Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatının və Əfqanıstan Veteranları İctimai Birliyinin birgə təşəbbüsü ilə 44 günlük Vətən müharibəşi iştirakçılarının görüşü keçirilib

Respublika Veteranlar Təşkilatının və Əfqanıstan Veteranları İctimai Birliyinin birgə təşəbbüsü ilə bir grup 44 günlük Vətən müharibəsi iştirakçılarının görüşü keçirilib. Görüşdə Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəliov çıxış etdi. C.Xəlilov: “Möhtəşəm zəfərləri ilə tarix yazan yenilməz Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə 44 günlük Vətən müharibəsini şanlı qələbə ilə başa vurdu və düşməni ağır məğlubiyyətə uğradaraq kapitulyasiya sənədini imzalamağa məcbur etdi. Bu 44 günlük müharibə Azərbaycan xalqının şanını-şöhrətini özünə qaytardı. müharibə xalq olaraq qürurumuzu, vüqarımızı, özümüzə inamımızı qaytardı. Bu 44 günlük müharibədə igid Azərbaycan oğulları öz qəhrəmanlıqları ilə nəinki bugünkü nəsil üçün, eyni zamanda gələcək nəsillər üçün daim fəxr edib, qürur duyacağımız şanlı tarix yazdılar. Elə bir tarix ki, qərinələr, əsrlər keçəcək, nəsillər dəyişəcək, ancaq bu 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının qan yaddaşında və tarixində qızıl hərflərlə həkk olunub əbədi yaşayacaq. Bizlər – bugünkü nəsil xoşbəxt nəsilik ki, bu şanlı tarixin yazılmasına şahidlik etdik. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu müharibədə qəhrəman oğullarımız şəhadətə qovuşaraq, ölümləri ilə ölümsüzlük qazandılar. Sizlərin timsalında minlərlə qəhrəmanımız  Azərbaycan xalqının ən yeni tarixinə adlarını yazdırdılar, onlar hər zaman iftixarla xatırlanacaqlar. Bundan sonrada vətənimizin ərazi bütövlüyünü, dövlətimizin müstəqilliyini qoruyacaqlarına yekdilliklə əminik. Əfqanıstan Veteranlar İctimai birliyinin sədri leytenant Nəsirov Orxan və əsgərlər Qasımlı Kamran və Alızadə Tamerlan və onlar kimi minlərlə Azərbaycan oğlunun qürürumuz olduğunu dilə gətirdi. Azərbaycan xalqının birliyinin yenilməzliyinin simvolu olan Vətən müharibəsindəki şanlı qələbəninin gələcəyimizi işıqlandıracağını bildirdi. Respublika Veteranlar Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Fəxri Fərmanları, Əfqanıstan Veteranları İctiami Birliyinin sədri  Məhəmməd Vəliyev  isə öz növbəsində rəhbərlik etdiyi Təşkilatın təsis etdiyi medalı və mükafatlarını 44 günlük Qarabağ müharibəsi qəhrəmanlarına təqdim edilər.

2021-02-17 00:00:00
3720 baxış

Digər xəbərlər

AzMİU-50: Beynəlxalq elmi-praktik konfrans keçirildi – FOTOLAR

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyinə həsr olunmuş onlayn formatda “İnnovativ kommunikasiya kontekstində dilçilik, ədəbiyyat və tədris metodikası” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Bakıvaxtı.az xəbər verir ki, AzMİU-nun rektoru, memarlıq doktoru, professor, əməkdar memar Gülçöhrə Məmmədova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı ili Azərbaycan dili ilə bağlı elan etdiyi mühüm təşəbbüs və sərəncamları xüsusi vurğulayaraq qeyd edib ki, dövlət başçısının ana dilimizin qorunması, zənginləşdirilməsi və elmi müstəvidə inkişafı istiqamətində müəyyən etdiyi strateji xətt ali təhsil müəssisələri qarşısında mühüm vəzifələr qoyur. Rektor bildirib ki, məhz bu dövlət siyasətinə uyğun olaraq təşkil olunan beynəlxalq elmi-praktik konfrans dilçilik, ədəbiyyat və dil tədrisi sahəsində milli dəyərlərin qorunması ilə yanaşı, innovativ yanaşmaların təşviqinə xidmət edir, bu isə öz növbəsində qloballaşan dünyada innovativ kommunikasiya bacarıqları mühəndislik, memarlıq və texniki ixtisaslar üzrə təhsil alan gənclər üçün strateji əhəmiyyət daşıyır. Professor Gülçöhrə Məmmədova AzMİU-da dil tədrisinə xüsusi diqqət yetirildiyini vurğulayaraq qeyd edib ki, universitetdə tədris Azərbaycan, ingilis və rus dillərində aparılır, bununla yanaşı, ingilis, rus, alman, fransız və italyan dilləri tədris olunur. Bu yanaşma tələbələrin beynəlxalq akademik mühitə inteqrasiyasını asanlaşdırır, onların qlobal əmək bazarında rəqabət qabiliyyətini artırır. Rektor eyni zamanda müəllim heyətinin də həm ana dili, həm də xarici dillər üzrə bilik və bacarıqlarının mütəmadi olaraq təkmilləşdirildiyini diqqətə çatdırıb. AzMİU-nun Əcnəbi dillər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Məmmədova kafedranın kadr potensialı, elmi-pedaqoji fəaliyyəti və tətbiq etdiyi innovativ tədris metodikası barədə ətraflı məlumat verib. O, dil tədrisində kommunikativ yanaşma, rəqəmsal resurslardan istifadə və tələbəyönümlü metodların üstünlüklərini qeyd edib. Dosent Aygün Məmmədova konfransın əhəmiyyətindən söz açaraq bildirib ki, əsas məqsəd alimlərimizin  fəaliyyətini tanıtmaq, fikir mübadiləsi aparmaq, multidissiplinar yanaşmaları genişləndirmək, müasir dilçilik, dil tədrisinin strateji inkişaf istiqamətlərini müəyyənləşdirmək və təcrübə paylaşımı üçün  mühüm elmi platforma yaratmaqdır. O qeyd edib ki, konfrans toplusuna ümumilikdə 78 məqalə təqdim olunub. 27 məqalə dilçilik və ədəbiyyat, 51 məqalə isə metodika sahəsini əhatə edir. Konfransın I bölməsində müasir dilçilik elminin aktual nəzəri problemləri - diskurs və funksional linqvistik təhlil, akademik kommunikasiya, terminoloji sistemlərin formalaşması və tərcümə nəzəriyyəsi elmi-nəzəri baxımdan şərh edilir. Konfransın II bölməsində  əcnəbi dillərin müasir tədris  metodikasının aktual problemləri - pedoqoji və fərdi yanaşma metodların praktik tətbiqi, rəqəmsal texnologiyalar, kommunikativ bacarıqların inkişaf etdirilməsi, mədəniyyətlərarası və peşəkar kommunikativ kompetensiyalar, süni intellektin elm və təhsildə rolu prioritet məqsəd hesab olunur. Daha sonra AzMİU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Nigar Aslanova, Azərbaycan Dillər Universitetinin elm və innovasiyalar üzrə prorektoru professor Həmidə Əliyeva, AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Süni intellekt və kompüter dilçiliyi” şöbəsinin baş elmi işçisi dosent Nərmin Əliyeva, Azərbaycan Dillər Universitetinin İngilis dilinin tədrisi metodikası kafedrasının müdiri, ped.e.d., dosent Günay Şirəliyeva, Bakı Dövlət Universitetinin İngilis dili (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi, fil.f.d. Mənsurə Ağayeva və Milli Aviasiya Akademiyasının İngilis dili kafedrasının baş müəllimi, fil.f.d. Günay Mirzəyeva çıxış edərək müasir dilçilik, süni intellektin dil tədrisinə təsiri, eləcə də əcnəbi dillərin tədrisində aktual metodoloji yanaşmalarla bağlı fikirlərini bölüşüblər. Plenar iclasdan sonra konfrans öz işini iki bölmə üzrə davam etdirib. Birinci bölmədə “Müasir dilçilik və ədəbiyyatşünaslığın aktual problemləri” mövzusu üzrə 8 məruzə, ikinci bölmədə isə “Əcnəbi dillərin müasir tədris metodikasının aktual problemləri” mövzusu üzrə 15 məruzə dinlənilib. Məruzələrdə Azərbaycan dilinin saflığının qorunması, müasir informasiya mühitində dil normalarının pozulması, ekran və efir nitqində dil mədəniyyəti kimi məsələlər xüsusi diqqət mərkəzində olub. Bu baxımdan məruzələr Azərbaycan dili ilə bağlı dövlət səviyyəsində aparılan siyasətə elmi yanaşmaların təqdim edilməsi baxımından aktual xarakter daşıyır. Konfransda Azərbaycanla yanaşı, Türkiyə, İngiltərə, Fransa, Niderland, Qazaxıstan, Özbəkistan, Qırğızıstanın müxtəlif ali təhsil müəssisələrindən olan alimlər və dilçi mütəxəssislər dəyirmi masa ətrafında mövzularla bağlı öz elmi yanaşmalarını və təcrübələrini bölüşüblər. Beynəlxalq elmi-praktik konfrans dilçilik, ədəbiyyat və tədris metodikası sahəsində aktual problemlərin müzakirəsi, elmi əməkdaşlığın genişləndirilməsi və innovativ yanaşmaların təşviqi baxımından mühüm platforma kimi dəyərləndirilib.  

Hamısını oxu
“General Abbasəli Novruzov Sərhəd Qoşunlarımızın formalaşmasında böyük rol oynayıb”

Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov bu gün səhər 89 yaşında vəfat edib.  Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Abbasəli Novruzovla bağlı xatirələrini dilə gətirib, onun Sərhəd Qoşunlarının formalaşmasındakı əməyindən söz açıb: “Abbasəli Novruzov Azərbaycan hərb tarixinin böyük şəxsiyyətlərindən biri olub. Uzun illər SSRİ-nin Sərhəd Qoçşunlarında xidmət edən Abbasəli Novruzov hələ sovet dönəmində ən təcrbəli sərhədçilərdən biri hesab edilir, ona böyük etimad göstərilirdi. 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra sərhədlərimizin etibarlı mühafizəsi məsələsi ciddi aktuallıq kəsb etməyə başladı. Xatırladım ki, ötən əsrin 90-cı illərinin əvvəllərində bu sahədə vəziyyət həqiqətən də ağır idi. Köhnə sərhədlər dağılmış, yeni sərhədlər isə tam formalaşmamışdı. Müstəqil Azərbaycanın sərhədlərinin möhkəmlənməsi, bu sərhədlərin təhlkəsizliyinin təmin edilməsi böyük maddi vəsait, xüsusi texniki vasitələr, müasir müşahidə sistemləri və s. ilə yanaşı, həm də zəngin təcrbəyə malik mütəxəssislər, peşəkar sərhədçilər tələb edirdi. Abbasəli Novruzov məhz bu cür – xüsusi peşəkarlığa və böyük təcrübəyə malik sərhədçi idi. Buna görə də Ümummilli Lider Heydər Əliyev 1994-cü il aprelin 8-də Abbasəli Novruzovu Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunlarının komandanı təyin etdi və o, 2001-ci ilə qədər bu vəzifəni layiqincə yerinə yetirdi. Abbasəli Novruzov Sərhəd Qoşunlarının komandanı təyin ediləndə Azərbaycanın nə Rusiya, nə də Gürcüstanla sərhədləri yox idi. Hər iki dövlətlə sərhədlərin müəyyən edilməsində də Abbasəli Novruzovun böyük rolu oldu. Abbasəli Novruzov qısa zamanda sərhədyanı dövlətlərin sərhədçiləri ilə dostluq və əməkdaşlıq münasibətləri yaratdı ki, bu da həm Azərbaycan, həm də həmin dövlətlərin sərhəd təhlükəsizliyinin etibarlı təmininə töhfə verdi.   Mənim Abbasəli Novruzovla bağlı xatirələrim çoxdur. Çünki mən uzun müddət Abbasəli Novruzovun müavini olmuşam, bilavasitə onun tapşırıq və göstərişlərini yerinə yetirmişəm. Abbasəli Novruzovla gündəlik təmas mənə onun şəxsiyyətini dərindən öyrənməyə, onu daha yaxından müşahidə etməyə imkan verib. Abbasəli Novruzov sərhədçi peşəsinin sirlərinə dərindən bələd olan əsl mütəxəssis olmaqla yanaşı, həm də neqativ hallara qarşı barışmazlığı ilə tanınırdı. Onun komandanlığı dönəmində Sərhəd Qoşunlarında ən xırda neqativ hallarla bağlı belə sərt tədbirlər görülür, ciddi təftiş və araşdırmalar aparılırdı. Abbasəli Novruzov bildirirdi ki, sərhərçi peşəsi müqəddəsdir və bu peşəni gözdən salan istənilən hərəkət bağışlanmamalıdır. Məhz Abbasəli Novruzovun prinsipiallığı və sərt nəzarət sistemi nəticəsində Sərhəd Qoşunlarında şəffaflıq təmin edilmiş, sağlam münasibətlər bərqərar olmuşdur. Onun sərhədlərimizin mühafizəsində tətbiq etdiyi bəzi yeniliklər bu gün də öz aktuallığını və effektivliyini qorumaqdadır. Abbasəli Novruzov dövlət qarşısındakı xidmətlərinə görə çoxsaylı mükafatlarla təltuf edilib ki, bunların sırasında “Şöhrət” ordeni də var. General Abbasəli Novruzovun vəfatını bütün xalqımız üçün böyük itki hesab edir, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq bundan böyük kədər duyduğumuzu bildirir, mərhumun yaxınlarına səbr diləyirik. Allah rəhmət eləsin”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Mehriban Əliyeva Yuxarı Gövhər Ağa məscidinə “Qurani-Kərim” aparıb

Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri zamanı Yuxarı Gövhər Ağa məscidində olub. Publika.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva kəlağayıya bükdüyü “Qurani-Kərim”i məsciddə Prezident İlham Əliyevə təqdim edib. Dövlət başçısı müqəddəs kitabı öpərək onu məsciddə xüsusi yaradılmış guşəyə qoyub. Daha sonra dualar edilib.                                  

Hamısını oxu
MMQ-nın “N” saylı hərbi hissəsində 26 iyun - Silahlı Qüvvələr Günü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları, şöbə müdiri, ehtiyyatda olan polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev 23 iyun  2022-ci il tarixdə  MMQ-nın  “N” Adil saylı  hərbi hissə nümayəndələri ilə birgə tədbir təşkil edib. Tədbir 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr edilib. Tədbirdə MMQ-nın  Şəxsi heyətlə iş üzrə şöbənin rəisi polkovnik Ayaz Əliyev, Şəxsi heyətlə iş üzrə şöbənin baş zabiti mayor  Şahlar Həsənov, Xüsusi təyinatlı qüvvələrdə xidmət etmiş  Aprel döyüşləri və 44  günlük Vətən müharibəsi iştirakçıları Şamxal Qocayev,  Azər Əliyev, Aprel döyüşləri qazisi Ülfət Həsənov,   əsgər və zabitlər iştirak edib. İlk öncə  Azərbaycan Respublikasının Dövlət Himni səslənib, daha sonra  torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha spnra söz çıxış üçün söz ehtiyyatda olan polkovnik Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev ilk öncə  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın və sədrmüavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Adil Haqverdiyev Azərbaycanın ordu quruculuğu tarixinə nəzər salıb:   “1918-ci il 26 iyun tarixli  fərmanla Azərbaycan Milli Ordusu yaradılmışdır. Qısa bir zamanda çox işlərə nail oldular. AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli ordunu ləğv etdi. Onun rəhbərlərinin  əksəriyyəti Nargin adasına aparılıb güllələndi. Azərbaycan  ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra çətin bir dövr başladı. Daxildən və xaricdən təzyiqlərə məruz qalan ölkəmiz dağılmaq təhlükəsi ilə üzləşdi. Respublikanın  ağır günlərində xalqın tələbi ilə Heydər Əliyev ikinci dəfə Azərbaycan Respublikasına rəhbər seçildi. Atəşkəs elan edildikdən sonra ordu quruculuğu sürətlə inkişaf etməyə başladı. Otuz ilə yaxın vaxt keçməsinə baxmayaraq, 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsi cəmi 44 gün ərzində düşmən ordusunun darmadağın edilməsi ilə nəticələndi. Mən  qarşıdan gələn 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə sizləri təbrik edirəm!”   Sonra çıxış üçün söz Aprel döyüşləri və 44  günlük Vətən müharibəsi iştirakçıları  Şamxal Qocayev,  Azər Əliyev, Aprel döyüşləri qazisi  Ülfət Həsənova verilib. Qazilər döyüş xatirələrindən danışıb, hər zaman  Ali Baş Komandan İlham Əliyevin əmrinin icrasına hazır olduqlarını bəyan ediblər.   Tədbirin sonunda xatirə şəkilləri çəkilib.  

Hamısını oxu