AR Dövlət Təhlükəsuzlik Xidmətinin rəisi cənab general-polkovnuk Əli Nağıyeva


Məşhur Məmmədov: “Türk psixoloqlarının ölkəmizə səfəri Türkiyənin qazilərimizə olan qayğısının bariz nümunəsidir” Xəbər verdiyimiz kimi, Vətən müharibəsi qazilərinə psixoloji dəstək məqsədi ilə bir qrup türkiyəli mütəxəssis Azərbaycana gəlib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Səhiyyə Nazirliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan Kütahya Tibb Elmləri Universitetində psixi sağlamlıq uzmanı Dr. İsmail Volkan Şahiner, Ankara Təhsil və Araşdırma Xəstəxanasının psixoloqu Nihan Kılıç ilə görüşüb, mövcud və gələcək əməkdaşlıq məsələlərini müzakirə edib. Moderator.az-a açıqlamasında türk psixoloqların məlum gəlişini şərh edən millət vəkili Məşhur Məmmədov, bunu qardaş Türkiyə dövlətinin Azərbaycana, onun qazilərinə olan diqqət və qayğısının növbəti təzahüri kimi dəyərləndirib. Millət vəkili Səhiyyə Naizrliyi və TƏBİB-in bu istiqamətdəki fəaliyyətini də yüksək qiymətləndirib: “Təbii ki, türk psixoloqlarının qazilərimizə psixoloji yardım məqsədi ilə ölkəmizə gəlişi hər şeydən əvvəl qardaş Türkiyə dövlətinin qazilərimizə, vətənimizin şanlı müdafiəçilərinə olan diqqət və qayğısının göstəricisidir. Heç kimə sirr deyil ki, Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycana həm mənəvi, həm də diplomatik baxımdan böyük dəstək verdi, bir an belə olsun dövlətimizi, xalqımızı tək buraxmadı. Artıq iki ildir ki, müharibə başa çatsa da, qardaş Türkiyə dövləti Azərbaycana dəstəyini davam etdirir. Bugünlərdə bir qrup türkiyəli mütəxəssisin qazilərimizə psixoloji yardım məqsədi ilə ölkəmizə səfər etməsi də bu dəstəyin davamıdır. Türkiyə bununla bir daha bütün dünyaya nümayiş etdirir ki, o, hər zaman Azərbaycanın yanındadır və bundan sonra da onu dəstəkləməkdə davam edəcək. Mən xalqımıza, qazilərimizə verdiyi dəstəyə görə qardaş Türkiyəyə təşəkkür edir, minnətdarlığımı bildirirəm. Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı sonsuza kimi yaşayacaq, bu birlik və qardaşlıq sadəcə ölkələrimizdə deyil, bütün dünyada sülhün, tərəqqinin, əmin-amanlığın bərqərar olması və inkişafına öz töhfəsini verəcəkdir. Mən bu məsələdə Səhiyyə Nazirliyi və TƏBİB-in fəaliyyətini də yüksək qiymətləndirirəm. Təkcə bir faktı nəzərə çatdırım ki, bu gün TƏBİB-ə tabe olan tibb müəssisələrində onlarla Vətən müharibəsi iştirakçısı, qazi və şəhid ailəsinin üzvləri çalışır. Səhiyyə Nazirliyi və TƏBİB qazilərimizin tibbi bərpa və reabilitasiyasında mühüm rol oynayır, hər bir qazi və şəhid ailəsi ilə bağlı məsələyə xüsusi həssaslıqla yanaşır. Şübhəsiz, dövlət qurumlarımızın qazilərimizə, şəhid ailələrinə bu cür qayğıkeş, həssas münasibəti qürurvericidir və həmin qurumların öz vəzifə borcuna, dövlət başçısının tapşırıq və tövsiyyələrinə yüksək dəqqiliklə əməl edildiyini göstərir”. Seymur ƏLİYEV
Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbərliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə veteranları təbrik edib. Müraciətdə deyilir: “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə bütün veteranları təbrik edir, hər bir veteranımıza möhkəm cansağlığı və firvanlıq arzulayırıq. Əminik ki, veteranlarımız yeni ildə də vətənimizin çiçəklənməsi naminə əlindən gələni əsirgəməyəcək, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinə, cəmiyyətimizin dövlət başçısı ətrafında sıx birləşməsinə, milli maraqlarımızın müdafiəsinə öz töhfəsini verəcəkdir”. Hörmətlə: Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından Fatma Səttarova və polkovnik Cəlil Xəlilov
Hamısını oxu
XX əsr Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən biridir. Xalqımız və ölkəmiz əsrin əvvəllərində qərinələr boyu həsrətində olduğu azadlığını, müstəqilliyini əldə etsə də, bu, uzun çəkmədi və yenidən müstəmləkə əsarətinə düçar oldu. Çar imperiyasını bolşevik diktaturası əvəz etdi. İlk milli respublikanı quran və bir müddət yaşadan əksər siyasət və dövlət xadimləri, ziyalılar ya məhv edildilər, ya da ölkədən qovuldular. Daha sonra isə, 37-ci il repressiyası başladı. Milli ideallarla, xalqın maraqları ilə yaşayan, varlıqları və fəaliyyətləri ilə sovet tədqiqatçılarının absurdluğunu, yalan olduğunu sübuta yetirən minlərlə şair, yazıçı, artist, rejissor, alim, dövlət xadimi, hərbiçi fiziki və mənəvi cəhətdən məhv edildi. Ancaq xalq özünün ən ali və dəyərli keyfiyyətlərini, özünəməxsus adət-ənənələrini, etnik-milli özgürlüklərini qoruyub saxlaya bildi. Sadəcə olaraq, milli faciənin astanasında, ölüm-qalım mübarizəsində qeyrət, dəyanət, əzm nümayiş etdirərək duruş gətirən xalq lidersiz, rəhbərsiz idi. Parlaq zəkası, fitri istedadı, yorulmaz fəaliyyəti, əvəzsiz peşəkarlığı, qeyri-adi təşkilatçılıq qabiliyyəti ilə məhz Heydər Əliyev Vətənə xidmət amalını və andını gerçəkləşdirdi. Tam əminliklə deyə bilərik ki, Azərbaycanda Heydər Əliyev erasının tarixi onun DTK-nın rəhbəri işlədiyi vaxtdan başlayır. İlk növbədə ona görə ki, ölkə, xalq, respublika miqyasında taleyüklü məsələlərin sistematik, ardıcıl həllinin fundamenti yaradıldı. Heydər Əliyevin şərəfli ömür yolunun bu dövrü haqqında da kifayət qədər danışıldığı üçün yalnız bir-iki səciyyəvi cəhətə diqqət yetirmək istəyirəm. Birincisi, ikiyüzillik imperiya tarixində ilk dəfə azərbaycanlı sovet rejiminin ən məxfi, ən qorxulu, başlıcası isə ən qüdrətli güc strukturunun rəhbərliyinə irəli çəkildi. Nəticədə Azərbaycan Respublikası və xalqı bir sıra dəhşətli fəlakətlərdən qorundu, bir sıra amansız zərbələrdən minimum itki ilə qurtardı. Təfsilatına varmadan onlarla ziyalının “KQB” repressiyasından məhz DTK-nın sədri Heydər Əliyevin sayəsində xilas olduğunu qeyd etməklə kifayətlənmək istəyirəm. Təsadüfi deyil ki, Heydər Əliyev erasından sonra sovet “KQB”sinin dağıdıcı fəaliyyətini müqayisəli nəzərdən keçirsək, bu gün qürur hissi ilə Azərbaycanın ən az terrora məruz qaldığını deyə bilərik. İkincisi, müdrik fəaliyyətin, incə diplomatiyanın sayəsində DTK-da milliləşdirmə siyasəti həyata keçirildi. Bu orqanda azərbaycanlıların sayının artırılması möhtəşəm bir uğur idi. Risk və fədəkarlıq tələb edən bu müvəffəqiyyət əslində eyni siyasətin bütün sahələrdə keçirilməsinin zəruriliyinə siqnal, çağırış, ən vacibi isə nümunə idi. Üçüncüsü, yenə də məhz Heydər Əliyevin tarixi xidməti sayəsində Azərbaycan DTK-sı mənlik şüurunun gücləndirilməsinin, milli azadlıq ideyalarının geniş yayılmasının nəinki qarşısını aldı, əksinə imkan daxilində, gizli yollarla buna şərait yaratdı. Hamı etiraf edir ki, milli azadlıq hərəkatının qələbə qazanmasında milli ədəbiyyat və incəsənət əhəmiyyətli rol oynayıb. Bu sahədə özünəməxsus yerinin, çəkisinin və payının olduğu şübhə doğurmayan B.Vahabzadə, X.R.Ulutürk, Əbülfəz Əliyev və b. var. Onların Sovet “KQB”sinin caynağından məhz Heydər Əliyevin qurtardığını xatırlasaq, azadlıq mücadiləmizin 60-cı illərindəki təməlini kimin formalaşdırdığını aydın təsəvvür edə bilərik. 1969-cu ildə Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etməyə başladı. 1969-cu il Azərbaycanı Azərbaycana qaytarmaq uğrunda şanlı mübarizənin başlanğıc ili kimi qeyd olunmalıdır. Heydər Əliyev DTK-nın rəhbəri işlədiyi dövrdə gördüyü işləri daha geniş miqyasda, daha əsaslı və səlahiyyətli şəkildə, xüsusən də konseptual halda davam etdirməyə başladı. Onun quruculuq fəaliyyəti respublikanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni sahələrini bütövlükdə əhatə etdi. Mən peşəkar hərbiçiyəm. Ordu quruculuğunun sadaladığım bütün sahələrdə bilavasitə əlaqəli olduğunu bildiyim üçün əvvəlcə qısa şəkildə həmin sahələrə toxunmaq istəyirəm. Heydər Əliyev fenomenini tanıyaraq, sevdiyim gündən bu dahi şəxsiyyətin amalının xüsusi diqqət yetirdiyi bir neçə istiqamətinə prioritet xarakter verdiyinin şahidi olmuşam. Heydər Əliyev çalışıb ki, iqtisadi cəhətdən güclü Azərbaycan dövləti yaratsın, ölkəni maksimum demokratikləşdirsin, hüquqi dövlət yaratsın, elm, ədəbiyyat və mədəniyyətin inkişafına hər cür şərait yaratsın, qüdrətli milli ordu formalaşdırsın. Şübhəsiz, bu sahələrin heç də hər birində nailiyyəti asanlıqla qazanmamışıq. Amma bütün sahələrdə sivil dünya birliyinin də etiraf etdiyi danılmaz uğurlarımız var və bu istiqamətlərin də təməli məhz 60-cı illərdən qoyulmuşdur. Heydər Əliyev Azərbaycanı aqrar ölkə olaraq qalmaq fəlakətindən qurtardı. Respublikamızda sənayenin çəkisi 60-cı illərdən sonra günbəgün artırıldı. Ölkənin qazlaşdırılmasında, elektrikləşdirilməsində böyük uğurlar qazanıldı. Strateji mənafe baxımından mühüm əhəmiyyət kəsb edən Bakı-Balakən, Bakı-Xankəndi dəmiryolunun çəkilişi başa çatdırıldı. Heydər Əliyev elə mükəmməl və möhkəm iqtisadi baza yaratdı ki, keçmiş SSRİ-də yalnız Rusiyanın və bir də Azərbaycanın öz potensialı hesabına yaşamağa qadir olduğu bilindi. Ölkənin demokratikləşdirilməsi və hüquqi dövlət quruculuğu sovet imperiyası ideoloqlarının ciddi nəzarəti, daha doğrusu, yasağı altında idi. Azadfikirliliyin nəinki boğulması, əksinə inkişafına şərait yaradılması bu sahədə ən böyük qələbə oldu. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycandan mühacirətə gedənin olmaması, heç kimin siyasi-milli ittihamlarla həbs olunmaması ulu öndərin demokratikliyindən, milliliyindən, siyasi diktələri deyil, ədalət prinsiplərini əsas götürdüyündən xəbər verir. Azərbaycan tarixinin elə məsələləri, elə uğurları var ki, onların əhəmiyyətini qiymətləndirmək üçün mütəxəsis olmağa ehtiyac yoxdur. Azərbaycan elminin, ədəbiyyat və mədəniyyətinin 60-cı illərdən sonra çiçəklənməyə və dünya miqyasında tanınmağa başladığını desəm, qətiyyən səhv etmərəm. Dahi siyasətçini digər siyasətçilərdən fərqləndirən ən əsas cəhət gündəlik fəaliyyətində irili-xırdalı bütün məsələləri perspektivdə götürmək, gələcəklə əlaqələndirmək bacarığıdır. Heydər Əliyev DTK-da işləyəndən, xüsusən də 69-cu ildə ölkə rəhbərliyinə gələndən ən vacib məsələ kimi ordu quruculuğuna xüsusi diqqət yetirib. Onun ilk əməli addımı DTK-nı milliləşdirməsi oldu. Azərbaycanı perspektivdə peşəkar əsgəri, zabiti, hərb sənəti, ordusu, texnikası olmayan ölkə taleyi gözləyirdi. Heydər Əliyev şüurlarda da, psixologiyada da dəyişiklik yaratdı. Hərbi xidmətə gedən gənclərin təntənəli şəkildə yola salınması, nümunəvi xidmət göstərənlərin təbliğ olunması, ən başlıcası isə milli zabit kadrlara xüsusi qayğı göstərilməsi ənənəyə çevrildi. Yüzlərlə, minlərlə azərbaycanlı hərbiçilərin vəzifəyə təyin olunmasında, hərbi rütbə almasında Heydər Əliyevin uzaqgörən, milli strateji maraqlara cavab verən siyasəti əhəmiyyətli rol oynadı. Azərbaycanlı zabit kadrların hazırlanması üçün iki böyük problem hələ də qalırdı. Birincisi, dil baryeri, ikincisi, zabit kadrların hazırlanması prosesinin respublika rəhbərliyinin nəzarətindən kənarda qalması. Bakı və Sumqayıt kimi bir sıra iri şəhərləri çıxmaqla digər bölgələrdən olan azərbaycanlılar rus dilini yaxşı bilmədiyinə görə zabit olmaq arzularına qovuşa bilmirdilər. C.Naxçıvanski adına hərbi məktəbin açılması böyük tarixi hadisə idi. Rus dilini bilməyən azərbaycanlılar hərbi məktəbə qəbulda güzəşt qazandılar. Azərbaycan dövrün ən müasir texniki, elmi, tədris tələblərinə cavab verən hərbi tədris bazası qazandı. Heydər Əliyev hərbi-vətənpərvərliyin təbliği işinə də xüsusi qayğı göstərirdi. C.Naxçıvanski, Mehdi Hüseynzadə, Həzi Aslanov, İsrafil Məmmədov, Ziya Bünyadov kimi İkinci Dünya müharibəsi qəhrəmanları təbliğ olunur, azərbaycanlılarda ulu tarixi olan döyüşkənlik ruhunun sönməsinin qarşısı alınır, məhz Azərbaycan uğrunda şəhidliyin və qaziliyin şərəf, qeyrət, vətəndaş borcu olduğu təlqin edilirdi. Görülən bu böyük işlərin nəticəsi idi ki, azğın erməni qoşunları ölkəmizə qarşı müharibəyə başlayanda SSRİ-nin müxtəlif ərazilərində xidmət edən azərbaycanlı zabitlərin respublikaya könüllü axını başladı. Tarix və məhz bu fakt bir daha təsdiq etdi ki, Heydər Əliyevin dahiliyi, müdrikliyi, uzaqgörən siyasəti olmasaydı, Azərbaycanı peşəkar zabiti, əsgəri, hərb sənəti, ordusu, texnikası, döyüşkənlik ruhu olmayan bir ölkə kimi faciə və fəlakət gözləyirdi. Amma Heydər Əliyevin 60-cı illərdən başlayan fenomenal siyasəti bütün bunların nəinki qarşısını aldı, eyni zamanda dünyada Azəbaycanın hərbi gücünü sübut etdi. Heydər Əliyev yenidən hakimiyyətə gələn gündən ordu quruculuğuna prioritet istiqamət verdi. Bu vacib sahə diletantlardan, naşılardan, “siyasi liderlərin” eksperimentlərindən təmizləndi. Silahlardan təyinatı üzrə döyüş bölgələrində istifadə olunmağa başlandı. Bu gün Azərbaycanda nizami ordu mövcuddur. Ordumuz müstəqil ölkəmizin təhlükəsizliyini ayıq-sayıqlıqla qoruyur. Bu gün Azərbaycan Ordusu hər cür təcavüzkarı yerində oturtmağa qadirdir. Bunu 44 günlük Vətən müharibəsi bir daha bütün dünyaya sübut etdi. Ulu Tanrı seçib-sevdiyi insanlara elə şərəfli, müqəddəs tale bəxş edir ki, onların bir ömrü min ömrə bərabər olur. Belə xoşbəxtlərdən biri də həyatını doğma xalqına həsr etmiş ümummilli lider Heydər Əlirza oğlu Əliyevdir. Cəlil Xəlilov, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru
Hamısını oxu
Azər Allahverənov: “Azərbaycan hər situasiyada hansı addım atmalı olduğunu yaxşı bilir” “Ermənistana qarşı Azərbaycan-Rusiya ittifaqının formalaşdığı iddiası Qərbin yeni yalanıdır” “İrəvan Azərbaycanı yeni antiterror əməliyyatına sövq etməklə ölkəmizin aqressiv dövlət imicini yaratmağa çalışır” Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistanın şərti dövlət sərhəddinə canlı qüvvə və ağır texnika cəmləşdirdiyi ilə bağlı rəsmi məlmat yayıb. Məlumatda bölgədə baş verə biləcək mümkün gərginliyə görə bütün məsuliyyətin Ermənistan və onun havadarlarının üzərinə düşdüyü vurğulanır. Moderator.az olaraq siyasi şərhçi Azər Allahverənovla söhbətimizdə məlum gərginlik fonunda ölkəmizə qarşı aparılan informasiya müharibəsini şərh etməyə çalışdıq. -Azər bəy, son vaxtlar Ermənistanın şərti dövlət sərhəddində canlı qüvvə və ağır texnika toplaması müşahidə edilir. Belə bir dönəmdə Ermənistanın Qərbdəki himayədarlarının ölkəmizə qarşı yürütdüyü informasiya təxribatının daha da genişlənməsi ehtimalı varmı? -Azərbaycana qarşı bütün cəbhələrdə informasiya müahribəsinin aparıldığı birmənalıdır. Yalnız Ermənistan deyil, onun havadarları, bəzi hallarda havadarları olmayan ölkələr belə hansısa formada Cənubi Qafqazda yeni münaqişə ocağının alovlanmasında, xaosun yaranmasında maraqlıdır. Erməni himayədarları bununla Ermənistan üzərindən öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Onlar Rusiyanın forpostu olan Ermənistanı öz təsir dairələrinə daxil etməklə onu öz forpostlarına çevirmək, Ermənistanı siyasi maraqların toqquşduğu poliqona çevirməyə çalışırlar. Bu siyasətin hədəfində isə həm iqtisadi, həm də siyasi cəhətdən güclənən, beynəlxalq münasibətlər sistemində öz sözünü deyən, sözü imzası qədər dəyərli olan Azərbaycan dayanır. -Sizcə bu qüvvələrin hədəf olaraq Azərbaycanı seçməsinə səbəb nədir? -Onlar Azərbaycanın güclənməsində, ölkəmizin beynəlxalq miqyaslı layihələrdə söz sahibi olmasında maraqlı deyillər. Onlara kölə, təsir altında olan Ermənistan və onun kimi dövlətlər lazımdır. Buna görə də onlar bütün resurslardan istifadə etməklə ölkəmizə qarşı informasiya müharibəsi aparmağa çalışırlar. Bəzi hallarda erməni diasporunun rəğbəyini qazanmaq, bəzi hallarda erməni diasporu tərəfindən maliyyələşən dairələrin dəstəyinə nail olmaq, eləcə də qarşıdan gələn seçkilərdə erməni əsilli seçicilərin səslərini təmin etmək üçün ölkəmizə qarşı informasiya müharibəsində yer almaqdadırlar. Ona görə də informasiya müharibəsinin əsas gücünü məhz Azərbaycan əleyhinə yönəldirlər. Xatırladım ki, Münxen konfransından sonra dünyanın bir çox güc mərkəzinin nümayəndələri cənab İlham Əliyevlə təkbətək görüşmək təkliflərini irəli sürdülər. Qarşı tərəfin təşəbbüsü ilə bu qəbildən çoxsaylı görüşlər keçirildi. Bu, ölkəmizin artan nüfuzundan xəbər verirdi. Bundan sonra Ermənistanda bir növ susqunluq hökm sürdü. Hətta ən yüksək səviyyədə Ermənistan hakimiyyəti Azərbaycanla sülh müqaviləsinin bağlanması ilə bağlı pozitiv fikirlər səsləndirməyə başladılar. Bu fikirlər Azərbaycan tərəfindən də təqdirlə qarşılandı. Amma Cənubi Qafqazda xaos yaratmaq məqsədi güdən güclər bununla barışa bilməzdilər. Onlar hələ o zaman maksimum çalışdılar ki, Azərbaycanın aqressiv xarici siyasət yürüdən tərəf kimi təqdim etsinlər. Həmin siyasət bu gün də davam edir. Avropa İttifaqı, ATƏT, AŞPA və s. qurumların təmsilçiləri çıxışlarında Azərbaycanın guya Ermənistana hərbi təcavüz həyata keçirmək niyyətində olduğunu iddia edirlər. Bildirirlər ki, guya şərti dövlət sərhədlərində Azərbaycan canlı qüvvə və ağır texnika cəmləyir. Bunlar feyk məlumatlardır. Azərbaycan bununla bağlı dəfələrlə öz etirazını bildirb. Cənab Prezident çıxışlarında dəfələrlə bildirib ki, Azərbaycanın hər hansı dövlətə, eləcə də Ermənistana qarşı ərazi iddiası yoxdur. Azərbaycan bölgədə sülhün və təhlükəsizliyin mövcudluğunda maraqlıdır. Sülh sazişinin imzalanması, delimitasiya və demarkasiya üzrə işçi qrupunun intensiv fəaliyyəti, kommunukasiyaların açılması və s. kimi amillər ölkəmiz üçün prioritet məslələr hesab olunur. -Sülhün reallaşması üçün Ermənistanın atması gərəkdiyi addımlar hansılardır? -Bunun üçün Ermənistan ilk növbədə ölkəmizə qarşı təxribatlardan və ərazi iddiasından əl çəkməlidir. Ermənistan öz qanunvericiliyindən, müstəqillik haqqında deklarasiyadan ərazi iddiaları ilə bağlı müddəaları çıxarmalıdır. Ancaq hələ ki, bunların heç biri baş vermir. Əksinə, bu gün Ermənistan şərti dövlət sərhəddində hərbi qüvvə toplamağa çalışır. Bu hadisələr fonunda Azərbaycana qarşı Qərbin müxtəlif rıçaqlardan istifadə edərək siyasi-informasiya təxribatları vasitəsilə Azərbaycanı aqressiv tərəf kimi qələmə vermək cəhdləri özünü büruzə verir. 2023-cü ilin sentyabrından sonra biz bu cəhdlərin daha da artmasına şahif olmaqdayıq. Bu təxribatı törədənlər həm də Ermənistan ərazisində fəaliyyət göstərən qeyri-qanuni hərbi birləşmələrdir. Bura VOMA, Yerkrapa, Sasna Tsrer və s kimi hərbi birləşmələr daxildir. Bu qanunsuz hərbi birləşmələr müxtəlif təxribatlar törətməklə şərti sərhəd bölgəsində Azərbaycanı antiterror əməliyyatı aparmağa sövq etmək istəyirlər. Azərbaycan tərfi isə təbii ki, hər bir amili nəzərə alır və Ermənistan əraazisinə daixl olmadan atəş nöqtələrinin susdurulmasına nail olur. Ölkəmizə qarşı həyata keçirilən siyasi-informasiya müharibəsində bir məqsəd Azərbaycanı aqressiv dövlət kimi qələmə verməkdirsə, digər məqsəd sülhün bərqərar olmasında maraqlı olmayan ölkə kimi təqdim etməkdir. -Azər bəy, nə qədər gülünc olsa da, bəzi Qərb dairələri iddia edir ki, guya Rusiya Ermənistanın ondan üz döndərməsinə cavab olaraq Azərbaycanın əli ilə İrəvanı cəzalandırmağa çalışır və bu məqsədlə də hər iki dövlət Ermənistan əleyhinə birlik formalaşdırıblar. Sizcə bu iddiaların ortaya atılmasında məqsəd nədir? -Qeyd etdiyiniz kimi, Qərb iddia edir ki, guya Azərbaycanla Rusiya arasında Ermənistan əleyhinə bir ittifaq var. Halbuki, bu, absurd bir yanaşmadır. Vətən müharibəsi və ondan sonra atılan addımlar göstərdi ki, Azərbaycan ərazi bütövlüyün təmin edərkən heç kəsdən bunun üçün icazə almır. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirir. Qərb bu kimi iddialarla Azərbaycanla yanaşı, həm də Rusiyanı hədəf seçir, öz aləmində həm də onu “cəzalandırır”. -Azərbayan Ermənistan üzərində tarixi zəfər çalsa da, hələ də 8 kəndimiz düşmən işğalı altındadır. Sizcə Ermənistan bu kəndləri qaytarmaq istəməsə, o zaman proseslər hansı mcərada inkişaf edəcək? -Bu gün Azərbaycanın 8 kəndi işğal altındadır. O kəndlərin 4-ü eksklavdır, 4-ü isə sərhəddə yerləşir. Hətta sərhəddə yerləşən kəndlər birbaşa olaraq Azərbaycanın nəzarətindədir və bu kəndlər qeyri-şərtsiz qaytarılmalıdır. Ermənistan isə bu mövzu ətrafında spekulyasiya apararaq fərqli siyasət yürüdü. Bəyan edirlər ki, bu kəndlər Azərbaycana qaytarılmayacaq. Bu siyasətdə məqsəd Azərbaycanı təxribata çəkməkdir. 5 aprel görüşü öncəsi belə bir bəyanatın Paşinyanın dilindən səsləndirilməsi onu göstərir ki, Ermənistanda mövcud olan siyasi rejim özünün havadarlarının onları dəstəklədiyindən ilhamlanaraq revanşist əhval-ruhiyyəni təbliğ edir. Bu isə əlbəttə ki, yanlış yanaşmadır. Əgər qonşu dövlət olan Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamaq niyyəti yoxdursa, ölkəmiz nə etmək lazım gəldiyini yaxşı bilir. Azərbaycan sülh müqaviləsi bağlanmadan belə öz ərazi bütövlüyünü təmin etmək üçün bütün resurslardan istifadə etməyə hazır olan güclü bir dövlətdir. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr lokal antiterror tədbirləri onu göstərdi ki, Azərbaycan beynəlxalq hüququ əldə rəhbər tutaraq beynəlxalq hüququn bərqərar olması naminə bütün resurslardan bacarıqla istifadə edə bilir. Azərbaycan gələcəkdə də beynəlxalq hüququn təminatçısı qismində çıxış etməyə qadirdir və lazım gələrsə dövlətimiz bu qətiyyəti bir daha sərgiləyəcək. Seymur ƏLİYEV
Hamısını oxu