Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 29-cu ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi. Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstəsi qoydu, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirdi. Xocalı soyqırımından 29 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca dünyasını dəyişdi. 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirdi. Xocalı faciəsi təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir. Azərbaycan dövləti ötən illər ərzində erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərib. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. İndiyə qədər 10-dan çox ölkə və İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirdi, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi. İllər keçdi. 2020-ci ildə baş verən Vətən müharibəsində müstəqilliyin övladları 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən bütövləşdi. Bununla da xalq öz rəhbərinin ətrafında yumruq kimi birləşərək tarixi hədəflərinə qovuşdu.

2021-02-26 00:00:00
3697 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev: Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı

“Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!” AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi Tvitter səhifəsində yazıb.

Hamısını oxu
Millət vəkili Respublika Veteranlar Təşkilatının sədri ilə görüşüb

Millət vəkili Şahin Seyidzadə bu gün Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb. Təşkilat sədrinin timsalında veteranları faşizm üzərində qələbənin 76-cı ildönümü münasibəti ilə təbrik edən millət vəkili, Fatma Səttarovaya gül dəstəsi və hədiyyə təqdim edib.   İkinci Dünya müharibəsində babasının da yüz minlərlə azərbaycanlı kimi döyüşlərdə iştirak etdiyini bildirən milllət vəkili, xalqımızın erməni faşizmi üzərində də böyük zəfər əldə etdiyinə diqqət çəkib.   Gəlişinə görə millət vəkilinə təşəkkürünü bildirən təşkilat sədri, Azərbaycanın hərb tarixinin qəhrəmanlıqlarla zəngin olduğunu, 44 günlük Vətən Müharibəsinin isə xüsusi yer tutduğunu vurğulayıb.   Millət vəkili hərbi vətənpərvərlik xidmətlərinə görə Respublika Veteranlar Təşkilatı tərəfindən medalla təltif edilib.   Millət vəkili Şahin Seyidzadə isə Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilova Azərbaycan Xalq Cümhuriyəti dövrü əsgərinin libasını əks etdirən hədiyyə təqdim edib.   Respublika Veteranlar Təşkilaıtnın mətbuat xidməti  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı bayram münasibətilə veteranları təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbərliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə veteranları təbrik edib. Müraciətdə deyilir: “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə bütün veteranları təbrik edir, hər bir veteranımıza möhkəm cansağlığı və firvanlıq arzulayırıq. Əminik ki, veteranlarımız yeni ildə də vətənimizin çiçəklənməsi naminə əlindən gələni əsirgəməyəcək, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinə, cəmiyyətimizin dövlət başçısı ətrafında sıx birləşməsinə, milli maraqlarımızın müdafiəsinə öz töhfəsini verəcəkdir”.   Hörmətlə: Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından Fatma Səttarova və polkovnik Cəlil Xəlilov

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının üzvləri şəhid ailəsini ziyarət ediblər

Veteran.gov.az xəbər verir ki, 18 mart tarixində Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri rayon mərkəzindən 47 kilometr uzaqlıqda yerləşən ucqar dağ kəndi Musalıya gedib kənd orta məktəbinin direktoru İsrail Quluyevin və veteran müəllim Adıgözəl Nuriyevin  iştirakı ilə şəhid Elşən Niftullayevin ailəsini ziyarət ediblər. Təşkilatın sədri Ədalət Salman şəhid ailəsini Novruz bayramı münasibəti ilə Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədr müavini polkovnik Cəlil Xəlilovun adından təbrik etdikdən sonra şəhidlər haqqında yazdığı kitabı şəhidin ev muzeyinə bağışlayıb. Şəhidin babası Gülağa kişi bu əziz gündə şəhid qapısını açıb ailəsinə baş çəkdikləri üçün Veteranlar Təşkilatının üzvlərinə minnətdarlığını bildirib və onları şəhidin qardaşının aprel ayında keçiriləcək toy şənliyinə dəvət edib. Qeyd edək ki, Elşən Əfqan oğlu Niftullayev Vətən müharibəsində göstərdiyi igidliyə görə ölümündən sonra Prezidentin fərmanı ilə  "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən uğrunda" medalları ilə təltif olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin.  

Hamısını oxu