Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatın sədri vəzifəsinin icrasını İkinci Dünya müharibəsi veteranı, Prezident təqaüdçüsü Fatma Səttarovaya həvalə edilib

Rəyasət Heyətinin üzvləri tərəfindən təşkilatın sədri vəzifəsinin icrasını İkinci Dünya müharibəsi veteranı, Prezident təqaüdçüsü Fatma Səttarovaya həvalə edilməsi təklif olunub. Təklif səsə qoyularaq yekdilliklə qərar qəbul edilib.

2021-01-17 00:00:00
3827 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatının əməkdaşları Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Veteran.gov.az xəbər verir ki, dekabrın 11-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabana gedərək Ulu Öndərin məzarını ziyarət ediblər. Veteranlar  Ulu öndərin əziz xatirəsini böyük ehtiramla yad edib, məzarı önünə əkil və gül dəstələri qoyublar. Veteranlar qarşısında çıxış edən Təşkilatın sədri polkovnik Cəlil Xəlilov Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə toxunub, bu xidmətlərin əvəzedilməz olduğunu vurğulayıb. Daha sonra veteranlar görkəmli akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib, böyük elm xadiminin məzarı önünə gül dəstələri qoyublar.

Hamısını oxu
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”

2020-ci ili Vətən müharibəsindən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə ölkəmizdə xüsusi təyinatlı qüvvələrin sayı artırılmış, habelə yeni Komando Qüvvələri yaradılmışdı. Prezident İlham Əliyev hələ o zaman bunun zərurətdən irəli gəldiyini vurğulamışdı. Prezident bildirmişdir ki, Vətən müharibəsi təcrübəsi, habelə müasir dünyamızdakı gerçəkliklər bu yenilikləri zəruri edir. İlham Əliyev 23 iyun 2023-cü il tarixində Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinin açılış mərasimindəki çıxışında demişdir: “İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişdir. Bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu var idi. Bütün bunları və müasir döyüş əməliyyatlarını nəzərə alaraq yeni Komando Qüvvələrinin yaradılması mənim tərəfimdən qarşıya bir vəzifə kimi qoyulmuşdur və bu vəzifə uğurla icra edilir”. Maraqlıdır ki, Prezident İlham Əliyevin Vətən müharibəsindən dərhal sonra xüsusi təyinatlıların sayının artırılması və Komando Qüvvələrinin yaradılması istiqamətində atdığı addımları ABŞ bugünlərdə - 4 il sonra həyata keçirməyə başlayıb. Veteran.gov.az xəbər verir ki, Ukraynadakı müharibənin təcrübəsini diqqətlə öyrənən ABŞ hərbi mütəxəssisləri müharibənin taleyinə hər kəsdən daha çox məhz xüsusi təyinatlı qüvvələrin təsir göstərdiyini bildiriblər. Ekspertlər qeyd edib ki, müasir müharibələr orduda say çoxluğunu deyil, çətin və mürəkkəb tapşırıqları uğurla yerinə yetirə bilən, yeni texnologiya ilə işləməyi bacaran xüsusi təyinatlı hərbçilər tələb edir. Məhz Ukrayna müharibəsinin müşahidəsi və təhlilindən sonra ABŞ hərbi komandanlığı orduda xüsusi təyinatlı qüvvələrin sayını artırmağa qərar verib. Məlumata görə onların sırasına həm də pilotsuz aparatları və digər texniki avadanlıqları qısa zaman ərzində proqramlaşdıra bilən mütəxəssislər əlavə ediləcək. Görünən odur ki, Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ yalnız indi həyata keçirməyə başlayıb. Başqa sözlə desək, bu məsələdə rəsmi Bakı Vaşinqtonu nə az, nə çox -  düz dörd il qabaqlayıb ki, bu  da dövlətimizin, onun Prezidentinin uzaqgörənliyindən xəbər verir. Seymur ƏLİYEV  

Hamısını oxu
“Nensi Pelosinin həqiqətdən uzaq açıqlaması Ermənistana yeni təxribatlar üçün cəsarət verir”

Cəlil Xəlilov: “ABŞ dövləti və ictimaiyyəti erməni təxribatı ilə bağlı ədalətli mövqe sərgiləməlidir”   “ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfər çərçivəsində səsləndirdiyi fikirlər Qafqazda sülh və təhlükəsizlik üçün ciddi təhdiddir”.   Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu cür açıqlamalar təcavüzkar dövləti mahiyyət etibarı ilə yeni təxribatlara cəsarətləndirməyə xidmət edir:   “Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan ordusunun Azərtbaycanla dövlət sərhəddində həyata keçirdiyi irimiqyaslı təxribata görə Azərbaycanı ittiham etmnək absurddur və bu, sadəcə Nensi Pelosinin ermənipərəst mövqeyi ilə izah edilə bilər. Çünki təxribatın məhz Ermənistan tərəfindən həyata keçirildiyi Azərbaycan tərəfindən sübuta yetirilib və buna dair çoxsaylı və inkaredilmnəz faktlar mövcuddur. Ancaq buna baxmayaraq, ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosi baş verənlərə görə Azərbaycanı ittiham edir ki, bu da qəbuledilməzdir.   Nensi Pelosinin bu açıqlaması yalnız həqiqətin inkar edilməsi və onun tam fərqli şəkildə təqdim edilməsi demək deyil. Bu, həm də regiodna sülh və təhlükəsizlik üçün ciddi təhlükə mənbəyi olan Ermənistana yeni təxribatlar üçün cəsarət vermək deməkdir. Bu mənada Nensi Pelosinin açıqlaması yolverilməzdir və yeni təhdidlər üçün zəmin deməkdir.   Ümid edirəm ki, ABŞ ictimaiyyəti, o cümlədən ABŞ-ın dövlət rəhbərliyi Nensi Pelosinin məlum açıqlamasındakı təhlükənin mahiyyətini dərk edərək baş verənlərlə bağlı öz qəti mövqeyini ortaya qoyacaq, Ermənistanın təxribatçı addımlarına qarşı sərt mövqe sərgiləməklə gələcəkdə mümkün təxribatların qarşısının alınmasına öz töhfələrini verəcəkdir”.  

Hamısını oxu
Vüsal Abdullazadə: Gənc nəslin vətənpərvərlik hisslərini gücləndirmək əsas məqsədimizdir

Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Silahlı Qüvvələrimizin əsgər və zabitləri, hərbçiləri Vətənimizin ərazi bütövlüyü naminə bir yumruq kimi birləşib, qəhrəmancasına vuruşaraq bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha göstərdilər. Haqq savaşına çıxan Azərbaycan xalqı 30 ilə yaxın davam edən işğala son qoymaqla tarixi ədaləti bərpa etdi.   Bu sözləri Bakı Karate-do Akademiyasının (BKA) prezidenti Vüsal Abdullazadə karate-do idman növü üzrə Zəfər Gününə həsr edilmiş “Dəmir yumruq” ikinci açıq respublika turniri zamanı Azərtac-a müsahibəsində bildirib. Xalqımızın bu günlər torpaqlarımızda 30 illik erməni işğalına son qoyulmasını, tarixi Qələbənin birinci ildönümünü böyük qürurla qeyd etdiyini bildirən V.Abdullazadə Zəfər Gününə həsr edilmiş idman tədbirlərinin, eləcə də turnirlərin təşkilinin artıq ənənə halını aldığını vurğulayıb: “Zəfər Gününə həsr edilmiş idman tədbirlərinin, turnirlərin təşkili artıq ənənə halını alıb. Bu cür tədbir və yarışların təşkilində əsas məqsəd idmançıların yarış təcrübələrini zənginləşdirməklə yanaşı, gənc nəslin vətənpərvərlik hisslərini gücləndirmək, milli-mənəvi dəyərlərin təbliğinə yardımçı olmaqdır”.   Qeyd edək ki, sentyabrın 25-də uşaq və yeniyetmələr arasında karate-do idman növü üzrə Bakı İdman Sarayında start götürmüş və Zəfər Gününə həsr edilmiş “Dəmir yumruq” ikinci açıq respublika turniri bu gün başa çatacaq.  

Hamısını oxu