Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

ƏƏSMN: Bu il 1300 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” yeni Sərəncamı bu kateqoriyadan olan şəxslərə dövlət başçısı tərəfindən daha bir yüksək qayğının təzahürüdür.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) APA-ya verilən xəbərə görə, Sərəncama əsasən, Nazirlik “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxsləri və ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərini mənzillə təmin edəcək.

 

““Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” 26 noyabr 2020-ci il tarixli Qanuna əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsi kimi müəyyən olunub.

 

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Silahlı Qüvvələrimizin bir qrup hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

 

Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiklərinə görə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər, habelə ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvləri xüsusi diqqət və qayğı ilə əhatə olunublar. Dövlət başçısının 30 dekabr 2020-ci il tarixli Fərmanına əsasən Vətən Müharibəsi Qəhrəmanlarına (ölümündən sonra bu ad verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə, həmin şəxsin ailə üzvlərinə) dövlət qayğısını artırmaq məqsədilə onlar üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.

Təqaüdün aylıq məbləği 2 000 manat müəyyən olunub.

 

Şəhidlərimizin ailə üzvlərinin, müharibə qazilərinin çevik və genişmiqyaslı sosial dəstək paketi ilə əhatə olunması dövlətimizin sosial siyasətinin prioritetlərindən biridir. Dəstək istiqamətlərindən biri kimi, şəhid ailələrinin, müharibə əlillərinin mənzillə və fərdi evlə təminatı sahəsində mühüm addımlar atılır. Ötən dövrdə 10 500 şəhid ailəsi və müharibə əlilli mənzil və fərdi evlə təmin edilib. 2021-ci ildə də 3 minədək mənzil və fərdi evin bu kateqoriyalardan olan vətəndaşlara verilməsi nəzərdə tutulub ki, onlardan artıq 1300 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib.

 

Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin mənzillə təmin edilməsi barədə yeni Sərəncamla həmin kateqoriyadan olan vətəndaşlar da dövlətin mənzillə təminat proqramına daxil edilir və bu proqramın əhatə dairəsi daha da genişlənir”, - deyə qeyd olunub.

 

3001 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

14 iyun 2023-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib.  Tədbirdən öncə Ulu öndər Heydər Əliyevin, eləcə də dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  Daha sonra tədbiri açıq elan edən Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov Milli Qurtuluş Gününün dövlətlilik tariximiz baxımından önəmi ilə bağlı geniş məruzə ilə çıxış edib, 1993-cü ilin 15 iyun tarixinin Azərbaycan tarixində yeni, mütərəqqi bir dönəmin əsasını qoyduğunu vurğulayıb:  “1993-cü ilin 15 iyun tarixində Ulu öndərin siyasi hakimiyyətə qayıdışı birmənalı şəkildə Azərbaycanın dövlətçiliyinin, onun müstəqilliyinin xilası kimi qiymətləndirilməlidir. Çünki həmin tarixə qədər respublikamızın vəziyyətinin hərtərəfli mürəkkəbliyi, müstəqilliyimiz və təhlükəsizliyimizlə bağlı açıq təhdidlərin mövcudluğu göz önündə idi. Bir tərəfdən genişlənməkdə olan erməni işğalı, sayı yüz minlərlə ölçülən məcburi köçkün problemi, digər tərəfdən ölkə daxilində  çoxsaylı qanunsuz silahlı dəstələrin mövcudluğu, siyasi hakimiyyət uğrunda müxtəlif qruplar arasında aparılan mübarizə Azərbaycanın gələcəyi ilə bağlı vəziyyəti ümidsiz edirdi. Məhz belə bir mürəkkəb zamanda hakimiyyətə gələn Heydər Əliyev qısa zamanda xalqımızın və dövlətimizin həyatında ciddi dönüşə nail oldu. Ulu öndərin səyi nəticəsində daxildəki bütün qarşıdurmalara, xaos və özbaşınalığa son qoyuldu. Nizami ordunun formalaşması, siyasi müstəqilliyimizin möhkəmlənməsi, iqtsiadiyyatımızn güclənməsi istiqamətində qəti və ardıcıl addımlar atıldı. Ümummilli liderin əzmi və fədakarlığı sayəsində Azərbaycan xalqı onun müstəqilliyini, birliyini, gələcəyini təhdid edən təhlükələrdən xilas oldu. Məhz bu səbəbdən də Azərbaycan xalqı haqlı olaraq 15 iyun tarixini Milli Qurtuluş Günü adlandırır, Ulu öndəri hər zaman böyük sevgi və ehtiram hissi ilə anır”.  Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Heydər Əliyev faktoruna diqqət yetirməklə yanaşı, Ulu öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinə diqqət çəkib:  “Heydər Əliyev Azərbaycan xalqının xilaskarı və əbədi lideridir. Məhz onun siyasi səriştəsi, cəsarəti və əzmi sayəsində dövlətimiz bütün təbəddülatlardan uğurla çıxmağa nail oldu. Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz erməni işğalçılarını torpaqlaırmızdan qovaraq ərazi bütövlüyümüzü təmin etdi. Bu böyük zəfər bir daha sübut etdi ki, Heydər Əliyev ideyaları bu gün də yaşamaqdadır və Azərbaycan xalqı bu ideyalara sadiqdir”.  “SOS” MMC-nin direktoru Anar Məmmədov da çıxışında Ümummilli liderin siyasi fəaliyətinə diqqət çəkib, bu fəaliyyətin Azərbaycanın yüksəlişi baxımından mühüm rol oynadığını vurğulayıb: “Ulu öndərin Azərbaycan xalqının və dövlətinin həyatında həlledici rol oynadığı, ölkəmizin tərəqqisi və təhlükəsizliyi baxımından mühüm uğurlara imza atdığı şübhəsizdir. Məhz Heydər Əliyev dühası sayəsində ölkəmiz XX əsrin sonlarında bir çox fəlakətlərdən xilas oldu, erməni işğalçıları ilə mübarizə fonunda öz müstəqilliyini daha da möhkəmləndirdi, dünya birliyinə inteqrasiya istiqamətində mühüm addımlar atdı. Heydər Əliyev ideyasına sadiq qalan gənclərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində erməni faşizmini darmadağın etməklə bütün dünyaya sübut etdilər ki, Azərbaycan güclü dövlətdir və öz müstəqilliyini, ərazi bütövlüyünü qorumağa qadirdir”. Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, polkovnik Adil Haqverdiyev, Təşkilatın əməkdaşı Rasim Mirzəyev, Nərimanov Rayon Təşkilatının sədri polkovnik Elşad Şabanov çıxış edərək Heydər Əliyevlə bağlı düşüncələrini dilə gətirib, Milli Qurtuluş Gününün tarixi önəminə qeyd ediblər. Tədbirin sonunda bir qrup 44 günlük Vətən müharibəsi veteranına üzvlük vəsiqələri təqdim olunub, xatirə şəkli çəkilib.  Seymur ƏLİYEV   Hey

Hamısını oxu
Gənclərimizin sağlam həyat tərzinin təbliğində Milli Olimpiya Komitəsinin mühüm xidmətləri vardır

Ölkəmizin beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasının təməlində dövlətimizin uğurlu idman siyasəti dayanır. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim Ümummilli Lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkləşməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə reallığa çevrilməsinə böyük imkanlar açdı. Cənab İlham Əliyevin idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin əvəzolunmaz üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Respublikamızın Prezidenti seçildikdən sonra isə ölkədə idmanın inkişafı daha da sürətləndi.   Uğurlu idman siyasətinin nəticəsi olaraq, Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı 2012-ci ilin «İdman ili» elan edilməsi idman sahəsinin inkişafına diqqət və qayğının bariz nümunəsi idi. Müstəqilliyimizi əldə etdiyimiz vaxtdan bu günə qədər Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda iştirakı və minlərlə medala layiq görülməsi bunun əyani sübutudur. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilmişdir. Bakı şəhərində bədii gimnastika, güləş və boks üzrə dünya çempionatlarının, habelə futbol üzrə qadınlar arasında dünya çempionatının keçirilməsi bunu bir daha təsdiq edir. Ən əsası 2015-ci ilin dünyanın idman tarixində yeni bir səhifə açması - ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi etməsi uğurlarımızın zirvə nöqtəsi kimi dəyərləndirildi. 2017-ci ildə isə Bakı müsəlman dünyasını bir araya gətirən İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Prezident İlham Əliyevin olimpiya oyunları və Bakıda keçirilən beynəlxalq turnirlər zamanı idmançılarımızın çıxışlarını birbaşa zaldan izləməsi isə idmançılarımıza göstərilən ən böyük mənəvi dəstəkdir. Sevindirici haldır ki, ölkə Prezidenti, idman aləminin qayığıkeşi, idmançıların dostu Cənab İlham Əliyevin bu gün imzaladığı Sərəncam ilə Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyi dövlət səviyyəsində qeyd ediləcəkdir. Bu əlamətdar hadisə yetişməkdə olan gənc nəslimizi idmanın müxtəlif növlərinə cəlb edərək, idmanımızı daha da kütləviləşdirəcəkdir. Nəcəf Novruzov Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi

Hamısını oxu
Mehriban Əliyeva: Biz Şuşamızı qaytardıq! Bu əlamətdar tarixi hadisə münasibətilə hamınızı təbrik edirəm

Bakı, 8 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə xalqımızı təbrik edib. AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində tarixi qələbə ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Bu anlarda bütün xalqımız təsvirəgəlməz qürur və sevinc hissləri keçirir! Şuşa işğaldan azad edilib! Bu münasibətlə bütün həmvətənlərimizə səmimi təbriklərimi çatdırıram! İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur! Vətənimizi müdafiə edən və əzəli Azərbaycan torpaqlarını işğaldan azad edən qəhrəmanlar nəslinin bugünkü igidlikləri Azərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşında həmişəlik qalacaq! Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi bizim rəşadətli əsgərlərimizin qəhrəmanlığı və igidliyi, dözümlülüyü və qələbə əzmi sayəsində mümkün olur! Vətən naminə canlarından keçmiş şəhidlərimizə Allah rəhmət eləsin! Əziz qardaşlar və bacılar! Biz Şuşamızı qaytardıq! Bu əlamətdar tarixi hadisə münasibətilə hamınızı bir daha təbrik edirəm. Qoy bizim bütün uğurlarımızın və nailiyyətlərimizin, bütün qələbələrimizin qarantı olan xalq-Prezident birliyi günbəgün möhkəmlənsin! Bu gün məhz bu birlik Azərbaycanın öz gücünü nümayiş etdirməsinə imkan yaradır! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində bizim Prezidentimiz bütün mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyi bacarır! Qoy Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”.

Hamısını oxu
“DTX narkotik vasitələrin qanunsuz dövriyyəsi və kibercinayətkarlığa qarşı uğurla mübarizə aparır”

“Dövlət Təhlükəsizliyi Xidməti (DTX) narkotik vasitələrin qanunsuz dövriyyəsi və kibercinayətkarlığa qarşı uğurla mübarizə aparır”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, müasir dünyamızın ən böyük bəlalarından olan hər iki problemə qarşı xüsusi xidmət orqanları effektiv mübarizə sərgiləməkdədir: “Bildiyiniz kimi, çağdaş dünyamızda narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də kibercinayətkarlıq kimi bəlalar sürətlə yayaılmaqdadır. Bu gün dünyanın ən böyük, ən qüdrətli dövlətləri belə bu problemlərə qarşı mübarizədə çətinlik çəkirlər. Ancaq sevindiricidir ki, Azərbaycanda həm kibercinayətkarlığa, həm də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu mübarizə aparmaqdadır. DTX-nın həyata keçirdiyi əməliyyatlar nəticəsində bu qəbildən olan çoxlu sayda cinayətkar dəstənin ifşası, onların zərərsizləşdirilərək məsuliyyətə cəlb edilməsi faktı buna nümunədir”. Polkovnik qeyd edib ki, DTX-nın həyata keçridiyi uğurlu əməliyyatların əsas sirri xüsusi xidmət orqanı əməkdaşlarının yüksək peşəkarlığıdır: “Sevindiricidir ki, ölkəmizdə xüsusi xidmət orqanlarının peşəkarlığı yüksək səviyyədədir. Məhz bu səbəbdən də narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq və eləcə də digər qanunsuz əməllərlə məşğuil olan cinayətkar dəstələr xüsusi xidmət orqanı tərəfindən ustalıqla de-şifrə edilir və neytrallaşdırılır. Ölkəmizin həssas coğrafiyada yerləşdiyni, dünyanın bir çox böyük güclərinin bu coğrafiyada söz sahibi olmaqda maraqlı olduğunu nəzərə alsaq , o zaman DTX-nın peşəkarlığının milli maraqlarımızın qorunması baxımından necə böyük rol oynadığı aydın olar. Mən xüsusi xidmət orqanlarımıza fədakar xidmətlərinə görə təşəkkür edir, onlara yeni-yeni uğurlar arzulayıram”. Seymur ƏLİYEV    

Hamısını oxu