Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Həm orta, həm də ali məktəblərdə hərbi dərslərin tədrisinə ciddi ehtiyac var

Millət vəkili Fazil Mustafa parlamentin bugünkü iclasında orta məktəblərdə hərbi dərslərin bərpa edilməsi təklifi ilə çıxış edib.   Moderator.az-a açıqlamasında bu təklifə münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov orta məktəblərdə hərbi dərslərin bərpasının vacib olduğunu, bu illər ərzində bir neçə dəfə bununla bağlı  Təhsil Nazirliyinə müraciət etdiklərini bildirib:   “Təbii ki, məktəblərdə hərbi dərslərin bərpasına ciddi ehtiyac var. Ölkəmizin müharibə şəraitində olması, torpaqlarımızın bir hissəsinin işğal altında qalması hərbi dərslərin bərpasını ikiqat zəruri edir.   Sadəcə orta məktəblərdə deyil, ali təhsil müəssisələrində də hərbi dəsrlərin keçirilməsi günün tələbidir. Çünki ali məktəbin bakalavr pilləsini bitirən tələbələr təhsillərini başa vurandan sonra həqiqi hərbi xidmətə yola düşür. Əgər ali məktəblərdə hərbi dərslər tədris olunarsa, bu, təhsilini başa vurandan sonra ordu sıralarına qatılan gənclərimizin xidmətə daha hazıqlıqlı şəkildə başlamasını təmin edər. Unutmaq olmaz ki, ilkin bilik və bacarığa malik heyətlə işləmək zabitlər üçün də daha asandır.   Biz Respublika Veteranlar Təşkilatı olaraq dəfələrlə bununla bağlı Təhsil Nazirliyinə müraciət etmişik. Həmin müraciətlərdə həm orta, həm də ali məktəblərdə hərb işinə marağın artırılması məqsədi ilə gənclərimizin ordumuzun arsenalındakı hərbi texnika ilə tanışlığına şəraitin yaradılması, onlara bəzi silah növləri haqqında əyani informasiya verilməsi  və s. kimi təkliflər səsləndirmişik. Habelə, bu işdə veteranların təcrübəsindən istifadə etməyi təklif etmişik. Lakin təəssüflər olsun ki, Təhsil Nazirliyi bu müraciətlərə lazımi həssaslıqla yanaşmayıb.   Bir daha qeyd edirəm ki, gənc nəslə ilkin hərbi bilik və bacarıqların aşınması, onlarda orduya, hərb sənətinə marağın artıırlması üçün hərbi dərslərin bərpası arzuediləndir. Dövlətimizin maraqları bizdən məhz bunu tələb edir”.   Seymur ƏLİYEV

2020-06-02 00:00:00
3959 baxış

Digər xəbərlər

Bu gün şəhid çavuş Ülvi Alışovun doğum günüdür

Veteran.gov.az xəbər verir ki, bu gün şəhid  Ülvi Alışovun doğum günüdür.   Ülvi   Alışov 2000-ci il yanvarın 11-də Cəlilabad rayonunun Həziabad kəndində anadan olub.   Azərbaycan Ordusunun çavuşu olan Ülvi Alışov 2020 ci il sentyabrın 27 –də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın  işğalı altında olan ərazilərin azad edilməsi və dövlətimizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Alışov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub.   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Alışov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.   Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Alışov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.  

Hamısını oxu
“DTX-nın keçirdiyi bütün bu əməliyyatlar haqqında biz ancaq bir söz deyə bilərik: Əhsən!”

DTX Naxçıvanda xarici ölkəyə casusluq edən silahlı şəxsi saxlayıb. Məlum olub ki, Naxçıvan Muxtar Respublikasının sakini Siyafət Fərzəliyev xarici ölkə ərazisində olarkən həmin dövlətin xüsusi xidmət orqanının nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş, ölkəyə qayıtdıqdan sonra onların tapşırığı əsasında Naxçıvan şəhəri və Şahbuz rayonu ərazilərində yerləşən hərbi və digər strateji əhəmiyyətli obyektlərin videoçəkilişlərini apararaq xarici xüsusi xidmət orqanının nümayəndələrinə təqdim edib. Maraqlıdır, dünyada təhlükəsizliklə bağlı təhdidlərin artdığı, Prezident İlham Əliyevin demək olar ki, bütün çıxışlarında məlum məsələ ilə bağlı xüsusi həssaslıq sərgilədiyi bir şəraitdə bu cür əməliyyatlar təhlükəsizliyimizin etibarlı təminatı baxımından nə dərəcədə önəmlidir? Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov bu kimi tədbirlərin dövlətimizin güc və sayıqlığının göstəricisi olduğunu vurğuladı: “Şübhəsiz ki, müasir dünyamızda təhlkəsizliklə bağlı ciddi problemlər mövcuddur və bunu sadəcə mediaya nəzər salmaqla da müşahidə etmək mümkündür. Azərbaycana gəlincə, respublikamıza yaxın ərazilərdə xeyli sayda qaynar nöqtələr mövcuddur. Bu nöqtələrdə isə müxtəlif terrorçu qruplar, silahlı şəxslər, müxtəlif ölklərin xüsusi xidmət orqanları fəaliyyət göstərir. Belə bir vəziyyətdə Azərbaycanın təhlükəsizliklə bağlı məsələyə xüsusi həssaslıq yanaşması başadüşüləndir. Cənab Prezidentimiz də bu məsələni dəfələrlə gündəmə gətirib, müdafiə və təhlükəslziyimi gücləndirməyin bundan sonra da prioritet olacağını bildirib. DTX-nın Naxçıvanda keçirdiyi əməliyyata gəlincə, buna ancaq əhsən demək olar, Bu əməliyyat bir daha sübut edir ki, DTX hər zamankı kimi ayıq-sayıqdır və hər bir təhlükənin qarşısını rüşeym halındaca alır. Bu cür sayıqlıq, peşəkarlıq bizim üçün hər zaman olduqca önəmlidir. Milli təhlkəsizlik elə həssas bir məsələdir ki, bu məsələdə heç bir boşluğa yol vermək olmaz. Azərbaycan bu məsələdə də bütün dünyaya nmunə göstərməkdə, öz təhlkəsizliyini yüksək səviyyədə təmin etməkdədir. Biz bununla ancaq fəxr edə bilərik”. Seymur ƏLİYEV  

Hamısını oxu
Zakir Fərəcov yüksək bal toplayan məzunlarla görüşüb

Veteran.gov.az xəbər verir ki, Sumqayıtda ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş keçirilib.   Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov gəncləri əldə etdikləri uğurlar münasibəti ilə təbrik edib, onlara xoş arzularını çatdırıb, gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb.   Zakir Fərəcov son illər ölkəmizdə dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışıb və bu sahənin dövlət başçısı tərəfindən daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Şəhər rəhbəri bildirib ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır. Sumqayıt şəhərində təhsil infrastrukturunun yaradılması istiqamətində də mühüm işlər görülüb. Yeni təhsil müəssisələri tikilərək istifadəyə verilib. Eyni zamanda mövcud təhsil müəssisələrində əsaslı təmir işləri aparılıb. Bütün bunlar gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına lazımi şərait yaradır.   Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə məruzə ilə çıxış edərək Sumqayıt təhsilinin, abituriyentlərin əldə etdiyi uğurlardan danışıb.   Vurğulanıb ki, 2020-2021-ci dərs ilində Sumqayıt şəhəri ümumtəhsil məktəblərinin XI siniflərini 2920 nəfər məzun başa vurub. Məktəblərdə alınan ilkin məlumatlara əsasən onlardan 2475 nəfəri ali məktəblərə sənəd verib. Qəbul imtahanlarında iştirak edən məzunların 1794 nəfəri, yəni abituriyentlərin 72%-i ali məktəblərə qəbul olunub.Onlardan 150 nəfəri 600-dən çox bal toplamışdır ki, bu da ötən ilki göstəricidən 31 nəfər çoxdur. O cümlədən, 650-dən çox bal toplayanların sayı 40 nəfər olmuşdur.   Arzu Alızadə bildirib ki, 21 nömrəli məktəbin məzunu Quliyev Fuad Anar oğlu III ixtisas qrupunda ölkə üzrə ən yüksək nəticə – 680 bal toplayıb. 11 nömrəli məktəbin məzunu Şəfiyev Əbil Üzeyir oğlu isə I ixtisas qrupunda ölkə üzrə ən yüksək nəticə göstərərək 697 bal toplayıb. Təbiət elmləri təmayüllü gimnaziya və Texniki və təbiət elmləri liseyinin məktəbi başa vurmuş bütün məzunları ali məktəbə qəbul olunub və qəbul faizi 100% təşkil edib.   Qeyd olundu ki, ötən illə müqayisədə bu il ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuraraq nişanla təltif olunan məzunlarımızın sayı da xeyli artıb. Belə ki, builki məzunlarımızın 22 nəfəri nişanla təltif olunub, onlardan 17 nəfəri qızıl, 5 nəfəri isə gümüş nişana layiq görülüb. Müqayisə üçün qeyd etmək lazımdır ki, ötən il nişanla təltif olunan məzunların sayı cəmi 12 nəfər olub, onlardan 9 nəfəri qızıl, 3 nəfəri isə gümüş nişan alıb. Göründüyü kimi, ötən illə müqayisədə nişanla təltif olunanların sayı 10 nəfər, o cümlədən qızıl nişan alanların sayı 8 nəfər artıb. Sonda ali məktəblərə yüksək balla qəbul olunan tələbələrə qiymətli hədiyyələr təqdim olunub.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında Respublika Günü ilə bağlı tədbir keçirilib

Dünən Respublika Veteranlar Təşkilatında  28 may – Respublika Gününə həsr edilən tədbir keçirilib. Bütün kateqoriyadan olan veteranların iştirakı ilə keçirilən tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Respublika Gününün önəmindən bəhs edib:   “Respublika Günü Azərbaycanın dövlətçilik tarixindən ən mühüm, ən şanlı günlərdən biridir. Məhz bu gün Azərbaycan öz müstəqilliyini əldə edib. Azərbaycan xalqı azad yaşamaq, müstəqil fəaliyyət göstərmək arzusunu reallığa çevirib. Lakin təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində əldə edilən bu müstəqiliyin ömrü elə də uzun olmadı.   Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan xalqı yenidən müstəqilliyinə qovuşdu. Lakin ağır iqtisadi-siyasi böhran, daxili gərginlik, Ermənistanla qarşıdurma fonunda əldə edilən bu müstəqilliyin dayqaları o qədər də möhkəm deyildi. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanın müstəqilliyi möhkəmləndi, onun iqtisadi, hərbi əsasları gücləndirildi. Heydər Əliyev Azərbaycanı müstəqil dövlət kimi bütün dünyaya tanıtdı”.   Cəlil Xəlilov prezident İlham Əliyevin hakimiyyəti dönəmində Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndiyini qeyd edib:   “Azərbaycanın müstəqilliyinin Ali Baş Komandan, prezident İlham Əliyevin hakimiyyəti dönəmində daha da möhkəmləndiyi birmənalıdır. Ölkə başçısı uzunmüddətli gərgin əməyi sayəsində Azərbaycanı istər iqtisadi-siyasi, istər hərbi, istərsə də mədəni baxımdan bütün regionun lider dövlətinə çevirə bilib. Bu gün Azərbaycan öz uğurları, nailiyyətləri ilə dünyanın bir çox ölkəsinə nümunədir.   Əminəm ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, düşmən üzərində əldə edilən şanlı qalibiyyət ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, müstəqilliyimizi daha da gücləndirəcək, bu mühüm işə öz töhfəsini verəcəkdir”.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu