Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Balakən rayon İcra Hakimiyyətinin başçısı,icra başçısının I müavini, rayon Veteranlar Təşkilatının sədri, Nizami adına şəhər 1 saylı məktəbin direktoru yubiley medalı ilə təltif edilib

Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, RİH başçısının I müavini Azad Balayev,  rayon Veteranlar Təşkilatının sədri, eyniz zamanda rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Abid Mamedov, Nizami adına şəhər 1 saylı məktəbin direktoru Şəfiqə Tutunçiyeva veteran hərəkatına göstərdiyi dəstəyə və  rayon veteranlarına göstərdiyi diqqət və qayğıya görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il 13 iyun tarixli Sərəncamı ilə təsis olunan “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun göstərişi ilə Təşkilatın hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılovun iştirakı ilə yubiley medalı sahibinə təqdim edilib. Medal təqdim olunanlar "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)”  Rusiya Federasiyasının yubiley medalına layiq görüldüyünə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlıqlarını  bildiriblər

2020-09-07 00:00:00
3418 baxış

Digər xəbərlər

DTX rəisi general-polkovnik Əli Nağıyev beynəlxalq tədbirdə iştirak edib

Veteran.gov.az xəbər verir ki, mayın 26-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Rusiya Federasiyasının (RF) İrkutsk vilayətində keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 58-ci iclasında iştirak edib. Regional təhlükəsizliyin gücləndirilməsi istiqamətində mühüm qərarların qəbul edildiyi iclasda ötən illər ərzində həyata keçirilmiş antiterror tədbirlərinin yekunları ətraflı təhlil edilib, atılacaq konkret addımlar müəyyənləşdirilib. Bununla yanaşı, iclas iştirakçıları transmilli terrorçuluq və dini radikalizmə qarşı birgə mübarizənin aparılması üçün yeni əməkdaşlıq formatları barədə də razılığa gəliblər. Texnologiyaların sürətli inkişafını xüsusi diqqətdə saxlayan Şura üzvləri MDB ölkələrinin təhlükəsizlik orqanlarının fəaliyyətində süni intellektdən istifadəyə dair tövsiyələri əks etdirən konseptual sənədi məqbul hesab ediblər.  Müvafiq sənədin icrasının sözügedən strukturların elmi potensialını və əməliyyat imkanlarını əhəmiyyətli dərəcədə artırmağa şərait yaradacağı vurğulanıb. Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev son dövrlərdə beynəlxalq sabitliyə, nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyinə yaranmış çoxsaylı təhdidlər, eləcə də terrorçuluğun yeni təzahürləri və Azərbaycanda müvafiq sahədə görülən işlər barədə geniş məruzə ilə çıxış edib. Mürəkkəb geosiyasi vəziyyətin regiondakı əməliyyat şəraitinə ciddi təsir göstərdiyini vurğulayan xidmət rəisi təhlükəsizlik sisteminə yönələn təhdidlərlə mübarizədə tərəfdaş qurumlar arasında məlumat mübadiləsi və qarşılıqlı əlaqənin xüsusi önəm daşıdığını, bu baxımdan birgə səylərin daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. MDB dövlətlərinin xüsusi xidmət orqanlarının qarşılıqlı əlaqələrinin gələcək perspektivləri və strategiyası, həmçinin qarşıda duran vəzifələr barədə geniş fikir mübadiləsi aparılan iclas çərçivəsində təhlükəsizlik sahəsində çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş sənədlər imzalanıb.  

Hamısını oxu
Şəhid ailələrinin mənzillə təminatı sahəsində qanunvericiliyə dəyişikliyin səbəbi açıqlanıb

Bu günə qədər 15 mindən çox şəhid ailəsi üzvü və Qarabağ qazisi mənzillə təmin olunub. APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikin müzakirəsi zamanı deyib. Musa Quliyev bildirib ki, proses demək olar, yekunlaşmaq üzrədir: “Yəqin ki, il yarım ərzində bu kateqoriyadan olan bütün vətəndaşlarımız mənzillə təmin olunacaqlar. Praktika göstərdi ki, müəyyən hallarda qanunda nəzərdə tutulmayan məsələlər də ortaya çıxırdı. Bunun da qanunvericiliklə tənzimlənməsi lazım idi. Bir müddət əvvəl bizə müraciət daxil olurdu ki, Qarabağ qazisi növbədə olarkən dünyasını dəyişibsə, onun ailə üzvləri həmin növbədən avtomatik çıxarılır. Ona görə də bununla bağlı boşluğu qanunvericilikdə aradan qaldırdıq. Bununla da statusa sahib olmayan digər ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək”.   Deputatın sözlərinə görə, eyni proses bir neçə hallarda şəhid ailələri arasında da müşahidə edilib: “Ona görə də aidiyyəti üzrə bütün məsələlər müzakirə olundu və qanunvericiliyə müvafiq düzəlişlər edilib. Əgər şəhidin həyat yoldaşı dünyasını dəyişirsə, şəhidin övladları status yaşından keçirsə, mənzil növbəsinə iddialı ola bilmirdilər. Bundan sonra yeni dəyişikliklə şəhidin mənzil hüququna malik ailə üzvü dünyasını dəyişərsə, şəhid ailəsi statusu olmayan ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək”. Qeyd edək ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada saxlanılacaq.

Hamısını oxu
Xətai rayonunda “ Cəbhədən Cəbhəyə qələbədən qələbəyə ” adlı tədir keçirilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin işçiləri, şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev 27 aprel 2022-ci il tarixində Bakı şəhəri Xətai rayonunda yerləşən Zaur Məmmədov adına  171  saylı tam orta məktəbdə tədbirdə iştirak ediblər. ”Cəbhədən cəbhəyə qələbədən qələbəyə “ adlı tədbirdə Xətai rayon VT-nın sədri  Adil Əzməmmədov, arxa cəbhə veteranı İskəndər Alıyev, məktəbin direktoru  Zenfira Məsiyeva, şagird-müəllim kolektivi ilə yanaşı, digər qonaqlar da iştirak ediblər. Tədbir İkinci Dünya müharibəsinin qələbə ilə başa çatmasında  Azərbaycan xalqının rolu və  Qarabağ torpaqlarının işğaldan azad olunmasında ordu-xalq birliyinə həsr edilib. İlk öncə  Azərbaycan Dövlət Himni səslənib, şəhdilərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərin və müəllimlərin birgə hazırladıqları kompozisyalara baxılıb, şeyirlər, mahnılar dinlənilib. Şagirdlərin və müəllimlərin çıxışlarından sonra söz qonaqlara verilib. Adil Haqverdiyev çıxış edərək bildirib ki, xalqımızın İkinci Dünya müharibəsinin qələbə ilə başa çatmasında misilsiz xidmətləri olub: “ Müharibənin ilk günlərində vətəndaşlarımıza qarşı  ədalətsiz davranışlar olmuşdur.Belə ki, rus dilini bilməmələri səbəbi ilə verilən  əmri düzgün yerinə yetirə bilmədikləri üçün vətəndaşlarımız rus zabitləri tərəfindən cəzaladırılmışlar. Bu hadisələrdən  Azərbaycan Respublikasının Mərkəzi Komitəsinin katibi Mircəfər Bağırov xəbər tutmuşdur. O,  ön cəbhəyə getmiş, doğma dilində rus zabitinə əmr vermiş və əmri yerinə yetirməyən zabiti cəzalandırmışdır. Bu hadisədən sonra  milli divizyalarımız yaranmış və bu müharibənin sonuna qədər şərəfli döyüş yolları keçmişlər. Hər kəsə bəllidir ki, Bakı nefti olmasaydı, bəlkə də qələbə də olmayacaqdı. Döyüşlərdən üzü ağ çıxan babalarımızın  varisləri onların davamçıları olmalı idi. Uzun illərin həsrətindən sonra  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  müzəffər ordumuz düşmənləri torpaqlarımızdan qovdu. İndi Qarabağda quruculuq işləri başlanıb. Mən çıxışımın sonunda  bir daha torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərə uca Allahdan rəhmət, qazilərə cansağlığı  diləyirəm!” Daha sonra Nəbi Hacıyev və Adil Əzməmmədov çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu
Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Fəxri Fərmanla təltif edilib

Şəhid ailələrinə və Qarabağ qazilərinə göstərdiyi diqqət və qayğıya görə Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salmanov Qarabağ Əlillərinin "Qayğı" İctimai Birliyinin Cəlilabad filialı tərəfindən Fəxri Fərmanla təltif  olunub.  Bu münasibətlə keçirilən görüşdə "Qayğı"  İctimai birliyin rəsmisi, Qarabağ qazisi Asəf İsmayılov Fəxri Fərmanı Ədalət müəllimə təqdim edib. Rayon Veteranlar Təşkilatının sədri Ə. Salmanov öz çıxışında qeyd edib ki, mənə verilən bu ödülü bizim təşkilatımızın fəaliyyətinə verilən dəyər kimi qiymətləndiririk və buna görə Qarabağ Əlillərinin "Qayğı" İctimai Birliyinə təşəkkür edirik.  

Hamısını oxu