə başlamışdır. Hərbi xidməti dövründə müxtəlif vəzifələrdə çalışan Azər Mikayılov son hərbi fəaliyyəti dövründə Xüsusi Təyinatlı Hərbi hissənin qərargah rəisi və hərbi hissə komandiri vəzifələrini icra etmişdir. Azər Mikayılov II Qarabağ Müharibəsi başlayandan Cəbrayıl-Hadrut istiqamətində gedən döyüşlərdə ön cəbhədə iştirak etmişdir. Azər Mikayılov 27 sentyabr 2020-ci il tarixindən 11 oktyabr 2020-ci il tarixinədək hərbi hissə komandiri kimi Cəbrayıl-Hadrut istiqamətində gedən döyüşlərə birbaşa rəhbərlik etmiş, böyük qəhrəmanlıq nümunəsi göstərmiş, onun rəhbərlik etdiyi hərbi qüvvələr onlarla yaşayış məntəqəsinin azad olunmasında, yüzlərlə erməni faşistinin öldürülməsində iştirak etmişdir. 11 oktyabr 2020-ci il tarixində Cəbrayıl-Hadrud istiqamətində baş verən şiddətli döyüşlərdə böyük qəhrəmanlıq göstərən Azər Mikayılov qəhrəmancasına şəhid olmuşdur. Azər Mikayılov hərbi xidmət dövründə xüsusi hərbi keyfiyyətlərinə, müxtəlif dövrlərdə iştirak etdiyi hərbi əməliyyatlarda göstərdiyi qəhrəmanlıqlara və nümunəvi xidməti vəzifəsinə görə müxtəlif medallarla təltif olunmuşdur. Ona müxtəlif dövrlərdə təqdim olunan III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, II dərəcəli “Qüsursuz xidmətə görə” medalı, I dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları Azər Mikayılovun böyük rəşadətinin, qəhrəmanlığının bariz nümunəsidir. Onun adı bu medallarda əbədiləşmişdir, və onun mübarizəsi, döyüş yolu və böyük qələbəsi heç zaman unudulmayacaq. Bütün bu qəhrəmanlar, üçrəngli bayrağımızın altında, qanları ilə, əzmkarlıqları ilə, yüksək mənəvi dəyərləri ilə öz izlərini qoyublar. Onların hər birinin adı, Azərbaycan xalqının tarixində şanla, qürurla və sonsuz hörmətlə anılacaq. Hər bir şəhidin və igidin adının çəkildiyi zaman, biz yalnız onların keçdiyi mübarizə yolu deyil, həm də onların əziz xatirəsini yaşadırıq. Polkovnik-leytenat Azər Mikayılov kimi qəhrəmanlar, heç vaxt unudulmayacaq, çünki onlar bizim tarixi Zəfərimizin  əsasını qoyublar.

Onların fədakarlığı, qələbələri ilə qürur keçiririk,  bir daha qeyd edim ki, Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın əziz xatirəsi daim anılacaq və bu torpaqlar üzərində dalğalanan üçrəngli bayrağımız hər zaman qürurla, əzmlə dalğalanacaq.

                        Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-02-14 17:45:23
3589 baxış

Digər xəbərlər

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib Bakı, 8 noyabr, AZƏRTAC Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib. Əvvəlcə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirdilər. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoydu. Azərbaycanın Dövlət Himni səsləndirildi. Dövlətimizin başçısı və xanımı görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini də yad etdilər. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə gül dəstələri düzüldü. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanına gəldilər. Dövlətimizin başçısı və birinci xanım Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdilər, məzarları önünə gül dəstələri düzdülər. Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu. Azərbaycanın Dövlət Himni səsləndirildi. Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət etdi.

Hamısını oxu
Zeynalov Akif Mehdi oğlu

Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti Qarabağ müharibəsi veteranı, şöhrət ordenli Zeynalov Akif Mehdi oğlunun vəfatı ilə əlaqədar yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin.

Hamısını oxu
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana

Əlahəzrət, Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Birləşmiş Ərəb Əmirlikləri Sizin rəhbərliyiniz altında böyük uğurlara imza ataraq dünyanın inkişaf etmiş və böyük nailiyyətlər qazanmış ölkələrindən birinə çevrilmişdir. Qardaşlıq, qarşılıqlı hörmət, etimad və dəstək üzərində qurulmuş Azərbaycan-BƏƏ dövlətlərarası münasibətləri hazırda dinamik və hərtərəfli inkişaf etməkdədir. Fəal siyasi dialoqumuz bütün sahələrdə əməkdaşlığımızı daha da genişləndirmək üçün yaxşı zəmin yaradır. Cari il ərzində Sizin Azərbaycana həyata keçirdiyiniz iki səfər qardaşlıq münasibətlərimizin yüksək səviyyəsindən xəbər verir. Son dövrdə ölkələrimiz arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, əməkdaşlığımızın inkişafında yeni istiqamətlər müəyyən edilmişdir. Enerji sektorunda, xüsusilə də yaşıl enerji sahəsində atdığımız önəmli addımlar məmnunluq doğurur. Bu xüsusda ölkənizin “Masdar” şirkətinin bərpaolunan enerji sahəsində Azərbaycandakı səmərəli fəaliyyətini ayrıca vurğulamaq istərdim. Eyni zamanda Azərbaycanın COP29 sədrliyi ilə BƏƏ-nin COP28 sədrliyi arasında təşəkkül tapmış uğurlu əməkdaşlıq münasibətlərini təqdir edir, ölkələrimizin bundan sonra da iqlim fəaliyyətinin irəli aparılması istiqamətində birgə çalışacağına inamımı ifadə edirəm. Əminəm ki, Azərbaycan-BƏƏ dostluğunun və etibarlı tərəfdaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli əsaslarda genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına daim əmin-amanlıq və rifah arzulayıram. Hörmətlə,   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 29 noyabr 2024-cü il

Hamısını oxu
Ali Baş Komandana mahnı həsr olundu: “Qalib sərkərdə”

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə mahnı həsr olunub. “Qalib sərkərdə” adlanan mahnının musiqisi bəstəkar Azad Zahidə, sözləri isə Abdulla Qurbaniyə məxsusdur.  Əməkdar artist Ramil Qasımovun ifa etdiyi mahnıda Azərbaycanın II Qarabağ savaşında qazandığı qələbə və Ali Baş Komandanın Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edilir.    Əməkdar mədəniyyət işçisi Ülviyyə Könül “Qalib sərkərdə” üçün musiqi çarxı hazırlayıb. Musiqi çarxında Azərbaycan Ordusunun şücaəti, Ali Baş Komandanın çıxışları, Azərbaycan xalqına müraciəti yer alıb.

Hamısını oxu