Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

MMQ-nın “N” saylı hərbi hissəsində 26 iyun - Silahlı Qüvvələr Günü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları, şöbə müdiri, ehtiyyatda olan polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev 23 iyun  2022-ci il tarixdə  MMQ-nın  “N” Adil saylı  hərbi hissə nümayəndələri ilə birgə tədbir təşkil edib. Tədbir 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr edilib. Tədbirdə MMQ-nın  Şəxsi heyətlə iş üzrə şöbənin rəisi polkovnik Ayaz Əliyev, Şəxsi heyətlə iş üzrə şöbənin baş zabiti mayor  Şahlar Həsənov, Xüsusi təyinatlı qüvvələrdə xidmət etmiş  Aprel döyüşləri və 44  günlük Vətən müharibəsi iştirakçıları Şamxal Qocayev,  Azər Əliyev, Aprel döyüşləri qazisi Ülfət Həsənov,   əsgər və zabitlər iştirak edib.

İlk öncə  Azərbaycan Respublikasının Dövlət Himni səslənib, daha sonra  torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha spnra söz çıxış üçün söz ehtiyyatda olan polkovnik Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev ilk öncə  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın və sədrmüavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Adil Haqverdiyev Azərbaycanın ordu quruculuğu tarixinə nəzər salıb:

 

“1918-ci il 26 iyun tarixli  fərmanla Azərbaycan Milli Ordusu yaradılmışdır. Qısa bir zamanda çox işlərə nail oldular. AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli ordunu ləğv etdi. Onun rəhbərlərinin  əksəriyyəti Nargin adasına aparılıb güllələndi.

Azərbaycan  ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra çətin bir dövr başladı. Daxildən və xaricdən təzyiqlərə məruz qalan ölkəmiz dağılmaq təhlükəsi ilə üzləşdi. Respublikanın  ağır günlərində xalqın tələbi ilə Heydər Əliyev ikinci dəfə Azərbaycan Respublikasına rəhbər seçildi. Atəşkəs elan edildikdən sonra ordu quruculuğu sürətlə inkişaf etməyə başladı. Otuz ilə yaxın vaxt keçməsinə baxmayaraq, 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsi cəmi 44 gün ərzində düşmən ordusunun darmadağın edilməsi ilə nəticələndi.

Mən  qarşıdan gələn 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə sizləri təbrik edirəm!”

 

Sonra çıxış üçün söz Aprel döyüşləri və 44  günlük Vətən müharibəsi iştirakçıları  Şamxal Qocayev,  Azər Əliyev, Aprel döyüşləri qazisi  Ülfət Həsənova verilib. Qazilər döyüş xatirələrindən danışıb, hər zaman  Ali Baş Komandan İlham Əliyevin əmrinin icrasına hazır olduqlarını bəyan ediblər.  

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

 

2022-06-25 09:16:00
1733 baxış

Digər xəbərlər

8 Noyabr Zəfər Günü münasibəti ilə Abşeron və Binəqədi inzibati rayonlarının kəsişdiyi dairəvi yol yaşıllığa qərq edilib

  Moderator.az xəbər verir ki, 8 Noyabr Zəfər Günü münasibəti ilə Abşeron və Binəqədi inzibati rayonlarının kəsişdiyi dairəvi yol yaşıllığa qərq edilib. Azərbaycan ordusunun Vətən müharibəsindəki qalibiyyətinin birinci ildönümü münasibəti ilə yol qovşağındakı dairəvi meydançaya çoxlu sayda güllər əkilib, habelə həmin ərazinin işıqlandırılması təmin edilib. Həmçinin, yol qovşağı Azərbaycan və qardaş Türkiyənin dövlət bayraqları ilə bəzədilib.   Bundan başqa, yol kənarlarına çoxlu sayda çinar, habelə ekzotik kol və dekorativ ağaclar əkilib.Yolun kənarı Azərbaycanın dövlət bayrağının rənglərinə uyğun şəkildə işıqlandırılıb.   Görülən işlər vətəndaşlar tərəfindən böyük maraq və məmnunluqla qarşılanıb. Vətəndaşlar hesab edir ki, Zəfər Gününün bu cür faydalı ekoloji aksiya ilə qeyd edilməsi şanlı qələbəmizə ehtiram əlaməti olmaqla yanaşı, təbiətin qorunması, ekoloji mühitin yaxşılaşdırılması baxımından da mühüm əhəmiyyətə malikdir. Hansı ki, ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi layihələr, atdığı addımlar hər bir vətəndaşa nümunədir. Redaksiyamızın əldə etdiyi məlumata görə, Abşeron və Binəqədi inzibati rayonlarının kəsişdiyi dairəvi yolun yaşıllaşdırılması təşəbbüsü təbiətsevər Cəlil Nağıyevə məxsusdur. Qeyd edək ki, Cəlil Nağıyev bundan öncə də oxşar təşəbbüslərlə çıxış edib, baxımsız ərazilərin abadlaşdırılması, yaşıllıqların salınması prosesinə böyük töhfələr verib.   Seymur ƏLİYEV  

Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Möhtərəm prezident, Cənab Ali Baş Komandan!   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı çoxsaylı veteran ordusu və Təşkilatın Rəyasət Heyəti adından Sizi 11 aprel 2018-ci il tarixində keçirilən prezident seçkilərində inamlı qələbə münasibəti ilə ürəkdən təbrik edir, Vətənin tərəqqisi və xoş gələcəyi yolundakı fədakar fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Sizin Azərbaycan qarşısındakı tarixi xidmətləriniz, ölkəmizin hərtərəfli inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və beynəlxalq nüfuzunun artması sahəsindəki geniş fəaliyyətiniz xalq tərəfindən daim yüksək qiymətləndirilir. Siz ulu öndər Heydər Əliyevin siyasi varisi, layiqli davamçısı kimi onun başlatdığı qüdrətli, müasir dövlət, güclü cəmiyyət və firəvan xalq modelini yeni mərhələdə inkişaf etdirməklə Azərbaycanın sabitlik və təhlükəsizliyin bərqərar olduğu bir məkana çevirmisiniz. Bu gün dünyanın əksər ərazilərində çaxnaşmaların, qanlı qarşıdurmaların baş verdiyi şəraitdə ölkəmizdə hökm sürən əmin-amanlıq və vətəndaş sülhü Sizin düşünülmüş daxili və xarici siyasətinizin nəticəsidir. Veteranlar bütün bunları yüksək qiymətləndirir, göstərdiyiniz hərtərəfli qayğı və diqqətdən bəhrələnərək ölkənin gələcək tərəqqisi naminə daim Sizinlə olduqlarını bir daha əzmlə bəyan edirlər. İnanırıq ki, uğurlu siyasi xəttiniz və gərgin səyləriniz Qarabağın azad olunmasına yol açmaqla, daha güclü, qüdrətli Azərbaycanın qurulmasına zəmin yaradacaqdır.   Dərin hörmətlə, Respublika veteranları və RVT Rəyasət Heyəti üzvləri adından:   Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik                                                            Tofiq Ağahüseynov

Hamısını oxu
ASCO və MEDİA jurnalistlər üçün təlim keçirib

Veteran.gov.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə jurnalistlər üçün təlim keçirilib.  Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) təşkil olunan təlimdə 20 müxtəlif çap və online mediasını təmsil edən jurnalist iştirak edib. ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Mehdiyev təlimin əsas məqsədinin KİV nümayəndələrinin gəmiçilik barədə daha dolğun məlumatlandırılması, hazırlanan jurnalist materiallarında sahənin spesifik xüsusiyyətlərinin, dənizçiliklə bağlı əsas çağırışların, eləcə də bu istiqamətdə görülən işlər barədə məlumatların cəmiyyətə düzgün çatdırılması məqsədilə media institutları ilə əməkdaşlığın gücləndirilməsindən ibarət olduğunu bildirib. O əlavə edib ki, belə təlimlər gələcəkdə silsilə şəkildə təşkil olunacaq.   Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova bildirib ki, təmsil etdiyi qurum jurnalistlərin peşəkarlığının artırılmasına, onların sahəvi biliklərin inkişaf etdirilməsinə, dövlət qurumlarının media subyektləri ilə əməkdaşlığının gücləndirilməsinə xüsusi önəm verir və bunu daim diqqətdə saxlayır. Bu məqsədlə müxtəlif qurumlarla birgə mütəmadi təlimlər təşkil olunur. Pərvanə İbrahimova ASCO ilə birgə keçirilən təlimin də bu baxımdan jurnalistlər üçün faydalı olacağına əminliyini ifadə edib Təlim çərçivəsində ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov, “Dəniz naviqasiyası“ kafedrasının müdiri, uzaq səfərlər kapitanı Həzi Nəbiyev jurnalistlərə gəmiçilik haqqında materiallar hazırlanarkən nəzərə alınması vacib olan məqamlar haqqında bir sıra məlumatlar veriblər. Bundan başqa, təlimçilər ASCO-nun dəniz nəqliyyatı sahəsində rolu, gəmiçilik fəaliyyəti ilə bağlı yerli və beynəlxalq tələblər, bu sahədə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər barədə təqdimatlarla çıxış ediblər.    İnteraktiv formada keçən təlim zamanı jurnalistlərin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Yekunda  iştirakçıların təlimi necə mənimsədiyini müəyyənləşdirmək məqsədilə qiymətləndirmə aparılıb. Təqdimatlara uyğun jurnalistlərə 20 sual verilib. “Azadmedia.az” saytından Elnurə Abuşova, “Manşet.az” saytından Gülçin Nağıyeva, “Calibr.az” saytından Timur Rzayev suallardan 18-nə düzgün cavab verməklə ən yüksək nəticə göstəriblər.   Sonda təlimdə iştirak edən jurnalistlərə ASCO və MEDİA adından sertifikat təqdim olunub.

Hamısını oxu
Rusiya Federasiyasının yubiley medalı sahiblərinə təqdim olunub

"1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” Rusiya Federasiyasının yubiley medalı sahiblərinə təqdim olunubBəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi 9 Mayda SSRİ-nin qələbəsi ilə başa çatıb və faşizm süqut edib. Bu gün fəxrlə söyləmək olar ki, Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Bakı şəhəri Binəqədi, Nəsimi, Nizami, Suraxanı və Qaradağ rayon Veteranlar Təşkilatı sədrlərini Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 13 iyun 2019-cu il tarixli Sərəncamı ilə "1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edib. General-polkovnik Tofiq Ağahüseynov qeyd edib ki, müharibə illərində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 75 il keçsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt öz əhəmiyyətini itirmir. General-polkovnik bildirib ki, gün gələcək qəhrəman Azərbaycan xalqı Qarabağın və işğalda olan rayonlarımızın düşmən tapdağından azad edildiyi günü Qələbə bayramı kimi qeyd edəcək. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü ordumuzun qələbə qazanacağı o gün isə elə də uzaqda deyil."1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” Rusiya Federasiyasının yubiley medalı sahiblərinə təqdim olunub. Rayon Veteranları Təşkilatı sədrləri "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Rusiya Federasiyasının yubiley medalına layiq görüldüklərinə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlıqlarını bildiriblər. Səmimi keçən görüşdə qonaqlar xatirə şəkli çəkdiriblər.

Hamısını oxu