Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Pirallahı rayonunda qazilərlə görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev 22 aprel 2021-ci il tarixində Bakı şəhəri Pirallahı rayonunda  tədbirdə iştirak edib. Tədbirdə qazilərlərlə bərabər, İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, İcra Hakimiyyətinin şöbə müdiri Anar Babayev,YAP-ın Pirallahı rayon təşkilatının sədri Əli Kərimov, İcra Hakimiyyətinin humanitar şöbə rəisi Arzu Abdullayev, İcra Hakimiyyətinin Veteranlarla iş şöbəsinin əməkdaşları Sübhay Məmmədov və Tural Cəfərov, Pirallahı rayon VT-nın sədri Xəqani Şirinov,  Pirallahı rayonu Qızıl Aypara cəmiyyətinin sədri Təranə İskəndərova iştirak edib.   Tədbiri giriş sözü ilə açan İcra Hakimiyyətinin birinci müavini Vəzir Səfixanov qonaqları salamlayıb, onları tədbir iştirakçılarına təqdim edib. İlk öncə söz Respublika Veteranlar Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib.   Adil Haqverdiyevin təklifi ilə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 44 günlük müharibədə Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlığa diqqət çəkən Adil Haqverdiyev, Ali Baş Komandanın rəhbərliyi altında hərbçilərimizin düşməni darmadağın etdiyini, uzun illərdir ki, işğalda qalan torpaqların azad edildiyini bildirib. Şöbə müdiri qeyd edib ki, bu tarixi qələbəyə kölgə salmağa çalışan qüvvvələrə öz yerini göstərməli, bundan sonra da Ali Baş Komandan İlham Əliyevin  ətrafında sıx birləşməkdə davam etməliyik.   Tədbirin sonunda ,,Dəmir yumruq,, filim nümayiş edilib, xatirə şəkli çəkilib.

2021-04-27 00:00:00
3581 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatı müharibə veteranlarına ərzaq yardımı ilə dəstək olur

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə ərzaq yardımlarının paylanılması davam etdirilir. AZƏRTAC xəbər verir ki, bir neçə gündür davam edən xeyriyyə aksiyası çərçivəsində Şamaxı, Ağsu, Qobustan, İsmayıllı, Qəbələ, Şəki, Göyçay, Ağdaş, Balakən və Zaqatala rayonlarında yaşayan İkinci Dünya müharibəsi veteranlarına ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb. Veteranlarla görüşlərdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi riayət edilməsi, zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasını dəstəkləyəcək şəxsi gigiyena qaydalarına əməl etmənin vacibliyi vurğulanıb. Respublika Veteranlar Təşkilatının ölkədəki müharibə veteranlarına ərzaq yardımı ilə dəstəyi davam etdirilir.

Hamısını oxu
“Hərbi sənayemiz gücümüz, qürurumuz və təhlükəsizlik qarantımızdır”

“Hərbi sənayemiz gücümüz, qürurumuz və təhlükəsizlik qarantımızdır”.  Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı, bu çıxışda səsləndirdiyi fikirlər dövlətimizin təhlükəsizliyi və tərəqqisi baxımından mühüm əhəmiyyətə malikdir: “Cənab Prezident AMEA-nın 80-ci ildönümündəki çıxışında bir çox mühüm məqmalara toxundu ki, bunlardan da biri hərbi sənayenin, eləcə də elm və texnologiyanın inkişafı ilə bağlı idi. Dövlət başçısı müasir dünyamızda güc faktorunun önəmini qeyd edərək, bildirdi ki, dövlətlərin təhlükəsizliyi getdikcə daha çox elm və texnoloji inkişafdan asılı vəziyyətə gəlir. Mövcud reallıqlar hərbi sənayenin inkişafı, kibertəhlükəsizlik və s. kimi amillərə daha çox diqqət yetirməyi zəruri edir. Bu baxımdan Azərbaycanda hərbi sənayenin, elm və texnologiyanın sürətli inkişafı milli maraq və təhlükəsizliyimizin təmini baxımından həyati önəm kəsb edir. Dövlət başçısı çıxışında Azərbaycanın dünya bazarına rəqabətədavamlı hərbi məhsullar çıxardığını vurğuladı və PUA istehsalı ilə bağlı görülən işlərə də toxundu. Prezident vurğuladı ki, bu istiqamətdə səylər bundan sonra da davam etdiriləcək. Dövlət başçısı müasir dünyada kibettəhlükəsizlik faktorunun da ciddi aktuallıq qazandığını vurğuladı. Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzinin yaradılmasına diqqət çəkən Prezident İlham Əliyev, gələcək təhlükəsliyimiz üçün dəyişən dünyanın dəyişən təhlükələrinə münasibətdə adekvat mövqe ortaya qoymağın vacibliyini qeyd etdi. Prezidentimizin çıxışı bir daha göstərdi ki, müasir Azərbaycan dövləti bugünkü təhlükələrlə uğurla mübarizə aparmaqla yanaşı, gələcək təhlükələri də diqqət mərkəzində saxlayır, mümkün təhdidlərə münasibətdə ayıq-sayıqlıq sərgiləyir”. Polkovnik qeyd etdi ki, dövlət başçısının dövlət və özəl şirkətləri alimlərimizlə əməkdaşlığa səsləməsi də diqqət yetirilməsi gərəkən xüsusi məqamlardan biridir: “Müzəffər Ali Baş Komandan çıxışında dövlət və özəl şirkətlərə müraciət edərək onları Azərbaycan alimləri ilə yaxından əməkdaşlıq etməyə, alimlərimizin bilik və bacarığından faydalanmağa səslədi.  Bu, həm alimlərimizin nəzəri biliyinin praktiki müstəvidə dəyərləndirilməsi, həm də elmi-texnoloji inkişafın sürətləndirilməsi baxımından olduqca önəmli bir yanaşmadır. İnanıram ki, həm dövlət, həm də özəl şirkətlər dövlət başçısıın bu çağırışına yekdilliklə səs verəcək, Azərbaycan alimləri ilə geniş şəkildə əməkdaşlıq etməklə ölkəmizdəki texnoloji inkişafı daha da sürətləndirəcəklər”. Seymur ƏLİYEV

Hamısını oxu
“Ölkəmizdə qazilərə, şəhid ailələrinə, əlillərə qayğı dövlət siyasətinin nüvəsini təşkil edir”

Cəlil Xəlilov: “Buna görə bütün veteranlar adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirik”   Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər.   Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, bunu ölkə başçısı və Birinci vitse-prezidentin şəhid ailələrinə, müharibə qazilərinə olan diqqət və qayğısının növbəti təzahürü kimi dəyərləndirib:   “Bildiyiniz kimi, avqustun 26-da Abşeron rayonunda daha bir qrup şəhid ailəsinə, müharibə əlilinə, Vətən müharibəsi qəhrəmanlarına ev və avtomobillər verildi, onların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Mən bu nəcib, xeyirxah və humanist təşəbbüsə görə həm Prezident İlham Əliyevə, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşkilatımız adından öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.   Azərbaycanda şəhid ailələrinə, əlillərə, qazilərə dövlətimiz tərəfindən yüksək diqqət və qayğının göstərilməsi  artıq uzun illərdir ki, ənənəyə çevrilib. İstər Ümummili lider Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev tərəfindən bu məsələ hər zaman xüsusi diqqət mərkəzində olub. Qazilərə, şəhid ailələrinə, əlilərə qayğı dövlət siyasətinin nüvəsini təşkil edir. Qazilərimizin müalicəsinin yüksək səviyyədə təmin edilməsi, onların problemlərinin operativ həlli üçün YAŞAT Fondunun yaradılması faktının özü buna nümunədir.   Qazi və əlillərə, Vətən müharibəsi qəhrəmanlarına olan bu diqqət və qayğının daha bir önəmi bundan ibarətdir ki, dövlət başçısının bu addımı cəmiyyət, onun bütün təbəqələri üçün də mesaj xarakteri daşıyır. Bu cür addımlar hər bir vətəndaşa müharibə əlillərinin, qazilərin dövlətimiz, xalqımız üçün nə qədər önəmli olduğunu göstərir. Dövlət rəhbərliyinin qazilərə, şəhid ailələrinə münasibətinə şahid olan hər kəs bütün qəlbi ilə anlayır ki, qazilərə, şəhid ailələrinə diqqət göstərmək, onlara qayğı ilə yanaşmaq hər bir vətəndaşın borcudur və hər kəs bu borca sədaqətlə yanaşmalıdır.   Mən bir daha qazilərə, şəhid ailələrinə göstərilən qayğıya görə həm Prezident İlham Əliyevə, həm də Birinci Vitse-prezident Mehriban Əliyeva veteranlarımız adından təşəkkür edir, onlara xalqımız, dövlətimiz üçün müstəsna əhəmiyyət kəsb edən fəaliyyətlərində uğurlar arzulayıram”.   Seymur ƏLİYEV  

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı Rəşid Qasımov vəfat edib

İkinci Dünya müharibəsi veteranə, I dərəcəli “Vətən müharibəsi” ordenli Rəşid Qasımov vəfat  R.Qasımov 102 yaşında yaşadığı Göyçay rayonunda dünyasını dəyişib. Qeyd edək ki, Rəşid Mənsim oğlu Qasımov 1924-cü il may ayının 9-da Füzuli rayonunda anadan olub. 18 yaşında İkinci Dünya müharibəsinə yollanıb, 1945-ci ildə doğulduğu rayona I qrup əlil kimi qayıdıb. O, müharibədə sağ ayağını itirib. Müharibədə göstərdiyi şücaətə görə I dərəcəli “Vətən müharibəsi” ordeni ilə təltif edilib. Müharibədən qayıdandan sonra Füzuli rayonunda aqronom, zootexnik, ferma müdiri, briqadir vəzifələrində çalışıb. 1993-cü ildə məcburi köçkün kimi Göyçay rayonunun Xəlitli kəndində məskunlaşıb. R.Qasımov Vətən müharibəsinin şəhidi, baş leytenat Səid Rəşidzadənin babası, Füzuli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nofəl Qasımovun atasıdır. Qafqazinfo.az

Hamısını oxu