Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Silahlı Qüvvələrin yaranmasının 103-cü ildönümü Nizami rayonunda qeyd olunub

Respublika Veteranlar Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin iş planına uyğun olaraq şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 18 iyun 2021-ci il tarixində  Nizami  rayonunda tədbirdə iştirak  edib.   26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günunə həsr edilən tədbir Nizami Rayon İcra Hakimiyyətinin akt zalında baş tutub. Tədbirdə Nizami rayon VT-nın sədri Yəhya Ağayev, müavini  Nəcəf Ağayev, Birinci Qarabağ müharibəsi döyüşçülərindən “Azərbaycan Bayrağı Ordeni”-nə layiq görülən Məhəd Tağıyev, Mübariz Məmmədəliyev, Hacı Ramiz, Azad Hüseynov, Aydın Qafarov, 44 günlük Vətən müharibəsi döyüşçülərindən Sübhan Abdullazadə,Tural Əlizadə və digər veteranlar iştirak edib.   Tədbiri Nizami rayon VT-nın sədri Yəhya Ağayev açaraq qonaqları tədbir iştirakçılarına təqdim edib. İlk öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra söz polkovnik Adil Haqverdiyevə verilib. Polkovnik 103 il əvvəl yaradılan ordumuzdan, ordu quruculuğu istiqamətində görülən işlərdən danışıb.   O, bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində xalqın istəyi və tələbi ilə Ulu Öndər Heydər Əliyev  ikinci dəfə hakimiyyətə gəldikdən sonra ordu quruculuğu istiqamətində ciddi addımlar atıb, müasir Azərbaycan ordusunun memarına çevrilib.   Adil Haqverdiyev bildiirb ki, 44 günlük Vətən müharibəsi və “Dəmir yumruq” əməliyyatı Azərbaycan ordusunun nə qədər güclü və yenilməz olduğunu göstərdi.   Polkovnik çıxşının sonunda şəhidlərə rəhmət diləyib, veteranlara cansağlığı arzulayıb.   Tədbirin sonunda xatirə şəkli çəkilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

2021-06-21 00:00:00
3634 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Gədəbəy rayonunda qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva Gədəbəy rayon İcra Hakimiyyətində olublar. Nümayəndə heyətini qəbul edən Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev ilk öncə qonaqları salamlayıb ,  Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə koronavirus (COVİD-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndirib. Daha sonra Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva , Gədəbəy rayon Veteranlar Təşkilatının sədri Məhəmməd Əliyev və rayon İcra Hakimiyyətinin   ictimai-siyasi və humanitar məsələlər şöbəsinin  baş məsləhətçisi Rüfət İmamquliyev Böyük Vətən Müharibəsi veteranlarının evində olaraq ərzaq məhsullarından ibarət sovqatları onlara təhvil veriblər. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu
İş adamı iki min ailəyə Qurban payı göndərib

Veteran.gov.az xəbər verir ki, hər il olduğu kimi bu il də iş adamı Səfər Əlirzayev tərəfindən dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə şəhid, qazi və aztəminatlı ailələrə qurban payı çatdırılıb. İş adamının ənənəvi xeyriyyəçiliyi ilə bu dəfə də saflıq və mərhəmətin rəmzi olan Qurban bayramı münasibətilə çoxsaylı ailələr təbrik olunub. Ümumilikdə, Nehrəm qəsəbəsi və ətraf kəndlərdən olan 2000 ailəyə qurban payı verilib.  Şəhid ailələri və aztəminatlı ailələr bu xeyirxah işə görə Səfər Əlirzayevə təşəkkür edib, minnətdarlıqlarını bildiriblər. Məlumat üçün qeyd edək ki, artıq bir neçə ildir ki, Səfər Əlirzayev bayram günlərində şəhid və qazi ailələrinə, eləcə də həssas kateqoriyaya daxil olan aztəminatlı ailələrə bayram sovqatı göndərir, onların görüşünə gedir.

Hamısını oxu
Zəfər tariximizə adını yazan qazi Ehtiram Orucov

Göygöl rayonunda yüzlərlə insan qazi Ehtiram Orucovu qarşılayıb. Baku TV xəbər verir ki, 25 yaşlı Ehtiram Orucov müddətdən artıq xidmət keçib.  Döyüşlər başlayandan ön cəbhədə Vətən keşiyində dayanıb. Cəbrayıl, Füzuli şəhərlərinin işğaldan azad edilmsində iştirak edən E.Orucov döyüşlərdə yaralanaraq qazi olub. Bu gün Orucovlar ailəsi qürur və sevinc hissi yaşayır.    Qazinin atası Vaqif Orucov deyir ki, şanlı tariximizin zəfər səhifəsində övladının da adının olması möhtəşəm hissdir.  V.Orucov dövlətin oğlunu tək qoymadığını da bildirib.  Qeyd edək ki, Orucovlar ailəsi cəbhəyə üç övlad yola salıb. Döyüşlərdə hər üçü qəhrəmanlıq göstərib. E.Orucov yaralanıb qazi olsa da, qardaşları vətənin müdafiəsində xidmətlərini davam etdirirlər.

Hamısını oxu
Prezident sərəncam imzaladı - 630 min manat ayrıldı

Prezident İlham Əliyev "Qusar rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncamla Qusar rayonunun əhalisi 8 999 nəfər olan 9 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 9 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 630 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Hamısını oxu