Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Silahlı Qüvvələrinin yaranmasının 103-cü ildönümü Nəsimi rayonunda qeyd olunub

Respublika Veteranlar Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin iş planına uyğun olaraq şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 22 iyun 2021-ci il tarixində  Nəsimi  rayonunda Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günunə həsr edilən tədbir keçirib.   Tədbirdə Nəsimi  rayon VT-nın sədri Validə Vəliyeva, 44 günlük Vətən   müharibəsi    döyüşçüləri  Mətləb Əhmədov,  Rövşən Rzayev, Nifi Məmmədov,Elçin Əhmədov, Birinci Qarabağ veteranı Taryel Eyvazov və digər qonaqlar iştirak edib.   Tədbiri Nəsimi  rayon VT-nın sədri Validə Vəliyeva  açıb, qonaqları tədbir iştirakçılarına təqdim edib.   Daha sonra çıxış edən polkovnik Adil Haqverdiyevin təklifi ilə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Azərbaycan ordusunun yaranma tarixindən bəhs edən polkovnik Adil Haqverdiyev, tarixin bütün dönəmlərində Azərbaycan xalqının dünya hərb səsnətinə böyük sərkərdələr bəşx etdiyini bildirib.   Polkovnik qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycan ordusu durmadan inkişaf edir. Azərbaycan xalqı öz müzəffər ordusu ilə, onun başında duran Ali Baş Komandan İlham Əliyevlə qürur duyur.   Qarabağ veteranı Taryel Eyvazov da öz çıxşında Azərbaycan ordusunun mövcud durumundan bəhs edib, 44 günlük Vətən müharibəsinin xalqımızın tarixində yeni dönəmin əsasını qoyduğunu bildirib.

2021-06-24 00:00:00
3585 baxış

Digər xəbərlər

Ölkədə bu ildən Smart qaz sayğaclarının tətbiqinə başlanılacaq

“Azəriqaz” İstehsalat Birliyi bu ildən etibarən “ağıllı” (Smart) sayğaclarının tətbiqinə start verəcək.   Veteran.gov.az xəbər verir ki, bunu Birliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.   Onun sözlərinə görə, Azərbaycanda heç vaxt Smart sayğaclar olmayıb, Smart tipli sayğaclar olub.   “Yəni mənim smart sayğacımı mexaniki sayğacla əvəz edə bilərsinizmi deyə bir şey yoxdur. Burda yalnışlıq var. Yəni o sayğaclar da “ağıllı” olmayıb. “Azəriqaz” artıq bu ildən sözün həqiqi mənasında “ağıllı” sayğacların tətbiqinə start verəcək və onda görəcəksiniz ki, “ağıllı” smart sayğaclar nə deməkdir”, - E. Vəliyev əlavə edib.   Mənbə: Apa.az  

Hamısını oxu
Siyavuş Novruzov: “Keçmişi yaddan çıxartamalıyıq - vaxt vardı, Azərbaycanda yol, qaz, işıq yox idi”

“İşsizliyin aradan qaldırılması üçün dövlət tərəfdindən mühüm işlər görülür”.Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.“Biz keçmişi yaddan çıxartamalıyıq. Vaxt var idi ki, Azərbaycanda yol, qaz, işıq anlayışı yox idi. İndi isə 3 kənddə qazın olmaması davasını edirik. Mən yol kənarında ağacların kəsilməsini, quldur dəstələrin olmasını, ayrı-ayrı yerlərdə bəzi insanların quldur hərəkətləri etməsini xatırlayıram. Cəmiyyət varsa, müəyyən problemlər də olmalıdır. Guya ABŞ-da problem yoxdur? Torpaq islahatı ilk dəfə Azərbaycanda həyata keçirilib. Onun nəticəsində bu gün kənd təssərrüfatının inkişafının şahidi oluruq. Bu gün rayonla şəhər arasında fərqi heç kim görə bilmir”, - S.Novruzov əlavə edib.Komitə sədri bildirib ki, bu gün Azərbaycan təhlükəsizlik adasıdır:“Azərbaycanın səsi hər yerdən eşidilir. Təbii ki, Azərbayacanı gözü götürməyən qüvvələr olacaq. Biz onlara qarşı birlikdə mübarizə aparmalıyıq”.

Hamısını oxu
“Şuşa konfransı Azərbaycanın sülh siyasətinin təntənəsidir”

“İyunun 15-də Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh siyasətinin təntənəsidir”. Bunu Moderator.az-a açıqlamasında “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, Ulu Öndər haqqında çoxsaylı kitabların müəllifi, konfrans iştirakçısı Zərifə Quliyeva bildirib. Zərifə Quliyeva qeyd edib ki, bu tədbir Azərbaycanın sülh siyasətinə sadiq olduğunu, bu yolda əzmlə addımladığını göstərir: “Ölkəmizin mədəniyyət paytaxtı olan Şuşada sülh və təhlükəsizliklə bağlı qlobal tədbirin keçirilməsi Azərbaycanın sülh siyasətində israrlı olduğundna, regional sabitliyin təmin olunması üçün bütün resurslardan istifadə etdiyindən xəbər verir. Bu konfrans həm də onu göstərir ki, Azərbaycan hər zaman olduğu kimi bu gün də beynəlxalq sülh və təhlükəsizlik üçün beynəlxalq əməkdaşlığa, qlobal həmrəyliyə xüsusi önəm verir. Qeyd edək ki, Azərbaycan Respublikasınn Prezidenti İlham Əliyev dəfələrlə öz müsahibə və çıxışlarında sülh və təhlükəsizliyin təminində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb, region dövlətlərini ölkəmizin sülh səylərini dəstəkləməyə çağırıb. Bu baxımdan Şuşada keçirilən konfrans sülh və təhlükəsizlik məsələsində region dövlətlərinə növbəti çağırış, növbəti mesajdır”. Zərifə Quliyeva konfrans zamanı işğaldan azad edilən ərazilərdə həyata keçirilən geniş quruculuq işlərindən də ətraflı şəkildə bəhs olunduğunu bildirib: “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransda diqqət çəkən məqamlardan biri də Azərbaycanın işğaldan azad edilən ərazilərində Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən nəhəng abadlıq və quruculuq siyasətinin müzakirəsi oldu. Konfrans iştirakçıları qısa müddət ərzində işğaldan azad edilən ərazilərdə bu qədər çoxşaxəli quruculuq işlərinin aparılması ilə bağlı heyrət və məmnunluqlarını dilə gətirdilər, məlum quruculuq prosesinin xalqın sosial rifahında müsbət mənada ciddi dəyişikliyə yol açdığını vurğuladılar. Bir sözlə, YAP-ın təşkilatçılığı ilə Şuşa şəhəridə keçirilən beynəlxalq konfransı hər baxımdan faydalı hesab edir, yüksək qiymətləndirirəm. Düşünürəm ki, bu konfrans qlobal təhlükəsizlik mühitinin formalaşmasına töhfə verəcək, bu məsələdə Azərbaycanın moderatorluğu altında beynəlxalq əməkdaşlıq səylərinin daha da güclənməsini sitimullaşdıracaq”. Seymur ƏLİYEV

Hamısını oxu
Azərbaycan Ağsaqqallar Şurası Gəncədə regional konfrans keçirib

Azərbaycan Ağsaqqallar Şurası Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı ilə birgə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 53-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda regional konfrans keçirib. Əvvəlcə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Ramil Orucov və ağsaqqallar ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Regional konfransda, həmçinin, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini Niyaməddin Qasımov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, o cümlədən Şəmkir, Tovuz, Ağstafa, Qazax, Samux, Göygöl, Daşkəsən və Gədəbəy rayonları üzrə Ağsaqqallar Şurasının rəhbərləri və İdarə Heyətinin üzvləri, YAP-ın yerli təşkilatlarının, gənclər və idman idarələrinin nümayəndələri, o cümlədən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon sədrləri, gənclər və media nümayəndələri iştirak ediblər. Konfrans iştirakçıları YAP Gəncə şəhər təşkilatının binasında Xəzər Təhsil Mərkəzi tərəfindən təşkil edilən Gəncə şəhərinin qocaman və gənc rəssamlarının ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən əsərlərinə baxış keçiriblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan  regional konfransda ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov tədbiri giriş sözü ilə açaraq ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyulunu dövlətimizin tarixində xüsusi bir gün kimi dəyərləndirərək bildirib ki, dahi şəxsiyyət sözün həqiqi mənasında xalqımızın həyatında möhtəşəm dəyişikliyə nail olub, milli, müstəqil dövlətin qurulması üçün zəruri olan bütün işləri görüb. Qeyd edib ki, ümummilli lider  Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi qiymətləndirilir. “Ulu Öndər həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb”- deyə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, regionun kuratoru Bayram Yusifov konfrans iştirakçılarını Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və öz adından salamlayaraq qeyd edib ki, bu gün biz bura ulu öndər Heydər Əliyevin nuruna, işığına yığışmışıq. O, Ümummilli Liderin hakimiyyətə gəldiyi dövrü ölkəmizi tərəqqiyə aparan yolun başlanğıcı kimi xarakterizə edərək, həm sovet dönəmində, həm də müstəqillik illərində sosial-iqtisadi həyatın bütün sahələrinin inkişafında, milli maraqlarımızın təmin olunmasında, eləcə də milli kadrların yetişdirilməsində  dahi şəxsiyyətin misilsiz xidmətlərindən, uzaqgörən və düşünülmüş siyasətindən danışıb. Bayram müəllim qeyd edib ki, türk dünyasının böyük oğlu Heydər Əliyev öz xidmətləri ilə hər bir azərbaycanlıya Vətən üçün, Azərbaycan üçün qurub-yaratmaq, yorulmadan xidmət etmək fəlsəfəsini aşılayıb, respublikamızı  1969-1982-ci illərdə inkişaf etmiş qabaqcıl aqrar-sənaye ölkəsinə çevirərək bugünkü müstəqilliyimizin təməlini qoyub. Daha sonra o, Ulu Öndərin layiqli davamçısı, müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən, işğaldan azad edilmiş əzəli və əbədi torpaqlarımızda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərindən, Böyük Qayıdışın tezliklə həyata keçirilməsindən bəhs edib. Azərbaycanın yeni tarixini yaradan dövlət başçısı cənab İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurlu sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsindəki əvəzedilməz rolundan danışıb. Regional konfransda gənclərlə və ağsaqqallarla yanaşı yerli veteranlar təşkilatının sədrlərinin də iştirak etdiyini qeyd edən Bayram Yusifov bu tədbiri iyulun 8-də Azərbaycan Ağsaqqallar Şurasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə birgə keçirdiyi “Ağsaqqaların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq Forumu”nun davamı kimi də səciyyələndirib.  O vurğulayıb ki, həmin Forumun keçirilməsində əsas məqsəd olan ağsaqqalların və veteranların təmsil olunduğu təşkilatların aktivliyini artırmaq, onlar arasında əməkdaşlığı gücləndirmək, milli maraqlarımızın qorunması və təbliğində gənc nəslin ağsaqqal və veteranların təcrübəsindən, dünyagörüşündən faydalanmasına stimul vermək, dövlət maraqlarımızın müdafiəsində cəmiyyətdəki birlik və bərabərliyin daha da güclənməsinə nail olmaq bugünkü tədbirin də başlıca hədəflərindən biridir. Natiq hazırda cəmiyyətdə baş verən proseslərdə, aktual məsələlərin və problemlərin həllində, o cümlədən gənclərin mənəvi və fiziki cəhətdən sağlam yetişmələri üçün onların maarifləndirlməsində ağsaqqal və veteranlara böyük ehtiyacın olduğunu bildirib. Bayram Yusifov xüsusi olaraq vurğulayıb ki, bu gün  hamımız üçün dəyərli və bir o qədər həssas təbəqə olan qazilərlə və şəhid ailələri ilə işi daha səmərəli qurmalı, onlara daha çox diqqət ayırmalı, mənəvi dəstək olmalı, bir sözlə bu sahədə dövlətimizin apardığı siyasətə layiqli töhfə verməliyik. Gəncə şəhər Ağsaqqallar şurasının sədri, professor Nurəddin Məmmədovun moderatorluğu ilə davam edən regional konfransda Azərbaycan Texnologiya Universitetinin dosenti, fəlsəfə doktoru Hüseyn Budaqov “Tarixi dəyişən lider Heydər Əliyev”, Gəncə Şəhər Ağsaqqallar Şurasının üzvü, hüquqşunas Muxtar Əsədov “Heydər Əliyevin kadr siyasəti və dövlət quruculuğu”, YAP Gəncə Şəhər 126 saylı ərazi partiya təşkilatının sədri, “Şans Tibb Mərkəzi”nin baş həkimi Nofəl Qasımov “Azərbaycanda səhiyyə xidmətinin yüksəldilməsi tədbirləri” mövzusunda məruzələrlə çıxış ediblər. Həmçinin Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədov, Tovuz Rayon Ağsaqqallar Şurasının sədr müavini Bəhram Pənahov, Göygöl Rayon Veteranlar Təşkilatının sədri Azadxan Haqverdiyev, Samux Rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramov, Qazax RİH yanında İctimai Şuranın sədri Zakir Nəsibov, Gəncə şəhərinin ictimai fəal gənclərindən Natəvan Məmmədova və başqaları öz çıxışlarında ulu öndər Heydər Əliyevin siyasi müdrikliyinin və uzaqgörənliyinin bəhrələrindən, Ümummilli Liderin əsasını qoyduğu hərtərəfli inkişaf konsepsiyasını uğurla davam etdirən Prezidentimiz cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun yeni keyfiyyət müstəvisində davam etdirilməsindən bəhs ediblər. Çıxışçılar, həmçinin, tədbirdə müzakirə edilən bir sıra məsələlərin, xüsusilə də şəhid ailələri və qazilərlə bağlı problemlərin həllində yaxından iştirak etmələrinin vacibliyini vurğulayıblar. Konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Sonra Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini Niyaməddin Qasımova ictimai asayişin və vətəndaşların hüquqlarının qorunmasındakı səmərəli fəaliyyətinə görə Fəxri fərman, rəsm sərgisində fəal iştirak etdikləri üçün nümayiş edilən əsərlərin müəlliflərinə isə sertifikatlar təqdim olunub. Tədbir çərçivəsində konfrans iştirakçıları Gəncədə Qafqaz İslam Ordusunun şəhidlərinin xatirəsinə inşa edilən abidəni də ziyarət edərək önünə gül dəstələri qoyublar, xatirələrini ehtiramla yad ediblər. Regional konfransdan sonra tədbir münasibətilə təşkil olunmuş yemək süfrəsi ətrafında söhbətlər davam etdirilib.  

Hamısını oxu