Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova “Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru ilə görüşüb

Bu gün Respublika Veteranlar Təşkilatında “Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və sədr müavini Cəlil Xəlilov arasında görüş keçirilib.   Veteran.gov.az xəbər verir ki, qəbul üçün Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarovaya təşəkkür edən Nəzakət Məmmədova, veteranların ölkəmizin ictimai həyatındakı roluna diqqət çəkib, onların istər həyat, istərsə də döyüş yolunun gənc nəslə nümunə olduğunu bildirib.   Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova veteran hərəkatının tarixindən bəhs edib, xalqımızın igid oğul və qızlarının tarixin bütün mərhələlərində düşmənə qarşı mərdliklə mübarizə apardığını bildirib. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun öz tarixi ənənəsinə sadiq qalaraq böyük qəhrəmanlıqlara imza atdığını bildirən Fatma Səttarova, gənc nəslin öz atalarının, babalarının sahib olduğu vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyinə toxunub.   Respublika Veteranlar Təşkilaıtnın sədr müavini, polkovnik Cəlil Xəlilov isə dövlətin veteranlara böyük diqqət və qayğı göstərdiyini bildirib, bu sahədə görülən işlərə, həyata keçirilən layihələrə diqqət çəkib.   Sonda Nəzakət Məmmədova "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif olunub.

2021-03-10 00:00:00
4114 baxış

Digər xəbərlər

"Azpetrol" şirkəti şəhid ailəsini yanacaqla təmin edib

Veteran.gov.az xəbər verir ki, 44 günlük Vətən Müharibəsində şücaəti ilə seçilən şəhid, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) xüsusi əməliyyatlar taborunun döyüş qrupunun hücumçu kəşfiyyatçı giziri Şəhriyar Quliyevin atası Nəsib Quliyev “Azpetrol” şirkətinə müraciət edib. N.Quliyev şirkətdən Qarabağa səfər üçün yanacaqla təmin olunmasını xahiş edib. Şəhid ailəsinin istəyini həyata keçirən “Azpetrol” şirkəti ailəni yanacaqla təmin edib.   Qarabağ Azərbaycandır.   Azpetrol-Daim inkişafa doğru!  

Hamısını oxu
Bu gün Bakıda Zəfər paradı keçiriləcək

Azadlıq meydanında keçiriləcək hərbi paradda 3 000 nəfərdən çox şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş olunacaq. Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri paradda keçid edəcək. Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qələbə paradında iştirak edəcək. Qeyd edək ki, Azadlıq meydanında keçiriləcək hərbi paradla əlaqəli texnikaların hərəkətində təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə hərəkətə məhdudiyyət qoyulub. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə, Rəşid Behbudov - Neftçilər prospektinin kəsişməsindən hərəkət Rəşid Behbudovdan keçməklə Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Cavanşir körpüsü və Afiyəddin Cəlilov küçələri ilə iki istiqamətli müəyyənləşdirilib. Bu ərazilərdə sıxlığın, süni tıxacın yaranmaması üçün sürücülərdən xahiş olunur ki, hərbi parad bitənədək Azneft dairəsi və Neftçilər prospekti və Azadlıq meydanı istiqamətində şəxsi avtomobillərdən mümkün qədər istifadə edilməsin. Eləcə də Azadlıq meydanı, Dəniz vağzalı istiqamətdə kəsişən bütün küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılır. Mərkəzdən Nobel prospekti istiqamətində hərəkət etmək istəyənlər yalnız 10-cu zavod dairəsi və Babək prospektindən keçməklə hərəkət etməlidirlər. Həmçinin 20-ci sahə dairəsindən, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl qəsəbəsi Üzgüçülük hovuzunun yanından və Səbail rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binasının yanından istiqamətlərin dəyişdirilməsi nəzərdə tutulub. Afiyəddin Cəlilov küçəsi və Yusif Səfərov küçəsindən hərəkət yalnız sağa müəyyənləşdirilib. Yeni bulvar ərazisində də şəxsi avtomobillərlə hərəkət mümkün olmayacaq. Çünki həmin istiqamətdəki bütün yollara hərbi texnikalar yerləşdirilib. Eyni zamanda, Zəfər paradı və mərasimin təlim-məşqlərinə hazırlıqla əlaqədar olaraq, Lökbatan - Bayıl - 20-ci sahə, Neftçilər prospekti - Azneft dairəsi - “28 May” m/st-sı, Nobel prospekti - Xətai m/st-sı - “28 May” m/st-sı istiqamətində, eləcə də ətraf küçə və prospektlərdən keçən marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Xaçmaz Rayon Təşkilatında tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, 14 sentyabr 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Xaçmaz Rayon Təşkilatında şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ağsaqqalların iştirakı ilə tədbir keçirilib.  Tədbirdə çıxış edən Xaçmaz Rayon Təşkilatının sədri Abasyar Heydərov Rayon Veteranlar Təşkilatının qarşısında duran vəzifələrdən danışıb, görülən və görülməsi gərəkən işlərə diqqət çəkib. Tədbirdə çıxış edən natiqlər Xaçmaz Rayon Veteranlar Təşkilatının fəaliyyətini daha da gücləndirmək üçün müxtəlif təkliflər irəli sürüb, bu məsələdə birlik və həmrıylik sərgiləməyin vacibliyinə toxunublar. Tədbirdə oxşaq məzmunlu görüşlərin mütəmadi şəkildə keçirilməsinə qərar verilib, səsləndirilən rəy və təkliflərin nəzərə alınacağı, dəyərləndirilcəyi bildirilib. Seymur ƏLİYEV  

Hamısını oxu
Belarus səfiri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, Belarus Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli   səfiri Pineviç Dmitriy Leonidoviç  7 may 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını ziyarət edib, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüb.  

Hamısını oxu