Mehriban Əliyeva “Instagram”da 20 Yanvarla bağlı paylaşım edib
"Xalqımızın azadlığı uğrunda həlak olmuş həmvətənlərimizin – 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"
"Xalqımızın azadlığı uğrunda həlak olmuş həmvətənlərimizin – 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"
Artıq bəlli bir müddətdir ki, Ermənistan tərəfi təmas xəttində müxtəlif təxribatlar törətməyə cəhd edir. Bir müddət öncə 6 erməni terrorçusunun Kəlbəcər rayonu istiqamətində mina basdıran zaman zərərsizləşdirilməsi, habelə Naxçıvan istiqamətində bir hərbçimizin Ermənistan ordusunun atəşi nəticəsində yaralanması rəsmi İrəvanın terror və təxribat siyasətindən imtina etmək fikrində olmadığını göstərir. Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev bu təxribatların Ermənistanın özü üçün ağır nəticələrə səbəb ola biləcəyini vurğulayıb: “Azərbaycanda qədim zamanlardan özünü təsdiq etmiş deyim var. “Sirkə nə qədər tünd olarsa, öz qabını sındırar”. 44 günlük müharibədə biabırçı şəkildə darmadağın olmuş erməni ordusunun sərhəd xəttində törətdiyi təxribatların əsas məqsədi, üçüncü qüvvələri Azərbaycan əleyhinə səfərbər etməkdən ibarətdir. Qarabağ beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanındığından digər dövlətlərin müdaxiləsi qeyri-mümkün idi. Ona görə də ermənilər, sərhədlərin sovet dövründə təsdiq olunmuş xəritələrə əsasən müəyyənləşdirilməsinə imkan vermirlər. Delimitasiya və demarkasiya işlərinin aparılmasına maneçilik törədir, süni ajiotaj yaratmaqla, KTMT-yə, ABŞ, Fransa kimi dövlətlərə yalvarırlar. KTMT-dən lazımi dəstək almadıqları üçün, hətta Çin ordusunu regiona dəvət etmək kimi absurd fikirlər səsləndirirlər. Digər tərəfdən Ermənistanda seçkiqabağı təbliğat gedir. İstisna deyil ki, sərhəddə baş verən təxribatlar, bir-birinə düşmən kəsilmiş siyasi qrupların və yaxud regionda geosiyasi maraqlarını təmin etmək istəyən qüvvələrin kompromat savaşı olsun. Hər bir halda məsuliyyət Ermənistan siyasi hakimiyyətinin üzərinə düşür. Bütün bunlar erməni dövlətinin dərin böhran içində olmasının göstəricisidir. Cəmiyyət isə, psixoloji sarsıntılar keçirir. Yalan, tarixi faktları saxtalaşdırmaqla, mifik illyüzalar üzərində qurulmuş təbliğat nəticəsində formalaşmış millət reallıqlarla barışa bilmir. Süni şəkildə özlərinə ,,ən qədim, mədəni, qeyri-adi millət,, brendi yapışdırmış xəstə tayfanın iç üzü açılmışdır. Müzəffər Azərbaycan Ordusu cəmi 44 gün ərzində ,,məğlubedilməzləri,, darmadağın etmişdir. Ali Baş Komandan isə, həm cəbhədə, həm də diplomatik masada, informasiya savaşında dünya erməniliyinə layiq olduğu yeri göstərmişdir. Əgər təxribatlar davamlı şəkildə olacaqsa, “Dəmir yumruq” həmişə vətənin keşiyində hazırdır. Ancaq düşünürəm ki, biz maksimum təmkinli olmalı, ermənilərin provakativ davranışlarına qarşı ehtiyatlı yanaşmalıyıq. Hər kəs gözəl başa düşür ki, nə erməni dövlətinin, nə də ki, ordusunun müharibə aparmaq üçün heç bir imkanı yoxdur. Onların əlinə hansısa arqument verilməməlidir”. Seymur ƏLİYEV
Hamısını oxu
Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda koronavirus təhlükəsi ilə əlaqədar olaraq martın 24-ü saat 00:00-dan etibarən aprelin 20-dək xüsusi karantin rejimi elan edilib. Koronavirusun yaşlı insanlar üçün xüsusilə ciddi təhlükə kəsb etdiyini nəzərə alaraq, onların müdafiəsi məqsədi ilə 65 yaş və bu yaşdan yuxarı insanların evdən çıxmasına qadağa qoyulub. Həmçinin bu kateqoriyadan olan vətəndaşlara sosial xidmətlərin göstərilməsinin təmin edilməsi nəzərdə tutulur. Yaşlı insanlara bu xidmət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial xidmət işçiləri tərəfindən həyata keçiriləcək. AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin həmin qərarını təqdir edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov təşkilat olaraq əlaqədar dövlət qurumlarına dəstək verməyə hazır olduqlarını deyib. O bildirib ki, yaşı 65-dən yuxarı olan vətəndaşlarımızın evdən çıxmasını qadağan edən qanun həssas kateqoriyaya daxil olan insanlarımızın koronavirusdan qorunmasına hesablanıb və bu, dövlətimizin vətəndaşlara, onların sağlamlığına olan duyarlı münasibətinin göstəricisidir. O deyib: “Biz Respublika Veteranlar Təşkilatı olaraq ölkə başçısının koronavirusa qarşı mübarizə məqsədi ilə atdığı bütün addımları dəstəkləyir, bunu vətəndaşlarımızın təhlükəsizliyinin təmini baxımından yüksək qiymətləndiririk. Hesab edirik ki, bütün bu addımlar ölkəmizin, vətəndaşlarımızın müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edən tədbirlərdir. Yaşı 65 və ondan çox olan insanların arasında müharibə və əmək veteranları da az deyil. Bu səbəbdən də yaşı 65-dən çox olan tənha, sosial xidmətə ehtiyac duyan veteranların müəyyənləsdirilməsi, həmin şəxslərlə bağlı əlaqədar dövlət qurumlarına məlumat verilməsi, onlara göstəriləcək sosial xidmətin keyfiyyətinə nəzarət olunması və s. kimi tədbirlər baxımdan Respublika Veteranlar Təşkilatı hər cür informasiya dəstəyinə hazır olduğunu bəyan edir. Hesab edirik ki, xalqımız, dövlətimiz üçün indiki çətin məqamda hər birimiz ölkə başçısının çağırışına səs verməli, koronavirusa qarşı mübarizə məqsədi ilə qəbul edilən hər bir qərara ciddi əməl etməliyik. Unutmamalıyıq ki, dövlətimizin verdiyi hər bir qərar, bu yöndə atdığı hər bir addım vətəndaşlarımızın sağlamlığının qorunması, təhlükəsizliyinin təmin edilməsi üçündür və biz tələb edilən bu qaydalara riayət etməliyik”.
Hamısını oxu
Hər il 2 iyul tarixində ölkəmizdə Azərbaycan Polisi Günü qeyd olunur. Bu mühüm tarix hüquq-mühafizə orqanlarında çalışan əməkdaşların cəmiyyətin təhlükəsizliyi və qanunun aliliyinin təmin olunmasında göstərdikləri fədakarlığa dərin ehtiramın ifadəsidir. Azərbaycan polisi öz şərəfli tarixinə 1918-ci ilin məhz bu günündə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk milli polis qurumunun yaradılması barədə qəbul etdiyi qərarla başlamışdır. Bu mühüm qərar müstəqil dövlətin əsas sütunlarından biri olan hüquq-mühafizə sisteminin təməlini qoydu. Polis orqanları ötən bir əsrdən artıq müddət ərzində müxtəlif tarixi dönəmlərdən keçmiş, sınaqlardan çıxaraq bu gün peşəkar, müasir və güclü bir qurum kimi formalaşmışdır. Xüsusilə Azərbaycan Respublikasının müstəqillik qazandığı dövrdən sonra hüquq-mühafizə sistemində mühüm islahatlar həyata keçirilmiş, qanunçuluğun və hüquq normalarının qorunmasında polis əməkdaşlarının rolu daha da artmışdır. Azərbaycanın ümummilli lideri Heydər Əliyev hüquq-mühafizə orqanlarının dövlətçiliyin qorunmasında və ictimai asayişin təminində oynadığı rolu hər zaman yüksək qiymətləndirmişdir. Ulu Öndər deyirdi: "Polis xalqın keşiyində duran, onun hüquq və azadlıqlarını qoruyan bir orqandır. Onun fəaliyyəti dövlətçiliyin dayaqlarından biridir." Məhz onun təşəbbüsü və rəhbərliyi ilə hüquq-mühafizə orqanlarının strukturunda, fəaliyyət mexanizmlərində və hüquqi bazasında köklü dəyişikliklər aparıldı. Heydər Əliyev tərəfindən imzalanan fərman və sərəncamlarla polis əməkdaşlarının sosial müdafiəsi, təhsil imkanları və maddi-texniki təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı. Ulu Öndərin siyasi iradəsi və dəstəyi ilə hüquq-mühafizə sistemi yenidən təşkil olunaraq, müasir çağırışlara cavab verən bir formaya salındı. Bu diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar, rəqəmsallaşma, şəffaflıq və insan hüquqlarının müdafiəsi istiqamətində atılan addımlar Azərbaycan polisini daha da gücləndirmişdir. Bu gün Azərbaycan polisi təkcə ictimai asayişin deyil, həm də dövlətçiliyimizin keşiyində dayanır. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizədə, hüquq və azadlıqların qorunmasında, fövqəladə hallarda əhalinin təhlükəsizliyinin təmin edilməsində ön sıradadırlar. Xüsusilə son illərdə yaşadığımız mühüm tarixi hadisələr - COVID-19 pandemiyası zamanı karantin rejiminin təmin olunması, 44 günlük Vətən müharibəsində vətənpərvərliklə xidmət etmələri Azərbaycan polisinin xalq qarşısındakı məsuliyyət və sədaqətinin bariz nümunəsi oldu. Polis əməkdaşlarının müharibə dövründə arxa cəbhədə sabitliyi qorumaq, təxribatların qarşısını almaq və cəbhə bölgələrində əhalinin təhlükəsizliyini təmin etmək üçün göstərdikləri fədakarlıq daim hörmətlə xatırlanır. Bu əlamətdar gün münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri olaraq ölkəmizin hüquq-mühafizə orqanlarında xidmət edən bütün əməkdaşlara səmimi təbriklərini çatdırır, onların dövlətimizə və xalqa xidmətini yüksək qiymətləndirir. Bu bayramda biz bir daha vurğulayırıq ki, polis əməkdaşlarının məsuliyyətli və şərəfli xidmətləri xalqımızın rifahına, dövlətçiliyimizin möhkəmlənməsinə və ölkəmizin sabitliyinə xidmət edir. Azərbaycan Polisi Günü münasibətilə vəzifəsini ləyaqətlə və vicdanla yerinə yetirən bütün hüquq-mühafizə orqanları əməkdaşlarını ürəkdən təbrik edirik. Onlara şərəfli vəzifələrində uğurlar, möhkəm cansağlığı, ailə səadəti və daha böyük nailiyyətlər arzu edirik. Onların daim xalqın və dövlətin etimadını doğrultmaları, hüququn aliliyinin təminində sarsılmaz iradə nümayiş etdirmələri Azərbaycanın daha təhlükəsiz və ədalətli gələcəyi üçün möhkəm zəmin yaradır. Azərbaycan Polisi Günü mübarək olsun! Cəlil Xəlilovun : Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı, X-men şirkətinin rəhbəri Vüsal Bayramov, Guess, Santoni, Ayans, Meqa, Armani, Bilyoner, Avva, Versaci, Klimber, Kinq, şirkətlərinin rəhbərləri, iş adamlarıAnar Xasməmmədov, Aqil Mahmudov qardaş ölkəmiz olan Türkiyədəki soydaşlarımıza dəstək aksiyasına qoşulub. Bu gün "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı-nın idarə heyəti və fəal üzvləri qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində dünyasını dəyişmiş çoxsaylı soydaşlarımızın əziz xatirələrini dərin hörmət və ehtiramla yad etmək məqsədilə Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən səfirliyin önünə gələrək təlafat qurbanlarının ruhlarına dualar oxuyaraq tər qərənfil düzüblər. Sonra Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı-nın İdarə Heyəti və fəal üzvləri qardaş Türkiyədə zəlzələdən əziyyət çəkən soydaşlarımıza dəstək məqsədilə topladıqları zəruri ləvəzimatları Bakı şəhəri Abbas Səhhət küçəsində nəzərdə tutulan Heydər Əliyev adına İdman Konsert Kompleksinə gətirərək öz soydaşlıq borclarını yerinə yetiriblər. Təşkilat sədri Qalib Əliyev çıxışında qardaş Türkiyədə təbii fəlakət nəticəsində dünyasını dəyişmiş insanların vaxtsız ölümündən kədərləndiklərini, sarsıldıqlarını dərin hüznlə ifadə edib. Təşkilat rəsmiləri qeyd ediblər ki, Türkiyənin acısı Azərbaycanın acısıdır, Türkiyənin dərdi, Azərbaycanın dərdidir! Oğuzdan gələn Azərbaycan Türkiyə qardaşlığı, birliyi daimidir, əbədidir. Var olsun Azərbaycan Türkiyə qardaşlığı!
Hamısını oxu