Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ulduz Səttar oğlu Kəngərli

Ulduz Səttar oğlu Kəngərli (Kəngərlinski) 1924-cü il sentyabr ayının 28-də İrəvanda anadan olmuşdur.  1941-ci ildə 9-cu sinfi bitirdikdən sonra, artilleriya hərbi məktəbinə daxil olmuş, sonra zabit rütbəsində Ukrayna cəbhəsinə göndərilmişdir.
1947-ci ildə ordu sıralarından qayıtdıqdan sonra, Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, 1952-ci ildə (indiki Neft Akademiyası) Energetika fakültəsini, 1958-ci ildə isə Azərbaycan EA-nın aspiranturanı bitirmiş, namizədlik dissertasiyasını müdafiə etmiş və texnika elmləri namizədi alimlik dərəcəsini almışdır.
1958-1961-ci illərdə Sumqayıt şəhərindəki Elmi-Tədqiqat "Neftkimyaavtomat" Layihə İnstitutunda şöbə müdiri və Elmi-Tədqiqat Neft İnstitutunda laboratoriya rəhbəri işləmişdir.
1961-ci ildə Azərbaycan Politexnik İnstitutunda (indiki Texniki Universitet) onun rəhbərliyi ilə radiotexnika, elektronika və rabitə kafedrası təşkil edilmişdir. Bu sahədə onun ilkin yaratdığı kafedra əsasında 7 yeni kafedra təşkil edilmiş və universitetdə iki radiotexnika və telekommunikasiya və rabitə fakültələri fəaliyyət göstərmişdir.
Alim radioelektronika sahəsində tədqiqatlar aparmış, 17 dərslik və dərs vəsaitinin 218 elmi əsərin, 12 ixtiranın müəllifidir. 1983-cü ildə çap olunmuş "Rusca-azərbaycanca-ingiliscə radioelektronika terminləri lüğəti"nin (Cəmilə Kəngərli ilə birlikdə) müəllifidir. Ulduz Kəngərlinin yerinə yetirdiyi elmi-tədqiqat işlərinin nəticələri respublikanın müxtəlif sənaye müəssisələrində geniş tətbiq edilmişdir.
Ulduz müəllim respublikada elmipedaqoji kadrların hazırlanmasına xüsusi diqqət yetirmiş, kafedranın əməkdaşlarının elmi səviyyələrinin artmasına şərait yaratmışdır. Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində böyük xidmətlərinə görə Böyük Vətən müharibəsi veteranı (bir sıra orden və medallarla təltif edilmişdir), əmək veteranı, texnika elmləri doktoru (1969), professor (1970). Ulduz Səttar oğlu Kəngərli 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Respublika Veteranlar Təşkilatının Rəyasət heyəti və kollektivi İkinci Dünya müharibəsi veteranı Ulduz Səttar oğlu Kəngərlinin vəfatindan kədərlənir, yaxınlarlna dərin hüznlə baş sağlığı verir. Allah rəhmət eləsin.

2021-01-30 00:00:00
1979 baxış

Digər xəbərlər

Fəttah Heydərov haqda maraqlı məlumatlar: 30 il deputat...

Xəbər verdiyimiz kimi, millət vəkili Fəttah Heydərov bu gün 82 yaşında vəfat edib. “Yeni Sabah” xəbər verir ki, o, Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri idi. Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1955-ci ildə Nehrəm kənd orta məktəbini, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib. Əmək fəaliyyətinə 1955-ci ildə Babək rayonu Güznüt kənd klubunun müdiri kimi başlayıb. 1958-ci ildən Çeşməbasar səkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləyib, 1970-1990 –cı illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı seçilib. 1976-1978-ci illərdə Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri işləyib. 1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri işləyib. 1990-1995–ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olub. Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il) IV (2010-cu il) çağırış Milli Məclisinin deputatı olub. 1 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikası V çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavinidir. Azərbaycan Ağsaqqallar Şurasının sədridir. SSRİ-nin "Şərəf nişanı" ordeni (1975) və medallarla təltif edilib. 20 fevral 2008-ci ildə Azərbaycan Respublikasının mədəni və ictimai-siyasi həyatında fəal iştirakına görə Fəttah Səməd oğlu Heydərov “Şöhrət” ordeni ilə təltif edilib. 22 fevral 2013-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şərəf” ordeni ilə təltif olunub. 22 fevral 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fəttah Səməd oğlu Heydərov “İstiqlal” ordeni ilə təltif edilib.  Allah rəhmət eləsin!

Hamısını oxu
Binəqədi rayonunda veteranlarla görüş keçirilib

Respublika Veteranlar Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və həmin şöbənin baş mütəxəssisi Nəbi Hacıyev 14 aprel 2021-ci il tarixində  Binəqədi rayonunda veteranlarla görüş keçirib.   Tədbirdə  Binəqədi rayon VT-nin müavini Teyyub Həsənov, Birinci Qarabağ Müharibəsi iştirakçısı, ehtiyatda olan mayor Telman Vəliyev, 44 günlük Vətən müharibəsi iştirakçısı Xaliq Namazlı, əmək veteranları Rəna Əliyeva, Zakir Əliyev və başqaları iştirak edib.   Tədbiri giriş sözü ilə açan Teyyub Həsənovun təklifi ilə ərazi bütövlüyü uğrunda canından  keçən şəhdilərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən ehtiyatda olan polkovnik Adil Haqverdiyev müharibə iştirakçılarının sağlamlıq durumu və döyüş yolu ilə  maraqlanıb. Vətən müharibəsində ordumuzun Ali Baş Komandanın rəhbərliyi altında  işğalçıları tarixi torpaqlarımızdan qovduğunu bildirən Adil Haqverdiyev, bundan sonra da ölkə başçısı ətrafında sıx birləşməyin zəruriliyini vurğulayıb.   Çıxışdan sonra Adil Haqverdiyev tədbir iştirakçılarının suallarını cavablandırıb.   Tədbirin sonunda xatirə şəkli çəkilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti  

Hamısını oxu
“XVII Beynəlxalq Müsəlman Forumunda ermənilərin ekoloji terror siyasəti uğurla ifşa edildi”

Aqil Şirinov: “Erməni vəhşiliklərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması milli maraqlarımız baxımından mühüm əhəmiyyət kəsb edir”   Dekabrın 15-də Rusiya Federasiyasının Müsəlmanları Ruhani İdarəsi və Beynəlxalq Müsəlman Forumunun Katibliyinin birgə təşkilatçılığı ilə “Ekoloji təbliğatdan ekoloji düşüncəyədək: danışıq üslubunun optimal yolunun axtarışı” mövzusuna həsr olunmuş XVII Beynəlxalq Müsəlman Forumu keçirilib. Forumda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək Ermənistanın ekoloji terror siyasətini ifşa edib, din xadimlərinin də ekologiyanın qorunmasında fəallıq göğstərməsinin zəruriliyini vurğulayıb.   Ermənistanın ekoloji terror siyasətinin  bu cür beynəlxalq forum və toplantılarda ifşa edilməsi nə dərəcədə önəmlidir? Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi ekoloji layihələr, təbiətin qorunması istiqamətində atdığı addımlar bütün dünyaya nümunə sayıla bilərmi?   Moderator.az-a açıqlama verən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov məlum forum və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının həmin forumdakı çıxışının dövlətimizin maraqları baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:   “Bu cür beynəlxalq forum və toplantılarda ekosistemin qorunması istiqamətində Azərbaycanın gördüyü işlər haqqında məlumat vermək, ermənilərin Qarabağ bölgəsində təbiətə yönəlik vəhşiliklərini ifşa etmək, meşələrin məhvi, su hövzələrinin çirkləndirilməsi və s. kimi cinayətləri dünuya birliyinin diqqətinə çatdırmaq olduqca vacibdir.   Bu forum mahiyyət və miqyasına görə olduqca mühüm və əhəmiyyətli forum idi. Sözügedən forumun mövzusu da birbaşa ekologiyaya aid idi ki, bu da müasir dünyamızın ən aktual məsələlərindən biridir. Bu foruma dünyanın böyük din xadimləri - Misirin baş müftisi, Türkiyənin Diyanət İşləri başqanı və s. kimi görkəmli simalar qatılmışdı. Rusiya Müsəlmanları İdarəsinin sədri də həmin forumda təşkilatçı qismində iştirak edirdi. Məhz belə bir mühüm forumda Mübariz müəllim Azərbaycan dövlətinin ekologiyaya verdiyi önəmə toxundu,  habelə işğal dönəmində ermənilərin təbiətə yönəlik həyata keçirdiyi terrora diqqət çəkdi. Mübariz müəllim həmçinin bu gün dövlətimizin həmin ərazilərdə həyata keçirdiyi ekoloji layihələrin miqyasından, onun bütün region üçün əhəmiyyətindən danışdı.  Ermənilərin ekoloji terror siyasəti XVII Beynəlxalq Müsəlman Forumu çərçivəsində uğurla ifşa edildi.   Bildiyiniz kimi, cənab prezidentin tapşırğı ilə Qarabağın bərpası prosesində ekologiyaya mühüm diqqət yetirilir. Ekologiyaya ziyan vurmayan “yaşıl enerji”nin istehsalı və istehlakı hər şeydən öncə təbiətin qorunmasına yönələn layihələrdir. Meşə sahələrinin salınması, yaşıllıqların genişləndirilməsi də Azərbaycan dövlətinin diqqət mərkəzində saxladığı əsas məsələlərdən biridir.   Məlum olduğu kimi, ermənilər 30 illik işğal dönəmində təbiətə qarşı əsl terror törədib. Nəticədə, bir çox meşələrimiz məhv edilib. Ermənilər Kəlbəcəri tərk edərkən belə meyvə ağaclarını kəsdilər, meşələri doğrayıb daşıdılar. Bu gün isə cənab prezidentin tapşırığı əsasında işğaldan azad edilən ərazilərdə geniş yaşıllıqlar salınır. Ağdamda böyük meşə massivinin salınması, digər rayonlarda yaşıllıqların genişləndirilməsi gündəmdədir. Ümumiyyətlə, işğaldan azad edilən ərazilərdə yaşıllıqların artıırlması planı mövcuddur. Bütün bunlar Azərbaycan dövlətinin təbiətə, ekologiyaya verdiyi önəmi göstərir və bu baxımdan görülən işlər digər dövlətlər üçün nümunə sayıla bilər”.   Seymur ƏLİYEV  

Hamısını oxu
“Heydər Əliyev məktəblilərin gözü ilə” adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki,Müharibə Əmək və Silahlı Qüvvələr  Veteranlar Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları-şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev  və həmin şöbənin baş mütəxəssisi Nəbi Hacıyev 01 may  2023-ci ildə Bakı şəhəri   Səbail rayonu Badamdar qəsəbəsində  tədbir təşkil ediblər. Tədbir  329 saylı tam orta məktəbdə  baş tutub. Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar “Heydər Əliyev məktəblilərin gözü ilə”adlı tədbirdə Səbail rayon VT-nın sədri Adilə Yaqubova, məktəbin direktoru  Elnur Mirzəyev, şagird və müəllim kollektivi İştirak etdilər. Tədbiri məktəbin direktoru  Elnur Mirzəyev açdı. O,qonaqları tədbir iştirakçılarına təqdim etdi . Ulu Öndər Heydər Əliyevin və onun timsalında torpaqlarımızın qorunması yolunda şəhidlik zirvəsinə yüksələn soydaşlarımızı bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən polkovnik Adil Haqverdiyev bildirib ki, Ulu Öndər Heydər  Əliyev hər zaman uşaqlara diqqət və qayğı ilə yanaşıb. Uşaqları sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütməyin çətin və məsuliyyətli iş olduğunu deyən polkovnik qeyd etdi ki, ona görə də onlara hər zaman qayğı göstərmək, problemlərinə diqqətlə yanaşmaq lazımdır: “Heydər Əliyev  siyasətini uğurla davam etdirən, bizim əzimkar, qətiyyətli Prezidentimiz Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva  ilə birlikdə uşaqlaın və gənclərin yaxşı təhsil almaları üçün daima onlara diqqət və qayğı gostərirlər.Yeni-yeni təhsil mərkəzlərinin təmiri və tikintisi buna əyani sübutdut. Mənim siz şagirdlərə tövsiyəm odur ki, valideynlərinizin zəhmətinin dəyərləndirib, müəllimlərinizin tapşırıqlarını səylə yerinə yetirib, ölkəmizin dəyərli vətəndaşları olasınız”. Daha sonra Nəbi Hacıyev və Adilə Yaqubova çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.          

Hamısını oxu